Məhkəmə qərarları › İş №e-2-1(116)-834/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-834/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-834/2023 04.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, üçüncü şəxslər X1, X4, X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X7, X6, X9, X8, X2) “Ucar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 191 nömrəli qərarının X3 adına sosial kirayə müqaviləsi əsasında mənzil ayrılması hissəsində, X4 adına ünvan 1 ünvanında yerləşən mənzilə verilmiş xx.xx.1993-cü il tarixli 120 saylı orderin etirbarsız hesab edilməsi barədə qərar çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq,məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı Cavabdehnə (üçüncü şəxslər X7, X6, X9, X8, X2 ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 191 nömrəli qərarının X3 adına sosial kirayə müqaviləsi əsasında mənzil ayrılması hissəsində, X4 adına ünvan 1 ünvanında yerləşən mənzilə verilmiş xx.xx.1993-cü il tarixli 120 saylı orderin etirbarsız hesab edilməsi barədə qərar çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Ucar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 191 nömrəli qərarına əsasən Ucar şəhəri 28 May küçəsi,ev 18 ünvanında yerləşən binadan X3 adına 25 dekbar 1993-cü il tarixli,120 nömrəli order verilmişdir.Həmin orderdə X3 ailə üzvləri ilə bərabər “qohumu” qeydi aparılaraq İddiaçı da adı yazılmışdır.İddiaçı iddia ərizəsində göstərilən mənzilin valideynləri tərəfindən üçüncü şəxslərdən 1400 manat məbləğində pul və iki baş iribuynuzlu mal-qara qarşılığında satın alındığını bildirmiş, həmin vaxtdan etibarən sözügedən mənzildə yaşadıqlarını qeyd etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermişdir. İclasda iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İclasda iştirak edən üçüncü şəxslərdən X8 və X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə və üçüncü şəxslərə İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkün olmaması ilə bağlı hazırkı qərardadda təsbit olunan hüquqi mövqeyi izah olunmuşdur. İddiaçı tərəfindən İPM-nin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia qaldırılmışdır. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 dekabr 2015-ci il Qərarında göstərilmişdir ki,iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsasən bu nəticəyə ki, inzibati aktın etibarsız hesab edilməsi əsasları “dəqiq siyahı” prinsipinə əsasən tam olaraq sadalanmışdır. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi qüvvəyə malik olmadığını bildirir. Qanunverici dəqiq siyahı müəyyən etməklə inzibati aktı etibarsız hesab edən halları konkretləşdirmişdir. “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının təqdim etdiyi iddia ərizəsində Ucar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 191 nömrəli qərarının “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsinin hansı tələbinə zidd olduğundan etibarsız hesab edilməli olduğu göstərilməmişdir. Tələb inzibati aktın ləğv edilməsi ilə bağlı olduqda İPM ilə nəzərdə tutulmuş prosessual müddətdən yan keçmək məqsədilə inzibati aktın etibarsızlığı ilə bağlı iddia qaldırmaq yolverilməzdir.Digər tərəfdən həm iddia ərizəsinin məzmunundan,həm də iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki,iddiaçı orderi aldığı andan etibarən həmin orderin X3 adına tərtib olunduğunu bilmişdir.Habelə,iddia ərizəsində qərarın və orderin etibarsızlığı tərəflər arasında mövcud olduğu iddia edilən şifahi alğı-satqı əqdinə əsaslanır. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə qənaətə ki, hazırkı iddia tələbi mümkün hesab edilməli deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X7, X6, X9, X8, X2 ) “Ucar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 191 nömrəli qərarının X3 adına sosial kirayə müqaviləsi əsasında mənzil ayrılması hissəsində, X4 adına ünvan 1 ünvanında yerləşən mənzilə verilmiş xx.xx.1993-cü il tarixli 120 saylı orderin etirbarsız hesab edilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar