Məhkəmə qərarları › İş №e-2-1(116)-834/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-834/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-834/2022 04.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X16 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli Doğum haqqında akt qeydinin ana haqqında məlumatlar qrafasında ananın ata adına düzəliş edilərək “X9” kimi yox, “X10” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Zaqatala Rayon Vətəndaşlıq X13 tərəfindən 15 mart 1947-ci ildə verilmiş AZ ******* nömrəli Doğum haqqında şəhadətnaməyə düzəliş edilərək mərhum anasının ata adının X2 yox, X3 qeyd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 9 mart 1947-ci ildə Balakən rayonunun Qaysa kəndində anadan olmuşdur. X1, anası X10 olmuşdur. Lakin ona verilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədə iddiaçının anası X8 adı səhvən X2 qeyd olunmuşdur. Qalan bütün sənədlərdə X3 qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli 2090 nömrəli imtina məktubund qeyd etmişdir ki, Doğum akt qeydində ananın ata adına düzəliş etmək X5 doğum akt qeydi və nikah akt qeydi ilə mümkündür. Balakən rayon Qeydiyyat şöbəsində və Respublika Dövlər Arxivinin Balakən rayon şöbəsində X5 doğumu xx.xx.1919-cu ildə olduğu üçün doğum və nikah akt qeydi aşkar edilməmişdir. Balakən rayon Qeydiyyat şöbəsində və Respublika Dövlər Arxivinin Balakən rayon şöbəsində akt qeydlərinin saxlanılması müddəti 75 (yetmiş beş) ildir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara görə Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün məhkəmənin qətnaməsi əsas hesab edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Qeyd olunanlara əsasən, iddiaçıya doğum haqqında akt qeydində ana haqqında məlumat bəndində ananın ata adına düzəliş edilməsi üçün Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-590 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2022-ci il tarixli 05/Q-590 nömrəli məktubunda iş yükünün çoxluğunu nəzərə alaraq nümayəndənin iştirakı olmadan məhkəmə proseslərinin keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə səlahiyyətli nümayəndəsi və vəkili ərizə təqdim edərək “İddiaçı adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli Doğum haqqında akt qeydinin ana haqqında məlumatlar qrafasında ananın ata adına düzəliş edilərək “X9” kimi yox, “X10” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: JN-821 kod 40104018 nömrəli dövlət aktının surətindən görünür ki, həmin aktda iddiaçının anasının adı X10 olaraq göstərilmişdir. Balakən RİH Qaysa kənd İnzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli 437 nömrəli məktubundan görünür ki, X10 xx.xx.2005-ci ildə vəfat etmiş və İddiaçı onun vərəsəsidir. Balakən rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx-1090 nömrəli arayışında qeyd olunur ki, X10 xx.xx.2005-ci il ölmüşdür. Ölüm haqqında xx.xx.2005-ci ildə 13 nömrəli akt qeydi tərtib olunmuşdur. Balakən rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 1107 nömrəli arayışında qeyd olunur ki, X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.2005-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. 0795440 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə doğulmuşdur, X1, anası X6r. Cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-590 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1947-ci il tarixli 8 nömrəli Doğum akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1947-ci il tarixdə doğulmuşdur. X1, anası X6r. İddiaçının hər iki valideyninin ata adı İbrahim olaraq qeyd edilmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 51 nömrəli məktubunda qeyd olunur ki, X5 (1919) və İddiaçı (1947) Qaysa kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarında doğulduqları il qeyd edilib. Balakən rayonu VVAQ Şöbəsinin 1919, 1947-ci illərə aid doğum haqqında aktların qeyd kitabı Dövlət Arxivinə təhvil verilməyib. Dövlət Arxivində mühafizə olunan VVAQ Şöbəsinin 1938-1940, 1940-1941, 1942-1943, 1944- 1945-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X4, X5 doğumu və 1935-1941-ci illərə aid nikah qeydləri kitabında onların nikahı barədə qeydiyyat aparılmamışdır. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 51 nömrəli məktubuna əlavə olunmuş 1991-1995-ci illərə dair təsərrüfat kitabında iddiaçının anasının adı “X10” olaraq göstərilmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 51 nömrəli məktubuna əlavə olunmuş 1996-2000-ci illərə dair təsərrüfat kitabında iddiaçının anasının adı “X10” olaraq göstərilmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş 2001-2005-ci illərə dair təsərrüfat kitabında iddiaçının anasının adı “X10” olaraq göstərilmişdir. Sənəddə adının üzərində xətt çəkilmiş və xx.xx.2005-ci ildə öldüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/170 nömrəli məktubuna əlvə olunmuş çıxarışdan görünür ki,iddiaçı xx.xx.1947ci ildə Balakən rayonu Qaysa kəndində doğulmuşdur. Beləliklə, məhkəmə işin göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. http://eqanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... 193-cü maddəyə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır... 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir... 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya aid xx.xx.1947-ci il tarixli Doğum haqqında akt qeydində hər iki valideyninin ata adı İbrahim olaraq qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, təsərrüfatbaşına kitablardan çıxarışlarda iddiaçının anasının adı X10 olaraq qeyd edilmiş, Ölüm haqqında xx.xx.2005-ci ildə 13 nömrəli akt qeydi X5 adına tərtib edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh X16 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli Doğum haqqında akt qeydinin ana haqqında məlumatlar qrafasında ananın ata adına düzəliş edilərək “X9” kimi yox, “X10” kimi qeyd olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar