Məhkəmə qərarları › İş №e-2-1(116)-933/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-933/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-933/2023 18.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "xxxx" ASC-nə məxsus ünvan 18, Şəki şəhəri, Oğuz yolu 14C, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küç. (12 saylı məktəbin qarşısında), Nəriman Nərimanov küçəsinin şimalında yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi, mülkiyyət hüquqlarının tanınması və Dövlət qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyət cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, Şəki şəhəri, Aydın Məmmədov küçəsi 14 və Şəki şəhəri, Oğuz yolu 14C ünvanında yerləşən daşınmaz əmlakların qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Səhmlərinin sahibi olduğu "xxxx" ASC-nə məxsus, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küç., 12 saylı məktəbin qarşısında, Nəriman Nərimanov küçəsinin şimalında, M.Ə.Rəsulzadə prospekti ilə Sabit Rəhman küçəsinin kəsişməsində, Şəki şəhəri, F.X.Xoyski (keçmiş Karl Marks) küçəsində yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi və həmin əmlakların Dövlət qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yenidən tələbin həcmini artıraraq səhmlərinin sahibi olduğu "xxxx" ASC-nə məxsus, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi 12 saylı məktəbin qarşısında, Nəriman Nərimanov küçəsinin şimalında, M.Ə.Rəsulzadə prospekti ilə Sabit Rəhman küçəsinin kəsişməsində, Şəki şəhəri F.X.Xoyski (keçmiş Karl Marks) küçəsində, Şəki şəhəri Aydın Məmmədov küçəsi 141 və Şəki şəhəri Oğuz yolu 14 c ünvanında yerləşən daşınmaz əmlaklar üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi və "xxxx" ASC-nə məxsus, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi 12 saylı məktəbin qarşısında, Nəriman Nərimanov küçəsinin şimalında, M.Ə.Rəsulzadə prospekti ilə Sabit Rəhman küçəsinin kəsişməsində, Şəki şəhəri F.X.Xoyski (keçmiş Karl Marks) küçəsində yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə sonuncu dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Səhmlərinin sahibi olduğu "xxxx" ASC-nə məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Sabit Rəhman küçəsinin kəsişməsində, Şəki şəhəri, F.X.Xoyski (keçmiş Karl Marks) küçəsində yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi və həmin əmlakların Dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixdə elektron ünvanına “hüquqi yardımın göstərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə yerləşdirərək, səhmlərinin sahibi olduğu "xxxx" ASC-yə məxsus Şəki şəhəri, Aydın Məmmədov küç. 14, Şəki şəhəri, Oğuz yolu 14C, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küç. (12 saylı məktəbin qarşısında), Nəriman Nərimanov küçəsinin şimalında yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi, mülkiyyət hüquqlarının tanınması və Dövlət qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il, e- 2-1(116)-933/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-933/2023 nömrəli qərardadı ilə Şəki Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, tələbdə qeyd etdiyi tikililərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində (özəlləşdirmə planında) mövcud olmasına istinad edərək, həmin əmlaklara ünvan arayışlarının verilməsini və iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı ASC-nin təsisçisi Qanuni nümayəndə tərəfindən 28 mart 2022-ci il tarixdə ərizə ilə (daxilolma N°-si **********) DƏDKR PHŞ-nin 12 saylı ünvan 5 ünvanda, Şəki ünvan 6 Nəriman Nərimanov küçəsində 12 saylı orta məktəbin qarşısında yerləşən əmlakların qeydiyyata alınması və reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan qeydiyyat orqanıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan 4 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınaraq ərazi idarəsi tərəfindən texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə olaraq bildirilmişdir ki, əmlakların səhmdar cəmiyyətə məxsus olduğunu təsdiq edən sənədlərdə - emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarışda müraciətdə göstərilən əmlakların köşk (daşınar əmlak) kimi göstərilməsi iddiaçının müraciətinin icrasını mümkünsüz etmişdir. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021, xx.xx.2022, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində aşağıda qeyd olunan məlumatlar öz əksini tapmışdır;

1. Şəki şəhəri, M. F.Axundzadə prospekti 507 ünvanında, mülkiyyət növü - bələdiyyə, təyinatı - Yaşayış məntəqəsi torpaqları olan torpaq sahəsində yerləşən iddia olunan köşkün- “Nalbənd budkası”nın (daşınar əmlak) daşınmaz əmlak olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sözügedən əmlak faktiki olaraq qəzalı vəziyyətdədir.

2. ünvan 9 ünvanında, mülkiyyət növü - bələdiyyə, təyinatı- Yaşayış məntəqəsi torpaqları olan torpaq sahəsində yerləşən iddia olunan köşkün – “Bərbər dükanı”nın (daşınar əmlak) daşınmaz əmlak olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sözügedən əmlakda heç bir yenidənqurma işləri aparılmamışdır.

3. ünvan 10 ünvanında, mülkiyyət növü - bələdiyyə, təyinatı- Yaşayış məntəqəsi torpaqları olan torpaq sahəsində yerləşən iddia olunan köşkün – “Ayaqqabı təmiri sexi”nin (daşınar əmlak) daşınmaz əmlak olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sözügedən əmlakda heç bir yenidənqurma işləri aparılmamışdır və binanın bir hissəsidir.

4. Şəki şəhəri, ünvan 11 ünvanında, mülkiyyət növü - Dövlət, təyinatı - Yaşayış məntəqəsi torpaqları olan torpaq sahəsində yerləşən iddia olunan köşkün- obyektin (daşınar əmlak) daşınmaz əmlak olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sözügedən əmlakda heç bir yenidənqurma işləri aparılmamışdır.

5. ünvan 12 ünvanında, mülkiyyət növü - bələdiyyə, təyinatı- Yaşayış məntəqəsi torpaqları olan torpaq sahəsində yerləşən iddia olunan- “dəmirçi sexi” naturada mövcud deyil. - Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxışın nəticələrinə dair protokolla aşağıdakılar müəyyən edilmişdir: • Şəki şəhəri, M.F.Axundzadə prospekti 507 ünvanında yerləşən “nalbənd budkası” adı ilə qeyd olunmuş tikiliyə baxış keçirildi. İddiaçı uzun illər əvvəl həmin yerə daşlar tökdüyünü, sel gəldiyini, buna görə də yarasız vəziyyətə düşdüyünü, daha sonra isə həmin tikilini yenidən bərpa etdiyini bildirdi. Sözügedən tikilinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olması müəyyən edildi. • ünvan 14 ünvanında yerləşən “ayaqqıbı təmiri sexi” adı ilə qeyd olunmuş tikiliyə baxış keçirilən zaman sözügedən tikilidən digər şəxsin istifadə etdiyi, tikilinin naturada mövcud olması müəyyən edildi • ünvan 9 ünvanında yerləşən “bərbər dükan” adı ilə qeyd olunmuş tikiliyə baxış keçirilən zaman tikilinin naturada mövcud olması, digər şəxsin istifadəsində olması müəyyən edildi. • Şəki şəhəri, ünvan 11 ünvanında yerləşən “obyekt”ə baxış keçirilən zaman tikilinin yerləşdiyi ərazi kol-kos olduğundan və qapısı bağlı olduğundan içəri girmək mümkün olmadı. Tikilinin uzun illər istifadə edilmədiyi, istifadəyə yararsız vəziyyətdə olması müəyyən edildi. • ünvan 12 ünvanında yerləşən “dəmirçi sexi” adı ilə qeyd olunmuş tikiliyə baxış keçirilən zaman qeyd olunan ünvanda tikilinin faktiki olaraq mövcud olmaması və boş torpaq sahəsi olması müəyyən edildi. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, ləğv olunmuş "Xidmət” X5 “Xidmət" Şirkətinin 150 yerlik Məişət evinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 621 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilmişdir. Məlumat üçün bildiririk ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində (özəlləşdirmə planında) 11 əmlak qiymətləndirilən əmlakının tərkibində nizamnamə kapitalına daxil edilmiş, emissiya prospektinə daxil olan 11 əmlakdan 4-ü üzərində (150 yerlik bina, nalbənd üçün saray, bərbər binası və dərzi binası) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 7 əmlak (6 budka və 1 köşk) isə daşınar əmlak olduğuna görə qeydiyyata alınmamışdır. - X6 filialının xx.xx.2021-ci il tarixli 201 nömrəli arxiv çıxarışlarından görünür ki, • Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin 7 may 1964-cü il tarixli 12 №-li iclas protokolundan çıxarışa əsasən Əhaliyə Məişət Xidməti Kombinatının Zakatala küçəsində olan İsti Dəmirçi emalatxanasına Zakatala küçəsində kübrə ambarının sağ sahilində 107 №-li kvartalından 60 kv.metr yer verilmişdir. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 14 Yanvar 1969-cu il tarixli 1 №-li iclas protokolundan çıxarışa əsasən Şəki Məişət Xidməti Kombinatının 7 yanvar 1969-cu il tarixli 8 №-li məktubunu nəzərə alaraq Basin küçəsinin Şimal-Şərq hissəsində K.Marks küçəsi ilə birləşən sahəsində nəzərdə tutulmuş iki mərtəbəli maqazin tikintisi başlanana qədər avtomaşınların xırda təmiri üçün müvəqqəti olaraq Məişət xidməti kombinatına verilmişdir. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 19 mart 1970-ci il tarixli 6 №-li iclas protokolundan çıxarışa əsasən, Əhaliyə Məişət Xidməti kombinatının məktubunu nəzərə alaraq Zakatala küçəsinin qərb, avtobazanın cənub tərəfində dəmirçi sexi açılmasına icazə verilmiş və dislokasiyaya əlavə edilmişdir. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 29 sentyabr 1971-ci il tarixli 21 №-li iclas protokolundan çıxarışa əsasən, Əhaliyə Məişət Xidməti kombinatının xx.xx.1971-ci il tarixli 154 №-li məktubunu nəzərə alaraq müvəqqəti olaraq Kommunist küçəsi ilə Lenin küçəsinin kəsişdiyi sahədə “Təcili foto” sexi təşkil edilməsinə icazə verilmiş və dislokasiyaya əlavə edilmişdir. Əhaliyə Məişət Xidməti kombinatının xx.xx.1971-ci il tarixli 179 №-li məktubunu nəzərə alaraq şəhərin Qışlaq hissəsində (Nərimanov küçəsində) soyuq dəmirçi sexi açılmasına icazə verilmiş və dislokasiyaya əlavə edilmişdir. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 21 fevral 1973-cü il tarixli 7 №-li iclas protokolundan çıxarışa əsasən, Şəki şəhər Əhaliyə Məişət Xidməti kombinatının xx.xx.1973-cü il tarixli 39 №-li məktubu nəzərə alınaraq şəhərin Basin küçəsi 17 №-li uşaq bağçasının cənubunda bərbərxana xidməti üzrə şəbəkə təşkil edilməsinə icazə verilmiş, dislokasiyaya əlavə edilmişdir. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 23 may 1973-cü il tarixli 16 №-li iclas protokolundan çıxarışa əsasən, Şəki şəhər Əhaliyə Məişət Xidməti kombinatının xx.xx.1973-cü il tarixli 97 №-li məktubu nəzərə alınaraq şəhərin Şəki küçəsində 3 №-li məktəb ətrafında ayaqqabı təmiri üzrə, 2 aprel 1973-cü il tarixli 105 №-li məktubu nəzərə alınaraq şəhərin Lenin küçəsinin yeni avtovağzal tikilən ərazisində saatlar təmiri üzrə, 24 aprel 1973-cü il tarixli 140 №-li məktubu nəzərə alınaraq V.İ.Lenin adına ipək kombinatı qarşısında foto şəbəkəsi açılmasına icazə verilmişdir. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 05 iyun 1974-cü il tarixli 16 №-li iclas protokolundan çıxarışa əsasən, Əhaliyə Məişət Xidməti kombinatının 23 aprel 1974-cü il tarixli 112 №-li məktubunu və əhalinin tələbini nəzərə alaraq Basin küçəsində 17 №-li uşaq bağçasının yanında fərdi paltar tikişi üçün müasir tipli şəbəkə açılmasına icazə verilmiş və dislokasiyaya əlavə edilmişdir. Əhaliyə Məişət Xidməti kombinatının 28 yanvar 1974-cü iltarixli 16 №-li məktubunu və əhalinin tələbini nəzərə alaraq Vartaşen yolu ilə Lenin küçəsinin kəsişdiyi ərazidə bərbərlik üzrə şəbəkə açılmasına icazə verilmiş və dislokasiyaya əlavə edilmişdir. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 29 aprel 1976-cı il tarixli 09 №-li iclas protokolundan çıxarışa əsasən, Dövlət Tikinti Komitəsinin 12 mart 1976-cı il tarixli 4- 139/198 №li razılığını nəzərə alaraq şəhərin 64-cü kvartalında “Təntənə evi” tikintisi üçün 0,30 ha torpaq sahəsi ayrılmış, Layihə üçün lazimi texniki sənədlərin hazırlanması şəhərin baş memarı T.Səfərov və məişət xidməti kombinatının direktoru T.Həsənov yoldaşlara tapşırılmışdır. • Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 20 aprel 1977-ci il tarixli 09 №-li iclas protokolundan çıxarışa əsasən, Şəki şəhər Əhaliyə Məişət Xidməti Kombinatının 25 fevral 1977-ci il tarixli 68 №li məktubunu nəzərə alaraq N.Nərimanov küçəsində (12 № li məktəb yaxınlığında) bərbər köşkü açılmasına icaz verilmiş və dislokasiyaya əlavə edilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 13 aprel 1978-ci il tarixli 07 №-li iclas protokolundan çıxarışa əsasən, Əhaliyə Məişət Xidməti Kombinatının 21 fevral 1978-ci il tarixli 63 №li məktubunu nəzərə alaraq şəhərin Zaqatala şossesi və Zaqatala küçələrinin kəsişdiyi ərazidə bərbər köşkü açılmasına icazə verilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 06 dekabr 1978-ci il tarixli 23 №-li iclas protokolundan çıxarışa əsasən, şəhər Əhaliyə Məişət Xidməti Kombinatının 3 oktyabr 1978-ci il tarixli 398 №İi məktubunu nəzərə alaraq istehsal ipək birliyinin yaşayış zonasında bərbər və ayaqqabı təmiri şəbəkəsi açılmasına icazə verilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 07 dekabr 1982-ci il tarixli 23 №-li iclas protokolundan çıxarışa əsasən, X8 Xidməti İstehsalat İdarəsinin xx.xx.1982-ci il tarixli 242 №li məktubunu nəzərə alaraq şəhərin Şors küçəsində avtomobil təmiri sexinin açılmasına icazə verilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1983-cü il tarixli 05 №-li iclas protokolundan çıxarışa əsasən, X8 Xidməti İstehsalat İdarəsinin xx.xx.1983-cü il tarixli 15 №li məktubunu nəzərə alaraq şəhərin Basin küçəsi, 2 № li dalanında tənəkəçi və bərbər köşkünün qoyulmasına icazə verilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 19 dekabr 1984-cü il tarixli 23 №-li iclas protokolundan çıxarışa əsasən,

1. X8 Xidməti İstehsalat İdarəsinin xx.xx.1984-cü il tarixli 137 № li məktublarını nəzərə alaraq şəhərin Jmerinko küçəsi 4 №-li dalanda isti dəmirçi köşkü qoyulmasına icazə verilmişdir.

2. X8 Xidməti İstehsalat İdarəsinin xx.xx.1984-cü il tarixli 146 №li məktubunu nəzərə alaraq meliorasiya trestinin yaşayış binaları yerləşən ərazisində ayaqqabı təmiri köşkü qoyulmasına icazə verilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 11 dekabr 1985-ci il tarixli 23 №-li iclas protokolundan çıxarışa əsasən, X8 Xidməti İstehsalat İdarəsinin xx.xx.1985-ci il tarixli 216 və 217 №li, xx.xx.1985-ci il tarixli 185 № li və xx.xx.1985-ci il tarixli 2224 № li məktublarını nəzərə alaraq 1 № li hamamın nəzdində bərbər xidməti açılmasına, 126-cı kvartalda yaşayış mossivi ərazisində ayaqqabı təmiri şəbəkəsi, P.Babayev küçəsinin qurtaracağında akumlyatorların təmiri sexi, ”Nakam” adına kitabxana yerləşən binanın zirzəmisində dərzi şəbəkəsi açılmasına icazə verilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 sentyabr 1988-ci il tarixli 18 №-li iclas protokolundan çıxarışa əsasən, Şəki şəhər Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin xx.xx.1988-ci il tarixli 234 №İi məktubunu nəzərə alaraq M.Şərifov küçəsində (şəhər maarif şöbəsinin yanında) bir ədəd foto şəbəkəsinin açılmasına icazə verilmişdir. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 13 iyul 1989-cu il tarixli 08 №-li iclas protokolundan çıxarışa əsasən, X8 xidməti İstehsalat idarəsinin 03 iyul 1989-cu il tarixli 260 № li məktubunu nəzərə alaraq köhnə bazarın ərazisində olan dəmirçi sexi plana düşdüyü üçün M.Müşfiq küçəsinin qurtaracağında təzə bazarın şimal-qərb hissəsində dəmirçi sexi tikintisi üçün 30 kv.metr torpaq sahəsi ayrılmışdır. • Şəki şəhər XDS İcraiyyə Komitəsinin 31 may 1990-cı il tarixli 05 №-li iclas protokolundan çıxarışa əsasən, Şəki şəhər Əhaliyə Məişət xidməti İstehsalat idarəsinin xx.xx.1990-cı il tarixli 90 № li məktubuna əsasən Kiş çayının şərqində şəhərin İ-ci kvartalının şimalında dəmirçi sexi tikmək üçün 40 kv.metr torpaq sahəsi ayrılmışdır. - Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı ASC-nin qeydə alındığı tarix xx.xx.1997-ci il, hüquqi ünvanı- AZ5500 ünvan 16nın miqdarı- Qanuni nümayəndə- 100%, qanuni təmsilçisi isə X3r. Əsaslandırma hissəsi:

Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı:

5. Özəlləşdirilməsi məcburi sayılan müəssisə və obyektlər

2. İctimai iaşə və məişət xidməti müəssisələri və obyektləri “(idarə tabeli açıq pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektləri daxil olmaqla). Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramı:

2. Dövlət əmlakının özəlləşdirmə baximindan təsnifatı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Dövlət Əmlakı Nazirliyi) qərarı ilə özəlləşdirilən əmlak 2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Dövlət Əmlakı Nazirliyi) qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər: 2.3.2. İctimai iaşə və məişət xidməti müəssisələri və obyektləri (idarə tabeli açıq pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektləri daxil olmaqla) 5.1. Özəlləşdirilən bütün orta və iri dövlət müəssisələri (və ya onların struktur bölmələri) əvvəlcə səhmdar cəmiyyətlərə çevrilir və sonradan özəlləşdirilir. Bu zaman dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi texnoloji bağlılıq amili nəzərə alınmaqla həyata keçirilir. 5.2. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. 5.3. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Dövlət Xidməti tərəfindən təsdiq olunmuş özəlləşdirmə planı əsasında həyata keçirilir. 5.4. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında müvafiq qərar qəbul edildiyi gündən etibarən 10 gün ərzində özəlləşdirməyə hazırlıq məqsədi ilə hər müəssisədə (birlikdə) özəlləşdirmə komissiyası yaradılır. Komissiya aşağıdakı sənədləri işləyib hazırlayır və Dövlət Xidmətinə təqdim edir: özəlləşdirmə planı (emissiya prospekti); müəssisənin əmlakının inventarlaşdırılması və qiymətləndirilməsi haqqında akt; kommersiya banklarının, müştərək və digər müəssisələrin nizamnamə kapitalında özəlləşdirilən müəssisənin iştirak payının (səhmlərin, hissələrin) tərkibi və dəyəri barədə arayış və həmin payın özəlləşdirilməsi barədə təklif; son 3 (üç) ilin illik hesabat balansları, həmçinin son hesabat dövrünün balansı; səhmdar cəmiyyətinin nizamnaməsi (dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin nümunəvi nizamnaməsinə müvafiq olaraq hazırlanır). 18.3. Özəlləşdirilən dövlət müəssisə və obyektləri, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və özəlləşdirimə prosesində bağlanan əqdlərin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Dövlət Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən hüquq təsdiqedici sənədlər əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi iddiaçı, aşağıda qeyd edilmiş ərazilərdə yerləşən əmlaklarla bağlı ünvan arayışlarının verilməsini və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb edir:

1. Şəki şəhəri, M.F.Axundov prospekti, 507 – “nalbənd budkası”

2. ünvan 18 – “dəmirçi sexi”

3. Şəki şəhəri, Oğuz yolu 14A – təyinatı qeyd edilməyən tikili

4. Şəki şəhəri, Nəriman Nərimanov küç. 178 – “bərbər dükanı”

5. Nəriman Nərimanov küçəsinin şimalı (10) – “ayaqqabı təmiri sexi” Məhkəmə tərəfindən iddia olunan daşınmaz əmlaklara yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, Şəki şəhəri, M.F.Axundov prospekti, 507 ünvanında yerləşən və iddiaçı tərəfindən “nalbənd budkası” olaraq təqdim edilən tikili tamamilə qəzalı vəziyyətdədir. Baxış zamanı iddiaçının nümayəndəsi həmin əraziyə sel gəldikdən sonra tikilinin yarasız vəziyyətə düşdüyünü, daha sonra isə həmin tikilini yenidən bərpa etdiyini bildirsə də, faktiki olaraq sözügedən obyektin daşınmaz əmlak görüntüsü verilməsi məqsədilə mişar daşlarının xaotik formada üst-üstə yığılmasından ibarət tikili olması aşkar görünür. Odur ki, məhkəmə ümumiyyətlə sözügedən tikilini üzərində hüquqların dövlət qeydiyyatının aparılması mümkün olan daşınmaz əmlak obyekti kimi qiymətləndirmir. ünvan 18 ünvanında yerləşən və iddiaçı tərəfindən “dəmirçi sexi” olaraq təqdim edilən ərazi isə boş torpaq sahəsi olmaqla üzərində hər hansı tikili mövcud deyil. Odur ki, faktiki olaraq tikili mövcud olmadığından tələbin həmin hissəsi də tamamilə əsassızdır. Şəki şəhəri, Oğuz yolu 14A, Şəki şəhəri, Nəriman Nərimanov küç. 178 və Nəriman Nərimanov küçəsinin şimalında (10) yerləşən tikililərə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, ləğv olunmuş "Xidmət” X5 “Xidmət" Şirkətinin 150 yerlik Məişət evinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 621 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilərkən onun emissiya prospektində (özəlləşdirmə planında) 11 əmlak qiymətləndirilən əmlakının tərkibində nizamnamə kapitalına daxil edilmiş, emissiya prospektinə daxil olan 11 əmlakdan 4-ü üzərində (150 yerlik bina, nalbənd üçün saray, bərbər binası və dərzi binası) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikililərlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının 18.3-cü bəndində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilmiş qaydada verilən hüquq təsdiqedici sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia olunan tikililərə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "xxxx" ASC-nə məxsus ünvan 18, Şəki şəhəri, Oğuz yolu 14C, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küç. (12 saylı məktəbin qarşısında), Nəriman Nərimanov küçəsinin şimalında yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi, mülkiyyət hüquqlarının tanınması və Dövlət qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar