Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-848/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2162.37 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış əmlakının (Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən və xüsusi mülkiyyət formasında müvafiq Çıxarış əsasında cavabdehə məxsus, 5000 manat dəyərində ticarət cərgəsində yerləşən 148 nömrəli ticarət obyektinin) hərrac vasitəsilə satılması" barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2162.37 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış əmlakının (Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən və xüsusi mülkiyyət formasında müvafiq Çıxarış əsasında cavabdehə məxsus, 5000 manat dəyərində ticarət cərgəsində yerləşən 148 nömrəli ticarət obyektinin) hərrac vasitəsilə satılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokolda siyahıya alınmış əmlakın Balakən şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən obyekt olduğu qeyd edilmiş, fərqləndirici əlamətinin 148 №-li olması göstərilmişdir. Sözügedən daşınmaz əmlak obyektinə dair sənədlər DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən sorğu edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Seriya MA ******* nömrəli çıxarışa əsasən Balakən şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 1.80 ha torpaq sahəsində yerləşən, 8132.05 kv.m ümumi sahəsi olan “əmlak kompleksi kimi müəssisə” (ticarət mərkəzi) Cavabdeh MMC-nin tam xüsusi mülkiyyətindədir. Siyahıya alınmış obyektin dəqiqləşdirilməsi məqsədilə məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyiniz məktubda xx.xx.2022-ci il tarixli **********4 nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərara əsasən siyahıya alınmış obyektin Balakən şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən ticarət cərgəsinin “D” literində 24 kv.m sahəsi olan ticarət obyekti olduğu qeyd edilmişdir. İş materiallarında olan Seriya MA ******* nömrəli çıxarışdan görünür ki, “D” literində ticarət cərgəsinin ümumi sahəsi 744 kv.m-dir. İddiaçı həmin 744 kv.m ümumi sahədən 24 kv.m sahənin siyahıya alındığını bildirir. Nəzərə alınmalıdır ki, siyahıya alındığı bildirilən 24 kv.m sahə “D” literində 744 kv.m sahənin və ümumilikdə 8132.05 kv.m sahəsi olan daşınmaz əmlakın tərkib hissəsi olmaqla ondan naturada ayrılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Odur ki, iddiaçı, sözügedən obyekti ayrıca mövcud olan daşınmaz əmlak kimi nəzərdən keçirə və siyahıya alınmanın obyekti olaraq satılmasını tələb edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə siyahıya alınmış 24 kv.m sahəsi olan ticarət obyekti üzərində cavabdehin ayrıca mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından, qeyri-yaşayış sahəsinin tərkib hissəsi olan, ümumi əmlakdan naturada ayrılmamış daşınmaz əmlaka münasibətdə hərrac vasitəsilə satılma ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddət təyin edilmişdir. Yardım məktubu xx.xx.2023-cü il tarixdə iddiaçının elektron ünvanına göndərilmiş lakin məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər idarəsi Cavabdehnə qarşı cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2162.37 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış əmlakının (Balakən şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən və xüsusi mülkiyyət formasında müvafiq Çıxarış əsasında cavabdehə məxsus, 5000 manat dəyərində ticarət cərgəsində yerləşən 148 nömrəli ticarət obyektinin) hərrac vasitəsilə satılması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-848/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-848/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver