Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1720/2023 04.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək X8 əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən iki ildir onu işlə təmin etmədiyi üçün, işlə təmin edənədək hal-hazırki Azərbaycan Respublikasının 2022-ci il üçün orta aylıq nominal əməkhaqqının 829 manat olduğu nəzərə alınaraq, hər ay üçün 829 manat olmaqla, hazıradək 19.896 manat hesablanaraq kompensasiyanın xeyrinə ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 noyabr 2020-ci il tarixdə fəaliyyət göstərdiyi "xxxx" MMC-də əmək hüquqlarımın pozulmasına dair məhkəmə qaydasında iddia qaldırmışdır. İddia ilə yanaşı işdən çıxarılmamaq üçün, iddianın təmin tədbiri barədə ərizə təqdim etmişdir. Həmçinin, işin obyektiv araşdırılması üçün, üçüncü şəxs qismində X9 Xidmətini qeyd edərək prosesə cəlb etmişdir. Lakin prosesə üçüncü şəxs qismində cəlb edilmiş DƏMX nəinki obyektiv araşdırmalar aparıb, əksinə, "xxxx" MMC-nin qanunsuz əməllərini qizlətmək üçün MMC ilə əlbir olub təqdim olunan real faktları təkzib etmiş, bu səbəbdən məhkəmələr onun iddiasını təmin etməmişlər. 03 yanvar 2021-ci il tarixdən X4 (DMA) iş axtaran vətəndaş kimi qeydiyyata alınsa da, Agentlik onu işlə təmin etməmişdir. Nəticədə o, iki il ərzində işsiz qalmışdır. O, arıçılıq üzrə X1 cəlb edilmək üçün 28 yanvar 2021ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və sair səlahiyyətli instansiyalara xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində şikayət məktubları ünvanlamışdır. xx.xx.2020-ci il tarixli müraciətində işsiz qalacağı təqdirdə, maliyyə problemləri ilə üzləşdiyini, həmçinin aliment öhdəliyinin olduğunu nəzərə alınmasını xahiş edərək, işsizliyə görə əmək sığortası ilə təmin edilməsini və qısa zamanda işlə təmin edilməyim barədə müraciət etsə də, müraciəti aidiyyəti hissədə DƏMX və DMA tərəfindən baxılmamış qalmışdır. Cənab Prezidentə və digər aidiyyatı və səlahiyyətli orqanlara qeyd etdiyim problemlərlə əlaqədar ünvanladığı şikayət məktublarına X9 Xidməti (DƏMX) və X3 (DMA) gələn xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixli cavab məktublarında əmək hüquqlarımın pozulduğu təhrif edilərək təkzib edilib və əmək sığortasının verilməsindən imtina edilmişdir. 23 iyun 2021-ci il tarixində X6 müraciət edərək əmək sığortasının verilməsini tələb etsə də, 02 iyul 2021-ci il və 30 avqust 2021-ci il tarixli cavab məktublarında bildirilmişdir ki, DƏMX-nin X10 "xxxx" MMC-də fəaliyyəti 2016-cı il əvəzinə 2018-ci ildən qeyd edildiyi üçün əmək sığortası üçün iş müddəti kifayət etmir. Nöqsan aradan qaldırılacağı təqdirdə sığorta veriləcəkdir.; 17 noyabr 2022 tarixdə agentliyə rəsmi məktubla müraciət edərək X5 əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən iki ildir işsiz qaldığı üçün maddi vəziyyətinin pisləşməsi, aliment öhdəliyini yerinə yetirə bilməməsi və sair qanunsuzluqlar nəticəsində dəymiş ziyanın hesablanaraq 19,896 (on doqquz min səkkiz yüz doxsan altı) manat məbləğində pul vəsaitinin xeyrinə kompensasiya edilərək ödənilməsini, işlə təmin edilməsini və DMA tərəfindən işlə təmin edilənədək hər ay üçün 829 manat pul vəsaitinin ödənilməsi təmin edilməsi barədə tələb təqdim etmişdir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalacağına dair tələbə xəbərdar etmişdir. Həmçinin, tələbdə son iki ildə maddi vəziyyətimin pisləşdiyini, hər ay üçün 260 (iki yüz altımış) manat məbləğində aliment borcunun olduğunu və həmin borcun yığılaraq on üç min manat civarında olduğunu agentliyin nəzərinə çatdırmışdır. Kompensasiya məbləğinin hesablanmasına gəldikdə, ötən iki il (24 ay) ərzində DMA tərəfindən işlə təmin edilmədiyi üçün hal-hazırkı Azərbaycan Respublikasının 2022-ci il üçün orta aylıq nominal əməkhaqqının 829 manat olduğunu nəzərə alaraq: 24 ay X 829 manat = 19,96 (on doqquz min səkkiz yüz doxsan altı) manat təşkil etdiyini və həmin məbləğin kompensasiya edilərək ödənilməsini və işlə təmin edilənədək hər ay üçün 829 manat vəsaitin xeyrimə ödənilməsini tələb edir. Bildirirəm ki, sonuncu iş yerində aldığım əmək haqqı 878,21 manat təşkil etmişdir. Ona cavabdeh tərəfindən yalnız şifahi olaraq əvvəllər işlədiyim sahələrə aid olmayan və aşağı əməkhaqqı olan işlər təqdim edilmişdir. Belə ki, təqdim edilən işlər fəhlə işi 300 manat, aqronom işi 500 manat və “Şahdağ” otelində ambardar 800 manat təklif edilib. Sonuncu işlə razılaşsa da, ona agentliyin əməkdaşları cavab verməyiblər. Daha sonra "xxxx" MMC-də təklif edilən 500 manatlıq aqronom işinin vergilər çıxıldıqdan sonra 400 manat olduğu bildirilmişdir. Nəzərə alınmalıdır ki, onun 260 manat aliment öhdəliyim var və əməkhaqqı 400 manat olan işdə aliment və nəqliyyat xərcləri çıxıldıqdan sonra, yüz manat pul qalır ki, həmin məbləğ kommunal ödənişlərinə belə yetərli deyil. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının dövlət qurumlarında, digər müəssisə və təşkilatlarda işlə təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansısa formada təsir göstərməsi yolverilməzdir. İddiaçının işsiz olduğu müddətdə aylıq kompensasiya tələbi əsasızdır və bu məsələ Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” Qanununun müvafiq müddəaları ilə tənzimlənir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının iddia icraatı üzrə uğurluluq ehtimalı istisna edilməkdədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin dördüncü bəndinə əsasən əmək müqaviləsi sərbəst bağlanılır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azəbaycan Respublikası Prezidentinini 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X5 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X8 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyət istiqamətlərinə aşağıdakılar aid edilmişdir : 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 2.1.9. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək; 2.1.10. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Nizamnamənin 3.8-ci bəndinə görə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək Agentliyin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi vətəndaşı işlə təmin etmək cavabdeh Agentliyin vəzifələrinə aid edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsasına cavabdehdən kompensasiya ödənilməsinin tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh orqan işlə təmin edən orqan deyil, o, işaxtaran və işəgğtürən arasında bir növ vasitəçi rolunu oynayır ki, iddiaçıya bu məqsədlə dəfələrlə iş yerləri təklif etmiş, özünüməşğulluğa cəlb etmiş, müəyyən avadanlıqla təmin etmişdir. İddiaçı müəyyən səbəblərdən hər hədə həmin təklifləri qəbul etməkdən imtina etmiş, lakin cavabdeh agentlik yenə də onu uçotdan çıxarmamışdır. Cavabeh tərəfindən hər hansı işəgötürənə iddiaçı ilə əmək müqaviləsinin bağlanılması üçün təzyiq gösətirlməsi yolverilməzdir. nı məcbur edilməsi iddiaçı barəsində üzərinə düşən vəzifələri yerinə yetirmiş. Bununla bağlıl məhkəmə hesab edir ki, iddia tələbiunin qanuni əsasları müəyyən edilmədiyi üçün iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-1720/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1720/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver