Məhkəmə qərarları › İş №e-2-1(118)-1152/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1152/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1152/2021 22.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “mübahisə ünvanında qeydiyyatda olan X21, X17, X14, Həsənli Zahidə Fatih qızı və X18 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X21, X17, X14, Həsənli Zahidə Fatih qızı və X18 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. X21, X17(Qanuni təmsilçisi), X14, Həsənli Zahidə Fatih qızı(Qanuni təmsilçisi) və X27 məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 09 avqust 2011-ci il tarixində Zülfüqarova Tamara Qulu qızı ilə 4Ə2/316 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 ünvanında yerləşən və ümumi sahəsi 90,71 kv.m olan 5 otaqlı 20 nömrəli mənzil mülkiyyətinə verilmişdir. Lakin, hal-hazırda qanuni əsaslarla iddiaçıya məxsus əmlakdan istifadə edə və onun barəsində sərəncam hüququnu həyata keçirə bilmir. 06 yanvar 2020-ci il tarixində əldə etdiyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan göründüyü kimi iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 20 saylı mənzildə X21, X17, X14,Həsənli Zahidə Fatih qızı və X27 qeydiyyatdadırlar. Halbuki nə həmin şəxslərin nə vaxt və hansı əsaslarla mənzilə qeydiyyata alınmasından məlumatı var, nə də ki buna razılıqdan. Belə ki, müqavilə bağlanan zaman barəsində alqı-satqı həyata keçirilən mənzildə yuxarıda sadalananlar qeydiyyatda olmamışlar. İlk olaraq, qeydiyyat prosesinin mənzilin mülkiyyətçisi kimi iddiaçının razılığı əsasında həyata keçirilməli olduğunu nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, X14 və X21 qeydiyyatdan çıxarıldıqdan sonra, qeydiyyatı mübahisələndirilən digər şəxslərlə birlikdə qanunsuz olaraq yenidən həmin mənzilə qeydiyyata alınmışdır. Buna əsaslanaraq hazırkı işdə həmin şəxslərin İddiaçı mənzilində qeydiyyatda qalmaları üçün heç bir hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. İddiaçı onu da qeyd edir ki, ərizə ilə Sumqayıt Şəhər Qeydiyyat və X8 müraciət edilmiş, X21, X17, X14, Həsənli Zahidə Fatih qızı və X18 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 ünvanında yerləşən 20 saylı mənzildən həmin şəxslərin pasport qeydiyyatından çıxarılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. 14 aprel 2021-ci il tarixli, 123-13598Y-322 saylı cavab məktubunda isə qeydiyyata düşən həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtina edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Digər tərəfdən, adı çəkilən şəxslərin mübahisəli mənzildə qeydiyyatda qalmaqda davam etməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tələblərinə də ziddir. Beləki,sözügedən Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin, Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Eyni zamanda, həmin Qanunun 9.1-ci maddəsində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma əsasları da göstərilmişdir ki, onlardan biri də yaşayış yerinin dəyişilməsidir. Belə ki, şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının rəsmi məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 2.3cü maddəsinə əsasən həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Beləliklə, qanunvericiliyin də tələb etdiyi kimi X21, X17, X14, Həsənli Zahidə Fatih qızı və X18 yaşayış yerinin dəyişilməsi və faktiki olaraq Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 ünvanında yerləşən 20 saylı mənzildə yaşamaması onların sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində heç bir etirazı olmadığını və İddiaçı iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacağını bildirmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1053/2011 saylı, 13 aprel 2011-ci il tarixli Qətnaməsinə əsasən X9, X19 və X5 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzilə yaşayış hüququ itirilmiş hesab edilmişdir. AN seriyalı, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Zülfüqarova Tamara Qulu qızı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. RX Seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmənin 13 sentyabr 2021-ci i tarixli sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 08.10.2021-ci il tarixli 123-38206-1221 saylı cavab məktubunda bildirmişdir ki, X22, X15, X10, X21, X14, X27 , X17, Həsənli Zahidə Fatih qızı, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadırlar. X21 06.02.2002-ci il, X14 11,03.2003-cü il, X27 01.02.2011 -ci il, Həsənli Zahidə Fatih qızı 04.01.2017-ci il, X17 05.09.2017-ci il tarixdən halhazıradək ünvan 2 ünvanından qeydiyyatdadırlar və X11, X4, X18 ünvan 3 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. 17.10.2016-cı il təvəllüdlü X17, 18.06.2009-cu il təvəllüdlü Həsənli Zahidə Fatih qızı ünvan 3 ünvanına qeydiyyata alınaraq Sumqayıt ASAN Xidmət mərkəzi şəxsiyyət vəsiqəsi qrupu tərəfindən şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmənin 13 sentyabr 2021-ci i tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daışnmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cavab məktubunda bildirmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 ünvanda yerləşən 20 saylı mənzil Sumqayıt Şəhər icra Hakimiyyəti başçısı aparatının 15.02.1993- cü il tarixli, 81 saylı mənzillərin dəyişdirilməsi barədə əmrinin 29.10.2005-ci ıl tarixli. 596 nömrəli arxiv çıxarışı, Sumqayıt Şəhər icra Hakimiyyəti MTİİB 19 saylı MİS tərəfindən verilmiş 16.03.2006-cı il tarixli, 981 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 Ns-li forma), ətraflı arayış və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 15.10.2010-cu il tarixli, 4Ə/822 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində Zülfüqarova Tamara Qulu qızının mülkiyyət hüququ qeydiyyata alınaraq 10.11,2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 09.08.2011 -ci il tarixli, 4Ə2/316 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq 04.08.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Doğruluğu 19 saylı MKS-nin sahə ustası X3, qonşular X12, X1 tərəfindən təsdiq edilmiş 23.09.2021-ci il tarixli 51 saylı Akta əsasən 18-ci mkr, ev 2, mənzil 20-də qeydiyyatda olan X14, X21, X20, Həsənli Zahidə Fatih qızı, X27 qeydiyyatda olmalarına baxmayaraq 2011-ci ildən bu ünvanda yaşamırlar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan və faktiki olaraq həmin mənzildə yaşamayan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1053/2011 saylı, 13 aprel 2011-ci il tarixli Qətnaməsinə əsasən X9, X19 və X5 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzilə yaşayış hüququ itirilmiş hesab edilmişdir. AN seriyalı, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Zülfüqarova Tamara Qulu qızı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. RX Seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmənin 13 sentyabr 2021-ci i tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daışnmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cavab məktubunda bildirmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 ünvanda yerləşən 20 saylı mənzil Sumqayıt Şəhər icra Hakimiyyəti başçısı aparatının 15.02.1993- cü il tarixli, 81 saylı mənzillərin dəyişdirilməsi barədə əmrinin 29.10.2005-ci ıl tarixli. 596 nömrəli arxiv çıxarışı, Sumqayıt Şəhər icra Hakimiyyəti MTİİB 19 saylı MİS tərəfindən verilmiş 16.03.2006-cı il tarixli, 981 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 Ns-li forma), ətraflı arayış və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 15.10.2010-cu il tarixli, 4Ə/822 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində Zülfüqarova Tamara Qulu qızının mülkiyyət hüququ qeydiyyata alınaraq 10.11,2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 09.08.2011 -ci il tarixli, 4Ə2/316 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq 04.08.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Doğruluğu 19 saylı MKS-nin sahə ustası X3, qonşular X12, X1 tərəfindən təsdiq edilmiş 23.09.2021-ci il tarixli 51 saylı Akta əsasən 18-ci mkr, ev 2, mənzil 20-də qeydiyyatda olan X14, X21, X20, Həsənli Zahidə Fatih qızı, X27 qeydiyyatda olmalarına baxmayaraq 2011-ci ildən bu ünvanda yaşamırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da, həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisəli ünvanda qeydiyyatda olan X21, X17, X14, Həsənli Zahidə Fatih qızı və X18 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzildə qeydiyyatda olan X11, X6, X4, Həsənli Zahidə Fatih qızının və X18 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar