Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1115/2022 17.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 53, mənzil 72-də yaşayan), Cavabdehin nümayəndəsi Nümayəndə (“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili, Bakı şəhəri, M.Seyidov küç, ev 16, mənzil 9-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Era“ Birgə müəssisəsində işlədiyi müddətin sosial sığorta ştajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi müddəti sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1982-1986-cı illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil almışdır. Həmin vaxtlarda texnikumda təhsil alaraq gecə növbəsində çalışmışdır. Əmək fəaliyyətinə isə 1979-cu il tarixdə Sumqayıt Elektrik Şəbəkəsində başlamış, 6 ay sonra Sumqayıt Şüşə zavodunda işləmişdir. 1980-ci ilin may ayında hərbi xidmətə yollanmış, 1981-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci il tarixdən 1994-cü il tarixə kimi, yəni 13 il 4 ay stajla Qafqaz Enerji Təmir İdarəsində çilingər vəzifəsində çalışmışdır. Qafqaz Enerji Təmir İdarəsi xx.xx.1994-cü il tarixdən "xxxx" Azərbaycan-Rusiya Müəssiəsi kimi adlandırılmışdır. Bu da iddiaçının həmin idarədə işlədiyi vaxtlara təsadüf edir. Bu barədə də iddiaçıya məxsus ИТ-0361350 № li əmək kitabçasında müəssisəyə aid möhür vurularaq xüsusi qeydlər yazılmışdır. 1995-ci il tarixdən hazıra kimi iddiaçı Sumqayıt Elektrik Şəbəkəsində çilingər, daha sonra 5-ci və 6cı dərəcə növbətçi elektrik montyoru kimi işləmiş və hazırda da 6-cı dərəcəli növbətçi elektrik montyoru işləyir. İddiaçı işlədiyi zamanlarda Sumqayıt Elektrik Şəbəkənin adı müvafiq əmr ilə dəyişdirilmiş, bu barədə qeydlər əmək kitabçasında da qeyd olunmuşdur. İddiaçının ümumi iş stajı və zərərli, ağır işlərdə olan iş stajı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat hüququnu verir. İddiaçı bununla bağlı qanunvericiliyə uyğun olaraq cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Lakin ina imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, yalnız iki məsələdə əvvəlki qanunvericiliyin tətbiqinə icazə verilir. İddiaçı isə müvafiq tələblərə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsində işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 dekabr 2021 -ci il tarixli arayışında həmin dövrlərlə bağlı arxiv sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir, bu səbəbdən həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1- ci maddəsinə əsasən, sığortaolunan əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.1-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaoluna əmək pensiyası təyin edilir.Beləliklə, iddiaçının mübahisələndirdiyi dövrə dair iş stajı qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapmır. İş materiallarında olan : -iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, iddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. - iddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu ildə əmək fəaliyyətinə başlamış, hazırki tarixədək işləyir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ləğv olunmuş X1 arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi qeyd edilmişdir. Lakin həmin qeyd arxiv sənədləri ilə təsdiqlənmədiyindən əmək stajını dəqiqləşdirmək mümkün olmamış və ona imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajı 25 ildən az (13 il 4 ay 1 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş staja malik olması isə ümumiyyətlə, təsdiqlənəmişdir. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qafqazenerjitəmir İdarəsinin (Кавказəнергоремонт) və "xxxx" Azərbaycan-X3nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı ilə bağlı məlumatları müsbət cavablandırmaq mümkün olmamışdır. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd olunan Qafqazenerjitəmir İdarəsinin (Кавказəнергоремонт) və "xxxx" Azərbaycan-X3nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Qafqaz Enerji Təmir İdarəsi və "Era” Azərbaycan-X3 barədə heç bir məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ”Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin normasından aydın görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaş (kişi) 60 yaşına çatmalıdır, azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid olmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının 1981-1994-cü illərdə "xxxx" Birgə müəssisəsində işləməsimə dair əmək kitabçasında aparılmış qeydin mötəbərliyinin yoxlanılması üçün müvafiq arxiv idarələrinə və ərazi vergilər idarəsinə sorğular verilmiş, lakin iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi araşdırmanı imkansız etmişdir. Bununla da iddiaçının həqiqətən də 25 il sosial sığorta stajına və 12 il 6 ay güzəştli iş stajına malik olması öz təsdiqini tapmadı. Belə olan halda ona güzə.tli şərtlərlə əmək pensiyasının təyin edilməsi də mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, əmək kitabçasında aparılan qeydlər sözügedən müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-1115/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1115/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver