Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1629/2022 24.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 11-ci mikr-n, ev 33 mənzil 69-da yaşayan) Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı 08 aprel 2018-ci il tarixdən 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 08 aprel 2018-ci il tarixdən 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Republikası Neft və Sənaye Universitetinin 1-ci kursuna 1983-cü il tarixdə daxil olmuş, 1984-cü il tarixdən 1987-ci il tarixə kimi hərbi xidmətdə olmuş, 1987-ci il tarixdən 1991 -ci tarixə kimi aili təhsilini davam etdirərərk universiteti bitirmişdir. “Azərikimya” X3-Polietilen zavodunda 13 sentyabr 1991-ci ildən 14 oktyabr 1994-cü il tarixə kimi yəni 03 il 01 ay 01 gün EP-300 zavodunun piroliz sexində növbə ustası, şöbə rəisi vəzifəsində, 15 oktyabr 1994-cü il tarixdən 19 iyun 1998ci il tarxə kimi, yəni 03 il 08 ay 04 gün həmin sexdə növbə ustası, şöbə rəisi vəzifəsində, 20 iyun 1998-ci il tarxdən 15 mart 2001-ci il tarixədək yəni 02 il 08 ay 25 gün, 16 mart 2001-ci il tarixdən 03 fevral 2002-ci il tarixədək 10 ay 17 gün, 04 fevral 2002- ci il tarixdən 05 mart 2006-cı il tarixədək, yəni 04 il 01 ay neft və qaz hasilatı üzrə operator, neft və qazçıxarma üzrə usta, Neft Qazçıxarma İdarəsinin 14 saylı dərin özülünün rəis müavini, Neft Qazçıxarma İdarəsinin 08 saylı dərin özülünün rəisi vəzifələrində işləmişdir. 01 yanvar 2006-cı il tarixədək əmək stajı ümumi 20 (iyirmi) ildən artıqdır ki, 10 ildən artıq xüsusi ilə zərərli işlərdə işləmişdir. 08 aprel 2018-ci il tarixdə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən 01 yanvar 2006-cı il tarixədək ümumi əmək stajı 20 il və həmin stajın 10 il əmək fəaliyyəti xüsusi zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, bununla bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş, lakin ona cəmi 8 il xüsusi stajımım olması bildirilərək imtina cavabı verilmişdir. Belə ki, cavabdeh onun “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen Zavodunda” EP-300 zavodunun pirdiz sexində şöbə rəisi vəsifəsini xüsusi zərərli iş hesab etməmişdir. Halbuki, həmin işlədiyi zavodun sexlərində sahə rəisi vəzifəsi möcuddur. Sexlərdə şöbələr nəzərdə tutulmamışdır. Cavabdeh həmin zavodda işlədiyi vəzifə ilə bağlı hər hansı araşdırma aparmamış və işlədiyi vəzifənin sahə rəisi vəzifəsini icra etməsi barədə heç bir sorğu təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı oqlu xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda onun güzəştli is stajı 8 il olmaqla qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. 6 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli islərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Belə ki, iddiaçı M. Ş.İbrahimov Mərkəzi filiala təqdim etdiyi əmək kitabçasına, eyni zamanda xx.xx.2022-ci il tarixli, 15 nömrəli “Etilen-Polietilen” və 14 nömrəli “Sintezkauçuk” zavodlarının bundan başqa xx.xx.2022-ci il tarixli, 03/50 nömrəli “28 May Neft və Qazçıxarma” idarəsinin güzəştli arayışlarına istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli iş stajı Qanunda göstərilmiş şərtləri ödəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sivahısı”nın Kimya istehsalatı bölməsinin (Vİİİ) Azbest texniki məmulatların istehsalı bəndində (1080A020) sahə və növbə rəisləri (1080A02b-23187) vəzifələri və sözügedən Siyahının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və sistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndində (********) neft və qaz hasilatı üzrə operatorlar (1100000a-15824) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 18 sentyabr 1991-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk” zavodunda şöbə rəisi vəzifəsində və xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində qazyığma operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi şöbə rəisi vəzifəsi yuxarıda qeyd olunan sahə və növbə rəisləri vəzifəsinə və işlədiyi qazyığma operatoru vəzifəsi isə neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə uyqun deyildir. Bu səbəblərdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli is stajı 10 ildən az (8 il (xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992- ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1997xx.xx.1998-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında 1991 və 1994-cü illərə dair qeydlər kiril qrafikalı yazı ilə qeydə alınsa da, 1993-cü ildə güzəştli is stajı ilə əlaqədar dövr latın qrafikalı yazı ilə qeyd edilmişdir. Bu da əmək kitabçasında sözügedən dövrlərə dair qeydlərin mötəbərliyini sübhə altına alır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan : -AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. -İddiaçıya НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.1986-xx.xx.1988-ci illərdə hərbi xidmətdə olmuşdur. - - ФВ № 082097 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1983-1991-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda “dağ mühəndisi” ixtisası üzrə tam kursu bitimişdir. - -İddiaçının adına açılmış ИТ -№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1983-1991-ci tarixlərdə təhsil almış, xx.xx.1984-xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1991-xx.xx.1998-ci il tarixlərdə “Sintezkauçuk” zavodunda, xx.xx.1998-ci il tarixdən hazırki tarixədək “Azneft” İB 28 May NQÇİ-də işləyir. - -“Etilen-Polietilen” zavodu tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, o, həqiqətən xx.xx.1991-xx.xx.1994-cü illərdə və xx.xx.1994-xx.xx.1998-ci il tarixlərdə həmin zavodda piroliz sexində növbə ustası, şöbə rəisi peşəsində işləmişdir.xx.xx.1992-xx.xx.1992 və xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Göstərilən peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİ bölməsinin 1 bəndinin 1080A010 şifrəsi altında göstərilmiş “neft karbohidrogenlərinin pirolizi” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -SOCAR “Azneft” İB “28 MAY” NQÇİ tərəfindən verilmiş 03/50 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsinə, 2a və 2 b yarımbölməsinə əsasən “28 MAY” NQÇİ-də işləmiş peşə və vəzifəsində güzəştli şərtlərlə iş stajı 23 il 07 ay 03 gün təşkil edir. - Məhkəmənin sorğsusna əsasən “Etilen-Polietilen” zavodu tərəfifnən verilmiş xx.xx.2022ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1991-14 10 1994-cü il tarixlərdə “Sintezkauçuk” zavodunun və 15 10.1994-19 06 1998-ci il tarixlərdə “Etilen-polietilen " zavodunun Piroliz sexində çalışdıği növbə ustası və şöbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüquqi verən vəzifələrə aiddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajına malik olması mübahisələndirilmir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı ilədək 10 il xüsusi (zərərli) iş stajına malik olmamasıdır. Belə ki, cavabdeh iddiaçının “şöbə rəisi” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda qeyd olunmamasına istinad edərək həmin dövrü xüsusi iş stajı hesab etmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1991-ci il tarixdən 13.09.199ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərkimya” İB Sintezkauçuk” zavodunda piroliz sexində növbə ustası işləmiş, xx.xx.1993-cü il tarixdə həmin zavoidda şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə yeni yaradılmış “Etolen Poletilen” zavoduna keçirilmiş və xx.xx.1994-cü il tarixli əmrlə şöbə rəisi qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə növbə ustası vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə “Azneft” İB “28 MAY” Neft və Qazçıxarma İdarəsinə 4-cü dərəcəli qazyığma operatoru qəbul edilmiş, xx.xx.2000-ci ildə 4-cü dərəcəli neft-qazçıxarma operatoru keçirilmiş, xx.xx.2001-ci il tarixdə 11-ci dərəcəli neft və qazçıxarma ustası keçirilmiş, xx.xx.2002-ci il tarixdə müvəqqəti olaraq rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarioxdə NQÇİ üzrə 8 saylı X6 15-ci dərəcəli rəis təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Mərkəzi mühəndis texnoloji xidmətinə rəis müavini keçirilmiş, xx.xx.2009-cu il tarixdə 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-xx.xx.1992-ci və xx.xx.1992-xx.xx.1992-ci illər ərzində ödənişsiz məzuniyyətdə omuşdur. Cavabdeh iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək “Sintezkauçuk” və “Etilen-Polietilen” zavodlarının Piroliz sexində işlədiyi şöbə rəisi vəzifəsini güzəştli staj kimi qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın Vlll bölməsinə görə (1080A010 saylı şifrə) ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri— izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşə-lifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatların istehsalatında və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, istinad olunan Siyahının qeyd olunan bölməsində dəqiq peşə göstərilmədiyindən və hər hasnı istisna nəzərdə tutulmadığından “şöbə rəisi” də “fəhlə, rəhbərlər və mütəxəssislər”ə aid edilə bilər. Məhkənə qeyd edir ki, həmin dövr də nəzər alındıqda iddiaçının zərərli iş stajı 10 ildən də artıq təşkil edəcəkdir ki, bu da ona güzəştli şərtlərə 52 yaşdan əmək pensiyasının təyin edilməsi üşün əsas olacaqdır. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ 08 fevral 2018-ci il tarixdə yaransa da, pensiyanın təyini üçün 09 fevral 2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu 08 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan iddia təmin edilməli, 08 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 08 aprel 2018-ci il tarixdən, yəni 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-1629/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1629/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver