Məhkəmə qərarları › İş №e-2-1(118)-1361/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1361/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1361/2024 12.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 66 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 66 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və müvafiq sənədlərin verilməsi öhdəliyinin Şamaxı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçınnı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən tərtib edilmiş X8 adına tərtib edilmiş xx.xx.1992-ci il tarixli 66 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və izah etdi ki, İddiaçı xx xxxxxx 1991-ci tarixdə Bakı şəhərində anadan olmuşdur. X2 07 mart 2023-cü ildə vəfat etmiş və 3-cü həyat yoldaşı X7 tərəfindən vərəslik işi rəsmiləşdirilən zaman iddiaçının da vərəsə olması səbəbindən analığı məlumat vermiş və bildirilmişdir ki, Qubatın bir qızı olmasına baxmayaraq sənədlərdə iki qızı göstərilir. Bundan sonra iddiaçı atasına məxsus evdə olan sənədlərə baxan zaman Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən X11 adına 319817 nömrəli doğum haqqında şəhadətnamənin əslini tapmışdır. İddiaçı kimi şəxsiyyət vəsiqəsi almış, ailəli olub boşanmış və azyaşlı uşağı vardır. X3 adlı övladı olmamışdır və yoxdur. Həmin şəxslə iddiaçı eyni şəxs olduğundan və İddiaçı kimi şəxsiyyət vəsiqəsi aldığından Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 319817 nömrəli doğum haqqında şəhadətnaməni ləğv edilməsi ilə bağlı Şamaxı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Şamaxı rayon qeydiyyat şöbəsi 3-16-5/8-914/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə bundan imtina etmişdir. İmtinanın əsası kimi Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 66 nömrəli X11 doğum haqqında akt qeydi ilkin qeyd olduğu üçün aktın ləğv edilməsi imkanları xaricində olduğunu və bununla bağlı məhkəmə müraciət etməyi tövsiyə etmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, doğum haqqında şəhadətnamələrə diqqət yetirdikdə İddiaçı olaraq xx xxxxxx 1991-ci ildə, X14 olaraq isə 15 yanvar 1992-ci ildə doğulduğu qeyd olunur. Eyni valideynlərdən doğulmuş iki uşağın doğum günü arasında 34 gün olması mümkünsüzdür. İddiaçı və X14 eyni şəxs olduğundan İddiaçı olaraq iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -XVİ ЖГ 46858 nömrəli, 17 aprel 1992-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1991-ci il təvəllüdlüdür, valideynləri X4 və X1r. - -XVİЖГ319817 nömrəli, 28 yanvar 1992-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X15 15 yanvar 1992-ci il təvəllüdlüdür, valideynləri X4 və X5r. - Məhkəmənin sorğusuna cavab olaraq Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1992-ci il tarixli 66 saylı doğum haqqında akt qeydi məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (23). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının adına iki dəfə doğum aktı qeydi tərtib edilmişdir. Ləğv olunmalı doğum aktı qeydində uşağın doğum günü kimi xx.xx.1992-ci il, yəni iddiaçının doğulduğu xx.xx.1991-ci il tarixdən 34 gün sonra göstərilmişdir. Həmin akt qeydinin aparılmasının əsasları məhv edildiyi üçün müəyyən etmək mümkün olmamışdır. İddiaçının nümayənfəsi tərəfindən təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şamaxı rayon Polis Şöbəsinin 08 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Beləliklə, araşdırma zamanı müəyyən edildi ki, ... 1992-ci ildə Şəfa Çinani adlı qızının mövcud olmadığı halda onun adına saxta doğum haqqında şəhadətnamə hazırlanmışdır. Bununla da müəyyən edilmişdir ki, İddiaçı ikinci doğum haqqında şəhadətnamə alaraq İddiaçı ikinci doğum haqqında şəhadətnamə alaraq X14 adlı şəxs olmamışdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin əsassız olduğu aşkar surətdə aydın olduğundan iddia tələbi təmin edilərək X11 barəsində xx.xx.1992-ci il tarixli 66 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X11 adına tərtib edilmiş xx.xx.1992-ci il tarixli 66 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar