Məhkəmə qərarları › İş №e-2-1(118)-1593/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1593/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1593/2023 18.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil bürosunun vəkili, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 9 v, mənzil 25-də yaşayan), İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı X2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 52 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2006-cı il tarixdən İddiaçı məxsusdur. Həmin mənzildə qeydiyyatda olan X6 və X7 mülkiyyətçinin qızlarıdır. X6 2013-cü il tarixdə ailə qurmuş və daimi yaşamaq üçün Kanadaya, X7 isə 2003-cü il tarixdə ailə qurmuş və daimi yaşamaq üçün Ukraynaya köçmüşdür. Göründüyü kimi X6 və X7 artıq 10 ildən artıq müddətdir ki sözügedən mənzildə yaşamırlar. Belə ki, onlar ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün başqa ölkələrə köçərək Azərbaycanı tərk etmiş, ailəsi ilə heç bir əlaqəsi, telefon danışığı belə olmamışdır. Cavabdehlər sadəcə olaraq mənzilin pasport qeydiyyatında qalmışlar. Hazırda da həmin mənzildə yaşamırlar. Bu isə, öz növbəsində İddiaçı mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, onlara görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur, sərbəst şəkildə öz mülkiyyətinə sərəncam verə bilmir. Bu səbəbdən də İddiaçı qızları X7 və Məmmədova (Orucova) Xalidə Dilavər qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X1 ünvan 2 evin 52 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. Məhkəmə cavabdeh X3 münasibətdə hesab etmişdir ki, “X2 mübahisəli mənzilə hansı vaxtdan köçərək yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması müəyyən edilmir. Belə ki, iddia tələbində cavabdeh X2 2003-cü ilədək mənzilə hansı vaxtdan köçməsi, 2003-cü ildən sonra iddia ərizəsində qeyd olunduğu kimi xarici ölkəyə getməsi işin araşdırılan hallarına əsasən həmin şəxsin iddiaçının qeyd etdiyi kimi ümumiyyətlə mənzildə yaşaması, xarici ölkəyə köçərək respublika ərazisini tərk etməsi məhkəmə sorğusu əsasında alınan sənədlərlə, həmçinin iddiaçının təqdim etdiyi sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquq barədə mübahisə olmadığı təqdirdə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında qeydiyyatı olan şəxslərin qeydiyyatı ləğv edilə bilər”. X2 mübahisəli mənzilə istifadə hüququ olmamasına və həmin mənzildə yaşamamasına baxmayaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışdır. Bu isə İddiaçı mülkiyyətçi olaraq hüquqlarını pozur. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsı\rin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - MH № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ,mənzil 52 İddiaçı oğlunun mülkiyyətindədir. - 9 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ,mənzil 52 İddiaçı xüsusi mülkiyyətindədir.Həmin mənzil də özü və 10 nəfərdən ibarət ailə üzvləri pasport qeydiyyatındadırlar. - 9-cu mikrorayon, ev 3/21A –nən sakinləri tərəfindən tərtib edilmiş və 9 saylı MKS tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X7 həmin mənzildə qeydiyyatda olsa da orada yaşamır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5079/2022-ci il tarixli 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X1 ünvan 2 evin 52 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmiş, X4 aid hissədə idida təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi övsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxs Xumar Orucova iddiaçının (mülkiyyətçinin) ailə üzvüdür (övladıdıdır). Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcələnin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İddiaçı ilə üçüncü şəxs X.Orucova arasında mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dək yaranmışdır və ona görə də onlara aid bu mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə uyğun ümumi məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qızı X3 qarşı hissədə təmin edilməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçının X.Orucovaya münasibətdə mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair tələbi məhkəmə araşdırması gedişində öz təsdiqni tapmamışdır. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və inzibati məhkəmə icraatı qaydasında şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia qaldırılmışdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətə cavabdeh inzibati oqanın imtina cavabı qanunauyğun olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar