Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-856/2023 13.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı5 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “uzun müddət faktiki istifadələrində olmuş torpaq sahəsinə dair X5 və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı5 və İddiaçı2 ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, X1, İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum X3 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli, 14 saylı qərarı ilə A seriyalı 2293 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və X13 dair Şəhadətnamə əsasında verilmiş, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 3.70 ha (3.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, 0.20 ha isə həyətyanı) torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyetsrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçılar, tələblərini dəqiqləşdirərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli, 14 saylı qərarı ilə A seriyalı 2293 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və X13 dair Şəhadətnamə əsasında verilmiş, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 3,70 ha (3,50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, 0,20 ha isə həyətyanı) torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum X2 məxsus olması barədə arayışın (elektron çıxarışın) və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati işin şifahi məhkəmə baxışı iclasında iclasında iddiaçılar, “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, tələbdə qeyd olunmuş torpaq sahəsinin 2,30 ha hissəsi üzərində X4, X6, İddiaçı3, X1 və İddiaçı1 ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlarla rəsmiləşdirildiyini bildirmişlər. Həmçinin hazırda cavabdeh orqana qarşı tələblərinin uzun müddət faktiki istifadələrində olmuş torpaq sahəsinə dair X5 və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı5 və İddiaçı2 ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı olduğunu bildirərək, sonuncu məzmuna uyğun olaraq iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - **********73, **********68, **********70 və **********14 reyestr nömrəli DƏDR-dən Çıxarışlardan görünür ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən, 0.44 ha, 0.1911 ha, 0,8749 ha, 0,80 ha torpaq sahələri üzərində X4, X6, İddiaçı3, İddiaçı4 və İddiaçı1 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - A434949 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə İddiaçı2 adına Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 10000 kv.m torpaq sahəsinə tərtib edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin o cümlədən üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış hissənin TEKUİS məlumat bazasında 0.86 ha hissəsi X5 və onun ailə üzvlərinin adına işlənilmiş və DƏDRX-nin tərtib etdiyi **********03 reyestr nömrəli çıxarışla kənd təsərrüfatı təyinatlı əkin kimi xüsusi mülkiyyətlərinə qeydə alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından göründüyü kimi tələbdə qeyd olunmuş torpaq sahəsinin 2,30 ha hissəsi üzərində X4, X6, İddiaçı3, X1 və İddiaçı1 ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlarla rəsmiləşdirilmişdir. Hazırda iddiaçıların tələbi X5 və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı5 və İddiaçı2 ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. İş materiallarında olan mütəxəssis rəyindən göründüyü kimi iddia olunan 0.86 ha torpaq sahəsi TEKUİS məlumat bazasında X5 və onun ailə üzvlərinin adına işlənilmiş və DƏDRX-nin tərtib etdiyi **********03 reyestr nömrəli çıxarışla kənd təsərrüfatı təyinatlı əkin kimi xüsusi mülkiyyətlərinə qeydə alınmışdır. İddiaçılar həmin torpaq sahəsi üzərində İddiaçı5 və İddiaçı2 ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsələr də, nəzərə alınmalıdır ki, sözügedən tələb iddiaçılar tərəfindən kollektiv şəkildə irəli sürülə bilməz. Yəni, İddiaçı5 və İddiaçı2 başqa digər iddiaçıların həmin tələbi irəli sürmək üçün subyektiv hüquqları yoxdur. İddiaçılar İddiaçı5 və İddiaçı2 tərəfindən həmin tələbin irəli sürülməsi üçün əvvəlcə analoji tələbə uyğun olaraq inzibati orqanda ilkin inzibati araşdırmanın aparılması müəyyən edilməlidir. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarından göründüyü kimi iddiaçılar **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı5 və İddiaçı2 ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ilə inzibati orqana müraciət etməmiş və sözügedən tələblə bağlı cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina etməsi (və ya müraciəti cavabsız saxlaması) müəyyən edilmir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçılara izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, X1, İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “uzun müddət faktiki istifadələrində olmuş torpaq sahəsinə dair X5 və ailə üzvlərinin adına tərtib edilmiş **********03 reyestr nömrəli çıxarışın 0,86 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı5 və İddiaçı2 ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-856/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-856/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver