Məhkəmə qərarları › İş №e-2-1(118)-1728/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1728/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1728/2023 20.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayonu Mehdiabad bələdiyyəsinə qarşı “cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022- ci tarixli 10/02-10 saylı Qərarının qanunsuz sayılaraq ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayonu Mehdiabad bələdiyyəsinə qarşı iddia qaldıraraq “cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022- ci tarixli 10/02-10 saylı Qərarının qanunsuz sayılaraq ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 31 oktyabr 2022-ci tarixli 10/02-10 saylı Qərarı ilə iddiaçıdan mülkiyyətində olan Abşeron rayon Mehdiabad qəsəbəsi ünvanında yerləşən 260,00 kv,m əmlak,1285,00 kv,m torpaq sahəsinə görə cari il üçün 69 manat əmlak, 6.42 manat torpaq,o cümlədən 2018-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 304.89 manat, faiz üzrə 98.50 manat, maliyyə sanksiyası üzrə 0 manat, ümumilikdə isə 441.10 manat borcununun ödənilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərmiş və sonuncu xx.xx.2022-ci il tarixli 290373/2022-1Q/211 saylı Qərarla icaata başlamışdır.(icra məmuru Qəribağa Mirhəşimov). Bundan sonra ona icra məmuru tərəfindən məlumat göndərilmiş və iddiaçı 28 dekabr 2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə yaxınlaşaraq yuxarıda sözügedən Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 31 oktyabr 2022-ci tarixli 10/02-10 saylı Qərarını və Abşeron rayon İcra və Probasiya şöbəsinun icra məmuru tərəfindən verilmiş bildirişin surətini imza ataraq götürmüşdür. Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 31 oktyabr 2022-ci tarixli 10/02-10 saylı Qərarından narazıdır. Həmin Qərarı qanunsuz hesab edir . Və hesab edir ki, Qərar ləğv edilməlidir. Belə ki, əvvəla Qərarda qeyd edilən əmlakların mövcudluğu barədə mötəbər sənəd yoxdur. İkincisi qeyd edilən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlıdır və vergidən azaddır. Üçüncüsü hesablanmış vergi məbləğinin hansı qanunvericiliyə və tariflərə əsaslanması qeyd edilməmişdir. Bundan başqa qərarda bu barədə iddiaçıya dəfələrlə məlumat verilməsi qeyd edilmişdir. Lakin ona sadəcə bir neçə dəfə şifahi formada pul verməli olduğu bildirilmiş və iddiaçı da öz növbəsində həmin məbləğin hansı qanuna və tarifə uyğun hesablanması barədə rəsmi bildirişin verilməsini tələb etsə də rəsmi heç nə olmamış və hətta hazırda mübahisələndirdiyi Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 31 oktyabr 2022-ci tarixli 10/02-10 saylı Qərarından yuxarda qeyd etdiyi kimi Abşeron rayon İcra və Probasiya şöbəsində rəsmi məlumat almışdır. Bütün bu halların məhkəmədə araşdırılması və işə hüquqi qiymət verilməsinə ciddi ehtiyac vardır. Əks təqdirdə cavabdeh qanunun tələblərini pozaraq əsassız gəlirlərini artırmaqda davam edəcəkdir. Mübahisələndirdiyi Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 31 oktyabr 2022-ci tarixli 10/02-10 saylı Qərarından 28 dekabr 2022-ci il tarixdə rəsmi qaydada məlumatı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasənşəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş yazılı izahatlarında qeyd edilmişdir ki, İddiaçı Nəsibov X2 rayonu Mehdiabad Bələdiyyəsinin 10\02-10 saylı, 31 oktyabr 2022-ci il tarixli Qərarı ilə mülkiyyətində olan Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 260.00 kv.m əmlak, 1285.00 kv.m torpaq sahəsinə görə cari il üçün 69 manat əmlak, 6.42 manat torpaq o cümlədən ötən dövrlər üçün 304.89 manat, faiz üzrə 98.50 manat, maliyyə sanksiyası üzrə 0 manat, ümumilikdə 441.10 manat borcun tutulmasının qərara alınmasını bildirmişdir. İddia ərizəsi Mehdiabad bələdiyyəsinə xx.xx.2023-cü il tarixdə Azərpoct vastəsi ilə rəsmi qaydada təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsi kənd təsərüfatı üçün nəzərdə tutulan torpaq katiqoriyasına aid olsa da, İddiaçı tərəfindən öz başına torpaq sahəsinin təyinatı dəyişdirilərək fərdi yaşayış sahəsinə keçirilmiş və hal-hazırki vəziyyətdə fərdi yaşayış sahəsi olaraq istifadələrindədir. Tərəflərindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə və 206.3-cü maddəsinə əsasən tədiyə bildirişi tərtib edilsədə İddiaçı torpaq və əmlak vergisi bugünədək ödənilməmişdir. Bu da iddiaçı tərəfindən birdaha vergidən yayınmaya səbəb olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən inzibati aktı rəsmi qaydada iddiaçıya çatdırılması, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022-ci il tarixli 10/02- 10 saylı Qərarı ilə İddiaçı mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə əmlak və torpaq vergisinin ödənilməsi üçün Abşeron rayon Mehdiabad qəsəbəsi ünvanında yerləşən 260.00 kv.m əmlak, 1285.00 kv.m torpaq sahəsinə görə cari il üçün 69 manat əmlak , 6.42 manat torpaq, o cümlədən 2018-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 304.89 manat, faiz üzrə 98.50 manat, maliyyə sanksiyası üzrə 0 manat, ümumilikdə isə 441 manat borcunun icra olunması üçün Abşeron rayon İcra Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı Abşeron rayon Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022- ci tarixli 10/02- 10 saylı qərarının ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, Qərarda qeyd edilən əmlakların mövcudluğu barədə mötəbər sənəd yoxdur. İkincisi qeyd edilən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlıdır və vergidən azaddır. Üçüncüsü hesablanmış vergi məbləğinin hansı qanunvericiliyə və tariflərə əsaslanması qeyd edilməmişdir. Bundan başqa qərarda bu barədə iddiaçıya dafələrlə məlumat verilməsi qeyd edilmişdir. Lakin ona sadəcə bir neçə dəfə şifahi formada pul verməli olduğu bildirilmiş və iddiaçı da öz növbəsində həmin məbləğin hansı qanuna və tarifə uyğun hesablanması barədə rəsmi bildirişin verilməsini tələb etsə də rəsmi heç nə olmamış və hətta hazırda mübahisələndirdiyi Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 31 oktyabr 2022-ci tarixli 10/02-10 saylı Qərarından yuxarda qeyd etdiyi kimi Abşeron rayon İcra və Probasiya şöbəsində rəsmi məlumat almışdır. Cavabdeh isə qeyd edir ki, qeyd edilən torpaq sahəsi kənd təsərüfatı üçün nəzərdə tutulan torpaq katiqoriyasına aid olsa da, İddiaçı tərəfindən öz başına torpaq sahəsinin təyinatı dəyişdirilərək fərdi yaşayış sahəsinə keçirilmiş və hal-hazırki vəziyyətdə fərdi yaşayış sahəsi olaraq istifadələrindədir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar əsaslı olmamışdıtr. Belə ki, məhkəmə prosesi zamanı təqdim edilmiş reyestr nömrəsi **********11, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.0750 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Göründüyü kimi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İddiaçının əmlak borcu ödənilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərildiyi halda sözügedən əmlakın mövcudluğuna dair hərhansı sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bələdiyyələr vergi öhdəliyini müəyyən edən qərarı yalnız müvafiq qaydada inzibati icraat aparıldıqdan sonra qəbul edə bilərlər. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin mübahisələndirilən qərar əsaslandırılmamış, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanusuz olduğunu göstərir və ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Beləliklə Abşeron rayon Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022- ci tarixli 10/02- 10 saylı qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022- ci tarixli 10/02-10 saylı qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Mehdiabad bələdiyyəsinin 31 oktyabr 2022- ci tarixli 10/02-10 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar