Məhkəmə qərarları › İş №e-2-1(118)-1155/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-1155/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-1155/2021 18.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 16.04.2021-ci il tarixli **********548700 saylı qərarın ləğv edilməsi, həmin qərarla "xxxx" MMC-ə hesablanmış 14.822,31 manat əlavə verginin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 16.04.2021-ci il tarixli **********548700 saylı qərarın ləğv edilməsi, həmin qərarla "xxxx" MMC-ə hesablanmış 14.822,31 manat əlavə verginin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam verilmiş, iddiaçıya məhkəmə iclaslarının vaxtı və tarixi barəsində bildiriş göndərilmiş, müvafiq xəbərdarlıq edilsə də iddiaçı 04 avqust 2021-ci il, 30 avqust 2021-ci il, 05 oktyabr 2021-ci il tarixli məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə ilə hərhansı əlaqə saxlamamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə müvafiq xəbərdarlıq edilsə də, iddiaçının məhkəmə iclasına gəlməməsini, məhkəmə ilə əlaqə saxlamamasını, sərəncamı icra etməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 16.04.2021-ci il tarixli **********548700 saylı qərarın ləğv edilməsi, həmin qərarla "xxxx" MMC-ə hesablanmış 14.822,31 manat əlavə verginin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar