Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-939/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən X16, X10, X26, X31, X33 və X19 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi və vicdanlı alıcı İddiaçı məxsus 0,03 ha torpaq sahəsinə dair seriya RX ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-939/2023 nömrəli qərardadı ilə X16, X10, Məmmədova (Kərimova) Elnarə Adil qızı, X33 və X34 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən X16, X10, X27, X31, X33 və X19 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı məxsus, 0,03 ha torpaq sahəsinə dair Seriya RX 0959381, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X38 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir. Çıxarışın ləğv edilmə səbəbi kimi Şəki Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(107)-1283/2017 saylı qərardadı olduğu bildirilmişdir. 2016-cı ildə o dövrdə torpağın qanuni mülkiyyətçisi olan X20 ilə İddiaçı arasında alqısatqı müqaviləsi bağlanmış, şəhadətnamələr əsasında torpaq üzərində mülkiyyət hüququ İddiaçı tərəfindən əldə edilmiş və buna əsasən Seriya RX ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Lakin sonradan (2017-ci ilin sonlarından) torpağın əvvəlki mülkiyyətçisi X20 ilə X16 və digərləri arasında qeyd olunan torpaq sahəsinin də mübahisəsi məhkəmə qaydasında başlamışdır. Belə ki, X20 2014-cü ildə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək X16 və digərlərinə qarşı iddia qaldırmış, 839 G və 328 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra həmin qətnamə qüvvəyə minmiş və onun əsasında X13 həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. X20 2016-cı ildə 0,03 ha torpaq sahəsini İddiaçı satmışdır. Lakin, 2017-ci ildə X16 və digərləri apellyasiya şikayətinin verilməsi müddətini bərpa edərək Şəki Apellyasiya Məhkəməsinə şikayət vermiş və Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmişdir. Daha sonra X20 tərəfindən Ali Məhkəməyə qeyd olunan qətnamədən şikayət verilsə də Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bundan sonra 2022-ci ildə X16 və digərləri Şəki Apellyasiya məhkəməsinə icrada dönüş barədə ərizə ilə müraciət edərək X16 və digərlərinin ümumi paylı mülkiyyətlərinə 0,03 ha həyətyani torpaq sahəsinin verilməsi barədə JN-839G saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin yenidən verilməsini xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsi hal-hazırda torpağın vicdanlı əldə edən tərəfindən qanuni şəkildə alındığını araşdırmadan, 05 may 2022-ci il tarixli, 2(107)-1283/2017 saylı qərardadı ilə icrada dönüş barədə ərizəni təmin etmiş, qeyd olunan JN-839G saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin yenidən verilməsi üçün məhkəmə tərəfindən çıxarılan qərardad əsas hesab edilməsi bildirilmişdir. Qeyd olunan qərardad əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X38 9 Saylı Qəbələ Ərazi İdarəsi isə İddiaçı 0.03 ha torpaq sahəsinə dair Seriya RX, ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı əsassız şəkildə ləğv etmiş, X16 və digərlərinə həmin torpaq sahəsinə dair yeni Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış vermişdir. 21 noyabr 2022-ci il tarixində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X38 9 Saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuş, X16 və digərlərinin mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi, həmin 0, 03 ha torpaq sahəsinə dair İddiaçı adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın bərpa edilməsi xahiş edilmiş, lakin müraciəti təmin olunmamışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsi 05 may 2022-ci il qərardadında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X38 9 Saylı Qəbələ Ərazi İdarəsinin üzərinə yalnız JN-839G saylı“torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin yenidən verilməsinə dair öhdəlik qoysa da, hal-hazırda vicdanlı alıcı olan İddiaçı 0.03 ha torpaq sahəsinə dair Seriya RX, ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair heç bir öhdəlik qoymamış, qərardadında bu barədə qeyd bildirməmişdir. Lakin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X38 9 Saylı Qəbələ Ərazi İdarəsi qeyd olunan torpaq sahəsinin vicdanlı alıcısının olduğunu, torpaq sahəsinə dair vicdanlı alcıya məxsus çıxarışın halhazırda da etibarlı olan alqı-satqı müqaviləsi əsasında əldə edildiyini və eyni zamanda məhkəmə tərəfindən birbaşa vicdanlı alıcının torpaq sahəsinə dair çıxarışının ləğv edilməsinə dair qeyd olmadığını bilə-bilə qanunsuz şəkildə hərəkət etmiş, vicdanlı alıcıya məxsus torpaq sahəsinə dair çıxarışı ləğv etmişdir. Cavadeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddiası ilə bağlı müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X7 adına xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi və Texniki pasport verilmişdir. 24 aprel 2002-ci il tarixdə, 4Ə-01-12 saylı notarial alqı-satqı müqaviləsi əsasında X16 tərəfindən X1. Qeyd olunan müqavilə əsasında X14 alqı-satqı yolu ilə əldə etdiyi fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi və Texniki pasport verilmişdir. X16 və ailə üzvlərinin adına 0.03 ha və 0.07 ha torpaq sahələrinə dair JN - 839 G saylı və JN - 839 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələr hazırlanmışdır. Bundan sonra X2 Adil Bədrəddin oğlu və ailə üzvlərinin adına hazırlanmış 0.03 ha torpaq sahəsinə dair JN - 839 G saylı və 0.07 ha torpaq sahəsinə dair JN- 839 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(025)-979/2014 saylı qətnaməsi ilə X16 və ailə üzvlərinin adına hazırlanmış 0,03 ha torpaq sahəsinə dair JN- 839G saylı və 0,07 ha torpaq sahəsinə dair JN-839 F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr etibarsız sayılmışdır. X21 fərdi yaşayş evinə dair müvafiq sənədlər və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(025)-979/2014 saylı qətnaməsi əsaında fərdi yaşayış evinin və 0,10 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Ərazi İdarəsi təfindən X11 adına fərdi yaşayş evinə dair müvafiq sənədlər və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(025)- 979/2014 saylı qətnaməsi əsasında fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınaraq xx.xx.2015-ci il tarixdə Çıxarş və Texniki Pasport verilmişdir. X21 xx.xx.2016-cı il tarixdə qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsini 4Ə-289 saylı notarial alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Həmin notarial müqavilə əsasında İddiaçı 0,03 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və plan ölçü sənədi verilmişdir. X14 da yerdə qalan 0,07 ha torpaq sahəsinə xx.xx.2016-cı il tarixli, 4Ə-289 saylı notarial alqı-satqı müqaviləsi əsasında dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. X16 tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(025)- 979/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)- 1283/2017 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(025)- 979/2014 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)- 1283/2017 saylı qətnaməsindən X21 tərəfindən kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-8278/2017 saylı qərarı ilə şikayət təmin edilməmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-1283/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 8278/2017 saylı qərarından X21 tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət etmiş və məhkəmə tərəfindən işin icraata qəbul edilməsindən imtina edilmişdir. X21 yenidən X16 və ailə üzvlərinin adına hazırlanmış 0.03 ha torpaq sahəsinə dair JN - 839 G saylı və 0.07 ha torpaq sahəsinə dair JN-839F saylı Torpağın Mülkiyyətə Verilməsinə X18 edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı iddia ərizəsi Azərbaycan Respublikası Şəki İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Şəki inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1048/2018 saylı qərarı ilə X11 iddidası təmin edilmiş və JN - 839 G və JN - 839 F saylı Torpağın Mülkiyyətə Verilməsinə X18 edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1048/2018 saylı qərarından X16 tərəfindən apellyasiya şikyəti verilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-759/2018 saylı qərarı ilə X16 tərəfindən apellyasiya şikyəti təmin edilməmiş və Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (84)-1048/2018 saylı qərrarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-759/2018 saylı qərarından X16 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-1111/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)- 759/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-1111/2019 saylı qərarından X16 tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna şikayət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1 (102)-1111/2019 saylı qərarı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 13- 1(102)-3(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1 (102)-1111/2019 saylı və bununla bağlı Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-759/2018 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsin xx.xx.2021-ci il tarixli, 2- 1(107)- 52/2021 saylı qərardadı ilə 3-cü şəxslər X16 və qeyriləri tərəfindən apellyasiya şikyəti qismən təmin edilmiş Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(84)-1048/2018 saylı qərarı ləğv edilmişdir, iş üzrə qərardad qəbul edilmiş iddiaçılar X21 və qeyrilərinin X16 və ailə üzvlərinin adına hazırlanmış 0.03 ha torpaq sahəsinə dair JN- 839 G saylı və 0.07 ha torpaq sahəsinə dair JN-839F saylı Torpağın Mülkiyyətə Verilməsinə X18 edilməsi öhdəliyinin cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsin xx.xx.2021-ci il tarixli, 2- 1(107)- 52/2021 saylı qərardadından X21 və qeyriləri tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.06. 2021-ci il tarixli, 2-1(102)-883/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)- 52/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (107)-52/2021 saylı qərardadı ilə cavabdehlər X16 və digərlərinin icrada dönüş barədə ərizəsi təmin edilməklə, həmin qərardadın X16, X10, X26, X33 və X19 ümumi paylı mülkiyyətində 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839G saylı və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839F saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə”-lərın bərpası və həmin şəhadətnamələrin əsasında mülkiyyətə dair yenidən Çıxarış və plan-ölçü sənədi verilməsi üçün əsas hesab edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsin xx.xx.2021-ci il tarixli, 2- 1(107)- 52/2021 saylı qərardadının icrası məqsədi ilə İddiaçı Şirafız oğluna ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha həyətyanı torpaq sahəsinə dair seriya RX, ******* nömrəli qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2015-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatına dair çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikas, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(107)-52/2021 saylı qərardad, ilə cavabdehlər X16 və digərlərinin icrada dönüş barədə ərizəsi təmin edilməklə, həmin qərardadın X16, X10, X28, X33 və X19 adına 0.03 ha və 0.07 ha torpaq sahlərinə yəni, mülkiyyət sənədləri verilmişdir. Qeyd olunan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - zəbt edilmiş 0.03 ha torpaq və 0.07 ha torpaq sahəsinin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli 2-1(107) 52/2021 saylı qərardadı ilə iddiaçıların tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(084)1048 /2018 saylı qərarı ləğv edilmişdir. Bunuda əlavə edirik ki, iddiaçı “vicdanlı alıcı" İddiaçı Şirafız oğlunun adına da 24 noyabr 2016-cı il tarixli qeydiyat nömrəli ********** çıxarışın ilkin sənədləri (İnzibati aktı) qeyri qanunu yola əldə etmiş “vicdansız satıcı” X17 tərəfindən üçüncü şəxslərə X16 və digərlərinin dədə-baba mülkünü ələ keçirib İddiaçı Şirafız oğluna satmışdır. İddiaçı bilə-bilə X17 ilə üçüncü şəxslər arasında məhkəmə çəkiışməsi var və məhkəmə qərarın nəticəsini gözləmədən ‘‘vicdansız satıcı” X17 ilə əlbir olub onların dədəbaba mülkünü zəbt etməyə cəhd etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli 2(107)1283/2017 saylı qətnaməsi ilə cavabdehlər Adil Bədrəddin oğlu və digərlərinin icradan dönüş barədə ərizəsi təmin edilməklə hazırkı qərardad X15, X9, X24, X32 və X25 ümumi paylı mülkiyyətlərinə 0.03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G və 0.07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin yenidən verilməsi əsas hesab edilməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 13- 1(102) 3(k)\2020-saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09 iyun 2019-cu il tarixli 2-1(102)1111\2019-saylı və bununla bağlı Şəki Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli 2- 1(107)759/18 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Qərarı ilə N.Alməmmədovun və qeydlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər A.Kərimov və qeydlərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarının onlara aid hissələrinin ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə X18 edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati- İqtisadi Kolegiyasının 9 iyun 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin 1 hissəsinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcələsiniıı 91 və 96.5.1 maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Həmçinin digər cavabdeh İddiaçı adına da 24 noyabr 2016-cı il tarixli çıxarış və tərtib olunmuş plan və ölçüləri rəsmiləşdirlmişdir, bu da tərtib edilərkən kobud nöqsanlara yol verilmişdir. Həmin ərazi iddiaçıların X16, X10, X33, X29 (X19 varisi), X12 torpaq mülkiyyətçilərin (JN 839 F) və (JN 839 G ) dədə-baba torpağının üzərində rəsmiləşdirilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi və mütəxəssis rəyi düzgün tərtib olunmuş və bu səbəbdən ekspert qarşısında qoyulan suallar düzgün cavablandırılmışdır. AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Əİ tərəfindən 22 dekabr 2015-ci ildə **********03-10301 və 14 dekabr 2014-cü ildə **********71-10301 reyestr nömrəli X8 adına verilmiş çıxarışın və 24 noyabr 2016-cı il tarixli İddiaçı adına verilmiş çıxarışlar və tərtib olunmuş plan və ölçüsü ona sübutdur ki, iddiaçıların X16 və digərlərinə aid torpaq sahəsi qanusuz olaraq zəbt edilmişdir. İddiaçı bilə-bilə vicdansız satıcı X17 ilə əlbir olub üçüncü şəxslərin dədə-baba mülkünü ələ keçirməyə cəhdinə baxmayaraq, üçüncü şəxslər öz hüquqlarını Azərbaycan Respublikasının qanunları çərçivəsində bərpa etmişlər. Vicdansız satıcı X17 ona məxsus olmayan daşınmaz əmlakı İddiaçı satmışdır və bu hal məhkəmə qərarı ilə subut edilmişdi və öz hüquqi qüvvəsini tapmışdır. İddiaçı vicdanlı alıcı ola bilməz, ona görə ki, o, mülkü mülk sahibindən deyil, qeyri mülk sahibi X5 almışdır. Ona görə də İddiaçı qarşısında məsuliyyəti X17 daşıyır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli) çıxarışdan görünür ki, ünvan 3 ünvanında, 0,10 ha torpaq sahəsində yerləşən sahəsi 45,9 kv.metr olan fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüququ qeydə alınmışdır. - xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhər H.Cavid küçəsi ev 4 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsindən 0,03 ha olan torpaq sahəsini İddiaçı satmışdır. - RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,3 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 1283/2017 nömrəli qərardadından görünür ki, cavabdehlər X16, X10, X26, X31, X33 və X19 icrada dönüş barədə ərizəsi təmin edilməklə, hazırkı qərardad X16, X10, X26, X33 və X19 ümumi paylı mülkiyyətlərinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN- 839G saylı və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839F saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamələrin yenidən verilməsi üçün əsas hesab edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən 0.03 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsi üzərində X10, X34, X22, X16 və X23 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsinə nail olmaqdır. Belə ki, iddiaçı, sözügedən çıxarışda qeyd edilmiş torpaq sahəsinin xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında X20 tərəfindən ona satıldığını bildirir. Cavabdeh orqan sözügedən torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışı ləğv etməsini və mübahisələndirilən çıxarışı üçüncü şəxslərin adına tərtib etməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1283/2017 nömrəli qərardadına istinad etməklə əsaslandırır. Belə ki, cavabdeh orqan bildirir ki, istinad olunan qərardadla icrada dönüş barədə ərizə təmin edilərək, həmin qərardad 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839G saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin yenidən verilməsi üçün əsas hesab edildiyindən, qərardadın icrasına nail olmaq üçün iddiaçıya məxsus çıxarış ləğv edərək üçüncü şəxslərin adına mübahisələndirilən çıxarışı tərtib edilmişdir. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarından göründüyü kimi sözügedən torpaq sahəsini iddiaçı xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Eyni zamanda üçüncü şəxslərlə X17 (iddiaçı ilə alqı-satqı müqaviləsinin tərəfi) arasında uzunmüddətli məhkəmə çəkişmələri olsa da, həmin alqı-satqı müqaviləsi ötən müddət ərzində mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Başqa sözlə, mübahisələndirilən çıxarışın verildiyi torpaq sahəsinə münasibətdə iddiaçıya məxsus etibarlı hüquqmüəyyənedici sənəd - hazırda qüvvədə olan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsində hüquqların dövlət qeydiyyatı üçün birbaşa hüquqi əsas olan notarial qaydasında təsdiq edilmiş müqavilə mövcuddur. Nəzərə alınmalıdır ki, cavabdeh orqan hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, etibarsız sayılana və ya başqa səbəblərdən qüvvəsini itirmiş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır, hüquqi cəhətdən etibarlı sayılır və həmin qanuni əsas hüquqi qüvvəsini itirmədiyi halda, onun əsasında aparılmış qeydiyyat ləğv edilə, o cümlədən digər subyektlərə məxsus hüquqların qeydiyyatı aparıla bilməz. İddiaçının adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli DƏDRdən çıxarış da məhz həmin alqı-satqı müqaviləsi əsasında tərtib edildiyindən, çıxarışın verilməsinə əsas olmuş müqavilə ləğv olunmadan (etibarsız sayılmadan) həmin müqavilənin əsasında reyestrdə aparılmış qeydiyyatın ləğv edilərək üçüncü şəxslərin adına mübahisələndirilən çıxarışın tərtib edilməsi əsaslı sayıla bilməz. Digər tərəfdən cavabdeh orqanın Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1283/2017 nömrəli qərardadına istinad etməsi də əsassızdır. Belə ki, sözügedən qərardadın həll etdiyi məsələ icrada geriyə dönüş barədə ərizənin təmin edilməsi və 0,03 ha həyətyanı torpaq sahəsinə dair JN-839G saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin yenidən verilməsi olmuşdur (digər şəhadətnamənin hazırkı mübahisənin predmetinə aidiyyəti yoxdur). Həmin qərardadda iddiaçıya məxsus çıxarışın ləğvindən, ümumiyyətlə iddiaçı ilə X20 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin hüquqi qüvvəsinin itirilməsindən bəhs olunmur və məhkəmə araşdırmasının predmetini də təşkil edə bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi qüvvədə olduğu halda iddiaçıya məxsus çıxarışın ləğvi və üçüncü şəxslərin adına mübahisələndirilən çıxarışın tərtibində ifadə olunan cavabdeh orqanın hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə üçüncü şəxslərin adına tərtib edilmiş 0,03 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.