Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-815/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “15,50 ha torpaq sahəsi üzərində “İnşaatçı A” müəssisəsinin icarə hüquqları ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahəsində iddiaçının icarə hüququnun və 1,98 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Yevlax rayonu Varvara kəndi ərazisində yerləşən ümumi sahəsi 1.98 ha və 15.50 ha olan torpaq sahələrinin üzərində onun mülkiyyət və icarə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "Yevlax rayonu Varvara kəndində yerləşən 15,50 ha torpaq sahəsi üzərində “İnşaatçı A” müəssisəsinin icarə hüquqları ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahəsində İddiaçı icarə hüququnun və Yevlax rayonu Varvara kəndində yerləşən 1,98 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını" xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-815/2022 nömrəli qərardadı ilə Yevlax rayonu Varvara bələdiyyəsi adi qaydada, xx.xx.2022-ci il tarixli e-2-1(116)-815/2022 qərardadı ilə isə "xxxx" MMC və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İnzibati işin şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə işin halları ilə bağlı hüquqi müzakirə aparılmış və iddianın uğursuzluğunun əsasları izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili), məhkəmənin hüquqi mövqeyi ilə razılaşdığını bildirərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi və məhkəməyə müvafiq ərizəni təqdim etdi. Cavabdehin nümayəndəsi iddianın geri götürülməsi barədə ərizənin icrata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş, “iddia ərizəsinin geri qaytarılması barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçının nümayəndəsi hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “15,50 ha torpaq sahəsi üzərində “İnşaatçı A” müəssisəsinin icarə hüquqları ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahəsində iddiaçının icarə hüququnun və 1,98 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-815/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-815/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver