Məhkəmə qərarları › İş №e-2-1(116)-837/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-837/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-837/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin qızının katibliyi, iddiaçının vəkili Vəkil1, iddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə1 Bəhram oğlunun, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin cavabdeh Zərdab bələdiyyəsinə qarşı “130 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 14 saylı, 50 kv.metr topaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 saylı və 70 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 16 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “130 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 14 saylı, 50 kv.metr topaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 saylı və 70 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 16 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-837/2025 nömrəli qərardadı ilə X8 və X7 üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsinin əsaslarına görə, "xxxx" şirkətinə hüquqi yardım göstərilməsi ilə əlaqədar müəyyən edilmişdir ki, Zərdab bələdiyyəsi xx.xx.2003-cü il tarixli qərarı ilə və həmin tarixli “Bələdiyyə torpağının alqı-satqısı barədə” 14 nömrəli akta əsasən Zərdab şəhəri, “Dörd Yol Ərazisi” adlanan zonada yaşayış məntəqəsi torpaqlarından avtomobil yolunun ərazisinə bitişik 0.10 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün "xxxx" şirkətinə satılmış, bu sahəyə "xxxx" şirkətinin mülkiyyət hüququ keçmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Ucar rayon Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 47-ci vərəqində xx.xx.2008-ci il tarixdə **********23 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq "xxxx" şirkətinə həmin torpağa mülkiyyət hüququnu təsdiq edən MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Bu zaman həmin torpaq sahəsinin yerləşməsi, koordinatları həmin vaxt ƏMDX-nin tabeli qurumlarıTorpaqların X6 üzrə Dövlət Agentliyi və "xxxx" MMC tərəfindən geodezik koordinatlar sistemi əsasında hazırlanan yerquruluşu planına, təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilməklə, X13nda qeydiyyata alınaraq sənədləşdirilmiş və hüquqi qüvvəyə minmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR tərəfindən "xxxx" Şirkətinə məxsus torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli tərtib edilmiş plan ölçü sənədindəki koordinatlar daxilində, xeyli sonra heç bir hüquqi, texniki əsas olmadan X5 0.006 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli **********13 reyestr nömrəsi və X3 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli **********90 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş və həmin sənədlər əsasında onlar tərəfindən "xxxx" şirkətinə məxsus torpaq sahəsində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmiş, bununla da torpağın həqiqi sahibinin mülkiyyət hüquqları pozulmuşdur. Aldığı torpaq sahəsinə hüquqi şəxsin konstitutsion mülkiyyət hüquqlarının pozulmasına görə sonradan həmin sahəni qanunsuz olaraq digər şəxsin mülkiyyətinə rəsmiləşdirmiş inzibati orqanlar məsuliyyət daşıyır. Bu səbəbdən "xxxx" şirkətinə məxsus olan Zərdab şəhəri, “Dörd Yol ərazisi”ndə yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.10 ha torpaq sahəsi üzərində Şirkətin mülkiyyət hüquqlarının müdafiəsi məqsədi ilə ona verilmiş, həmin vaxt Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Ucar rayon Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 47-ci vərəqində xx.xx.2008-ci il tarixdə **********23 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq "xxxx" şirkətinə həmin torpağa mülkiyyət hüququnu təsdiq edən MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la təsbit olunan mülkiyyətinə müdaxilə xarakteri daşıyan sonrakı digər qeydiyyatlar texniki səhv nəticəsində aparılmışdırsa, bu səhvlərin, yəni X5 0.006 ha torpaq sahəsi barədə xx.xx.2014-cü il tarixli **********13 reyestr nömrəsi və X3 0.02 ha torpaq sahəsi barədə xx.xx.2017-ci il tarixli **********90 reyestr nömrəsi ilə çıxarışlarda və ölçükoordinat sənədlərində buraxılan texniki səhvlərin düzəlişi həmin qeydiyyatları aparmış inzibati orqanların bilavasitə vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin (DƏDKR) Nizamnaməsinin2.0.5-ci bəndinə əsasən yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək və həmin Nizamnamənin 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin vəzifəsidir. Bu vəzifəni DƏDKR bilavasitə "xxxx" MMC vasitəsi ilə həyata keçirir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsiNizamnamənin 3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, X13 sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək kimi vəzifələr daşıyır. Nizamnamənin 3.1.12-ci bəndinin tələblərinə əsasən isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək kimi vəzifələri mövcuddur. Bu vəzifə eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanunun16.2-ci maddəsinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinəbu barədə xx.xx.2024-cü il tarixli 36VB-19/24 nömrəli məktubla müraciət edilsə də qeydiyyat orqanı “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanunun 16.1-ci maddəsinin tələblərini nəzərə almadan hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırmalı, hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməli olduqları vəzifələrinin icrasını təmin etməmişlər. Xüsusilə diqqət yetirilməlidir ki, hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, X13 sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin edərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC vasitəsi ilə həyata keçirir və bu zaman işinAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə ləğv edilmiş X6 üzrə Dövlət Agentliyi (hazırda Agentliyin hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyinə verilmişTorpaqların X6 və torpaq münasibətlərinin tənzimlənməsi şöbəsi və yerli özünü idarəetmə orqanları (bələdiyyələr) ilə qarşılıqlı təşkil etməli idi. Bildiyiniz kimi, bələdiyyələr tərəfindən torpaq sahələri torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olan və dolayısı ilə ƏMDX-nin tabeli qurumu"xxxx" MMCtərəfindən geodezik koordinatlar sistemi əsasında hazırlanan yerquruluşu planına müvafiq olaraq hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" MMC məsələyə qanunvericiliyin tələblərinə uyğun yanaşmamış və etdiyi səhvin nəticəsində Continental Cotton” şirkətinə məxsus Zərdab şəhəri, “Dörd Yol Ərazisi” adlanan zonada yaşayış məntəqəsi torpaqlarından avtomobil yolunun ərazisinə bitişik 0.10 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixli **********23 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” üzrə hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR tərəfindən "xxxx" Şirkətinə məxsus torpaq sahəsinə dair İ5.12.2008-cİ il tarixli tərtib edilmiş plan ölçü sənədindəki koordinatlar daxilində xeyli sonra, heç bir hüquqi, texniki əsas olmadan X5 0.006 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli **********13 reyestr nömrəsi və X3 0.02 ha torpaq sahəsi xx.xx.2017ci il tarixli **********90 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Bu isə "xxxx" Şirkətinin torpaq sahəsinə Konstitutsion mülkiyyət hüquqlarının pozulmasıdır və bu pozuntuya görə sonradan həmin sahəyə müvafiq dəqiqləşmələr aparmadan digər şəxsin mülkiyyətini qanunsuz olaraq qeydiyyata almış inzibati orqan məsuliyyət daşıyır. Beləliklə, "xxxx" şirkətinə məxsus MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la mülkiyyət hüquqları müəyyən edilmiş torpaq sahəsi üzərində X5 0.006 ha torpaq sahəsinə verilmiş xx.xx.2014cü il tarixli **********13 reyestr nömrəli və X3 0.02 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixli **********90 reyestr nömrəli və çıxarışlar üzrə hüquqların dövlət qeydiyyatı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindənburaxılan texniki səhvlər şirkətinin hüquqi mənafeyinə toxunduğundan, "xxxx" şirkəti X5 0.006 ha torpaq sahəsinə verilmiş xx.xx.2014-cü il tarixli **********13 reyestr nömrəli və X3 0.02 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixli **********90 reyestr nömrəli və çıxarışlar üzrə verilmiş torpaq sahələrinə dair mövcud sənədlərdə və yerində (naturada) düzəldilişin aparılması barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı ərizədə qeyd olunan məsələlərlə bağlı idarəyə müraciət etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırırlmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı- ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məxburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilmısi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizə cavabdeh tərəfindən cavablandırılmamamışdır.

2. 2714003186 qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zərdab şəhəri Zərdab Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsi "xxxx" Şirkətinin mülkiyyətindədir.

3. 22716005115 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zərdab şəhəri Zərdab Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.013 ha torpaq sahəsi Zərdab bələsiyyəsinin mülkiyyətindədir.

4. AN-0434023 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surəti.

5. AN-İ-0605831 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surəti.

6. Zərdab rayon Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 saylı iclas protokolu.

7. Zərdab rayon Bələdiyyəsinin xx.xx.2016-ci il tarixli 14 saylı iclas protokolu.

8. Zərdab rayon Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 saylı iclas protokolu.

9. Zərdab rayon Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 16 saylı iclas protokolu.

10. 759 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

11. Bakı şəhəri 36 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli məktubu.

12. 31.08.2006-cı il tarixli Kommersiya Təşkilatlarının dövlət reyestrindən çıxarışın surəti.

13. Zərdab Bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 05 saylı iclas protokoludan çıxarışın surəti.

14. ********** qeydiyyat nömrəli, xx.xx.2008-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surəti.

15. Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti.

16. AA seriyalı 006536 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti.

17. AA seriyalı 003187 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti

18. A seriyalı 431996 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti.

19. AA seriyalı 001690 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti

20. Zərdab bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 41 nömrəli məktubunun surəti.

21. AM 000040 seriya nömrəli Həracların təşkili üzrə X1 surəti.

22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-247/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi, Zərdab bələdiyyəsi tərəfindən təsdiq edilən 21,05.2003cü il tarixdə tərtib edilmiş aktda göstərilən 1.9 ha və 0.10 ha torpaq sahələrinin sözlü təsviri və 1:10000 miqyasında tərtib edilən “Kontinental-Cotton” firmasına ayrılması nəzərdə tutulan 1.9 ha və 0.10 ha torpaq sahələrinin yerquruluşu planTnda göstərilən 0.10 ha torpaq sahəsi ilə real məkan arasında uyğunsuzluq mövcud olduğu üçün, həmçinin sözügedən yerquruluşu planı yerquruluşu qaydasında tərtib edilmədiyi üçün 1.9 ha və 0.10 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti mütəxəssis tərəfindən müəyyən edilməsi və araşdırma aparılması mümkün olmamışdır. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə “Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə məkanı müəyyən edilmişdir. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə “Continental-Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DT və XK) Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsinin koordinatları və yerləşmə məkanı müəyyən edilmişdir. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə “Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi və Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə “Continental- Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi müvafiq olaraq 15.12,2008-ci il tarixli AA001690 və xx.xx.2008-ci il tarixli AA001691 nömrəli plan və ölçü sənədlərinin yerləşmə vəziyyəti və koordinatları ilə uyğun deyildir.(sxemdə göstərilmişdir) 0.0050 ha torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixli, **********13 reyestr nömrəli, xx.xx.2014 cü il tarixli (xx.xx.2014-cü il tarixli plan və ölçü sənədi) **********74 reyestr nömrəli və A431996 Ns-li kadastr nömrəli plan-ölçü sənədlərinin koordinatları eyni olmaqla Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə “Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi və Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə "Continental-Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus 1.9 ha (AA001691 Nq-İİ plan və ölçü) və 0.10 ha (AA001690 Nə-li plan-ölçü) torpaq sahələri ləğv edilmiş DT və XK-nın Zərdab rayon şöbəsi tərəfindən hazırlanmış **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha və **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahələrinin koordinatlarına uyğun tərtib edilmədiyi üçün 0.005 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə "Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi və Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə “Continental-Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi 0.02 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A170692 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşmür. 0.02 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A170692 nömrəli plan-ölçü sənədi iddiaçıya məxsus 0.10 ha (AA001690 N°-li plan-ölçü) torpaq sahəsi ilə üst- üstə düşür, (sxemdə göstərilmişdir). Həmçinin iddiaçıya məxsus 0.10 ha (AA001690 No-li plan-ölçü) torpaq sahəsi **********03 reystr nömrəli çıxarışla X2 adına qeydiyyata alınmış 0.006 ha torpaq sahəsi ilə də üst-üstə düşür.(sxemdə göstərilmişdir) iddiaçıya məxsus, AA001691 Nq-İİ plan və ölçü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsinin 1.9 ha torpaq sahəsinin 0.11 ha hissəsi **********61 reyestr nömrəli çıxarışla Zərdab bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq X9 icarəyə verilmiş 0.6 ha torpaq sahəsi ilə üst-üstə düşür. X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi ilə **********61 reyestr nömrəli çıxarışla Zərdab bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq X9 icarəyə verilmiş 0.6 ha torpaq sahəsi arasında üst-üstə düşmə halı aşkar olunmamışdır. X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsinin 0.20 ha hissəsi və X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsinin 0.026 ha hissəsinin X14 tərəfindən istifadə olunduğu və hasara alındığı mütəxəssis tərəfindən müəyyən edilmişdir. **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi və **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi, həmçinin iddiaçıya məxsus 1.9 ha (AA001691 Nq-İİ plan və ölçü) və 0.10 ha (AA001690 Nq-İİ plan-ölçü) torpaq sahələri 10 kvt-luq elektrik xəttinin mühafizə zonasında yerləşir.Əlavə olaraq bildiririk ki, AA001691 N°li plan və ölçü sənədi (1.9 ha) və AA001690 Nq-İİ plan-ölçü (0.10 ha) sənədləri məlum olmayan səbəblərdən DTXK tərəfindən tərtib edilmiş müvafiq olaraq **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi” (1.9 ha) və və **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə uyğun tərtib edilməmişdir.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisində yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin plan ölçü sənədindəki koordinatları müəyyən və təsdiq edən hər hansı bir hüquqi müəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir.İddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisində yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin plan ölçü sənədindəki koordinatlarla, qeydiyyatın aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədindəki koordinatlar eynilik təşkil etmir.(Ləğv edilmiş DTXK tərəfindən tərtib edilən **********0027 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, blank Na 006537) İddiaçı “Continental Cotton" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisində yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki koordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisində yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsi, cavabdeh X3 məxsus Zərdab şəhəri Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və X4 Zərdab şəhəri Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halı mövcud deyil.

24. 25.06.2023-cü il tarixli 10/4193 nömrəli Məhkəmə ekspertizası Mərkəzi Ekspert rəyindən görünür ki, Tədqiqat Zərdab şəhəri ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyində olan məlumatlara əsasən aparılır. Mülki iş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2- 1346/2023 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur:İddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisndə yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin plan ölçü sənədindəki koordinatları müəyyən və təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. İddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisndə yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin plan ölçü sənədindəki koordinatlarla, qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədindəki koordinatlar eynilik təşkil jeiaıir.(Ləğv edilmiş DTXK tərəfindən tərtib edilən **********0027 kadastr Torpaq sahəsinin planı və ölçüsü sənədi, blank N°006537) İddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisndə yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki koordinatlara əsasən İddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisində yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsi, cavabdeh X3 məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və X4 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halı mövcud deyil. Beləliklə, qərardadın birinci sualı ilə bağlı sənədlərin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Qərardadın ikinci sualı ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2- 1346/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisndə yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin plan ölçü sənədindəki koordinatları müəyyən və təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Qərardadın üçüncü sualı ilə bağlı mütəxəssis rəyinə əsasən, iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisndə yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin plan ölçü sənədindəki koordinatlarla, qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədindəki koordinatların eynilik təşkil etmədiyi müəyyən edildi. Qərardadın dördüncü sualı ilə bağlı mütəxəssis rəyinə əsasən, iddiaçı “Continental . Cotton” şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisndə yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki koordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri Dörd yol ərazisində yerləşən **********23 reyestr nömrəli 0.10 ha torpaq sahəsi, cavabdeh X3 məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və X4 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halının mövcud olmadığı müəyyən olundu. Qərardadın bu sualı ilə bağlı sənədlərin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İşin müəyyən edilən hallarına görə Zərdab bələdiyyəsi xx.xx.2003-cü il tarixli qərarı ilə və həmin tarixli “Bələdiyyə torpağının alqı-satqısı barədə” 14 nömrəli akta əsasən Zərdab şəhəri, “Dörd Yol Ərazisi” adlanan zonada yaşayış məntəqəsi torpaqlarından avtomobil yolunun ərazisinə bitişik 0.10 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün "xxxx" şirkətinə satılmış, bu sahəyə "xxxx" şirkətinin mülkiyyət hüququ keçmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Ucar rayon Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 47-ci vərəqində xx.xx.2008-ci il tarixdə **********23 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq "xxxx" şirkətinə həmin torpağa mülkiyyət hüququnu təsdiq edən MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR tərəfindən X5 0.006 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli **********13 reyestr nömrəsi və X3 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli **********90 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Hazırda iddiaçı Zərdab rayonu, Zərdab bələdiyyəsi tərəfindən 130 kv. metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeyd olunmasına dair Zərdab bələdiyyəsinin 01.11 2016-cı il tarixli 14 saylı, 50 kv. metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeyd olunmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 saylı və 70 kv. metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeyd olunmasına dair Zərdab bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 16 saylı qərarının ləğv edilməsi tələbi ilə çıxış edir. Cavabdeh iddiaya etirazının əsası kimi mübahisəli torpaq sahələrinin sənədləşməsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması” qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalara əsasən həyata keçrilmiş, torpaq sahəsi Hərrac koın sxıyası vasitəsi ilə satılmışdır. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 16 saylı Ucar ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 36/2-806/2024 saylı məktubu ilə bildirilmişdir ki, Şirkətin müraciəti əsasında xx.xx.2008- ci il tarixdə 0.10 ha sahibkarlıq məqsədilə ayrılmış torpaq sahəsinə **********23 reyestr nömrəli və icarə məqsədli 1.90 ha torpaq sahəsinə **********30 reyestr nömrəli çılxarış və plan-ölçü sənədi işlənilmişdir. Bələdiyyə qərarı ilə tərtib edilmiş AN 006537 plan- clçünün koordinatları yoxlanılarkən, həmin koordinatların "xxxx" şirkətinin Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Ucar rayon Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 4-cı vərəqində xx.xx.2008-ci il tarixdə **********30 reyestr nömrəsiilə qeydiyyata alınaraq 25 il müddətinə icarəsinə verilmiş 1 90 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə bitişik olması müəyyən edilmişdir. “Continental Cotton “ şirkətinə məxsus xx.xx.2008-ci il tarixli **********23 reyestr nömrəli 0.10 ha sahibkarlıq məqsədli torpaq sahəsinə tərtib edilmiş plan-ölçü sənədindəki koordinatlar, Ərazi •dərəsinin kadastr elektron baza məlumatları və Zərdab bələdiyyəsinin xx.xx.2003cü il tarixli 05 saylı qərarı ilə tərtib edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş AN 006537 nömrəli plan ölçüdə qeyd olunmuş koordinatlarla fərqlilik təşkil etməklə, Ərazi İdarəsinin mövcud elektron baza məlumatlarında araşdırılarkən Zərdab şəhəri Zərdab-Agcabədi yolunun sağ tərəfində yerləşən Əlyarova və Cəbrayılovanın torpaq sahələrinin çıxarışlarındakı ölçü-koordinatların üst-üstə düşməsi faktı müəyyən edilmişdir. İşin məhkəmə araşdırılması ilə mübahisəli torpaq sahələrinin yerində müayyinəsi keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur. İlkin torpaqayırma sənədləri (xx.xx.2003-cü il tarixli akt və yerquruluşu planı) əsasında yerquruluşu planında göstərilən süd zavodu və stadion, o cümlədən magistral yol oriyent olaraq götürülməklə, mövcud yoldan 20 m. məsafə və torpaq yola paralel yerləşmə vəzyyəti nəzərə alınmaqla 0,10 ha və 1,9 ha torpaq sahələrinin naturada yeri müəyyən edildi. 0,10 ha və 1,9 ha torpaq sahələri bitişik olduğundan naturada yeri müəyyən edilmiş 1000 kv.m torpaq sahəsinin magistral yoldan 20 m məsafəsi və torpaq yola paralel yerləşmə vəzyyəti nəzərə alınmaqla döngə nöqtələrinin koordinatları mütəxəssis tərəfindən götürülərək, müəyyən edildi ki, iddiaçıya naturada ayrılması müəyyən edilən 0,10 ha torpaq sahəsinin qarşısında (magistral yolla 20 m. məsafə saxlanmış zolaqda) qeyri-yaşayış binası inşa edilmişdir və sahibkarlıq məqsədi (tikinti mallarının satışı) ilə istifadə olunur. Həmin tikilinin arxasında yerləşən mişar daşı ilə qismən hasarlanmış və tikinti materiallarının saxlandığı yardımçı sahə iddiaçıya ayrılmış 1000 kv.m torpaq sahəsinin hüdudları daxilindədir. Bundan əlavə müəyyən edilmişdir ki, köhnə və yeni tərtib edilmiş elektron xəritələrdə magistral yolun eni 12 metrdir. Naturada yeri müəyyən edilmiş 0,10 ha və 1,9 ha torpaq sahələri A006536 Ne-li və AA001690 Ne-li “torpaq sahəsinin planı və ölçüsü” sənədləri ilə qismən üst-üstə düşür. 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş çıxarış və plan ölçü sənədinin elektron bazada yerləşmə vəziyyəti magistral yolun birbaşa yaxınlığındadır və ilkin yerquruluşu planında və aktda göstərilən yoldan 20 m məsafə tələbi nəzərə alınmamışdır. Yəni, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən çıxarış və onun plan-ölçü sənədinin koordinatları ilkin torpaqayrıma sənədinə uyğun olmamaqla yoldan 20 m zolaq saxlanılması nəzərdə tutulan əraziyə işlənmişdir. Üçüncü şəxslərə aid ilkin plan-ölçü sənədlərinin elektron bazada yerləşmə vəziyyəti yoxlandıqda müəyyən edildi ki, 50 kv.m torpaq sahəsinə dair tərtib edilmiş A431996 saylı plan- ölçü sənədi ilə xx.xx.2014-cü il tarixdə tərtib edilmiş plan-ölçü sənədi üst-üstə düşür. Həmçinin 0,02 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A170692 nömrəli planölçü sənədinin xx.xx.2015-ci il tarixli plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə eyni ərazi olması müəyyən edildi. Beləliklə elektron bazaya baxışla bağlı yekun olaraq müəyyən edilir ki, bələdiyyə tərəfindən iddiaçıya magistral yoldan 20 m zolaq qoyulmaqla 0,10 və 1,9 ha torpaq sahələri ayrıldıqdan sonra, həmin zolaq daxilində, yəni magistral yolla iddiaçıya ayrılmış torpaq sahəsi arasında qalan ərazidən 50 kv.m, 70 kv.m və 130 kv.m torpaq sahələri satılmışdır. Hazırda mübahisələndirilən çıxarışlardakı 50 kv.m və 200 kv.m torpaq sahələri məhz sözügedən zolaq daxilində, magistral yolun kənarında yerləşən torpaq sahələridir. İş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi, Zərdab bələdiyyəsi tərəfindən təsdiq edilən 21,05.2003-cü il tarixdə tərtib edilmiş aktda göstərilən 1.9 ha və 0.10 ha torpaq sahələrinin sözlü təsviri və 1:10000 miqyasında tərtib edilən “Kontinental-Cotton” firmasına ayrılması nəzərdə tutulan 1.9 ha və 0.10 ha torpaq sahələrinin yerquruluşu planında göstərilən 0.10 ha torpaq sahəsi ilə real məkan arasında uyğunsuzluq mövcud olduğu üçün, həmçinin sözügedən yerquruluşu planı yerquruluşu qaydasında tərtib edilmədiyi üçün 1.9 ha və 0.10 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti mütəxəssis tərəfindən müəyyən edilməsi və araşdırma aparılması mümkün olmamışdır. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə “Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə məkanı müəyyən edilmişdir. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə “Continental-Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DT və XK) Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsinin koordinatları və yerləşmə məkanı müəyyən edilmişdir. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə “Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi və Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə “Continental- Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi müvafiq olaraq 15.12,2008-ci il tarixli AA001690 və xx.xx.2008-ci il tarixli AA001691 nömrəli plan və ölçü sənədlərinin yerləşmə vəziyyəti və koordinatları ilə uyğun deyildir.(sxemdə göstərilmişdir). 0.0050 ha torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixli, **********13 reyestr nömrəli, xx.xx.2014 cü il tarixli (xx.xx.2014-cü il tarixli plan və ölçü sənədi) **********74 reyestr nömrəli və A431996 Ns-li kadastr nömrəli plan-ölçü sənədlərinin koordinatları eyni olmaqla Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə “Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi və Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə "Continental-Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus 1.9 ha (AA001691 NQ-İİ plan və ölçü) və 0.10 ha (AA001690 Nəli plan-ölçü) torpaq sahələri ləğv edilmiş DT və XK-nın Zərdab rayon şöbəsi tərəfindən hazırlanmış **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha və **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahələrinin koordinatlarına uyğun tərtib edilmədiyi üçün 0.005 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı ilə "Continental-Cotton” firmasına ayrılmış 0.10 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi və Zərdab rayonu Zərdab bələdiyyəsinin 30 may 2003-cü il tarixli 05 saylı qərarı və 30 may 2003-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə “Continental-Cotton” firmasına ayrılmış 1.9 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilən, X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi 0.02 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A170692 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşmür. 0.02 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A170692 nömrəli plan-ölçü sənədi iddiaçıya məxsus 0.10 ha (AA001690 N°-li plan-ölçü) torpaq sahəsi ilə üst- üstə düşür, (sxemdə göstərilmişdir). Həmçinin iddiaçıya məxsus 0.10 ha (AA001690 No-li planölçü) torpaq sahəsi **********03 reystr nömrəli çıxarışla X2 adına qeydiyyata alınmış 0.006 ha torpaq sahəsi ilə də üst-üstə düşür.(sxemdə göstərilmişdir). İddiaçıya məxsus, AA001691 NQ-İİ plan və ölçü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsinin 1.9 ha torpaq sahəsinin 0.11 ha hissəsi **********61 reyestr nömrəli çıxarışla Zərdab bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq X9 icarəyə verilmiş 0.6 ha torpaq sahəsi ilə üst-üstə düşür. X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi ilə **********61 reyestr nömrəli çıxarışla Zərdab bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq X9 icarəyə verilmiş 0.6 ha torpaq sahəsi arasında üst-üstə düşmə halı aşkar olunmamışdır. X13 kitabında 22 avqust 2007-ci il tarixdə 26 nömrə ilə uçota alınmış, **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsinin 0.20 ha hissəsi və X13 kitabında 22 avqust 2007-ci il tarixdə 27 nömrə ilə uçota alınmış, **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsinin 0.026 ha hissəsinin X14 tərəfindən istifadə olunduğu və hasara alındığı mütəxəssis tərəfindən müəyyən edilmişdir. **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.9 ha torpaq sahəsi və **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi, həmçinin iddiaçıya məxsus 1.9 ha (AA001691 NQ-İİ plan və ölçü) və 0.10 ha (AA001690 NQ-İİ planölçü) torpaq sahələri 10 kvt-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildiririk ki, AA001691 N°-li plan və ölçü sənədi (1.9 ha) və AA001690 NQ-İİ plan-ölçü (0.10 ha) sənədləri məlum olmayan səbəblərdən DTXK tərəfindən tərtib edilmiş müvafiq olaraq **********0026 kadastr nömrəli (blank nömrəsi 006536) “Torpaq sahəsinin planı və ölçüsü sənədi” (1.9 ha) və və **********0027 kadastr nömrəli (blank nömrəsi 006537) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə uyğun tərtib edilməmişdir. İşin hallarında da göründüyü kimi elektron baza məlumatlarında Zərdab şəhəri Zərdab-Agcabədi yolunun sağ tərəfində yerləşən üçüncü şəxslərə məxsus Əlyarova və Cəbrayılovanın torpaq sahələrinin çıxarışlarındakı ölçü-koordinatların iddiaçıya məxsus torpaq sahələri ilə üst-üstə düşür. İş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçıya sözügedən torpaq sahələri Zərdab bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə ayırılmış onun mülkiyyyət hüquqları xx.xx.2008-ci il tarixdə dövlət qeyddiyatına alınmışdır. Bu isə ona dəlalət edir ki, üçüncü şəxslərə Zərdab şəhəri Zərdab-Agcabədi yolunun sağ tərəfində yerləşən 2014-cü və 2016-cı illərdə ayırılmış torpaq sahələri ayırılarkən iddiaçının hüququları artıq qeydiyyata alınmasına baxmayaraq cavabdeh bu halı araşdırmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Görünüdüyü kimi iddiaçının əmlakının dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğu halda cavabdeh tərəfindən üçüncü şəxslərin adına torpaq sahələri ayırmışdır. Bununla yanaşı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 2001 -ci il 29 iyun tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsində göstərilir ki, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 3.0.3-cü maddəsində bələdiyyə torpaqlarının idarə edilməsinin əsaslandığı prinsiplərdən biri kimi torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi göstərilir 13. Həmin Qanunun 6.5-ci maddəsində qeyd olunur ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bu Qanunun 9.2-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından... sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə torpaq sahəsi ayırırlar. Qeyd olunan normalardan göründüyü kimi bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Hazırkı halda isə cavabdeh Zərdab bələdiyyəsi, qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq, inzibati icraatı lazımi qaydada aparmayaraq və iddiaçının artıq mövcud olan hüquqlarını nəzərə almayaraq iddiaçının mülkiyyət hüquqlarını pozaraq mübahisəli sahələri öz mülkiyyətinə daxil edərək, sonradan hərrac vasitəsi ilə üçüncü şəxslərə satmışdır. Təsadüfi deyil ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. İş üzrə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2012-ci il tarixli 13 saylı və xx.xx.2014-cü il tarixli qərarların qəbulu zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi, ümumiyyətlə bu sahədə (torpaqların hüquqi rejimi ilə bağlı) inzibati icraatın aparıması təsdiq edilmir və mübahisəli qərarların qəbulu iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. 130 kv.metr torpaq sahəsi üzərində cavabdeh Zərdab Bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2016-cı il tarixli 14 saylı, 50 kv.metr topaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2012-ci il tarixli 13 saylı və 70 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2014-cü il tarixli 16 saylı qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar