Məhkəmə qərarları › İş №e-2-1(118)-1408/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-1408/2023

05.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-1408/2023 05.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı 1960-cı ildən tikilmiş hazırda ünvanı bina 0150 mənzil 1336 olan yaşayış sahəsinə 1989-cu ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat və 1981-ci ildə tikilmiş hazırki ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinə 1981-ci ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat əldə etmək üçün müvafiq arayışın ona-İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1960-cı ildən tikilmiş hazırda ünvanı bina 0150 mənzil 1336 olan yaşayış sahəsinə 1989-cu ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat və 1981-ci ildə tikilmiş hazırki ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinə 1981-ci ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat əldə etmək üçün müvafiq arayışın ona-İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı 1960-cı ildən tikilmiş hazırda ünvanı bina 0150 mənzil 1336 olan yaşayış sahəsinə 1989-cu ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat və 1981-ci ildə tikilmiş hazırki ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinə 1981-ci ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat əldə etmək üçün müvafiq arayışın ona-İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar