Məhkəmə qərarları › İş №e-2-1(118)-131/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-131/2023

27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-131/2023 27.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC–nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın 123,100.37 manat vergi borcunun artıq hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliiyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 123,100.37 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC qanunvericlik ilə dövlət qeydiyyatına alınmış, nizamnaməsinə uyğun olraq fəaliyyət göstərir. Cavabdeh tərəfindən növbədənkənar səyyar vergisi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı bu akt ilə razılaşmadığı üçün ondan elektron sistem vasitəsi ilə şikayət vermişdir. Şikayətin nəticəsində yenidən yoxlamaların aparılması və aktın tərtibi zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmalı idi. Lakin obyektiv araşdırma aparılmadan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli akt qəbul edilmişdir. Bu akt əsasında isə xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, qərarın qəbul edilməsi üçün əsas olmuş akt düzgün tərtib edilməmiş, qərar əsaslandırılmamışdır və bu səbəbdən ləğv edilməlidir. Əvvəla, yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə bitmişdir. Yoxlama heç bir hüquqi əsas olmadan beş dəfə müxtəlif müddətlərə dəyandırılmışdır. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh orqanın ümumiyyətlə növbədənkənar səyyar vergi yoxlamasını həyata keçirməsi qanunsuz olmuşdur. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan halların və əsasların heç biri mövcud olmamışdır. Yoxlama zamanı guya 2017-ci il də daxil olmaqla hər il üçün ƏDV-lərin azaldılması müəyyən edilmişdir. Ümumiyyətlə, vergi orqanı iddiaçı MMC-ə qarşı qərəzli münasibət bəsləmişdir. Belə ki, müəyyən müddət əvvəl heç bir hüquqi əsas olmadan MMC riskli vergi ödəyicisi kimi qiymətləndirilmişdir. Bunun nəticəsində MMC-nin fəaliyyətinə məhdudiyyətlər yaradılmışdır. Cavabdeh MMC-yə təsir etmək üçün bu addımı atmişdir. Nəticədə MMC-dən vergi olaraq küllü miqdarda məbləğin köçürülməsi tələb edilmişdir. MMC yaradılmış məhdudiyyətlərin aradan qaldırılması üçün 200 000 manatdan artıq məbləğdə pulu büdcəyə vergi olaraq ödəmişdir. Yoxlama zamanı MMC-yə qanunsuz məhdudiyyətlərin qoyulduğu, MMC-nin elektron qaimə verib–almaq imkanlarının məhdudlaşdırıldığını, 200000 manatdan çox məbləğdə əlavə verginin ödənildiyi nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, cavabdeh vergi orqanının xx.xx.2020-ci il tarixli **********143432 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli tələbnamə verilmişdir. Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvil-təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və digər xərc sənədlər yoxalmaya təqdim edilsədə vergi ödəyicisi tərəfindən aylar üzrə qalıqlar göstərilməklə malların hərəkəti cədvəli təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı müəssisənin hər üç ilin mənfəət vergisi üzrə kənarlaşma müəyyən edilmişdir. Belə ki, müəssisə 2017-ci il və 2018-ci ildə gəlir və xərclərin uçotunun kassa metodu, 2019-cu ildə isə hesablama metodu üzrə aparmışdır. 2017-ci il və 2018-ci il üzrə gəlirlər nəzarət kassa aparatı fiskal göstəriciləri və vergi ödeyicisinin bank hesablarına daxil olan məbləğlər emal olunaraq müəyyən edilmişdir. Belə ki, malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 2017-ci ildə 2.028.985,14 manat və 2018-ci ildə 5.685.797,12 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödeyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Belə ki, 2019-cu ilin əvvəlinə olan faktiki debitor borc məbləğləri metod dəyişərkən mənfəətə cəlb edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********106800 nömrəli məktubunda “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avansları üzrə kreditor borcları barədə” məlumat formasına əsasən debitor və kreditor borclarının olmamasını göstərmişdir. Nəticədə, alınan bütün avanslar üzrə öhdəliklərin yerinə yetirilməsi kimi qiymətləndirilərək mənfəətə cəlb edilmişdir. Beləliklə, 2019-cu ildə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir məbləği 1.365.574,73 manat müəyyən edilmişdir. Müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödeyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Analoji vergi ödeyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2021 tarixli **********605000 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödeyicisinin olmadığı barədə xx.xx.2021 tarixli **********816800 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır. Bu səbəbdən, vergi ödeyicinin mənfəət vergisi VM-nin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı əsasında hesablanmışdır. Belə ki, cəm olaraq kənarlaşma 247.747,91 manat müəyyən edilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasına əsasən müəssisədə ÖMV üzrə 23.511,00 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, Vergi ödəyicisi güzəştli vergi tutulan ölkədə (ÇXR, Honq Konq) xx.xx.2010-cu ildə ******* qeydiyyat nömrəsi ilə təsis edilmiş "JİHAİ HOLDİNG GROUP CO., LİMİTED" şirkətinə 2018-ci ilin İİ rübündə 235.110,00 manat (138.300,00 ABŞ dolları) ödəniş etmiş, lakin Vergi Məcəlləsinin 125.1.19-cu maddəsinə əsasən qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində 10%, yəni 23.511,00 manat ÖMV tutmamışdır. Keçirilən səyyar vergi yoxlaması ilə müəssisənin ƏDV üzrə yoxlama dövründə 278.520,33 manat azalmaya və 123.100,37 manat artıq hesablamaya yol verdiyi aşkar edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166-cı və 175.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt yoxlamanın hər ili üzrə qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq müəyyən olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən ƏDV tutulan əməliyyatların vaxtının müəyyən edilməsi zamanı 2017-ci il noyabr ayı üzrə 4.500,00 manat vergilərin azaldılmasına, dekabr ayı üzrə 49.770,83 manat azaldılmasına yol verilmişdir. Beləliklə, 2017-ci il cəm olaraq, ƏDV 54.270,83 manat azaldılmışdır. 2018ci il yanvar ayı üzrə 19.999,49 manat azaldılmasına, fevral ayı üzrə 305,08 manat azaldılmasına, mart ayı üzrə 81.540,00 manat azaldılmasına, aprel ayı üzrə 29.875,50 manat azaldılmasına, may ayı üzrə 118.074,45 manat artıq hesablanmasına, iyun ayı üzrə 22.761,40 manat azaldılmasına, iyul ayı üzrə 12.164,25 manat azaldılmasına, avqust ayı üzrə 25.001,74 manat azaldılmasına, sentyabr ayı üzrə 8.760,48 manat azaldılmasına, oktyabr ayı üzrə 225,61 manat azaldılmasına, noyabr ayı üzrə 1.810,18 manat artıq hesablanmasına və dekabr ayı üzrə 606,09 manat azaldılmasına yol verilmişdir. Beləliklə, 2018-ci il cəm olaraq, ƏDV 81.355,01 manat azaldılmışdır. 2019-cu ilin yanvar ayı üzrə 3.282,57 manat azaldılmasına, fevral ayı üzrə 1.948,00 manat artıq hesablanmasına, mart ayı üzrə 652,42 manat azaldılmasına yol verilmişdir, may ayı üzrə 1.717,55 manat azaldılmasına, avqust ayı üzrə 1.267,74 manat artıq hesablanmasına, sentyabr ayı üzrə 1.267,74 manat azaldılmasına və oktyabr ayı üzrə 335,75 manat azaldılmasına yol verilmişdir. 2019-cu ilin aprel, iyun, iyul, noyabr və dekabr ayları üzrə kənarlaşma müəyyən edilməmişdir. Beləliklə, 2019-ci il cəm olaraq, ƏDV 4.040,28 manat azaldılmışdır. 2020-ci ilin yanvar - sentyabr ayları üzrə kənarlaşma müəyyən edilməmişdir. 2020-ci ilin oktyabr ayı ərzində 15.753,83 manat azaldılmaya yol verilmişdir. Belə ki, “JİHAİ HOLDİNG GROUP CO.,LİMİTED” şirkətindən 2018-ci ilin mart ayında idxal olunan ümumi dəyəri 87.521,29 manat olan mebellər (yataq tipli ağac mebellər, üzləmiş mebel, oturmaq üçün mebel, yeməkxana və yaşayış otaqları üçün mebellər və s.) vergi ödəyicisindən götürülmüş material hesabatlarında öz əksini tapmaması aşkar edilmişdir. Bu barədə müəssisənin direktorundən izahat alınmışdır. İzahatda malların əskik gəlməsini izah kimi qeyd etmişdir ki, 2017-ci ilin əvvəlindən 2019-cu ilin sonunadək bir neçə mühasib dəyişikliyi aparıldığı üçün mühasibat uçotu düzgün aparılmayıb. Vergi Məcəlləsinin 67.15ci maddəsinə uyğun olaraq malların faktiki olaraq onun sahibliyində olmaması halına görə vergilər yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanmışdır. Beləliklə, 2020-ci ildə cəm olaraq, ƏDV 15.753,83 manat azaldılmışdır. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********143616 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli, **********153000 nömrəli “Vergi ödeyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Əlavə olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixli **********143616 nömrəli səyyar vergi yoxlaması aktı imzalanması üçün xx.xx.2021-ci il tarixdə müəssisənin direktoruna təqdim olunmuş və müəssisənin direktoru tərəfindən imzalanmış və aktın imzalanmasından imtina edilməmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödeyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - xx.xx.2020-ci il tarixli **********143432 nömrəli qərarından görünür ki, İddiaçı MMC-də xx.xx.2017-cı il tarixdən xx.xx.2020-ci il tarixədək növbəti səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2020-ci il tarixli vahid məlumat reyetrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də aparılacaq yoxlama Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. -xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC –dən səyyar vergi yoxlaması üçün zəruri olan sənədlərin 10 iş günü ərzində təqdim edilməsi tələb edilmişdir. -xx.xx.20221-ci il tarixli **********143616 saylı aktdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2017-2020-ci illər üzrə İddiaçı MMC səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmişdir. --xx.xx.2021-ci il tarixli **********153000 saylı nömrəli qərardan görünür ki, vergi orqanı tərəfindən İddiaçıMMC-yə 2017-ci il üzrə cəmi ƏDV 54.270,83 manat , 2018-ci il üzrə ƏDV 81.355,01 manat , 2019-cu il üzrə ƏDV 4.040,28 manat, 2020-ci il üzrə ƏDV 15.753,83 manat azaldılmışdır. - Azərbaycan Respublikası Ədlkiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, yoxlamanın əhatə etdiyi dövrdə “Uğur-ibo" MMC tərəfindən aparılmış əməliyyatlara 7840,17 manat məbləğində mənfəət vergisinin artıq hesablanması və 93.159,18 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. - cavabdehin nümayənfəsinin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, İddiaçı MMC-nin 2017, 2018-ci və 2019cu illər üzrə gəlir və xərci aşağıdakı kimi müəyyən olunur: 2017-ci il üzrə ümumi gəlir 2,162.354,81 manat; cəmi xərclər 2.030.120,54 manat; 2018-ci il üzrə ümumi gəlir 5.570.250,04 manat; cəmi xərclər 5.514.436,88 manat; 2019-cu il üzrə ümumi gəlir 883.099,71 manat, cəmi xərclər 835.694,73 manat. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara 93.159,18 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki,növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edənhalları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki,diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan özmülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsinə görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgünhəyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. İş materiallarından göründüyü kimi, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə vergi qanunvericiliyinə əməl edilməsinin vəziyyəti yoxlanılmış və nəticələr haqqında xx.xx.2021ci il tarixli **********143616 nömrəli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Qeyd olunan aktın əsasında xx.xx.2021-ci il tarixli **********153000 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən İddiaçı MMC-yə mənfəət vergisi üzrə 2017-ci ilə 47,501.38 manat, 2018-ci ilə 159,719.16 manat, 2019-cu ilə 40,527.37 manat, ümumilikdə 247,747.91 manat, ƏDV üzrə 2017-ci ilə 54,270.84 manat, 2018-ci ilə 81,355.03 manat, 2019-cu ilə 4,040.27 manat, 2020-ci ilə 15,753.82 manat, ümumilikdə 155,419.96 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ilə 23,511.0 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (vergi məbləğinin vergi bəyannaməsində azaldılmasına görə) ümumilikdə 274,889.63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153000 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və onun əsasında hesablanmış vergi məbləğlərini və maliyyə sanksiyasını qismən əsassız hesab edir. İş materiallarında olan səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın 9-cu səhifəsində göstərilmişdir ki, yoxlama zamanı mənfəət vergisi məqsədləri üçün cəmiyyətin nəzarət kassa aparatının fiskal göstəricilərinə, bank hesablarına daxil olan məbləğlərə və debitor və kreditor borcları barədə məlumatlara əsasən malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəliri 2017-ci il üzrə 2,028,985.14 manat, 2018-ci il üzrə 5,685,797.12 manat, 2019-cu il üzrə 1,363,574.73 manat müəyyən edilmiş və yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən ödənilməli mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına müvafiq olaraq şərti rentabellik norması əsasında hesablanmış, nəticədə 2017-ci il üzrə 47,501.38 manat, 2018-ci il üzrə 159,719.16 manat, 2019-cu il üzrə 40,527.37 manat, ümumulikdə 247,747.91 manat kənarlaşma aşkar edilmişdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablamışdır. Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/2427 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində müvafiq təsdiqedici sənədlər (bank əməliyyatlarına dair sənədlər, NKA çekləri, elektron vergi hesab faktura, elektron qaimə-faktura və digər sənədlərə) əsasında İddiaçı MMC tərəfindən mənfəət vergisinin 2017-ci il üzrə 6,315,40 manat, 2019-cu il üzrə 4,489.21 manat az, 2018-ci il üzrə isə 18,664.78 manat artıq hesablandığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində şərti rentabellik əsasında 2017-2019-cu illər üzrə mənfəət vergisinin 247,747.91 manat az hesablandığı müəəyən edilsə də, ekspertiza tədqiqatı nəticəsində həmin illər üzrə mənfət vergisinin 7840.17 manat (6,315.40 + 4,489.21 – 18,664.78) artıq hesablandığı təsdiq edilmişdir. Bundan başqa, iş materiallarında olan səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın 9-10-cu səhifələrində öz əksini tapmış ƏDV-nin müqayisəli cədvəlinə əsasən Əlavə dəyər vergisi 2017-ci ilin noyabr-dekabr ayları üzrə 54,270.84 manat, 2018-ci ilin yanvar-aprel, iyun-oktyabr və dekabr ayları üzrə 201,239.66 manat, 2019-cu ilin yanvar, mart, may, sentyabr və oktyabr ayları üzrə 7,256.01 manat, 2020-ci ilin oktyabr ayı üzrə 15753.82 manat, ümumilikdə 278,520.33 manat az, 2018-ci ilin may və noyabr ayları üzrə 119,884.63 manat, 2019-cu ilin fevral və avqust ayları üzrə 3215.74 manat, ümumilikdə 123,100.37 manat artıq hesablandığı müəyyən edilmiş və nəticədə cəmiyyətə 155,419.96 manat (278,520.33 – 123,100.37) əlavə vergi məbləği hesablanmışdır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı əlavə dəyər vergisinin hesablanmasına dair müvafiq cədvəli məhkəməyə təqdim etsə də, qeyd olunan cədvəldə öz əksini tapmış göstəricilərinin düzgünlüyünü sübuta yetirə bilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 159, 161, 163, 166, 174 və 175-ci maddələrinin birgə təhlilinə əsasən əlavə dəyər vergisinin hesablanmasının düzgünlüyü vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış elektron vergi-hesab faktura və elektron qaiməfakturalara, həmin qaimə və fakturalar əsasında nağdsız qaydada bank hesabına və ya nağd qaydada kassaya mədaxil olunmuş və ya həmin hesab və kassadan məxaric olunmuş ödənişlərə və eləcə də malların (işlərin, xidmətlərin) hərəkətinə əsasən müəyyən edildiyi halda, cavabdeh vergi orqanı hesablamanın əsası ilə bağlı sadəcə cədvəl təqdim etməklə kifayətlənmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/2427 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində müvafiq təsdiqedici sənədlər (bank əməliyyatlarına dair sənədlər, NKA çekləri, elektron vergi-hesab faktura, elektron qaimə-faktura və digər sənədlərə) əsasında İddiaçı MMC tərəfindən əlavə dəyər vergisinin yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə ümumilikdə 93,159.15 manat ƏDV-nin az hesablandığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə əlavə dəyər vergisinin 278,520.33 manat az hesablandığı müəyyən edilsə də, ekspertiza tədqiqatı nəticəsində həmin illər üzrə əlavə dəyər vergisinin 93,159.15 manat az hesablandığı təsdiq edilmişdir. Bundan başqa, iş materiallarında olan səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın 13-cü səhifəsində qeyd edilənlərə əsasən İddiaçı MMC tərəfindən güzəştli vergi tutulan ölkədə (ÇXR, Honq Konq) təsis edilmiş “JİHAİ HOLDİNG GROUP CO. LİMİTED” şirkətinə 2018-ci ilin İİ rübündə 235,110.0 manat ödəniş edildiyi halda, Vergi Məcəlləsinin 125.1.19-cu maddəsinə müvafiq olaraq ödəmə mənbəyində 23,511.0 manat verginin tutularaq dövlət büdcəsinə ödənilmədiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş təsdiqedici sənədlərə əsasən İddiaçı MMC tərəfindən güzəştli vergi tutulan ölkədə (ÇXR, Honq Konq) təsis edilmiş “JİHAİ HOLDİNG GROUP CO. LİMİTED” şirkətinə 2018-ci ilin İİ rübündə 235,110.0 manat ödəniş edildiyi müəyyən edilmiş və iddiaçı qeyd olunan vəsaitin ödənilməməsinə və ya geri qaytarılmasına dair hər hansı təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 23,511.0 manat ödəmə mənbəyində tutulan verginin hesablanması vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İPM-nin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2021-ci il tarixli **********153000 nömrəli qərarında mənfəət vergisi, ƏDV və ödəmə mənbəyində tutulan vergi hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş xx.xx.2023-ci il tarixli ekspertiza rəyi inzibati orqanın bu qənaətini qismən təkzib edir və 93,159.18 manat əlavə dəyər vergisi və 23,511.0 manat ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, hesablanmış vergi məbləğlərinin qalan hissədə əsassız olduğu müəyyən edilir. Belə ki, hazırkı iş üzrə alınmış xx.xx.2023-cü il tarixli 9/2427 nömrəli ekspertiza rəyi qoyulan məsələlər üzrə əsaslandırılmış qiymətləndirilir və ekspertin rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas mövcud deyil. Bu baxımdan da, məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 93,159.18 manat əlavə dəyər vergisinin və 23,511.0 manat ödəmə mənbəyində tutulan verginin və həmin məbləğlərə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 50% həcmində maliyyə sanksiyasının tətbiq edilməsinin qanuna uyğun olması qənaətinə gəlir. Bundan başqa, iddiaçı xx.xx.2021-ci il tarixli **********153000 nömrəli qərarı 123,100.37 manat ƏDV-nin artıq hesablanması hissəsində mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********153000 nömrəli qərarı qismən, ƏDV üzrə 93,159.18 manat, ÖMV üzrə 23,511.0 manat əlavə vergi məbləğinin hesablanması və həmin vergi məbləğləri üzrə 58,335.09 manat ((93,159.18 + 23,511.0) * 50%)) maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də 123,100.37 manat ƏDV-nin vergi ödəyicisi tərəfindən artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanuna ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110-cu maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 250 manat xərclər iddiaçıdan tutularaq Az.MEM, VÖEN**********, X1, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli **********153000 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qismən, 93,159.18 manat ƏDV-nin və 23,511.0 manat ÖMV-nin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 58,335.09 manat maliyyə sanksiyasının tətbiq edilməsi və 123,100.37 manat ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. Ekspertiza tədqiqatı üçün sərf edilmiş 250 (150+100) manat İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN**********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar