Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1370/2025 03.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, pensiyanın məbləğinin bərpa edilməsi, ödənilməmiş ayların ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “İddiaçı pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-8590/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8776/2024 saylı qərarların ləğv edilməsi, təyin edilmiş əvvəlki pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş aylarının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-8590/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8776/2024 saylı qərarların ləğv edilməsi, təyin edilmiş əvvəlki pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş aylarının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1959-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunan tarixdən, yəni xx.xx.2009-ci il tarixindən 2024-cü il yanvar ayına qədər pensiyanı qeyd olunan məbləğdə almışdır, fevral ayında isə heç bir məbləğ ödənilməmişdir.. Pensiyanın kəsilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətə heç bir cavab verilməmiş, bildirilmişdir ki, daxili qərara əsasən dayandırılmışdır, xəbər veriləcək. Lakin mart ayına qədər yenə heç bir cavab verilməmiş və xx.xx.2024-cu ildə yenidən müraciət etmiş, hələ də müraciətinə cavab verilməmişdir.Fevral, mart, aprel ayları heç bir səbəb göstərilmədən, dəvət edilmədən, heç bir məlumat verilmədən pensiyası verilmir. Cavabdeh orqan həmçinin şifahi olaraq imtinanın əsası kimi qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən deyil, 52 yaşının tamam olduğu xx.xx.2011-cu il tarixindən təyin edilməli idi. xx.xx.2010-cu il tarixində “Əmək pensiyaları haqqında” Qanunun redaksiyasına əsasən isə əmək pensiyası orta əmək haqqı məbləğinə yox, sığorta kapitalına əsasən hesablanmalı idi. Göstərilən mövqe ilə razılaşmır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən, 50 yaşına çatmış kişilər azı 20 il sığorta stajı olduqda bu müddətin 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bunu nəzərə alaraq pensiya məbləğinin hesablanması xx.xx.2010-cu il tarixindən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun hesablanmamalıdır. Pensiya məbləği sığorta kapitalına uyğun yox, orta əmək haqqına uyğun hesablanmalı idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında Ümumi peşələr bölməsinin (XXİİİ) 12100000—11620 kodu üzrə rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə elektrik qaynaqçıları vəzifəsi, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısTnda Ümumi Peşələr (XXXİİİ) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərində xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-də elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 №li Siyahıda nəzərdə tutulan rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə elektrik vəzifəsinə aid deyil. Bu səbəbdən də 1 №li Siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixindən pensiya sığorta kapitalına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən əmək pensiyası hesablanaraq ödənilib. Bundan başqa, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlar araşdırılarkən, həmin sənədlərə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.2007-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Abşeron rayon şöbəsinə müraciət edərkən iddiaçının təqdim etdiyi AZE № 04602393 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yeri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sabir küçəsi, ev 4, mənzil 3 olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun həmin seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 37, mənzil 60 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bu səbəbdən də iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən dayandırılıb. Eyni zamanda cari ilin iyun ayında iddiaçıya Mərkəzi Filial tərəfindən 57 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixindən Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq 310,34 manat (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 490,11 manat) məbləğində güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixinə kişilər 65 yaş)arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra 6 il işləməyilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25392,00 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (25392,00:96 ay (65 il-63 il = 24 ay+(144 ay-72 ay)=264,50 manat) əmək pensiyası xx.xx.2022- ci il tarixindən yenidən hesablanaraq 490,11 manatdan 754,61 manata (490,11+754,61) artırılıb. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası üzrə ona 350312,65 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 350312,65 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əlavə olaraq bildiririk ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixindən iddiaçının pensiya məbləği 983,73 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-8590/2024 saylı qərar əsasında pensiya işi № 064405 olan İddiaçı xx.xx.2016-cı il tarixdən pensiya təyin edilməklə təyinat tarixindən yenidən hesablama aparılmış, 3-17-1/3- 1-53871/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xidməti məktuba əsasən 57 yaşdan bərpa, xx.xx.2022-ci il tarixə 6 illik verilmiş, Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsi tətbiq edilmiş, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində almadığı əmək pensiyası artıq ödəmədən əvəzləşdirilmişdir. Yenidən hesablanmış pensiya məbləği 983 manat 73 qəpik müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-8776/2024 saylı qərar əsasında pensiya işi № 064405 olan İddiaçı xx.xx.2016-cı il tarixdən pensiya təyin edilməklə təyinat tarixindən yenidən hesablama aparılmış, 3-17-1/3- 1-53871/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xidməti məktuba əsasən 57 yaşdan bərpa, xx.xx.2022-ci il tarixə 6 illik verilmiş, Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsi tətbiq edilmiş, 3-17-1/3-3-8590/2024 saylı qərar etibarsız hesab olunmuş, xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ödənilməyən əmək pensiyası əvəzləşdirilmişdir. Yenidən hesablanmış pensiya məbləği 983 manat 73 qəpik müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia verməklə iddia müddətinə riayət etmişdir. Belə ki, mübahisələndirilən qərarların iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8590/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8776/2024 saylı qərarların ləğv edilməsini, 2024-cü ilin fevral ayından ödənilməsi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və 2024-cü ilin fevral ayından ödənilməsi dayandırılmış pensiyanın ödənilməmiş ayların ödənilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərində xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-də elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 №li Siyahıda nəzərdə tutulan rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə elektrik vəzifəsinə aid deyil. Bu səbəbdən də 1 №li Siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixindən pensiya sığorta kapitalına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən əmək pensiyası hesablanaraq ödənilib. Bundan başqa, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlar araşdırılarkən, həmin sənədlərə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.2007-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Abşeron rayon şöbəsinə müraciət edərkən iddiaçının təqdim etdiyi AZE № 04602393 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yeri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sabir küçəsi, ev 4, mənzil 3 olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun həmin seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 37, mənzil 60 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bu səbəbdən də iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən dayandırılıb. Eyni zamanda cari ilin iyun ayında iddiaçıya Mərkəzi Filial tərəfindən 57 yaşının tamamlandığı xx.xx.2016-cı il tarixindən Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq 310,34 manat (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 490,11 manat) məbləğində güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. İddiaçıya əmək pensiyası təyin olunduqdan sonra 6 il işləməyilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25392,00 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (25392,00:96 ay (65 il-63 il = 24 ay+(144 ay-72 ay)=264,50 manat) əmək pensiyası xx.xx.2022- ci il tarixindən yenidən hesablanaraq 490,11 manatdan 754,61 manata (490,11+754,61) artırılıb. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası üzrə ona 350312,65 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 350312,65 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarına istinad edərək formalaşmış məhkəmə təcrübəsinə əsaslanmağı vacib bilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.
50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir.
51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir
56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).” İddiaçıya pensiyanın 50 yaşdan təyin edilməsi barədə qərarın qanunsuz inzibati akt olması halında belə, cavabdeh inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürmüş olacaqdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası hesablanarkən hər-hansı halın onlara məlum olmaması səbəbindən yanlış hesablamanın aparılması və ya bu halın onlara sonradan məlum olması barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin etirazın əsası kimi qeyd etdiyi – altsistemdə mövcud olan məlumatlarda iddiaçının həmin seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin fərqli qeyd edilməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd edildiyi kimi bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Hazırki işin hallarından isə cavabdeh inzibati orqanda iddiaçıya pensiya təyin edilən zaman hər-hansı məlumatın olmaması və ya belə məlumatın əldə edilməsinin mümkünsüz olması halı müəyyən edilməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununa görə: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Həmçinin işin hallarından müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat haqıında mövcud normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir. “İnzibati icraat haqqında” Qanuna əsasən: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-8590/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8776/2024 saylı qərarları ləğv edilsin, təyin edilmiş əvvəlki pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş aylarının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova