Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-991/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Sosial Müdafiə Fonduna 1777,50 manat sosial sığorta haqları üzrə İddiaçı hesablanmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə ümumilikdə 237,66 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 1777,50 manat sosial sığorta, İcbari Tibbi Sığorta Fonduna 10,61 manat icbari tibbi sığorta haqları üzrə İddiaçı hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı cavabdehə müraciət edərək, dövlət büdcəsinə ümumilikdə 237,66 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 1777,50 manat sosial sığorta, İcbari Tibbi Sığorta Fonduna 10,61 manat icbari tibbi sığorta haqları üzrə İddiaçı hesablanmış borcun silinməsini xahiş etmişdir. Cavabdehin 25 yanvar 2022-ci il tarixli məktubu ilə dövlət büdcəsinə ümumilikdə 237,66 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 1777,5 manat sosial sığorta, İcbari Tibbi Sığorta Fonduna 10,61 manat icbari tibbi sığorta haqları üzrə İddiaçı hesablanmış borcun silinməsindən imtina edilmişdir. Həmin məktub iddiaçıya poçt vasitəsi ilə 01 fevral 2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı həmin imtinanı qeyri-qanuni hesab edir və hesab edir ki, aşağıda qeyd olunanlara əsasən borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfindən İddiaçı dövlət büdcəsinə ümumilikdə 237,66 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 1777,50 manat sosial sığorta, İcbari Tibbi Sığorta Fonduna 10,61 manat icbari tibbi sığorta haqları üzrə borc hesablanmışdır. İddiaçının qeyd etdiyi vergi borcu ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə hesablanmışdır. Həmin vaxt Operativ Qərargah tərəfindən yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə edilmişdir. Ümumiyyətlə həmin borc qanunsuz hesablanmışdır. İddiaçı uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyekti bağlamış, fəaliyyətini dayandırmışdır. Borcun hesablandığı vaxt 65 yaşı tamam olduğundan işə getməmiş, yaşayış yerini tərk etməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, İddiaçı dövlət büdcəsinə ümumilikdə 237,66 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 1777,50 manat sosial sığorta, İcbari Tibbi Sığorta Fonduna 10,61 manat icbari tibbi sığorta haqları üzrə borc hesablanması qanunsuzdur. İddiaçı məhkəməyə 20.05.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlayaraq “Dövlət Sosial Müdafiə Fonduna 1777,50 manat sosial sığorta haqları üzrə İddiaçı hesablanmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh 13.04.2022-ci il tarixli **********400900 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi borcun hesablandığı dövrdə onun 65 yaşı tamam olduğu üçün yaşayış yerini tərk etmədiyi dəlilə münasibətdə Nazirlər Kabinetinin qərarına əsasən ölkədə koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 24 mart 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək ölkədə karantin rejimi tətbiq edilmiş, qeyd olunan müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilmişdir. Lakin iddiaçının xx.xx.1956-cı il tarixdə anadan olduğunu nəzərə alsaq, 2020-ci il tarixində ödəyicinin 65 yaş yox 64 yaşı olmuşdur. Həmçinin iddiaçının pandemiyadan əvvəl yaşı və səhhəti ilə əlaqədar sahibkarlıq fəaliyyəti göstərdiyi obyekti bağladığını və faəliyyətini dayandırdığı qeydinə münasibət bildirərək qeyd edilmişdir ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini pandemiyadan əvvəl deyil, 17.05.2021-ci il tarixdən dayandırmışdır. Belə ki vergi ödəyicisi sahibkarlıq fəaliyyətini 17.05.2021-ci il tarixdən 31.12.2076-ci il tarixədək dayandırılması barədə ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi ödəyicisi İddiaçı tərəfindən hesablanmış borc məbləğinin silinməsi ilə bağlı 06.01.2022-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edilmiş, vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciətinə baxılaraq ona 25.01.2022-ci il tarixli **********261500 nömrəli cavab məktubu göndərilərək bildirilmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə heç bir kameral hesablama aparılmamış, yaranmış borc məbləği vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, MDSS və işsizlik sığortası hesabatları əsasında müəyyən edilmiş və yaranmış borc məbləği pandemiyə dövründən əvvəlki dövrə aiddir. Belə ki, baza məlumatlarına əsasən, İddiaçı (VÖEN: **********) Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqə”də 01.10.2018-ci il tarixinə Dövlət Sosial Müfafiə Fondundan daxil olmuş borc üzrə (saldo) 498,30 manat əsas və 118,58 manat penya olmaqla, ümumilikdə 616,88 manat borcu olmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfində təqdim edilmiş MDSS hesabatlarına görə 2018ci ilin 4-cü rübü üzrə 117 manat, 2019-cu ilin 1-ci rübü üzrə 132 manat, 2-ci rübü üzrə 162 manat, 3-cü rübü üzrə 183 manat, 4-cü rübü üzrə 225 manat, 2020-ci ilin 2-ci rübü üzrə 37,50 manat, 3-cü rübü üzrə 37,50 manat, 4-cü rübü üzrə 37,50 manat, 2021-ci ilin 2-ci rübü üzrə 37,50 manat olmaqla, ümumilikdə 969 manat borcu yaranmışdır. Vergi ödəyicisinin MDSS üzrə 31.05.2020-ci il tarixdə 10 manat, 29.06.2020-ci il tarixdə 10 manat, 21.07.2020-ci il tarixdə 10 manat, 20.08.2020-ci il tarixdə 10 manat, 14.10.2020-ci il tarxidə 0,12 manat, 16.10.2020-ci il tarixdı 10 manat, 20.11.2020-ci il tarixdə 10 manat, 22.12.2020-ci il tarixdə 10 manat, 21.01.2021-ci il tarixdə 10 manat, 10.02.2021-ci il tarixdə 10 manat və 12.03.2021-ci il tarixdə 10 manat, ümumilikdə 100,02 manat ödənişini nəzərə almaqla, şəxsi hesab vərəqəsinə əsasən 1371,38 manat əsas və 428,26 manat penya üzrə ödənilməmiş borcu qalmışdır. Vergi ödəyicisinin 2021-ci ilin 2-ci rübü üzrə təqdim etdiyi hesabata uyğun olaraq “İcbari tibbi sığorta üzrə vərəqə”də 10 manat əsas və 1,97 manat penya borcu olmaqla, ümumilikdə 11,97 manat borcu yaranmış, 23.11.2021-ci il tarixdə 10,60 manat borc ödəyicisi tərəfindən ödənildiyi üçün şəxsi hesab vərəqəsinə əsasən 1,37 manat penya borcu qalmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən 06.12.2021-ci il tarixdə 219,92 manat vergilər üzrə, 18,08 manat faizlər üzrə borc məbləği ödənilmiş "Vergilər üzrə vərəqə”də əvvəlki dövrlərdə yaranmış vergi borclarına hesablanmış 99,89 manat faiz borcu qalmışdır. Göründüyü kimi, vergi ödəyicisinin borcu özünün verdiyi hesabatlar və ödənilməmiş borc əsasında yaranmış və qeyd olunan borcun ödənilməsindən boyun qaçırtdığı üçün pandemiya dövrünü əsas gətirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə qanunvericiliyin aşağıda sadalanan normalarına əsasən iddia tələbinin əsassız olduğunu qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 1.4-cu maddəsinə əsasən Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəalarının tətbiq edilmədiyini qərarında qeyd etmiş, qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. İşin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən heç bir yoxlama həyata keçirilməmiş, göstərilən məbləğdə sosial sığorta haqları üzrə borc, vergi borcu və icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə birlikdə iddiaçının təqdim etmiş olduğu bəyannamələr əsasında hesablanmışdır. İddiaçı məhkəmə iclasında da bildirmişdir ki, tərəfindən vergi borcu və icbari tibbi sığorta üzrə borc ödənilmişdir, o, bu səbəbdən də iddia tələbini müvafiq şəkildə dəqiqləşdirmişdir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina olunmasından ibarət hərəkəti qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Sosial Müdafiə Fonduna 1777,50 manat sosial sığorta haqları üzrə İddiaçı hesablanmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-991/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-991/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver