Məhkəmə qərarları › İş №e-2-1(118)-1048/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1048/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1048/2022 30.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5481 nömrəli Qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia qaldıraraq “ “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5481 nömrəli Qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********9785 nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi **********-31002 kodlu obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli Akt tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçıya məxsus obyektdə xx.xx.2021-ci il tarixdə obyektin fəaliyyətinə uyğun olmayan 12 948 712,0 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən 15 585 069,76 manata (ticarət əlavəsi 2 % və ƏDV daxil) satıldığı müəyyən edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********5481 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə fərdi sahibkara VM-nin 58.13- cü maddəsinə əsasən 1 558 506.98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli **********364100 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərara əsasən tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə ünvanlanmış inzibati şikayəti təmin edilməmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5481 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız hesab edirlər: Cavabdeh vergi orqanı tərəfindən fərdi sahibkara məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 15 585 069.76 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda elektron qaimə-faktura verilmədən nəzarət kassa aparatına mədaxil edilərək təqdim edildiyi aşkar olunmuşdur. Başqa sözlə, vergi orqanı fərdi sahibkara məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2021-ci il tarixdə 15 585 069.76 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. İlk öncə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (xx.xx.2021-ci il tarixdə) fərdi sahibkara məxsus obyektdə 15 585 069.76 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri Nəzarət kassa aparatına mədaxil edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, o halda bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Bununla bağlı qeyd edir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaiməfaktura tələb etməsi ilə bağlı cavabdehdə hər hansı sübut mövcud deyil. Cavabdeh iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəycilərinin rekvizitləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı tələb etməyimizə baxmayaraq bizə təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı sübuta yetirə biləcək dəlillərə malik deyil. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 50.1.1-50.1.14-cü maddələrdə sadalanan məsələləri, o cümlədən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilşmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsini (50.1.13) əhatə edən vergi nəzarəti formasıdır. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli aktda həmin gün deyil, xx.xx.2021-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və Nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Halbuki, operativ vergi nəzarətinin təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda yoxlama dövrünün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olması qeyd edilmişdir. Beləliklə, iddiaçı malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyim halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərək, iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: “Sübutetmə vəzifəsi” başlıqlı 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Uçot-baza məlumatlarına əsasən İbragimov Gurbanın xx.xx.2017-ci il tarixdə verg ödəyicisi kimi uçota alındığı, operativ vergi nəzarəti zamanı aktiv 6 obyektləri olduğu görünür. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundar sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci i tarixli **********9783, **********9785, **********9794 nömrəli qərarları əsasında İbragimov Gurbanın sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 6.365 manat dəyərində mal qalığının (5.887 manat dəyərində sənədli və 478 manat dəyərində sənədsiz mal (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005405 və 005429 nömrəli aktlar)) olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 15.585.070 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib edilmiş, həmin akt İbragimov Gurban tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.11,2021-ci il tarixli **********5481 nömrəli qərarı ilə İbragimov Gurban barəsində 1.558.506,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin 19.11,2021-ci il tarixli **********064700 nömrəli məktubu ilə İbragimov Gurbanın qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 11:21-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib) Baş İdarənin xx.xx.2021-ci il tarixli **********9780, **********9784 və **********9786 nömrəli qərarlarına əsasən fiziki şəxs İBRAGİMOV GURBAN-a (VÖEN: **********) məxsus Abşeron rayonu, Fatmayı Ə/V, Q.Qarayev ev.65 ünvanında yerləşən **********-31005 kodlu İcarə obyektində, Abşeron rayonu, Fatmayı ƏA/, Q.Qarayev ünvanında yerləşən **********-31007 kodlu İcarə sahəsində və ünvan 3 ünvanında yerləşən **********-31008 kodlu İcarə obyektində 21,09.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədi ilə təsərrüfat subyektlərinə baxış keçirilmiş, aparılan müşahidələr zamanı obyektlərin icarə obyekti olduğu və digər şəxslərin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bu səbəblərdən bu obyektlərdə operativ vergi nəzarətinin həyata keçirilməsi mümkün olmamışdır. (xx.xx.2021-ci il tarixli **********071300 nömrəli Xidməti Məruzə və Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın icrasının mümkün olmaması barədə Qərarlar qoşmaya əlavə edilir) Vergi ödəyicisi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 21,09.2021-ci il tarixli arayışında qeyd etmişdir ki, “Vergi ödəyicisinin faltiki olaraq 3 aktiv obyektləri mövcuddur. Digər ünvanında olan 3 obyeklərimiz başqa vergi ödəyicilərinin fəaliyyətindədir. Malların üzərinə qoyulun ticarət əlavəsi 2-3% (iki-üç) faiz təşkil edir. Obyektlərimiz həftənin 7 günü olmaqla saat 10:00-dan 20:00-a qədər işləyir”. Həmçinin qeyd edirlər ki, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim etdiyi ƏDV bəyannamələrində 16.626.315 manat (ƏDV-siz) vergi tutulan dövriyyə əks etdiyi, 18.846.950 manat (ƏDV-siz) mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 17.568 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı və 479.270 manat (ƏDV-siz) dəyərində malların satışı əməliyyatları apardığı aşkar olunmuşdur. Vergi ödəyicisində ümumilikdə 16.560 çek üzrə 16.709.189 manat məbləğ nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 1009 manat mədaxil olunduğu), eyni zamanda çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması halları aşkar olunmuşdur. (NKA çekləri barədə cədvəl qoşmaya əlavə edilib) İş materiallarında mövcud olan sənədlərə əsasən (operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilən mal qalığının siyahısı və digər sənədlərə) təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,80-110 manat (əksər malların alış qiyməti 10 manatdan aşağıdır (DVX seriyalı 003232 və 003245 nömrəli siyahı)) aralığındı olmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKA-nın çekləri barədə məlumatda" əks olunan çeklər üzrə məbləğin 400,0-1.500,0 aralığında (əksər çekləri məbləği 1.000 (min) manat və ondan yuxarıdır) olması müəyyən olunur. Nəzərə alsaq ki, iddiaçının satdığı malların böyük əksəriyyətinin dəyəri 10 manat və daha aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 1.000,0 manatlıq mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Həmçinin geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli qoşmaya əlavə olunub) əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 16.560 sayda çeklərin cəmi 218 şəxlər arasında (1 şəxsə orta hesabala 76 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olsaq, görərik ki, nəzarət kassa aparatına ümumi dəyəri 580.950,0 manat olan 565 sayda, ümumi dəyəri 508.950,00 manat olan 491 sayda, ümumi dəyəri 477.688,00 manat olan 491 sayda, ümumi dəyəri 436.450,00 manat olan 456 sayda, ümumi dəyəri 428.590,30 manat olan 474 sayda, ümumi dəyəri 404.099,00 manat olan 430 sayda, ümumi dəyəri 384.130,70 manat olan 475 sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 16.709.189 manat məbləğində 16.560 sayda çəklərin cəmi 218 nəfər şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektlərinin anbar tipli olması, fəaliyyət göstərdiyi obyektlərdə mal qalığının olmaması (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005834 nömrəli akt) və ya çox az olması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət- kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi və s) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası”- nın 1.3.1 bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehin etirazına münasibətində qeyd etmişdir ki, 1. Cavabdeh vergi orqanının iddiaçı tərəfindən vergi ödəyicilərinə satılmış mallara görə elektron qaiməfakturaların təqdim edilməməsinə dair dəlillərinə münasibətdə ilk öncə qeyd edim ki, işin mübahisəsiz halıdır ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı məhz fərziyyələr və öz təxəyyülünün məhsulu olan “reallıqlar” əsasında qəbul etmişdir. Halbuki, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati aktı tam, hərtərəfli və obyektiv araşıdırılmış, hər hansı şübhəyə yer buraxmayan, bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verilmiş sübutlar əsasında qəbul etməlidir. (“İnzibati icraat haqqında” AR Qanunun 24- cü və 47-ci maddələri). Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri). İstinad olunan normaların təhlili onu deməyə əsas verir ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalıdır, başqa sözlə, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-468/2022 nömrəli Qərarı) Hazırki işdə bir halda ki, cavabdeh malların topdan satıldığını iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Lakin işdə bu faktı təsdiq edən mötəbər sübut yoxdur Belə ki, cavabdeh vergi orqanı inzibati icraat (operativ vergi nəzarəti) zamanı iddiaçı tərəfindən elektron qaimə-faktura tərtib edilmədən topdansatış qaydasında mal satılan bir nəfər də olsun vergi ödəyicisi aşkar edə bilməmiş, bu səbəbdən də gəldiyi nəticəni fərziyyələr (ehtimallar) ilə sübuta yetirməyə çalışmışdır. Çünki, cavabdeh vergi orqanı iddiaçının təsərrüfat subyektində sadəcə bir halda - VM-nin 58.8-ci maddəsinə müvafiq olaraq mal qalığının müəyyən edilməsi məqsədilə gəlmiş, VM-nin 58.13-cü maddəsi ilə bağlı isə hər hansı nəzarət tədbiri həyata keçirməmişdir. Belə ki, cavabdeh qeyd olunan maddəyə iddiaçı tərəfindən əməl edilməsinin yoxlanılması məqsədilə sonuncunun təsərrüfat subyektlərinə (obyektlərinə) getmədən, sadəcə vergi orqanının uçot bazasında olan məlumatlar əsasında hesablama həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan da bəlli olur ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən idxal edilmiş malların ümumi dəyərindən tədbir zamanı aşkar edilmiş qalıq malların və hesabat dövrləri ərzində elektron qaimə-faktura əsasında satılmış malların ümumi dəyərini çıxaraq, əldə olunan məbləğə 2 faiz ticarət əlavəsi və 18 % ƏDV məbləğini əlavə etməklə, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilmədən satılmış malların həcmini müəyyən etməyə çalışmışdır. Halbuki, operativ vergi nəzarəti VM-nin 50.2-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu hallarda vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində (və ya nəqliyyat vasitəsində) əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində, vergi ödəyicisi tərəfindən tədbir baş tutan anda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində göstərilən məsələlərə riayət edilib- edilməməsini aşkar etmək məqsədilə həyata keçirilən vergi nəzarəti formasıdır. (Vergi Məcəlləsinin 50.1, 50.2, 50.3 və 50.4-cü maddələri) Göründüyü kimi, operativ vergi nəzarəti vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə getməklə, müşahidə anında vergi qanunvericiliyində nəzərdə tutulan tələblərə riyaət edilməsinin yoxlanılması məqsədilə həyata keçirilən nəzarət tədbiri olduğu halda, cavabdeh vergi orqanı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında iddiaçı tərəfindən VMnin 58.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim edilmədən mal satışının həyata keçirilib- keçirilməməsi ilə bağlı hər hansı nəzarət tədbiri (reydlər) həyata keçirmədən, sadə riyazi hesablama əsasında iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğunu göstərir. Həmçinin qeyd edir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9785 nömrəli Qərarda nəzarət tədbirinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həyata keçirilməsi nəzərdə tutulsa da, cavabdeh vergi orqanı iddiaçının 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər olan bütün fəaliyyətini əhatə etmişdir ki, bu da VM-nin yuxarıda izahı verilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi qaydalarını, şərtlərini və əsaslarını müəyyən edən 50.1- 50.4-cü maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, əvvəlki paraqraflarda izah edildiyi kimi, operativ vergi nəzarəti qəfil reyd şəklində vergi ödəyicisinin cari, yəni tədbir həyata keçirilən anda olan fəaliyyətini əhatə edə biləcəyi halda, cavabdeh vergi orqanı iddiaçının tədbir ilə əhatə olunmayan dövrlər üzrə faəliyyətini araşdıraraq mübahisəli qərarı qəbul etmişdir ki, qeyd olunan hesabat dövrləri vergi qanunvericiliyinə uyğun olaraq yalnızca səyyar vergi yoxlaması ilə yoxlanıla bilərdi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli KY211641828 nömrəli Çıxarışda yoxlanılan dövrün “cari fəaliyyət” olaraq qeyd edilməsi də təsadüfi deyildir.

2. Cavabdehin iddiaçı tərəfindən NKA-na mədaxil edilmiş məbləğlər ilə bağlı ƏDVlərin məhdud sayda fiziki şəxslər tərəfindən geri qaytarılması barədə dəlilinə münasibətdə ilk öncə qeyd edir ki, əgər vergi orqanın “əsas sübutu” məhz qaytarılan ƏDV məbləğlərinin məhdud sayda fiziki şəxslər arasında bölüşdürülməsidirsə, o zaman həyata keçirilmiş operativ vergi nəzarətinin və onun nəticəsində qəbul edilmiş qərarın qanunsuzluğu sübut etmək üçün çox də əziyyət çəkməyə ehtiyac qalmır. Belə ki, qeyd olunan “əsas sübut” vergi orqanının mübahisələndirilən inzibati aktı konkret sübutlar əsasında deyil, ehtimalar əsasında qəbul etdiyini bariz şəkildə göstərən etiraf kimi qiymətləndirilə bilər. Əvvəla, ona görə ki, məhkəmə təcrübəsindən bilindiyi kimi, adətən ƏDV qaytarılan şəxslər (hazırkı işdə cavabdeh bununla bağlı hər hansı araşdırma aparmanı məhkəməyə təqdim etməmişdir) vergi orqanında uçotda olmayan fiziki şəxslər olur ki, bu da vergi orqanının “iddiaçının malları EQF tərtib etmədən vergi ödəyicilərinə satması” barədə dəlilinin səhvliyini sübuta yetirir. İkincisi, cavabdeh vergi orqanı qeyd olunan araşdırmanı - yəni nəzarət kassa aparatları ilə satılmış mallar üzrə ƏDV-ni geri qaytaran şəxslərin siyahısını və məbləğini inzibati icraat çərçivəsində deyil, məhz məhkəmə çəkişməsi zamanı həyata keçirmişdir ki, bu da cavabdehin inzibati icraat haqqında qanunvericiliyə hansı səviyyədə riayət etdiyini və iddiaçının VM-nin 58.13-cü maddəsinin tələblərinə əməl edib-etməməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı nəzarət tədbirin həyata keçirilmədiyi barədə dəlilin doğruluğunu göstərir. Halbuki, cavabdeh vergi orqanı obyektiv və qanuni qərar qəbul etmək məqsədilə inzibati icraat (operativ vergi nəzarəti) çərçivəsində iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilmədən mal satılan vergi ödəyicilərinin (ən azı birinin) aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirməli, ƏDV qaytaran fiziki şəxslərin həmin malları istehlak yoxsa sahibkarlıq fəaliyyəti məqsədilə aldığını müəyyən etməli və həmin şəxslərin məhz faktiki mal alan şəxslər yoxsa 3-cü şəxslər olduğunu müəyyən etməli idi. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən vergi ödəyicisinin sahibliyində olan malların alışına dair elektron qaimə-fakturaların mövcud olub- olmamasının aşkar edilməsi də operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdəndir. Göründüyü kimi, vergi ödəyiciləri arasında sənədsiz malların satışının qarşısını almağı qarşısına güyaki “məqsəd” qoyduğunu iddia edən cavabdeh qurum, bu məqsədə nail olmaq üçün sənədsiz malların satışını və alışını həyata keçirən vergi ödəyiciləri ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparmalı olduğu halda, hazırkı halda ƏDV qaytaran şəxslərin siyahısını dəqiqliklə görə bildiyi və bununla bağlı nəzarət tədbiri zamanı araşdırma aparmalı olduğu halda, sadəcə iddiaçıya ehtimal əsasında maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da cavabdeh vergi orqanının məqsədinin sənədsiz malların dövriyyəsinin qarşısını almaq deyil, sadəcə olaraq büdcə proqnozlarını icra etmək xatirinə qanuni olub-olmamasına əhəmiyyət vermədən vergi ödəyicilərinə külli miqdarda maliyyə sanksiyaları tətbiq etmək olduğunu göstərir. Əgər cavabdeh vergi orqanı apardığı bu təhlilin məntiqsiz olduğunu zənn edirsə, qeyd edid ki, həyata keçirdikləri operativ vergi nəzarətini də məhz belə dolayı məntiqlər əsasında həyata keçirmişlər. Bir məqamı qeyd edir ki, cavabdeh vergi orqanının ƏDV qaytaran şəxslər ilə bağlı hər hansı araşdırma aparmamasının səbəbi həmin şəxslərin istehlakçı olmasıdır ki, bu hal sübuta yetiriləcəyi təqdirdə cavabdehin dəlilləri puç olacaqdı. Məhz bu səbəbdən də cavabdeh vergi orqanı VM-nin 58.13-cü maddəsinə iddiaçı tərəfindən riayət edilibedilməməsi ilə bağlı hər hansı əlavə araşdırma aparmadan sadəcə olaraq riyazi hesablama nəticəsində iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsini tərcih etmişdir.

3. Cavabdehin iddiaçının malları kommersiya məqsədləri üçün alan şəxslərə NKA vasitəsilə satması barədə dəlilinə münasibətdə qeyd edir ki, dəfələrlə məhkəmə çıxışlarında da vurğuladığı kimi, mal alan şəxsin həmin malı istehlak yoxsa kommersiya məqsədləri üçün almasını, başqa sözlə alış niyətini müəyyən etmək satıcının öhdəliyi deyildir. Alıcının aldığı malları daha sonra hansı məqsədlər üçün istifadə etməsinə nəzarət etmək hüququ məhz vergi orqanlarının səlahiyyətinə daxildir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan normalardan aydın olur ki, mallar istehlak məqsədilə alındıqda bu fəaliyyət pərakəndə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün alındıqda isə topdansatış fəaliyyəti hesab edilir. Pərakəndə satış zamanı alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, topdansatış zamanı isə elektron qaimə-faktura təqdim edilir. Qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi hesabat dövrləri ərzində təsərrüfat subyektinə daxil olmuş alıcılar malları istehlak məqsədilə aldığını və vergi orqanında uçotda olmadığını qeyd etdikdə, həmin şəxslərə satdığı mallara görə NKA- nın çekini, alıcılar malları sahibkarlıq fəaliyyəti məqsədilə aldığını və vergi orqanında uçotda olduğunu qeyd etdiyi halda isə həmin şəxslərə satdığı mallara görə elektron qaimə-faktura təqdim etmiş və satılmış mallar ilə bağlı vergiləri tam həcmdə ödəməklə dövlət büdcəsindən hər hansı vergi məbləğinin yayınmasına yol verməmişdir. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə- fakturanın tərtib edilməsinə nəzarət edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 58.8.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda, alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Sadalanan normalardan aydın olduğu kimi, sahibkarlıq fəaliyyəti göstərən şəxslərin sahibliyində olan malların alışına dair elektron qaimə-fakturanın olub- olmadığını müəyyən etmək vergi orqanının hüququdur və vergi orqanı operativ vergi nəzarəti zamanı hər hansı vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-fakturanın olmadığını aşkar etdikdə, həmin şəxsə VM-nin 58.8-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası tətbiq edir. Yuxarıda qeyd olunanları ümumiləşdirsək belə nəticə əldə edə bilərik ki, malların satışını həyata keçirən vergi ödəyiciləri, mal alan şəxsin malları hansı məqsədlə aldığını bəyan etməsindən asılı olaraq, malları istehlak məqsədilə aldığını bildirən şəxslərə NKAnın çekini, sahibkarlıq fəaliyyəti məqsədilə aldığını bildirən şəxslərə isə elektron qaiməfaktura təqdim edir. Satıcının alınan malların həqiqətdə hansı məqsədlə alındığını müəyyən etmək üçün hər hansı əlavə tədbir həyata keçirmək hüququ və ya öhdəliyi qanunla təsbit edilməmişdir. Bu isə o deməkdir ki, satıcı satışa dair sənədin növünü (qəbz, NKA çeki və ya elektron qaimə-faktura) alıcının özünü hansı formada təqdim etməsindən və malları hansı məqsədlə almasına dair iradə ifadəsindən asılı olaraq müəyyən edir. Qeyd olunan alıcıların həmin malları daha sonra hansı təyinat üzrə, yəni istehlak yoxsa sahibkarlıq fəaliyyət məqsədilə istifadə edib-etməməsini, sahibkarlıq fəaliyyəti məqsədilə istifadə etdiyi halda alışa dair elektron qaimə-fakturanın mövcud olubolmadığını müəyyən etmək öhdəliyi VM-nin 50.1.13 və 58.8-ci maddələrinə müvafiq olaraq vergi orqanlarının üzərinə qoyulmuşdur. Bu isə o deməkdir, alınan malların dəyərinin böyük və kiçik olmasından asılı olmayaraq (çünki qanunla belə bir say və ya qiymət məhdudiyyəti müəyyən edilməmişdir), malların satışını həyata keçirən vergi ödəyiciləri, indiki halda isə iddiaçı mal alan şəxslər özlərini istehlakçı kimi qələmə verdikdə, həmin şəxslərə NKA-nın çekini, vergi ödəyicisi kimi qələmə verikdə isə, həmin şəxslərə elektron qaimə-faktura təqdim etməli və alıcının daha sonra həmin malları aldığı təyinatdan fərqli formada istifadə etməsinə görə satıcı məsuliyyət daşıya və buna görə satıcıya hər hansı məsuliyyət tədbiri görülə bilməz.

4. Cavabdehin iddiaçının NKA-dan istifadə etməsinə baxmayaraq, əslində topdansatış faəliyyəti göstərməsi barədə dəlilinə münasibətdə bildirir ki, nəzarət kassa aparatı pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə əhali ilə nağd pul hesablaşmalarının aparılması məqsədilə quraşdırılması məcburi olan elektron avadanlıq və ya kompüter sistemidir. (VM-nin 13.2.24 və 16.1.8-ci maddələri). Həmçinin qeyd edir ki, vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin) və onlarda quraşdırılan nəzarət-kassa aparatlarının uçotunu aparmaq vergi orqanlarının vəzifəsi kimi təsbit edilmişdir. (VM-nin 24.0.6-cı maddəsi) Eyni zamanda, vergi ödəyiciləri tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdən biridir və həyata keçirilmiş nəzarət tədbiri zamanı buna dair hər hansı qanun pozuntusu aşkar edildiyi təqdirdə vergi ödəyicisinə müvafiq maliyyə sanksiyası tətbiq edilir. (VM-nin 50.1.3-cü və 58.7.1- ci maddələri) Yuxarıda sadalananlardan göründüyü kimi, qanunla nəzərdə tutulmuş hallarda, o cümlədən pərakəndə satış zamanı əhali ilə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir və vergi ödəyiciləri tərəfindən həmin qaydalara riayət edilib-edilməməsini aşkar etmək məqsədilə vergi orqanları tərəfindən vergi ödəyicilərinə məxsus obyektlərdə operativ vergi nəzarəti həyata keçirilir. Tədbir zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu aşkar edildikdə isə həmin vergi ödəyicilərinə VM-nin 58.7-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyaları tətbiq edilir. İş materiallarından göründüyü kimi, iddiaçı pərakəndə satış həyata keçirdiyi **********-15001, **********-31001 və **********-31002 kodlu obyektlərdə nağd pul hesablaşmalarını rəsmiləşdirmək məqsədilə nəzarət-kassa aparatları quraşdırmış və həmin nəzarət-kassa aparatlarının vergi orqanında uçota alınmasına dair qeydiyyat vərəqələri iddiaçıya təqdim edilmişdir. Eyni zamanda qeyd edir ki, yuxarıda göstərilən obyektdə mübahisələndirilən nəzarət tədbiri həyata keçirilən günədək - xx.xx.2021-ci il tarixədək vergi orqanı tərəfindən VM-nin tələblərinə müvafiq olaraq əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilməmiş və bununla bağlı iddiaçıya hər hansı maliyyə sanksiyası tətbiq edilməmişdir ki, bu da iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə pərakəndə satış fəaliyyətini qanunla müəyyən edilmiş qaydada həyata keçirdiyini, əhali ilə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirdiyini və ötən müddət ərzində vergi orqanı tərəfindən buna dair hər hansı qanun pozuntusunun aşkar edilmədiyini sübuta yetirir. Həmçinin qeyd edilməlidir ki, vergi orqanı iddiçının NKA-na daxil edilən məbləğlərin əslində topdan satılmış mallar ilə bağlı olduğunu iddia edirsə, bunu ehtimallar əsasında deyil, faktiki sübutlar əsasında, məsələn, iddiaçıdan mal almış vergi ödəyicisi və ya vergi ödəyiciləri barədə konkret məlumatlar (rekvizitlər) təqdim etməklə sübuta yetirməlidir. Belə ki, İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün idia olmaqla bərabər həmdə əsaslıdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar inzibati akt hesab olunduğuna görə iddia mübahisələndirmə haqqında iddiadır, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5481 nömrəli Qərarın ləğv edilməsini istəyir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh vergi orqanı qeyd edir ki, Uçot-baza məlumatlarına əsasən İbragimov Gurbanın xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, operativ vergi nəzarəti zamanı aktiv 6 obyektləri olduğu görünür. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundar sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9783, **********9785, **********9794 nömrəli qərarları əsasında İbragimov Gurbanın sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 6.365 manat dəyərində mal qalığının (5.887 manat dəyərində sənədli və 478 manat dəyərində sənədsiz mal (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005405 və 005429 nömrəli aktlar)) olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 15.585.070 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib edilmiş, həmin akt İbragimov Gurban tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.11,2021-ci il tarixli **********5481 nömrəli qərarı ilə İbragimov Gurban barəsində 1.558.506,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin 19.11,2021-ci il tarixli **********064700 nömrəli məktubu ilə İbragimov Gurbanın qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 11:21-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib) Baş İdarənin xx.xx.2021-ci il tarixli **********9780, **********9784 və **********9786 nömrəli qərarlarına əsasən fiziki şəxs İBRAGİMOV GURBAN-a (VÖEN: **********) məxsus Abşeron rayonu, Fatmayı Ə/V, Q.Qarayev ev.65 ünvanında yerləşən **********-31005 kodlu İcarə obyektində, Abşeron rayonu, Fatmayı ƏA/, Q.Qarayev ünvanında yerləşən **********-31007 kodlu İcarə sahəsində və ünvan 3 ünvanında yerləşən **********-31008 kodlu İcarə obyektində 21,09.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədi ilə təsərrüfat subyektlərinə baxış keçirilmiş, aparılan müşahidələr zamanı obyektlərin icarə obyekti olduğu və digər şəxslərin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bu səbəblərdən bu obyektlərdə operativ vergi nəzarətinin həyata keçirilməsi mümkün olmamışdır. (xx.xx.2021-ci il tarixli **********071300 nömrəli Xidməti Məruzə və Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın icrasının mümkün olmaması barədə Qərarlar qoşmaya əlavə edilir) Vergi ödəyicisi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 21,09.2021-ci il tarixli arayışında qeyd etmişdir ki, “Vergi ödəyicisinin faltiki olaraq 3 aktiv obyektləri mövcuddur. Digər ünvanında olan 3 obyeklərimiz başqa vergi ödəyicilərinin fəaliyyətindədir. Malların üzərinə qoyulun ticarət əlavəsi 2-3% (iki-üç) faiz təşkil edir. Obyektlərimiz həftənin 7 günü olmaqla saat 10:00-dan 20:00-a qədər işləyir”. Həmçinin qeyd edirlər ki, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim etdiyi ƏDV bəyannamələrində 16.626.315 manat (ƏDV-siz) vergi tutulan dövriyyə əks etdiyi, 18.846.950 manat (ƏDV-siz) mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 17.568 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı və 479.270 manat (ƏDV-siz) dəyərində malların satışı əməliyyatları apardığı aşkar olunmuşdur. Vergi ödəyicisində ümumilikdə 16.560 çek üzrə 16.709.189 manat məbləğ nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 1009 manat mədaxil olunduğu), eyni zamanda çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması halları aşkar olunmuşdur. (NKA çekləri barədə cədvəl qoşmaya əlavə edilib) İş materiallarında mövcud olan sənədlərə əsasən (operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilən mal qalığının siyahısı və digər sənədlərə) təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,80-110 manat (əksər malların alış qiyməti 10 manatdan aşağıdır (DVX seriyalı 003232 və 003245 nömrəli siyahı)) aralığındı olmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKA-nın çekləri barədə məlumatda" əks olunan çeklər üzrə məbləğin 400,0-1.500,0 aralığında (əksər çekləri məbləği 1.000 (min) manat və ondan yuxarıdır) olması müəyyən olunur. Nəzərə alsaq ki, iddiaçının satdığı malların böyük əksəriyyətinin dəyəri 10 manat və daha aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 1.000,0 manatlıq mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Həmçinin geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli qoşmaya əlavə olunub) əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 16.560 sayda çeklərin cəmi 218 şəxlər arasında (1 şəxsə orta hesabala 76 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olsaq, görərik ki, nəzarət kassa aparatına ümumi dəyəri 580.950,0 manat olan 565 sayda, ümumi dəyəri 508.950,00 manat olan 491 sayda, ümumi dəyəri 477.688,00 manat olan 491 sayda, ümumi dəyəri 436.450,00 manat olan 456 sayda, ümumi dəyəri 428.590,30 manat olan 474 sayda, ümumi dəyəri 404.099,00 manat olan 430 sayda, ümumi dəyəri 384.130,70 manat olan 475 sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 16.709.189 manat məbləğində 16.560 sayda çəklərin cəmi 218 nəfər şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektlərinin anbar tipli olması, fəaliyyət göstərdiyi obyektlərdə mal qalığının olmaması (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005834 nömrəli akt) və ya çox az olması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət- kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi və s) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir.

Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********5481 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Beləki Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ olaraq müəyyən edilmişdir. Həmin məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Göründüyü kimi qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskression sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəllənin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün xx.xx.2021-ci il tarixli **********5481 nömrəli Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun təyin edilməməsindən başqa, Operativ vergi nəzarətinin aparılması da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləki, operativ vergi nəzarətinin mahiyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2- ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (ığıdlıdlaşob) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Göründüyü kimi operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Məhkəmə bunlardan əlavə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vegri orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun omlayan yoxlama keçirimiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Belə ki, vergi orqanı qeyd edir ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundar sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9783, **********9785, **********9794 nömrəli qərarları əsasında İbragimov Gurbanın sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 6.365 manat dəyərində mal qalığının (5.887 manat dəyərində sənədli və 478 manat dəyərində sənədsiz mal (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005405 və 005429 nömrəli aktlar)) olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 15.585.070 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.11,2021-ci il tarixli **********5481 nömrəli qərarı ilə İbragimov Gurban barəsində 1.558.506,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının gəldiyi bu nəticədə əsaslı hesab edilə bilməz. Vergi orqanının iddiaçıya maliyə sanksiyası tətbiq etməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 58.13-cü maddəsi təşkil edir. Həmin normaya əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Halbu ki, vergi orqanı vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halı düzgün müəyyən etməmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Həmin məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Həmin məcəllənin hazırki hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. (03 dekabr 2021-ci il tarixli 406- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 16.1.11-7-ci maddə ləğv edilmişdir.) Göründüyü kimi pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının göstərdiyi dəlilləri iddianın təmini üçün əsas hesab etsədə, vergi ödəyicilərinin və vergi orqanlarının məsul şəxslərinin öz hüquqlarından vicdanla istifadə etməli olmasının ədalətin bərqərar olmasındakı oynadığı rolun əhəmiyyətini və eyni zamanda məhkəmə qərarlarının inzibati orqanların praktikasının formalaşmasındakı oynadığı rolu nəzərə alaraq, iddiaçının qeyd etdiyi bəzi məqamlara münasibət bildirməyi gərəkli hesab edir. İddiaçı qeyd edir ki, ------------------ göründüyü kimi, vergi ödəyiciləri arasında sənədsiz malların satışının qarşısını almağı qarşısına guyaki “məqsəd” qoyduğunu iddia edən cavabdeh qurum, bu məqsədə nail olmaq üçün sənədsiz malların satışını və alışını həyata keçirən vergi ödəyiciləri ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparmalı olduğu halda, hazırkı halda ƏDV qaytaran şəxslərin siyahısını dəqiqliklə görə bildiyi və bununla bağlı nəzarət tədbiri zamanı araşdırma aparmalı olduğu halda, sadəcə iddiaçıya ehtimal əsasında maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da cavabdeh vergi orqanının məqsədinin sənədsiz malların dövriyyəsinin qarşısını almaq deyil, sadəcə olaraq büdcə proqnozlarını icra etmək xatirinə qanuni olub-olmamasına əhəmiyyət vermədən vergi ödəyicilərinə külli miqdarda maliyyə sanksiyaları tətbiq etmək olduğunu göstərir. Məhkəmə qeyd edir ki, vergi ödəyiciləri arasında sənədsiz malların satışının qarşısını almaq həm vergi ödəyicilərinin, həmdə vergi orqanı əməkdaşlarının vəzifəsidir və bununla bağlı öz hüqularında vicdanla istifadə etməklə bağlı məsuliyyət daşıyırlar. Bu hər bir şəxsin mənəvi məsuliyyətindən başqa, eyni zamanda qanunvericiliklə konkret müəyyən edilmiş məsiliyyətdə yaradır. Topdansatış fəaliyyəti ilə məşgul olan vergi ödəyicilərinə bu fəalyyəti gizlədilərək başqa formada göstərməsi halında maliyyə sanksiyasının tətbiq edilməsi bunun bir nümunəsidir. İddiaçı eyni zamanda qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozmamışdır. Cavabdeh inzibati orqanın göstəridyi dəlillər nəzərə alınanda vergi ödəyicisinin bu dediyi halın doğruluğu ciddi şübhələr yaradır. Lakin vergi qanunvericiliyinə əsasən bu Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozması ilə bağlı şübhələr olsada, vergi ödəyicisinə konkret maliyyə sanksiyasının tətbiq edilməsi şübhələr əsasında yox, konkret müəyyən olunmuş hallar əsasında həyata keçirilə bilər. Əgər vergi orqanın məqsədi həqiqətəndə qanunsuz mal dövriyyəsinin qarşısını almaqdan ibarətdirsə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tətbiqini vergi qanunvericiliyində nəzərdə tutulmuş geniş imkanlardan istifadə edərək həyata keçirə bilər. Səyyar vergi yoxlaması keçirməklə, mal alan şəxslərlə bağlı konkret araşdırma apararaq, və.s. Eyni zamanda həmin şəxslərin müəyyən edilməsi digər qanunsuz fəalyyətlərin müəyyən olunması üçün əsas yarada bilər. Hər bir halda məhkəmə hesab edir ki, qanunsuz fəlayyətin qarşısının alınması qanuni yollarala həyata keçirilməlidir. Qanunsuz fəaliyyətin qarşısının qanunsuz yolla alınması yolverilməzdir, dövlətin konstitusiya ilə müəyyən edilmi hüquq və vəzifələrinə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçı X2 barəsində tərtib etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5481 nömrəli Qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar