Məhkəmə qərarları › İş №e-2-1(118)-1718/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1718/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1718/2023 27.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X16 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya, ********** qeydiyyat nömrəli,xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümümi sahəsi 87.8 kv.metr olan, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, 92 saylı iddiaçıya məxsus fərdi yaşayış evindən X3, X4, X2, X6, X15 pasport qeydiyyatından çıxarılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya, ********** qeydiyyat nömrəli,xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümümi sahəsi 87.8 kv.metr olan,Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, 92 saylı iddiaçıya məxsus fərdi yaşayış evindən X3, X4, X2, X6, X15 pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 27 dekabr 2022-ci il tarixli, 160-33056A-322 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. X10, X11, X7, X13, X22 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya , ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 87.8 kv.metr olan ünvan 3 fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə əsas cavabdehlər ilə alqı-satqı müqaviləsi ilə olmuşdur. “Elektron Notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyatda olan şəxslərə dair məlumatdan çıxarışdan da aydın olur ki, X10, X12, X7, X13, X5 şəhəri, N.Nərimanov küçəsi,92 saylı evdə pasport qeydiyyatındadırlar. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışlarından da məhkəməyə aydın olacaqdır ki, X10, X12, X8, X13, X5 şəhəri, N.Nərimanov küçəsi, 92 saylı evdə yaşamırlar və onlar formal olaraq qeydiyyatdadırlar. İddiaçının ailə üzvü olmayan şəxslərin onun evində pasport qeydiyyatında qalma səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. X3, X4, X2, X6, X15 qeydiyyatdan çıxarılması barədə Cavabdehnə müraciət etmiş, Cavabdehndən verilmiş xx.xx.2022-ci il tarixli, 160-33056A-322 saylı cavab məktubunda adı göstərilən şəxslərin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi təqdim ediləcəyi halda onların pasport qeydiyyatından çıxarılması təmin olunacağı, bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmdən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin işitrakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18 aprel 2023-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs X6 nümayəndəsi X14 iştirak etmiş, izahatında bildirmişdir ki, Taleh oğludur. Birinci qrup əlildir. Fərdi yaşayış evi Talehin mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 277 kv. m olmuşdur. Həmin ev və torpaq sahəsi vəsiyyətnamə əsasında 2005-ci ildə adına keçmişdir. Borcu olduğu üçün satmışdır. Oğlu torpağın 227 kv.m hissəsini satmışdır, iddiaçı da almışdır. Oğlunun tikintisi və 50 kv.m torpağı qalmışdır. Xaçmaz rayon Məhkəmsində işə baxılanda ölçü işləri aparılmışdır. Artıq torpaq yoxdur. Çıxarış həmin hissədə ləğv olunmuşdur. Sonra gedib bələdiyyədən yenidən sənədləşdiilmişdir. Sumqayıt Apellyasiya məhkəməsində baxılmışdır. Deyilmişdir ki, gedin çıxarış alın. Sonra Sumqayıt inzibati Məhkəməsində iddia qaldırılmışdır. Vəfa Əzizovanın icratında baxılmışdır. Sənədlə oğlunun 50 kv.m torpağı və tikilisi olmuşdur, iddiaçı evi və boş torpağı almışdır. Üçüncü şəxsin nümayəndəsi məhkəmə suallarına cavabında bildirmişdir ki, hazırda həmin ünvanda yaşamırlar. Başqa ünvanda- Asəf Cəbrayılov 11 ünvanında yaşayırlar. Çıxarış olmadığı üçün qeydiyyata düşə bilmirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. (MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********30- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 4787, 4788, 4789 saylı arayışlarında X4, X2, X6, X15, X3 ünvan 3 ünvanda qeydiyyatda olsa da 2007-ci ildən həmin ünvanda yaşamadıqları qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli, MH ******* seriyalı, ********* qeydiyyat nömrəəli, **********74-10301 reeystr nömrəli çıxarışla X9 məxsus olmuş ünvan 5 ünvanında yerləşən 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə/05-1125 reyestr nömrəli və 4Ə/05-1126 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evinə dair sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 iyun 2023-cü il tarixli, 3- 21-3-34/2-7639/2023 saylı məktubu) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3, X4, X2, X6, X15, İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, 92 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar