Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-861/2023 13.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Nemət qızının, cavabdehin nümayəndəsi Hacı-X3, üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində X29, X5, X30 və İddiaçı hər birinə 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki küçəsi 8 nömrəli binadakı 42 nömrəli mənzilə X14, X2, X30, X15, X26 və İddiaçı əmlak payları nəzərə alınmaqla hər birinə 1/6 hissə əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-861/2023 saylı qərardadı ilə X21, X26, X16 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində X14, X2, X30 və İddiaçı hər birinə 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə X30 arasında nikah bağlanmış, birgə nikahdan onların X26 adlı uşaqları olmuşdur. Onlar ailəlikcə Nuxa Şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1967-xi il tarixli, 17 nömrəli qərarı ilə qaynatası X22 və ailəsinə verilmiş Şəki küçəsi 8 nömrəli binadakı 47 kv.m sahəsi olan 3 otaqlı 42 nömrəli (hal-hazırda Şəki kübəsi 8/45) mənzilində yaşamışlar. Həmin mənzilə X28un adına xx.xx.1968-ci ildə 119 saylı order verilmişdir. X28 25 dekabr 1979-cu il tarixdə, qaynanası X5 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Qaynatası və qaynanasının ölümündən sonra həmin mənzildə onların oğlu, X13 yaşamışdır. Həmçinin digər oğlanları X21 həmin mənzildə qeydiyyatdadır. Həmçinin, iddiaçı və X40 orada qeydiyyatdadırlar. X13 28 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Mərhumların heç biri mirasla bağlı vəsiyyətnamə qoymamışdır. Ərinin ölümündən sonra iddiaçı və qızı X1 mirası qəbul edib idarə etmişdir. X40 mirasın onu adına qeydə alınmasına etiraz etmir və bununla bağlı aralarında hər hansı mübahisə yoxdur. Ancaq qaynı Hüseyn Həsənov mənzilin özəlləşdirilməsinə razılıq vermədiyindən mənzili özəlləşdirə bilmirlər. Mənzillərin özəlləşdirilməsi haqqında qanun qəbul ediləndə X28 sağ olmasa da, mənzilin orderi onun adınadır. Həmçinin o, X40 və cavabdeh Hüseyn Həsənovun pay hüququ yaranmışdır. İddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 25 may 2022-ci il tarixdə ərizə ilə (daxilolma nömrəsi **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, mərhum qayınatası X22 verilmiş mənzilin özəlləşdirilməsini və həmin mənzilə mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Şəki şəhəri, Şəki küçəsində yerləşən 8 saylı ictimai yaşayış binasının yaşayış sahəsi 47 kv.m. olmaqla 3 otaqlı 45 saylı mənzilin Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli, 17 saylı li qərarı ilə X22 verilməsinə dair orderin əsli, mənzildə qeydiyyatda olanlara dair Şəki Mənzil İstismar Sahəsinin arayışı (2 №li forma), kirayəçi ilə birlikdə yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə mənzilin onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsinə dair notarial razılıq ərizələri və Şəki Şəhər İcra Hakimiyyətinin qeyd olunan mənzilin qeydiyyata alınmasına rəy bildirməsinə dair məktub ərazi idarəsinə təqdim olunmadığından vətəndaşa xx.xx.2022-ci il tarixli, **********91 saylı imtina məktubu verilmişdir. Məhkəmə iclasında iddiaçı və idiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək, Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzilin yalnız öz adına mülkiyyət hüququnun qeydiyyata alınacağı halda özəlləşdirilməsinə razı olduğunu, digər heç bir halda özəlləşdirilməsinə razılıq verməyəcəyini bildirdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X35 filialının xx.xx.2022-ci il tarixli 401 nömrəli arxiv çıxarışından və xx.xx.1967-ci il tarixli 5 nömrəli protokoldan görünür ki, xəstəliyi (vərəm) və ailəsinin yaşayış şəraiti nəzərə alınaraq 47 kv.m sahəsi olan 42 nömrəli 3 otaqlı mənzil ipək kombinatının fəhləsi X14 ailəsinə verilmiş, Yoldaşa Lenin küçəsində 6513/4 nömrəli binada mətbəxi ortaqlı 12 nömrəli mənzilin verilməsi haqqında şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1966-cı il tarixli qərarı ləğv edilmişdir. - Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 22 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, M.F.Axundov küçəsi, 6 saylı ictimai yaşayış binasının 45 saylı mənzili Şəki MİS-nin balansındadır və həmin mənzil mərhum X14 adınadır. Qeydiyyatda olan şəxslər aşağıdakılardır: X5 — arvadı (vəfat edib), X30 - oğlu (vəfat edib), X27 - oğlu (vəfat edib), Əlimova (Həsənova) İİhamə Həsən qızı - qızı (qeydiyyatdan çıxıb), X23 - Mənzil İstismar Sahəsindəki sənədə əsasən, X18 – oğlu, İddiaçı - gəlin, X26 - nəvə, X16 nəvə, X17 - nəvə. Nuxa şəhər Z.D.S. İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli, 17 saylı qərarı ilə Şəki şəhəri, Şəki küçəsində yerləşən 8 (indiki 6) saylı ictimai yaşayış binasının 42 saylı mənzili deyil, 45 saylı mənzilidir. - xx.xx.1968-ci il tarixli 119 nömrəli orderdən görünür ki, Nuxa şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1967-ci il tarixli 17 nömrəli qərarı ilə Şəki küçəsi 8 nömrəli binadakı 47 kv.m sahəsi olan 45 nömrəli, 3 göz yaşayış mənzili mətbəxi ilə birlikdə X22 verilmişdir. - Tutulmuş dövlət yaşayış sahəsi üzrə pasportdan görünür ki, Nuxa şəhəri Şəki küçəsində yerləşən 6 saylı binanın mənzil 45 nömrəli mənzilində kirayənişin və ailə üzvləri X5, X30, X23, X18, X29 olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X35 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-12F/2-24/2023 nömrəli məktubundan görünür ki, Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 16 avqust 1967-ci il 17 №li iclas protokolu, 1 avqust 1967-ci il tarixli 17 №li iclas protokoluna təsadüf edir. Lakin iclas protokolunda X14, X4, X30, X11, X19, İddiaçı mənzil verilməsi barədə qeydiyyat tapılmadı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, X7 başqa digər üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində mülkiyyət hüququnun X29, X5 və X24 1/7 hissədə məxsus olması barədə qeydiyyatın aparılmasına və eyni zamanda özünün 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı hesab edir ki, sözügedən mənzil üzərində özünün və qızı X12, tələbdə adları qeyd edilən vəfat etmiş şəxslərin, üçüncü şəxs X18 və onun övladı X10 hər birinin 1/7 hissə mülkiyyət hüquqları mövcuddur və hazırkı tələblə məhkəməyə müraciət edərək o, özünün və adları qeyd edilən vəfat etmiş şəxslərin mülkiyyət hüquqlarının 1/7 hissədə dövlət qeydiyyatının aparılmasında maraqlıdır. Həmçinin iddiaçı hesab edir ki, özünün və vəfat etmiş digər şəxslərə məxsus mülkiyyət hüquqlarının Dövlət qeydiyyatı, həmin mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ olan, lakin iştirak etməyən digər şəxslərin müraciət edib-etməməsindən asılı olmamalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Hazırkı iş üzrə sözügedən ünvanda qeydiyyatda olan mərhum X14 ailə üzvü olan – X18 yalnız mənzil üzərində özünün tam mülkiyyət hüququ qeydiyyata alınacağı halda özəlləşdirilməsinə razı olduğunu və digər heç bir halda mənzilin özəlləşdirilməsinə razılıq verməyəcəyini bildirir. Göründüyü kimi Hüseyin Həsənovun özəlləşdirmənin aparılması qaydası ilə bağlı razılığı yoxdur. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçının sözügedən mənzil üzərində hər birinə 1/7 hissə mülkiyyət hüququnun məxsusluğunu iddia etdiyi şəxslər : X29 – xx.xx.1979-cu il tarixdə, X5 – xx.xx.2011-ci il tarixdə, X30 – xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmin şəxslərin sözügedən mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı iradə ifadələri olmamış, ötən müddət ərzində qanunvericiliyin onlara verdiyi hüquqdan yararlanmamış və özəlləşmədə iştirak etmək istəyinə dair cavabdeh orqana müraciət etməmişlər. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərin özəlləşmənin aparılmasına dair razılıqları olmadığından və iddiaçıdan başqa iddia tələbində adları qeyd edilmiş digər şəxslər sağlığında tam könüllülük prinsipinə əsaslanan mənzilin özəlləşdirilməsi hüququndan istifadə etmədiyindən cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində X14, X2, X30 və İddiaçı hər birinə 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.