Məhkəmə qərarları › İş №e-2-1(116)-942/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-942/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-942/2023 13.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X8, üçüncü şəxs X11, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1840 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin Plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və JN-650F saylı şəhadətnamənin 0,12 ha hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qax rayon şöbəsinin X6nun adına hazırladığı A112348 saylı X33 kitabında xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə uçota alınmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1840 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin X6nun adına DƏDR-də qeydiyyata alaraq, çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş e-2-1(116)-942/2023 nömrə ilə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia olunan 1840 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Həmçinin İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kənd sakinləri X17, X20, X24 və X18 adına hazırlanmış 0.15 ha torpaq sahəsinə dair JN650F KOD:40309005 nömrəli şəhadətnamənin 0.12 ha hissəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş xx.xx.2023-cü il tarixdə e-2-1(116)-2978/2023 nömrə ilə qeydə alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2978/2023 nömrəli qərardadı ilə e-2-1(116)-2978/2023 saylı inzibati iş, e-2-1(116)-942/2023 saylı inzibati işə birləşdirilmiş, e-2-1(116)-2978/2023 saylı inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-942/2023 nömrəli qərardadı ilə Qax rayonu Qaxbaş bələdiyyəsi və X17 adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-942/2023 nömrəli qərardadı ilə X25, X24 və X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) yenidən iddia tələbini dəqiqləşdirərək, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qax rayon şöbəsinin X6nun adına hazırladığı A112348 saylı X33 kitabında xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə uçota alınmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1840 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin Plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və JN- 650F saylı şəhadətnamənin 0,12 ha hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X22 iddiaçının əri olmuşdur. X6 xx.xx.2005-ci il tarixdə Qax rayonunun Qax-İngiloy kəndində X9 1200 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini Qax rayon Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi təsdiq etdirməklə 13 230 000 (həmin dövrdə qüvvədə olan pul) manata almışdır. Bundan başqa X6 notarial qaydada aldığı torpaq sahəsinə bitişik sahə olan Qax- İngiloy bələdiyyəsinin mülkiyyətində olan 0,064 ha həyətyanı torpaq sahəsini Qax rayonu Qax-İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarı ilə və torpaqların alqısatqısına dair tərtib edilmiş akt əsasında Qax rayon ABB Qax şöbəsi bankının hesabına 11 nömrəli qəbzlə 384 manat ödəməklə həmin torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini almasına dair alqı-satqı aktı xx.xx.2009-cu il tarixdə 1201 nömrə ilə Dövlər Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyata aldıqdan sonra həmin torpaq sahəsinə dair A N 112348 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, həmin sənəd xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə X36 kitabında qeydiyyata alınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdüri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Qax-İngiloy bələdiyyəsindən alınmış torpaq sahəsinin satılması üçün əsas olan sənədlər aşağıdakılardır:

1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdürinin imzası və möhürü ilə və Qax-İngiloy bələdiyyəsinin imzası və möhürü ilə təsdiqlənmiş Qax-İngiloy bələdiyyəsi tərəfindən X2 nəzərdə tutulan torpaq sahəsinin sxematik planı;

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin X2 nəzərdə tutulan 640 kv.m torpaq sahəsinin Qax-İngiloy bələdiyyəsinin mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti olmasına dair verilmiş rəy;

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 673 saylı torpaq sahəsinin qiymətləndirilməsinə və mülkiyyət növünə dair tərtib etdiyi arayış;

4. Qax-İngiloy bələdiyyəsinin satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı;

5. Qax rayon Qax-İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 nömrəli protokolundan çıxarış. Yuxarıda qeyd olunan torpaqlara dair tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü", eyni zamanda digər sənədlər cavabdeh təşkilata iddiaçı tərəfindən təqdim olunaraq torpaq sahəsinin DƏDR-də qeydiyyata alınmasını və reyestrdən çıxarış verilməsini xahiş edilməsinə baxmayaraq, cavabdeh təşkilat torpaq sahəsini qeydiyyata almaqdan imtina edərək qeyd etmişdir ki, yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmçinin xx.xx.2007-ci il tarixdən qüvvədə olan bələdiyyələrə dair bəzi qanunverici aktlarına dair dəyişikliklər və əlavələr edilməsi barədə Qanunun tələbləri pozulduğundan ərizənin icrası mümkün olmamışdır. İddiaçı, cavabdeh orqanın imtina cavabı ilə razılaşmadığına görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsində araşdırma aparılarkən məlum olmuşdur ki, Tofiq Əfəndiyev xx.xx.2005-ci il tarixdə Qax rayonu Qaxingiloy kəndində 1200 kv.m torpaq sahəsini və torpaqda yerləşən 2003-cü ildə tikintisinə başlanmış yarımçıq tikilini X15 13230000 manata satmışdır. Alqı-satqı müqaviləsi Qax rayon Dövlət Notariat Kontorunda təsdiqlənmişdir. Həmin torpaq sahəsini Əfəndiyev X1 müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq alqı-satqı müqaviləsi bağlanan andan bir il 3 ay vaxt keçdikdən sonra, xx.xx.2006-cı il tarixdə X38 Lahiyə İnstitunun əməkdaşı F.Cəfərov və X27 Komitəsinin Qax rayon şöbəsinin müdiri A.Həşimov alqı-satqı ilə Tofiq Əfəndiyevə satılmış torpaq üçün X11 və onun ailə üzvləri olan X20, X24 və X18 adına torpağın mülkiyyətə verilməsinə dair JN650F KOD:40309005 nömrəli şəhadətnamə hazırlayaraq həmin torpağı yəni, 0,15 ha torpağı Kulaşvililərin mülkiyyətinə verərək həmin şəhadətnaməni 8692 nömrə ilə qeydiyyatdan keçirmişlər. Onların bu hərəkəti mərhumun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, həmin şəhadətnamədə qeyd olunmuş 0,15 ha torpaq sahəsinin 0,12 ha hissəsi alqı-satqı ilə Tofiq Əfəndiyevə satılmışdır. Hazırda həmin alqısatqı müqaviləsinin DƏDR-də qeydiyyata alınması üçün şəhadətnamənin satılmış torpağa dair hissəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi məcburiyyəti yaranmışdır. O, bununla bağlı cavabdeh təşkilata rəsmi olaraq müraciət etmiş, lakin cavabdeh təşkilat ona müraciətdə qeyd olunan məsələnin həllinin ərazi idarəsinin səlahiyyətlərinə aid olmadı bildirilərək imtina cavabı vermişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iddia tələbinə münasibətlərində qeyd etmişdir ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 14 noyabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, təmsil etdiyi İddiaçı mərhum əri X15 məxsus olmuş 1840 kv.m torpaq sahəsi üzərində X6nun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı X33 kitabında 26 fevral 2009-cu il tarixdə 755 nömrə ilə X12 adına uçota alınmış 1840 kv.metr torpaq sahəsi ilə bağlı A seriyalı, 112348 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış 21 fevral 2005-ci il tarixli, 235403 saylı alqı-satqı müqaviləsinin (1200 kv.m) və Qaxingiloy Bələdiyyəsinin 25 may 2007-ci il tarixli, 06 saylı protokoldan çıxarış qərarının (640 kv.m) olduğu müəyyən edilsə də, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan 1200 kv.m torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış 2003-cü ildə tikintisinə başlanmış yarımçıq tikili olduğundan, həmçinin Qaxingiloy Bələdiyyəsi tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə tərəfindən bilavasitə satılmış 640 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmadan, bələdiyyə ilə fiziki şəxs arasında alqı-satqı müqaviləsi bağlanmadan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddələrinin tələblərinə zidd olaraq özgəninkiləşdirmə notarial qaydada təsdiq edilmiş müqavilə ilə deyil, alqı-satqı aktı ilə rəsmiləşdirildiyindən vətəndaşa xx.xx.2022-ci il tarixli, **********05 saylı imtina məktubu verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bundan başqa, Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış 21 fevral 2005-ci il tarixli, 235403 saylı, 4ə-58 reyestr nömrəli alqı-satqı müqaviləsində X11 Qax rayonu, Qaxingiloy kəndində yerləşən 1200 kv.m torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış yarımçıq yaşayış evini X5 qeyd olunmuşdur. Yəni, sözügedən müqavilənin predmeti iddiaçının iddia etdiyi 1200 kv.metr torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən yarımçıq tikili olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, daşınmaz əmlak barəsində barəsində Qax rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 21 fevral 2005-ci il tarixli, 235403 nömrəli alqı-satqı müqaviləsi iddiaçının iddia etdiyi Qax rayonu, Qaxingiloy kəndində yerləşən 1200 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək həmin maddədə göstərilmişdir ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əvvəlki redaksiyada isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı satqı aktı tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli, 2523 saylı sərəncamı ilə “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu tətbiq edilmişdir. Odur ki, Qax şəhərində yerləşən 0,064 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Qax İngiloy bələdiyyəsinin ərazisində yaşayan və yaşayış yeri üzrə qeydiyyatda olan X6na 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra alqı-satqı müqaviləsi ilə deyil alqı-satqı aktı ilə ayrıldığından, xx.xx.2009-cu il tarixli 1201 nömrəli torpaqların alqı-satqısına dair akt iddiaçının iddia etdiyi Qax şəhərində yerləşən 640 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Qax şəhərində yerləşən 1840 kv.metr torpaq sahəsi üzərində İddiaçı mərhum əri X12 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İddiaçının vəkilinin (nümayəndəsinin), məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs və vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəylərindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 2210 kv.metr olub döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerquriuşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS (X19 X30) baza məlumatlarına əsasən Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, həyətyanı torpaqlar olmaqla, fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. A112348 nömrəli planölçü sənədindəki 1840 kv.m torpaq sahəsi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilindədir. (tərtib edilmiş yerquruluşu planında göstərilmişdir). Qax rayon Dövlət Notariat Kontorunda 21,02.2005-ci il tarixli 4Ə-58 saylı müqaviləsi ilə 1200 kv.m və Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə 640 kv.m torpaq sahəsi Bakı şəhər sakini X12 mülkiyyətinə verilmişdir. İddiaçının qardaşı X16 bildirdiyinə görə torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. İddia olunan torpaq sahəsi JN-650F kod 40309005 nömrəli şəhadətnamənin cizgisində qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür və yerquruluşu planında göstərilmişdir. A112348 nömrəli plan-ölçü sənədindəki 1840 kv.m torpaq sahəsi xüsusi mülkiyyətdədir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, halhazırda arxivdə Qax rayon Qaxingiloy bələdiyyəsinin 2000-2004-cü illərin iclas protokolları mühafizə olunur. Qaxingiloy bələdiyyəsi 2007-ci ilin iclas protokollarını (o cümlədən xx.xx.2007-ci il tarixli 06 saylı iclas protokolu və protokola əlavə edilmiş hər hansı bir sənəd) Qax rayon Dövlət Arxivinə təhvil verməyib. Arxivdə mühafizə olunan Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq idarəsinin xx.xx.2009-cu il tarixli “Cinayət işi başlanamasının rədd edilməsi haqqında Qərar”a əsasən xx.xx.2009-cu il tarixdə Qaxingiloy bələdiyyəsinin yerləşdiyi binada baş vermiş yanğın nəticəsində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Qaxingiloy bələdiyyəsinə məxsus protokollar yanmışdır. - Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 13 saylı protokolundan və xx.xx.2005-ci il tarixli 235403 nömrəli müqavilədən görünür ki, Qaxingiloy kənd sakini X14 texniki sənədlər əsasında öz həyətyanı torpaq sahəsində yeni yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Qaxingiloy kənd XDS icraiyyə komitəsinin xx.xx.1982ci il tarixli 2 nömrəli iclasının qərarı təsdiq edilmiş, X17 Qax rayonun Qaxingiloy kəndində 1200 kv.metr torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış, yarımçıq yaşayış evini vətəndaş X3. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş 1103 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X17, Liana Vaxtanqovna, Mamuka İvanoviç, Marina İvanovna qeyd edilmişdir. - AZ-İİ 132418 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - İ-ЖГ 477263 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 ilə X23 arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanmışdır. - Qax rayonu Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli protokoldan çıxarışdan xx.xx.2009-cu il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatına az yararlı torpaqlarından X15 0,064 ha torpaq sahəsi satılmışdır. - A 112348 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-58 saylı müqavilə ilə 1200 kv.metr və Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə 640 kv.metr cəmi 1840 kv.metr torpaq sahəsinə X12 adına tərtib edilmişdir.

Əsaslandırma hissəsi:

Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2005-ci il tarixli 4Ə-58-cı il nömrəli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: - JN-650F saylı Şəhadətnamənin 0,12 ha hissədə ləğv edilməsi, - A112348 saylı torpaq sahəsinin Plan və ölçüsü sənədində qeyd olunmuş 1840 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6na məxsus olması barədə arayışın verilməsi. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili - yarımçıq tikiliyə münasibətdə notarial qaydada bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-58-cı il nömrəli alqı-satqı müqaviləsinin predmetinin 1200 kv.m torpaq sahəsi olmaması, həmçinin Qaxingiloy Bələdiyyəsi tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə tərəfindən bilavasitə satılmış 640 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmadan, bələdiyyə ilə fiziki şəxs arasında alqı-satqı müqaviləsi bağlanmadan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddələrinin tələblərinə zidd olaraq özgəninkiləşdirmə notarial qaydada təsdiq edilmiş müqavilə ilə deyil, alqı-satqı aktı ilə rəsmiləşdirilməsi olmuşdur. Üçüncü şəxslərin iddia tələbinə qarşı dəlili isə JN-650F saylı Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin İvan Kulaşvilinin mülkiyyətinə digər ailə üzvləri ilə birlikdə verilməsi, alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması ilə bağlı hər hansı qeydin, o cümlədən JN-650F saylı Şəhadətnamədə adları qeyd edilmiş digər şəxslərin sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı iradə ifadələrinin olmaması ilə bağlı olmuşdur. Məhkəmə həm cavabdehin, həm də üçüncü şəxlərin etirazının dəlillərini əsassız hesab edir.

1. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum əri Tofiq Əfəndiyev xx.xx.2005-ci il tarixli, 235403 nömrəli alqı-satqı müqaviləsi əsasında Qax rayonun Qaxingiloy kəndində 1200 kv.metr torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış, yarımçıq yaşayış evini X9 almışdır. Sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü müqavilədə 1200 kv.m qeyd edilmişdir. Satılan yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş JN-650F saylı Şəhadətnamə xx.xx.2006-cı ildə, yəni alqı-satqı müqaviləsi bağlandıqdan 1 ildən artıq müddət keçdikdən sonra hazırlanmış və həmin Şəhadətnamənin Qax RAİK-nın xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Belə ki, Qax RAİK-nın xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarı (həmin qərar əsasında təsdiq edilmiş torpaq payı almaq hüququ olan subyektlər siyahısında üçüncü şəxslərə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd edilməsinə baxmayaraq, tərtib edilmiş Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.15 ha göstərilmişdir) ilə üçüncü şəxslərə iddia olunan torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, JN-650F saylı Şəhadətnamə hazırlanarkən artıq sözügedən torpaq sahəsi üzərində yerləşən yarımçıq tikilinin X17 tərəfindən özgəninkiləşdirilməsi nəzərə alınmamışdır. Göründüyü kimi cavabdeh orqanın JN-650F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin bütövlükdə üçüncü şəxslərin adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan, iddiaçı həmin şəhadətnamənin alqı-satqı müqaviləsində qeyd edilmiş 0.12 ha hissədə ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən yarımçıq tikilinin əvvəlki sahibinin X10ması işdə olan Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 13 saylı protokolu ilə sübut olunur. Həmin torpaq sahəsi İvan Kulaşvilinin qanuni istifadəsində olduğundan yarımçıq tikilinin satılması ilə bərabər faktiki olaraq onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarını da iddiaçıya ötürmüşdür. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir.

2. “Alqı-satqı müqaviləsinin predmetinin torpaq sahəsi olmaması və İva Kulaşvili ilə bərabər digər üçüncü şəxslərin sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı iradə ifadəsinin mövcud olmaması ilə bağlı” cavabdehin və üçüncü şəxslərin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. ... Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Yarımçıq tikilinin satılması ilə bağlı müqaviləyə həmin tikilinin yerləşdiyi, ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan sərəncam verilsə də, məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş aşağıdakı hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir: - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. İnzibati işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsində yerləşən yarımçıq tikili ilə bağlı iddiaçının mərhum əri və üçüncü şəxs İvan Kulaşvili arasında xx.xx.2005-ci il tarixli, 235403 nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının mərhum ərinin aşkar sahibliyində və istifadəsində olmuşdur. Sözgedən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən A112348 saylı torpaq sahəsinin Plan və ölçüsü sənədi də tərtib edilmişdir. Alqı-satqı müqaviləsi ötən müddət ərzində mübahisələndirilməmiş, həmçinin tərəflər arasında sözügedən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı mübahisə və məhkəmə çəkişməsi olmamışdır. Bununla da torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış üçüncü şəxslərin uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməmələri müəyyən edilmişdir.

3. Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı qəbul edilərkən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddələrinin tələblərinə əməl olunmaması ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində mövcud olan pozuntuların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin pozuntuların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan A112348 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində də Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına istinad olunduğundan məhkəmə hesab edir ki, cavabdeh orqan DT və XK-nin hüquq varisi olduğundan həmin plan-ölçü sənədi tərtib edilərkən ilkin torpaqayrıma sənədlərinin mötəbərliyi yoxlanılmış və A112348 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış torpaq sahəsi olması təsdiq etmişdir. Odur ki, sözügedən səndələr arxivdə mövcud olmamasa da, iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş ilkin torpaqayrıma sənədlərinin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı və iddiaçının mərhum əri və üçüncü şəxs İvan Kulaşvili arasında xx.xx.2005-ci il tarixli, 235403 nömrəli alğı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə JN-650F saylı şəhadətnamənin 0,12 ha hissədə ləğvi edilməsi və A112348 saylı “Torpaq sahəsinin Plan və ölçüsü” sənədində qeyd olunmuş 1840 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6na məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar