Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1575/2023 17.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1960-cı ildə tikilmiş hazırda ünvanı bina 0150 mənzil 1336 olan yaşayış sahəsinə 1989-cu ildən bu günə kimi qeydiyyatda olanlar barədə məlumat və 1981-ci ildə tikilmiş hazırkı ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinin 1981-ci ildən bu günə kimi qeydiyyatda olanlar barədə məlumat əldə etmək üçün müvafiq arayışın ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Daxili İşlər Nazirliyinə müraciət edib xahiş etmiş ki, ona hazırda ünvanı bina 0150 mənzil 1336 olan 1960-cı ildə tikilmiş yaşayış sahəsinə 1989-cu ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumata və 1981-ci ildə tikilmiş hazırkı ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinə 1981-ci ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumatın ona təqdim edilməsi üçün köməklik göstərilsin.Müraciətinə qanunamüvafıq qaydada baxılmamaışdır. Belə ki, dəfələrlə Tovuz rayon Polis şöbəsinə, Bakı şəhərində yerləşən 4, 5 ,7 saylı və Tovuz rayon Asan xidmət mərkəzlərinə müraciət etsə də ona qeyd etdiyi məlumatları müxtəlif qanuna zidd bəhanələrlə təqdim etməkdən imtina etmişlər.xx.xx.2022-ci Daxili işlər Nazirliyinin internet səhifəsindən online müraciət etmişdir.Qanundan göründüyü kimi o əldə edə biləcəyi məlumatlarla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Atasının fərdi yaşayış evinə dair məlumatlar fərdi yaşayış evi ilə birlikdə vərəsəlik qaydasında ona keçmişdir. Buna görə də o hazırda mülkiyyətində olan fərdi yaşayış evinə bütün dövrlərdə yaşayış yeri üzrə qeydiyyatda olanlar barədə məlumat almağa haqlıdır. Sorğu verdiyi fərdi yaşayış evlərinin hazırda ünvanı bina 0150 mənzil 1336 olan 1960-cı ildə tikilmiş yaşayış sahəsinə 1989-cu ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat və 1981-ci ildə tikilmiş hazırkı ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinə 1981-ci ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumat ona təqdim edilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaş İddiaçı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək faktiki ünvanı bilinməyən yaşayış sahəsində qeydiyyatda olan şəxslər barəsində məlumat istəmişdir.Göstərilən ünvan qeyri-müəyyən olduğu üçün onun müraciətinin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının cavabdehə etdiyi xx.xx.2022-ci il tarixli müraciəti, DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubları, arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 1981-ci ildə tikilmiş hazırkı ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinə 1981-ci ildən bu günə kimi Qeydiyyatda olanlar barədə məlumatın ona təqdim edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh təşkilat da həmin yaşayış yerinin dəqiq ünvanının mövcud olmamasını əsas gətirərək onun müraciəti müsbət həll etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən DİN-nə sorğular göndərilməsinə baxmayaraq, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən olundu ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evində qeydiyyatda olanlar haqqında heç bir məlumat mövcud deyil. Nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi həmin fərdi yaşayış evi 1960-cı ildə inşa edildiyindən və zaman etibarı ilə həmin dövrlərdə kənd yaşayış məntəqələri üzrə qeydiyyatada olanlar, hər hansısa mənzil üzərində qeydiyyatda deyil, bir qayda olaraq qeydiyyat ünvanları məhz kənd inzibati ərazisi kimi təsnifatlaşdırılaraq yaşayış yeri üzrə qeydiyyatdan keçmişlər. İddiaçının iddia etdiyi Tovuz rayonun Azaflı kəndində yerləşən fərdi yaşayış evinə verilmiş "xxxx" ünvan Azərişıq ASC tərəfindən verilmiş şərti ünvandır və komunnal xidmət göstərilən müəssisələr tərəfindən üzərində mülkiyyət hüququ qeydə alınmayan fərdi yaşayış evlərinə həmin qurumun özü tərəfindən verilir. Qeyd olunan ünvan DƏDRX tərəfindən tanınmadığına görə rəsmi sayıla bilməz. Belə olan halda cavabdeh təşkilatı icrası mümkün olmayan hərəkətləri etməsinə məcbur etmək mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın üzərinə hər hansı bir öhdəliyin qoyulması qəbuledilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1 və 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1960-cı ildə tikilmiş hazırda ünvanı bina 0150 mənzil 1336 olan yaşayış sahəsinə 1989-cu ildən bu günə kimi qeydiyyatda olanlar barədə məlumat və 1981-ci ildə tikilmiş hazırkı ünvanı bina 150 mənzil 0064 olan yaşayış sahəsinin 1981-ci ildən bu günə kimi qeydiyyatda olanlar barədə məlumat əldə etmək üçün müvafiq arayışın ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-1575/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1575/2023
17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver