Məhkəmə qərarları › İş №e-2-1(118)-1256/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1256/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1256/2023 25.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçının hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək iddiaçıya sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin aktının qanunsuz hesab edilməsi və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirməyinə görə əlillik qrupunun təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçının hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin xx.xx.N0NNci il tarixli qərarının ləğv edilərək iddiaçıya sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. N013-cü ildə İmişli rayonu Əliqullar kəndi Rəsul Məmmədov adına Tam Orta məktəbinin 11-ci sinfini bitirmişdir. NN yanvar N014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və Naxçıvan MR-da yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. N015-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Düşmən tapdağında olan torpaqların işğaldan azad olunması ilə bağlı N8 sentyabr N0N0-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən müddətdən artıq hərbi xidmətə çağırılmışdır və Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində tabor komandirinin rabitəçisi kimi döyüş əməliyyatlarına qatılmışdır və Füzuli rayonunun, Cəbrayıl rayonunun və Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. N0N0-ci il oktyabr ayının 7-dən 8-nə keçən gecə Cəbrayıl şəhərinin düşməndən azad olunması uğrunda gedən döyüşlər zamanı, düşmən tankının atdığı mərminin partlaması nəticəsində tabor komandiri polkovnik leytenant Rəşad Quliyev şəhid olmuş, o isə ağır kəllə-beyin travması alaraq özündən getmişdir. Həmin günü şəhid olmuş tabor komandiri Rəşad Quliyevin nəşini və məni Füzuli rayonunda yerləşən morqa gətiriblər. 8 oktyabr N0N0-ci il tarixində morqda onun nəbzi yoxlanılmış və şəhid olmadığı aşkar olunmuşdur. Həmin günü o Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən Hərbi Hospitala yerləşdirilmişdir. Əhmədbəyli Hərbi Hospitalında 4 gün müalicə olunduqdan sonra onu Şəmkir Hərbi hospitalına aparılmışdır. 3 gün müalicə aldıqdan sonra N saylı hərbi hissənin Ağcabədi rayonunda yerləşən bölməsinə yerləşdirilmişdir. Orada N ay stasionar müalicə olunduqdan sonra Xocavənd rayonunda yerləşən N8N saylı hərbi hissəyə ezam olunmuşdur. N8N saylı hərbi hissəsdə N ay xidmət keçdikdən sonra N saylı saylı hərbi hissənin tabeliyinə verilmişdir. xx.xx.N0N1-ci il tarixində hərbi xidmətdən tərxis olunmuşam. Hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəllər işlədiyi şirkətdə işləməyə başlamışdır. Lakin müharibədə aldığı ağır kəllə-beyin travmasının təsirindən iş yerimdə münaqişələr yaşamışdır və işdən çıxarılmışdır. Bundan sonra Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. 1 saylı Psixiatriya Xəstəxanasına xx.xx.N0N1-ci il tarixindən xx.xx.N0N1-ci il tarixinə kimi stasionar müalicə olunmuşdur. Bundan sonra müharibə zamanı aldığı xəsarətlə bağlı xəstəliyinin şəhadətləndirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N1-ci il tarixli, N1445 nömrəli Qərarı ilə mənə Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Şəhadtnamədə ona verilən diaqnoz: Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutulmalarla; Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra postravmatik sefalgik sindrom; Barotravma (xx.xx.N0N0), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə; Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur və müşayiətçiyə zərurət olduğu qeyd olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N1-ci il tarixli, N1445 nömrəli Qərarı əlilliyinin qiymətləndirilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Lakin komissiya onun əlilliyini qiymətləndirməkdən imtina etmişdir. Lakin onun sağlamlığı bərpa olunmamışdır və onun evdə ailə üzvləri ilə psixoloji problemləri yaranmışdır və onu təkrar 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirmişlər. O, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixinədək həmin xəstəxanada stasionar müalicə almışdır. Bundan sonra isə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuşdur. Müayinə zamanı ona “Üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu F06.6” diaqnozu verilmişdi. Bundan sonra yaşayış yeri üzrə poliklinika onun sənədlərini əlilliyinin qiymətləndirilməsi üçün təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndərmişdir. Lakin TSEK xx.xx.N0NN-ci il tarixli qərarı ilə onun əlilliyini qiymətləndirməkdən imtina etmişdir. Səbbə kimi qeyd etmişdir ki, Diaqnoz əlillik əlaməti təyin etmir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və o, artıq sağlamlığını itirmişdir və heç bir yerdə işləyə bilmir, əmək qabiliyyəti yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, iddiası təmin edilməlidir. N.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik qrupunun təyin edilməsi” tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə İmişli rayon Mərkəzi Xəstəxanasının . xx.xx.N0N1-ciJ tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.N - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (07.10.NN0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması , baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi , davranış pozuntuları ilə anamnezində funksional tutmalarla .Partlayış travması ( xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması , baş beyin silkələməsindən sonrakı posttravmatik sefalgik sindrom . Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, . Partlayış travması (07.10.NN0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması , baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi , davranış pozuntuları ilə anamnezində funksional tutmalarla Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar, . Barotravma (xx.xx.N0N0)sağ tərəfli xr. Koxlear nevrit, sağ tərəfli davamlı neyrosensor ağıreşitmə , pıçıltı nitqini sağ qulaqda N (iki) metr, sol qulaqda 6 altı) metr məsafədən eşitməsi ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir ” səbəbiİə imtina verilmişdir. Bakı N nömrəli XN xx.xx.N0NN-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli emosional labil [astenik] pozuntu Üzvi mənşəli şəxsiyyət pozuntusu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən N8 sentyabr N0NN-ci il tarixli **********1 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, İmişli rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0N6N003AASGT nömrəli göndərişi əsasında xx.xx.N0N1-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N0N1-ci il tarixli N1445 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutmalarla. Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalqik sindrom. Barotravma (xx.xx.N0N0), saqtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor aqıreşitmə, pıçıltı nitqini saq qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.N0N1-xx.xx.N0N1-ci il tarixli 7N93/N1 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Partlayış travması nəticəsində kəllə-beyin travması, barotravma, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə. Anamnezində funksional tutmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixli 3756/NN nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.N0NN-ci il tarixli 6717 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, əhvalı enmiş, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu” əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun oİaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0N0-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və N0N0-ci il 16 yanvartarixli 1N nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 1N (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0N0-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il təvəllüdlüdür. - Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********1 saylı, xx.xx.N0NN-ci il tarixli qərarından görünür ki, İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.N0N1-ci il tarixli və xx.xx.N0NN-ci il tarixli müayinə nəticələrindən görünür ki, İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N0N1-ci il tarixli N1445 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, iddiaçıya "Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutmalarla, Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalqik sindrom. Barotravma (xx.xx.N0N0), saqtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor aqıreşitmə, pıçıltı nitqini saq qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnoz qoyulmuşdur. - Bakı N nömrəli Psixatriya Mərkəzi tərəfindən tərtib edilmiş TQS № 88 saylı , xx.xx.N0NN-ci il tarixli göndərişdə qeyd edilmişdir ki, iddiaçıya “əsas diaqnoz - F07.0 üzvü məşəli şəxsiyyət pozuntusu, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrak şəxsiyyətin davamlı dəyişikliyi; ağırlaşma – F06. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu) diaqnozları təyin edilmişdir. - İmişli rayon xəstəxanası tərəfindən tərtib edilmiş göndərişdən görünür ki, iddiaçıya hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla Baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar, Barotravma (xx.xx.N0N0) sağ tərəfli xr. Koxlear nevrit, sağ tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda iki metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə.” Diaqnozları təyin edilmişdir. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 TN70/N0N3 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı adına istər İmişli rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Baş beyin disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər pozğunluqlar, barotravma (xx.xx.N0N0) saö tərəfli xr. Koxlear nevrit, sağ tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla iki metr, sol qulaqda 6 metr məsadəfə eşitməsi ilə.” Və istərsə də Bakı N nömrəli Psixiatriya Xəstəxanasında tərtib edilmiş F088 göndərişlərində qeyd edilən “üzvi mənşəli şəxsiyyət pozuntusu. Partyalış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi” – diqnozlarındakı xəstəliklərdən o, hazırda əziyyət çəkir. Qeyd edilən xəstəliklər tam reabilitasiya olunmurlar, onlarla əlaqədar o, dispanser qeydiyyatda olmaslı və zərurət yarandığı hallarda müayinə və müalicəyə cəlb olunmalıdırlar.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hal-hazırda iddiaçının tələbi məhkəmədən cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək ona əlilliyin təyin edilməsindir. Göründüyü kimi mübahisənin predmeti cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilməsindən ibarətdir. İddiaçı qeyd edilən qərardan narazı qaldığından, qərarın ləğv edilməsi ilə bağlı 18 noyabr N0NN-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir, bununla da hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. İddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müqavif müayinələrdən keçərək, cavabdeh orqana müraciət etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********1 saylı, xx.xx.N0NN-ci il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” qeyd etmişdir. İddiaçı hal-hazırda məhkəmədən hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək iddiaçıya sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart N016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.N-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 1N ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0N0-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.N-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun N.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun N.N-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun N.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun N.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun N.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun N9-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin N.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: N.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); N.3.N. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (MN1.N,MN4.5-MN4.6,MN5.6,M67.1,M99.0); N.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.N); N.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); N.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (FN0- FN0.9); N.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); N.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); N.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (BN0-BN4); N.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F6N.9, F45-F45.9, F48-F48.9). İnzibati iş materiallarında olan Bakı N nömrəli Psixatriya Mərkəzi tərəfindən tərtib edilmiş TQS № 88 saylı , xx.xx.N0NN-ci il tarixli göndərişdə qeyd edilmişdir ki, iddiaçıya “əsas diaqnoz - F07.0 üzvü məşəli şəxsiyyət pozuntusu, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrak şəxsiyyətin davamlı dəyişikliyi; ağırlaşma – F06. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, üzvi (partlayış travması nəticəsində) yaranmış emosional labil pozuntu) diaqnozları təyin edilmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün N-1(118)- 1N56/N0N3saylı, xx.xx.N0N3-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 TN70/N0N3 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı adına istər İmişli rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə anamnezində funksional tutmalarla. Baş beyin disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər pozğunluqlar, barotravma (xx.xx.N0N0) saö tərəfli xr. Koxlear nevrit, sağ tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla iki metr, sol qulaqda 6 metr məsadəfə eşitməsi ilə.” Və istərsə də Bakı N nömrəli Psixiatriya Xəstəxanasında tərtib edilmiş F088 göndərişlərində qeyd edilən “üzvi mənşəli şəxsiyyət pozuntusu. Partyalış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi” – diqnozlarındakı xəstəliklərdən o, hazırda əziyyət çəkir. Qeyd edilən xəstəliklər tam reabilitasiya olunmurlar, onlarla əlaqədar o, dispanser qeydiyyatda olmaslı və zərurət yarandığı hallarda müayinə və müalicəyə cəlb olunmalıdırlar. Verilmiş ekspert rəyindən görünür ki, iddiaçı hal-hazırda Bakı N nömrəli Psixatriya Mərkəzi tərəfindən tərtib edilmiş TQS № 88 saylı , xx.xx.N0NN-ci il tarixli göndərişdə qeyd edilən xəstəliklərdən əziyyət çəkməkdə davam edir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin N.3-cü maddəsində tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin N.3.9-cu maddəsinə əsasən uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F6N.9, F45-F45.9, F48-F48.9) göstərişləri olan hallarda üçüncü qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıya Bakı N nömrəli Psixatriya Mərkəzi tərəfindən tərtib edilmiş TQS № 88 saylı , xx.xx.N0NN-ci il tarixli göndərişi ilə təyin edilmiş və əsas diaqnoz kimi qeyd edilmiş “üzvü məşəli şəxsiyyət pozuntusu, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrak şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin N.3.9cu bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Eyni zamanda inzibati iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N0N1-ci il tarixli N1445 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, iddiaçıya "Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntuları ilə, anamnezində funksional tutmalarla, Partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik sefalqik sindrom. Barotravma (xx.xx.N0N0), saqtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor aqıreşitmə, pıçıltı nitqini saq qulaqda N (iki) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində Bakı N nömrəli Psixatriya Mərkəzi TQS № 88 saylı , xx.xx.N0NN-ci il tarixli göndərişində öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin N.3.9-cu maddəsində üçüncü qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona xx.xx.N0NN-ci il tarixdən ona hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı üçüncü dərəcə əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı, cavabdehin xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək, İddiaçı sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh inzibati orqanın xx.xx.N0NN-ci il tarixli qərarının ləğv edilərək İddiaçı hərbi xidmət vəzifələrini icra etməsi ilə bağlı cavabdehin sonuncu F-88 göndərişinin qeydə alındığı xx.xx.N0NN-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar