Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1662/2022 22.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 (Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X3rşı 01 mart 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6714/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı 01 mart 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü şəkildə qoşulmuşdur. 27 yanvar 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlər zamanı mina partlayışı nəticəsində sağ ayağının arteriya damarına qəlpə dəyməsi nəticəsində ağır yaralanmışdır. Bununla bağlı Topçubaşov adına xəstəxanada cərrahiyyə əməliyyatı olunmuşdur. Onun müraciətinə əsasən 1999-cu ildə İlİ qrup, 5 ildən sonra isə ll qrup müharibə əlilliyi təyin edilmiş və 2021-ci ilədək əlil statusu qüvvədə olmuşdur. 2021-ci ilin mart ayında əlillik müddətinin uzadılması ilə bağlı növbəti müayinənin vaxtı çatdığı üçün o, əlillik müddətinin uzadılması üçün müraciət etmiş və müayinədən keçmişdir. Lakin ona imtina cavabı verilmişdir. Buundan sonra o, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etmişdir. Sonuncu dəfə ona xx.xx.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının əlillik dərəcəsi verilməsindən imtina olunması ilə bağlı xx.xx.2021-ci il tarixli qərarı verilmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış və ağır cərrahiyyə əməliyyatına məruz qalmışdır. Əməliyyat zamanı onun sol ayağının damarının bir hissəsi kəsilərək sağ ayağının damarına tikilmişdir. Bundan başqa sağ ayağında olan damarların birləşdirilməsi üçün həmin ayağına plastmas detal qoyulmuşdur. M.A.Topşubaşov adına X7 verdiyi arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixiə həmin X6 Cərrahiyyəsi şöbəsində “Bud nahiyəsinin qəlpə yarası” diaqnozu ilə daxil olmuş, əməliyyat olunmuşdur və xx.xx.1994-cü il tarixdə evə yazılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71, Diaqnozun mətni: Bud çanaq oynağı və bud səviyyəsində damarlarının travması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: travma” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və bud çanaq oynağı və bud səviyyəsində damarlarının travması (meyar 2.2), diaqnozu ilə 5 il müddətinə ll dərəcə əlillik verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACS1 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M16 - Koksartroz [bud çanaq oynağının artrozu] => M16.0 - İkitərəfli...; Diaqnozun mətni: Koksartroz [bud -çanaq oynağının artrozu], iki tərəfli koksartroz. Kəskin ağrı, ağrı sindromu. Oynaqların kontrakturası, sağ dizin bükücü kontrakturası (180-85dərc) diaqnozunun əlillik əlamətlərinin təyin edilməməsi səbəbi ilə imtina verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AAEEP saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bud çanaq oynağı nah.nin sağ bud sinirinin sağ ümumi bud arteriasının zədələnməsi ilə. qəlpə yaralanamsına görə aparılmış autovenoplastikadan sonrakı vəziyyət, sağ tərəfdən çanağın yad cismi(qəlpə) hər iki diz oynağının artrozu/hər iki bud çanaq oynağının koksartrozu; bud sinirinin zədələnməsi, sağ bud sinirinin postravmatik neyropatiyası, sağ ümumi bud arteriyasının zədələnməsinə görə autovenoplastikadan s/v, Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ a/ə əzələlərin atrofiyası, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, hər iki qasıq nahənin c/ə sonrakı çapıqları, aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki a/ə BDV və səthi şaxələrində əsasən baldır seqmentində genişlənmiş damarlar q/o(varikoz) diaqnozunun əlillik təyin edilməsi üçün əsas verməməsi səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan : - TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.2012-ci il, xx.xx.2015-ci il tarixlərdə 1 (bir) il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. - 13 nömrəli TSEK –nin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin tarixdə Azərbaycan Respublikası ərazi bütovlüyü müdafiəsi ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “ diaqnoz əlillik əlaməti təyin etməməsi” qeyd edilmişdir. - M.A.Topçubaşov adına X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixində həmin X6 Cərrahiyyəsi şöbəsində “Bud nahiyəsinin qəlpə yarası” diaqnozu ilə daxil olmuş, əməliyyat olunmuş və xx.xx.1994-cü il tarixdə evə yazılmışdır. - İddiaçıa aid ambulator xəstəsinin fərdi vərəqindən görünür ki, İddiaçı xx.xx.2001-ci il, xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2013-cü illərdə əlillik müddəti bitdiyi üçün TSEKna göndərilmişdir. - DSMF-nin Abşeron–Xızı Regional filialı tərəfindən məhkəmənin sorğucuna verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı filialın istifadəsinsə olan prqoram təminatındakı arxiv məlumatlarına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 3-cü qrup müharibə əlilliyə görə sosial ödəniş alan kimi qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlilliyə görə əmək pensiyası, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci qrup müharibə əlilliyinə görə təqaüd alan kimi qeydiyyatda olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi və müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-1662/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1662/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver