Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1311/2022 05.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Quba rayon Tüləkəran İƏV üzrə nümayəndəliyi tərəfindən oğlu X10 adına tərtib edilmiş və doğum haqqında akt qeydləri kitabında 02 fevral 2009-cu il tarixdə, 03 nömrə ilə qeyd edilmiş akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydinə 12 yanvar 2009-cu il tarixdə doğulmuşdur əvəzinə, “30 iyun 2006-cı ildə doğulmuşdur” kimi düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, oğlu X10 doğum haqqında akt qeydinə 12 yanvar 2009-cu il tarixdə doğulmuşdur əvəzinə, “30 iyun 2006-cı ildə doğulmuşdur” kimi düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 04.03.2022-ci il tarixli, 05/Q-457 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, X5 250/21 saylı 25.08.2021-ci il tarixli tibbi arayışında doğum tarixi 30.06.2006-cı il yazılsa da,Quba rayon Tüləkəran İƏD tərəfindən tərtib edilmiş 03 saylı 02.02.2009-cu il tarixli doğum haqqında akt qeydində uşağın doğum tarixi 12.01.2009-cu il kimi qeyd olunmuşdur. Həmçinin uşağın doğumunu təsdiq edən tibbi şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etmədiyindən onun doğum tarixinin 30.06.2006-cı ilə düzəliş edilməsi mümkün olmamışdır. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 12 yanvar 2003-cü il tarixdə X14 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Aralarında olan nikahı 21 aprel 2006-cı il tarixdə rəsmiləşdirmişdirlər. Birgə nikahlarından 30 iyun 2006-cı il tarixdə Ziya adlı oğlu anadan olmuşdur. Quba rayonunda dağlıq ərazidə yaşadıqları üçün uşaq xəstəxana şəraitində (kənd həkim məntəqəsində) anadan olsa da, oğlu anadan olduqdan sonra uzun müddət sənədləşmə işlərindən anlayışları olmadığı üçün uşağa doğum haqqında şəhadətnamə almamışdırlar. 2009-cu ildə 30 iyun 2006-cı il təvəllüdlü oğlu Ziya Nəsirova doğum haqqında şəhadətnamə almaq üçün Quba rayon İHB-nin Tüləkəran İƏV üzrə nümayəndəliyinə müraciət etmişdirlər və onlara AZ-İİ 144525 saylı 02 yanvar 2009cu il tarixdə verildiyi qeyd edilən və 02 fevral 2009-cu il tarixdə akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə səhvən oğlu Ziya Nəsirovun doğum tarixi 12 yanvar 2009-cu il kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədəki yalnışlığı və uşağın doğum tarixinin 2009cu ildən əvvəl olmasını həmin şəhadətnamənin verilmə tarixi də bir daha təsdiq edir. Belə ki, doğum haqqında şəhadətnamənin verilmə tarixi 02 yanvar 2009-cu il, uşağın doğum tarixi isə 12 yanvar 2009-cu il kimi qeyd edilmişdir ki, həmin qeydlərə inansaq, uşağın doğulmamışdan əvvəl onun adına Quba rayonu, Tüləkəran İƏV-də doğum haqqında şəhadətnamənin verildiyini görərik. İşin həqiqi olan vəziyyəti ondan ibarətdir ki, X17 30 iyun 2006-cı il təvəllüdlüdür. Onun təvəllüdünün 30.06.2006-cı il olduğunu Tibbi Ərazi Bölmələrini X18-Xaçmaz Tibbi Ərazi Bölməsi X5 25 avqust 2021-ci il tarixli, 17 fevral 2022ci il tarixli arayışları, Quba rayon İHB-nin Tüləkəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilən qonşuların iştirakı ilə tərtib edilən 08 aprel 2021 -ci il tarixli akt, Quba rayonu, Suxtəkələ kənd tam orta məktəbinin direktoru tərəfindən verilən 30 avqust 2021 -ci il tarixli arayış da təsdiq edir. Məktəbin verdiyi arayışda oğlu Ziya Nəsirovun həqiqətən 2020-2021-ci tədris ilində Suxtəkələ kənd ümumi orta məktəbin 9-cu sinfini bitirdiyi qeyd edilmişdir. Həqiqətən də oğlu Ziya Nəsirov 6 yaşında birinci sinfə getmişdir. Hal-hazırda onlara verilən doğum haqqında şəhadətnaməyə inanmalı olsaq, oğlu Ziya Nəsirovun 2021-ci ildə 9-cu sinfi bitirməsi üçün 3 yaşında birinci sinfə getməli idi, bu hal isə mümkünsüzdür. 2020-2021-ci ilin 9-cu sinifləri üzrə buraxılış imtahanlarında iştirak etmək üçün şəxsiyyət vəsiqəsi alarkən oğlu Ziya Nəsirov doğum haqqında şəhadətnamədə doğum tarixi yalnış yazıldığı üçün 9-cu siniflərin buraxılış imtahanına buraxılmamış və bu günə kimi təhsil hüququndan istifadə edə bilmir. Ziya Nəsirov təhsil almağa, oxumağa meyilli uşaq olsa da, iddiaçı bir valideyn kimi onun təhsil hüququnu yerinə yetirməyinə yardımçı ola bilmir. O, doğum haqqında şəhadətnamədə yol verilən yanlışlığın düzəldilməsi üçün Cavabdehnə lazimi sənədlərlə müraciət etsə də, qeydiyyat şöbəsi ona uşağın ev şəraitində doğulduğunu və təqdim olunan sənədlərə əsasən kifayət qədər əsas olmadığından doğum tarixinin 30.06.2006-cı ilə düzəliş edilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 09 iyul 2021- ci il tarixli Qanunla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra həmin Məcəllənin 305.1.7-ci maddəsi, eyni zamanda 37-ci fəsli ləğv edildiyindən iddiaçı xüsusi icraat qaydasında rayon (şəhər) məhkəməsinə deyil, iddia icraatı qaydasında inzibati məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə edilir. Həmin Müddəaların 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021- ci il tarixli, 12 nömrəli qərarının 1.3-cü bəndinə əsasən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.” Həmin qərarla eyni zamanda “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilərək 9.1-ci bəndi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi” ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır kimi düzəliş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin sonuncu qərarındakı mövqeyindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi” ilə bağlı iddialara inzibati məhkəmələr baxmalıdır. İnzibati orqan kimi Azərbaycan Respublikası Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 7.1-ci maddəsində nəzərdə tutulmuş uşaq doğulduqdan sonra dərhal qeydə alınma hüququnu, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində nəzərdə tutulmuş təhsil hüququnun pozulmasına (çüki cavabdehlərin qanunsuz imtinası nəticəsində övladım real yaşını təsdiq edə bilmədiyi üçün buraxılış imtahanına buraxılmamışdır) gətirib çıxarır. Halbuki “Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin eidlməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı oğlu X10 doğum haqqında akt qeydinə 12 yanvar 2009-cu il tarixdə doğulmuşdur əvəzinə, “30 iyun 2006-cı ildə doğulmuşdur” kimi düzəliş edilməsi üçün istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, X5 250/21 saylı 25.08.2021-ci il tarixli tibbi arayışında doğum tarixi 30.06.2006-cı il yazılsa da,Quba rayon Tüləkəran İƏD tərəfindən tərtib edilmiş 03 saylı 02.02.2009-cu il tarixli doğum haqqında akt qeydində uşağın doğum tarixi 12.01.2009-cu il kimi qeyd olunmuşdur. Həmçinin uşağın doğumunu təsdiq edən tibbi şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etmədiyindən onun doğum tarixinin 30.06.2006-cı ilə düzəliş edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.” Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlər cavabdeh inzibati orqanın səlahiyyətli olduğunu və iş materiallarına əlavə edilən sənədlər isə iddianın əsaslı olduğunu göstərir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan təqdim edilən sənədlər əsasında müvafiq düzəlişlər etməli idi. Beləki iş materilları ilə müəyyən edilir ki, qonşular X7, X2, X3, X1, X9 tərəfindən imzalanmış, imzaların doğruluğu Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 08 aprel 2021-ci il tarixli X20 həqiqətən 2006-cı ilin iyun ayının 30-da Yuxarı Tüləkəran kəndində ev şəraitində anadan olduğu, X11 verilən yaş kağızı və şəxsiyyət vəsiqəsi səhv verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Quba rayon Təhsil Şöbəsi Suxtəkələ kənd ümumi orta məktəbi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, 14 saylı Arayışda qeyd edilmişdir ki, X17 2020-2021-ci tədris ilində Sxtkələ kənd ümumi orta məktəbinin 9-cu sinifini bitirmişdir. Quba Mərkəzi Rayon Xəstəxanasının Tüləkəran kənd Həkim Məntəqəsinin 250/2022 saylı, 17 fevral 2022-ci il tarixli arayışında qeyd edilir ki, 30.06.2006-cı il tarixdə Yuxarı Tüləkəran tibb mətəqəsində mama Şıxbabayeva Fəsilənin iştirakı ilə oğlan uşağı doğulmuşdur. X4 adı verilmişdir. Profilaktik təqvim peyvəndlərini almışdır. Hal-hazırda sağsalamat Yuxarı Tüləkəran kəndində yaşayır və həkim məntəqəsində tibbi qeydiyyatdadır. Göründüyü kimi iş materilları ilə X10 30 iyun 2006-cı il tarixdə doğulduğu öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayon Tüləkəran İƏV üzrə nümayəndəliyi tərəfindən X10 adına tərtib edilmiş və doğum haqqında akt qeydləri kitabında 02 fevral 2009-cu il tarixdə, 03 nömrə ilə qeyd edilmiş akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydinə 12 yanvar 2009-cu il tarixdə doğulmuşdur əvəzinə, “30 iyun 2006-cı ildə doğulmuşdur” kimi düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba rayon Tüləkəran İƏV üzrə nümayəndəliyi tərəfindən X10 adına tərtib edilmiş və doğum haqqında akt qeydləri kitabında 02 fevral 2009-cu il tarixdə, 03 nömrə ilə qeyd edilmiş akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydinə 12 yanvar 2009-cu il tarixdə doğulmuşdur əvəzinə, “30 iyun 2006-cı ildə doğulmuşdur” kimi düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev