Məhkəmə qərarları › İş №e-2-1(118)-1597/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1597/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1597/2023 19.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil oölunun (Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili), Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli **********398200 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdeh tərəfindən qəbul edilmiş **********398200 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, metal qırıntılarının tоplanması və təhvil verilməsinə görə vergi оrqanında məcburi şəkildə uçоta alınmış və adına ********** nömrəli vergi uçоtu haqqında şəhadətnamə açılmışdır. Bununla da, cavabdeh vergi оrqanı barəsində xx.xx.2021-ci il tariхə "Vergilərin, sоsial sığоrta və işsizlik sığоrtası haqqının hesablanması barədə" **********398200 nömrəli qərar qəbul edərək iddiaçıya 11.944,66 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Onun məcburi şəkildə vergi uçotuna alınması və metal tullantılarının tоplanması və təhvil verilməsinə görə gəlir vergisinin hesablanması əsassızvə adımavergi uçotu haqqındaşəhadətnamə acılması qanunsuzdur. Belə ki, məcburi şəkildə vergi uçotuna alınmağıma səbəb olan və cavabdeh vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti kimi adlandırılan fəaliyyətim sadəcə olaraq tоpladığım metal qırıntıarını satmağı olmuşdur. Hansıki, vergi qanunvericiliyinə əsasən metal qırıntılarını satmaq vergi orqanında uçotaalınmayan şəxs tərəfindən də həyatakeçirilə bilər. Başqa sözlə desək, metal qırıntılarının tоplanması və təhvil verilməsinə görə hər hansı vergidən yayındırdığım, gizli əməliyyat nəticəsində deyil, məhz qanuni şəkildə tərtib edilmiş elektron alışaktı əsasındaaşkar edilmişdir. Bu isə həm də o deməkdir ki, həmin elektron alışaktı əsasında mal alan şəxs məndən ödəməmənbəyində 2% vergi tutmuşdur. Göründüyü kimi, mənimləmetal tullantısıvə ya qırıntısınıalan vergi ödəyicisi ilə aramızda başvermiş əməliyyat Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən elektron alış aktı ilə rəsmiləşdirilmiş və həmin vergi ödəyicisi Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən mənə ödənilən məbləğdən 2 faiz dərəcə ilə vergini tutmuş və ya tutmalı idi. Bütün bunlara əsasən hesab edirəm ki, mən Vergi Məcəlləsinin hər hansı müddəasını pozmamışam. Mənim metal tullantısı satmaqla sahibkarlıq fəaliyyəJ göstərməyimə və bu səbəbdən vergi uçotuna alınmağıma münasibətdə isə qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin maddədən aydın olduğu kimi, vergi orqanında uçotda olmayan hər hansı fiziki şəxs topladığı metal qırıntılarını hansısa vergi ödəyicisinə satırsa, bu zaman malıalan tərəf bununla bağlı elektron alışaktı tərtib edir və malları qəbul edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, ddiaçının fəaliyyətinin araşdırılması zamanı 2020- ci il ərzində təqdim edilmiş 358339,90 manat dəyərində metal qırıntılarının elektron qaımə- faktura əvəzinə elektron alış aktları ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir kı, bu hal vergidən yayınma riski kimi qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixli **********478000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. rgi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və cari hesabat təqdim edilmədiyi üçün analoji qaydada 2020-ci il üzrə Nazirlər Kabinetinin 01,03.2021-ci il tarixli 55 nömrəli Qərarına əsasən 11944,66 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********398200 nömrəli Qərarı göndərilmişdir. İş materiallarına əlavə edilmiş : - 2 sayl Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş **********398200 nömrəli xx.xx.2021-ci il tarixli “vergilərin sosial sığorta və işsizlik sığortası haqqının hesablanması barədə” qərardan görünür ki, İddiaçı 2020-ci ilin gəlir vergisi üzrə 11944,66 manat vergi hesablanmışdır. - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq – bidirişdən görünür ki, ondan 5 gün müddətinə müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” başlıqlı hissəsində hesablamanın əsası kimi “Gəlir vergi bəyannaməsinin təqdim olunamasına görə əlaqəli məlumatlar əsasında gəlir vergisi hesablanmışdır” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin təqdim etdikləri sənədlərə və verdikləri izahatlara əsasən müəyyən edildi ki, İddiaçı 2020-ci ildə ümumilikdə 358339.90 manat dəyərində metal qırıntılarını elektron alış aktı əsasında vergi orqanında uçotda olmuş vergi ödəyicisinə təqdim etmiş və bu hal vergi orqanı tərəfindən vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçı mütəmadi şəkildə metal qırıntılarının satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun əldə etdiyi gəlir ümumi qaydada gəlir vergisi məqsədləri üçün 20 faiz dərəcə ilə vergiyə cəlb edilməlidir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı elektron alış aktları məlumatlarına əsasən iddiaçıya gəlir vergisi üzrə əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin: 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 101.6-cı maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: -kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu (3.5.1 -əlvan və qara metal qırıntılarının qəbulu (3.5.2) -utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu (3.5.3) -utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu (3.5.4) -xam dərinin tədarükü (alışı) (3.5.5) Yuxarıda qeyd olunan normaların təhlilinə əsasən məhkəmə qeyd edir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində sadalanan malları, o cümlədən əlvan və metal qırıntılarını vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən qəbul edən (alan) vergi ödəyicisi həmin satış əməliyyatı ilə bağlı elektron alış aktı tərtib etməli və həmin mallar ilə bağlı edilmiş ödənişlərdən (vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergini tutmalı və dövlət büdcəsinə ödəməlidir. Hazırkı işin faktiki hallarından görünür ki, vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs İddiaçı ona məxsus metal qırıntılarını vergi ödəyicisi olan şəxsə təqdim etmiş, sonuncu bununla bağlı elektron alış aktları tərtib edərək ödəmə mənbəyində 2 faiz dərəcə ilə gəlir vergisi tutmuşdur. Lakin bununla razılaşmayan cavabdeh vergi orqanı İddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota almış və metal qırıntılarının satışından əldə edilmiş gəlirini Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ümumi qaydada 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb etmişdir. Vergi Məcəlləsinin: 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. 102.1-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:............. 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir. Sadalanan normalardan aydın olur ki, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclər nəzərə alınmaqla, 20 faiz dərəcə ilə vergiyə cəlb edilir. İş materiallarından göründüyü kimi, İddiaçı qiymətli daş və metal hesab edilməyən metal qırıntılarının satışını həyata keçirmişdir ki, bu da qanunverici tərəfindən gəlir vergisi məqsədləri üçün vergidən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı metal qırıntılarının satışından əldə etdiyi gəlirləri vergidən azad edildiyi üçün, cavabdeh vergi orqanı tərəfindən hesablanmış 11944.66 manat gəlir vergisi əsassız olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun : 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********398200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda cavabdeh vergi orqanı tərəfindən hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları, onları təsdiq və ya rədd edən sübutlar, o cümlədən hesablama aparılarkən istinad olunan normatik hüquqi aktlar dəqiq şəkildə göstərilməmişdir ki, bu da inzibati aktın prosessual pozuntular nəticəsində qəbul edildiyini göstərir. Cavabdeh vergi orqanının İddiaçı fəaliyyətinin sahibkarlıq fəaliyyəti olması və malları elektron alış aktı əsasında deyil, vergi orqanında uçota duraraq elektron qaimə-faktura əsasında təqdim etməli olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qanunverici “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində sadalanan malların, o cümlədən əlvan və qara metal qırıntılarının satışının vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslər tərəfindən hər hansı hədd və ya istisna müəyyən etmədən həyata keçirilə bilməsini təsbit etmiş və Vergi Məcəlləsinin 101.6-cı maddəsi isə həmin malların satışından əldə edilən gəlirlərin (vergidən azad olunan gəlirlər istisna olmaqla) 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən **********398200 nömrəli xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İddia müddəti ilə bağlı məhkəmə qeyd edir ki, mübahiəsləndirilən qərarın iddiaçıya təqdim edilməsi (elan edilməsi, poçt vasitəsi ilə göndərilməsi və s.) barədə sübut olmadığından iddia müddəti otürülməmiş hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********398200 nömrəli xx.xx.2021-ci il tarixli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqının hesablanması barədə” qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar