Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1228/2020 13.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 6 saylı Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, Özbəkistan küçəsi ev 1 mənzil 82-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli 48 nömrəli arayışından da göründüyü kimi xx.xx.1976-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixə qədər ( 23 il 8 ay 5 gün ) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət küçmişdir. Belə ki, İddiaçı xx.xx.1993xx.xx.1997-ci il tarixlərində Bakı AHDM-də müdavim, xx.xx.1997-xx.xx.1999-cu il tarixlərində 474 saylı Hərbi hissədə MTT bölməsinin mühəndisi, xx.xx.1999-xx.xx.2001-ci il tarixlərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə 474 saylı Hərbi hissədə komanda məntəqəsinin əməliyyat növbətçisi, xx.xx.2004xx.xx.2007-ci il tarixlərdə N saylı hərbi hissədə radiotutma bölük komandiri, xx.xx.2007xx.xx.2008-ci il tarixlərdə N saylı hərbi hissədə strateji mərkəzinin zabiti, xx.xx.2008xx.xx.2014-cü il tarixlərdə N saylı saylı hərbi hissədə radiotutma və radiomaneə mərkəzinin zabiti, xx.xx.2014-xx.xx.2016-cı tarixlərdə N saylı hərbi hissənin kəşfiyyat rəisinin böyük köməkçisi - əməliyyat növbətçisi, xx.xx.2016-xx.xx.2017-ci tarixlərdə N saylı hərbi hissənin qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0239 nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz ərizəsi ilə) ehtiyyata buraxılmışdır. xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə dövlət vəsaiti hesabına mənzil verilməsi məqsədilə rəsmi məktubla müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 2753 nömrəli məktubu ilə iddiaçının müraciəti müsbət həll edilməmiş, müraciətindən imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Sumqayıt Hərbi Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinərək iddiaçı barəsində 550 manat cərimə cəzası hökmü çıxarılmışdır. Odur ki, iddiaçının dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanın xaricindədir. İddiaçının fikrinə əsasən şəxsin hərbi xidmətlə əlaqəli olmayan hər hansı mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi qüsurlu xidmət hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Təhmiraz Həsənovun məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı 20 təqvim ilindən artıq zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur, lakin iddia ərizəsindən məlum olur ki, iddiaçı Sumqayıt Hərbi Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz. İddiaçının cinayət törətməkdə təqsirli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş H-10607 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi verilən xx.xx.2020-ci il tarixli 2753 №-li məlumatdan görünür ki, İddiaçı dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 130 №-li arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0239 saylı əmri ilə ehtiyyata buraxılmışdır. xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. - EZ ******* №-li hərbi biletdən görunür ki, İddiaçı xx.xx.1993-xx.xx.1997-ci il tarixlərdə Bakı AHDM-də müdavim, xx.xx.1997-xx.xx.1999-cu il tarixlərdə 474 saylı Hərbi hissədə MTT bölməsinin mühəndisi, xx.xx.1999-xx.xx.2001-ci il tarixlərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə 474 saylı Hərbi hissədə komanda məntəqəsinin əməliyyat növbətçisi, xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə N saylı hərbi hissədə radiotutma bölük komandiri, xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə N saylı hərbi hissədə strateji mərkəzinin zabiti, xx.xx.2008-xx.xx.2014-cü il tarixlərdə N saylı saylı hərbi hissədə radiotutma və radiomaneə mərkəzinin zabiti, xx.xx.2014-xx.xx.2016-cı tarixlərdə N saylı hərbi hissənin kəşfiyyat rəisinin böyük köməkçisi - əməliyyat növbətçisi, xx.xx.2016-xx.xx.2017-ci tarixlərdə N saylı hərbi hissənin qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0239 nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz ərizəsi ilə) ehtiyyata buraxılmışdır, həmçinin AR Silahlı Qüvvələrinin 10 illiyi ( 1991-2001 ) yubiley medalı, “Qüsursuz xidmətə görə” 3cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin 90 illiyi ( 1918-2008 ) yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilməsi barədə qeydlər vardır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsi Vəkil izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə ' Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzıliə təmin edilirlər. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qusursuz olması daxildir. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. Məhkəmə cavabdehin iddiaçının hərbi xidmətinin qüsurlu olması ilə bağlı olan dəlilinə münasibətdə isə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur Həmin Məcəllənin 83.6-cı maddəsinə əsəsən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, iddiaçının məhkəmənin hökmü ilə təyin edilmiş cəriməni ödəməsi onun məhkumluğu da başa çatmışdır və göstərilən normaların tələblərindən göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Məhkəmə qeyd edir kı, iddiaçı barəsində əvvəllər məhkum olması əsası ilə hər hansı məhduddiyət nəzərdə tutulması cinayət qanununun ədalət prinsipi ilə uzlaşmır, və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə iş materiallarında olan iddiaçıya məxsus təltiflərə istinad edərək müəyyən etmişdir kı, iddiaçı, məhz cavabdeh tərəfindən qüsursuz xidmətə görə dəfələrlə təltif olunmuşdur Nəticədə müəyyən olunur kı. iddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyi təsdiqini tapır. Azərbaycan Respublikası İnzibatı-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibatı aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərmə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibatı aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı ış üzrə iddiaçı, qüsursuz hərbi xidmətinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58. 7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən incibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-1228/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1228/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver