Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1780/2025 21.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən ödənilməli olan 35061 manat məbləğində pul vəsaitinin, "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il, 14 nömrəli qərarına əsasən 4368 manat məbləğində ezamiyyə xərclərinin, 2280 saat iş vaxtından artıq vaxtda işə cəlb olunduğu müddətin ödənilməmiş əmək haqqını təşkil edən 14455,2 manat məbləğində pul vəsaitinin, hər gecikdirilmiş gün üçün (cəmi 278 gün) əmək haqqının (839.43 manat) 1 faizi məbləğində (8,39 manat), cəmi 2332,42 manat məbləğində pul vəsaitinin, 30000 manat mənəvi zərərin kompensasiyasının, vəkilə ödənilmiş 700 manat xidmət haqqının, vəkilə verilmiş etibarnamə üçün ödənilmiş 17,25 manat pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat xərcin və poçt göndərişlərinə görə sərf olunmuş 6,26 manat məbləğin, ümumilikdə 86982,88 manat məbləğin İddiaçı xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı mülki iş üzrə vəkili və səlahiyyətli nümayəndəsi qismində mülki icraatda iştirak edir. İstefada olan gizir İddiaçı 01 may 2013cü il tarixindən 06 mart 2023-cü il tarixinədək Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin X4 şöbəsinin Təxirəsalınmaz bölməsinin feldşeri vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Ona xidmət keçdiyi dövrdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamına və yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarına zidd olaraq tərxis olunduğu xx.xx.2023-cü il tarixədək müddətli əlavə ödənilməli təqdirdə, əmək haqqısına müddətli əlavə cəmi 7 (yeddi) ay ərzində ödənilmiş, aidiyyəti xidmət yerlərinə ezam göndərilməsi ilə əlaqədar ezamiyyə xərci 1 (bir) günə 65 manat hesablanmalı olduğu təqdirdə 84 (səksən dörd) gün ezam qaldığı müddətə cəmi 1 (bir) gün üçün 13 manat ödənilmiş, eyni zamanda ay ərzində 164 saat növbədə qalmalı olduğu təqdirdə 240 saat növbədə qalmış və buna görə əmək haqqısınaəlavə ödənilməmişdir. Qeyd olunan hallar İddiaçı əmək haqqı hesabından çıxarışla tam təsdiq olunur. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyinin Tibb Xidmətinə ünvanladığı müraciətdə onun pozulmuş hüquqlarının bərpası ilə əlaqədar xidmətə qəbul və xidmətdən azad olunması əmrinin, əmək kitbçasının təsdiq olunmuş surətinin, xidmət keçdiyi dövrdə aidiyyəti xidmət yerlərinə ezam göndərilməsi barədə əmrlərin, növbədə olduğunu təsdiq edən növbətçilik cədvəllərinin, iş vaxtından artıq növbədə olduğuna görə əmək haqqına əlavələrin ödənilib ödənilmədiyi barədə və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak etdiyinə görə onun əmək haqqına ödənilmiş əlavələr barədə (tarixi və müddəti) məlumat əldə edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyinin Tibb Xidməti müraciətə verdiyi xx.xx.2023-cü il tarixli cavabda Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin X4 şöbəsinin Təxirəsalınmaz bölməsinin feldşeri vəzifəsində həqiqi hərbi xidmət keçmiş İddiaçı yeni növ koronavirus COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin ödənilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli və ölkədaxili ezamiyyə haqqlarının ödənilməsi Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 iyun 2018-ci il tarixli 269 saylı qərarına əsasən həyata keçirildiyi, növbədə qalmasının isə X4 şöbəsinin tərtib etdiyi aylıq növbətçilik cədvəllərinə əsasən həyata keçirildiyi və Cavabdeh hərbi qulluqçularına vəzifələrinin icrası zamanı əlavə olaraq əmək haqqının ödənilmədiyi qeyd olunmuşdur. Tərəfindən cavabdehə mübahisənin mediasiya prosesində həlli məqsədi ilə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, eyni zamanda mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1947 nömrəli sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın həmin hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməlidir. Həmin Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarında tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən etmişdir. Sözügedən müddətli əlavənin həmin qərarın sonuncu redaksiyasına əsasən iş vaxtına mütənasib olaraq 2020ci il martın 1-dən 2024-cü il yanvarın 2-dək olan müddət üçün ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı aylıq vəzifə (tarif) maaşı 403 manat təşkil etmiş və onun maaşına müddətli əlavə cəmi 7 (yeddi) ay ödənilmiş, tərxis olunduğu xx.xx.2023-cü il tarixədək, yəni 29 ay (403X3=1209X29 = 35061 manat) müddətində əlavə ödənilməmişdir . Həmçinin İddiaçı işlədiyi dövrdə 84 gün müddətində Astara, Xaçmaz və digər rayonlarda yerləşən mobil tipli səyyar hospitallarda ezamiyyətdə olmuş, ona ezamiyyə xərclərinin 1 günlük norması 13 manat məbləğində hesablanmışdır. Halbuki "Ezamiyyəxərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il, 14 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 65,0 manat müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh Tibb Xidməti Nazirlər Kabinetinin qərarının tələblərini pozmuş, nəticədə İddiaçı 4368 manat (84X65- 84X13=5460-1092=4368 manat) məbləğdə pul vəsaiti az ödənilmişdir. Bundan əlavə İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyinin Akademiyasına ezam olunmuş, orada Azərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyinin Tibb XidmətiX4 şöbəsinin tərtib etdiyi aylıq növbətçilik cədvəllərinə əsasəniş vaxtından əlavə növbədə qalmış və Cavabdeh Tibb Xidməti Cavabdeh hərbi qulluqçularına vəzifələrinin icrası zamanı əlavə olaraq əmək haqqının ödənilmədiyini bildirmişdir. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasənhərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Lakin İddiaçıAzərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyinin Akademiyasında ezamiyyətdə olduğu müddətdə aya 164 saat işləməli olduğu təqdirdə 240 saat işləmiş, buna baxmayaraq aradakı fərq, yəni 76 saat iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqı ona ödənilməmişdir. Bu hal 3 (üç) il ərzində, hər il 10 ay olmaqla davam etmiş və 2280 saata görə ödənilməmiş əmək haqqı yığılmışdır. (76X10X3=2280 saat) İddiaçı Azərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyinin Akademiyasında ezamiyyətdə olduğu müddətdə aylıq pul təminatı 521,21 manat təşkil etmişdir. Bu məbləği aylıq iş saat normasına, yəni 164 saata böldükdə hər iş saatı üçün İddiaçı əmək haqqısı 3,17 manat təşkil edir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməsi nəzərdə tutulduğundan 2280 saat iş vaxtından artıq vaxtda işə cəlb olunduğu müddətin ödənilməmiş əmək haqqını 6,34 (3,17(hər iş saatı üçün əmək haqqı)X2) manata vurduqda, 14455,2 manat ödənilməmiş əmək haqqı yaranır. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair həmin Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vəAzərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçininiş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsihəm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəblə, gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlardan aydın olur ki, iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyəəmək haqqının bir faizi məbləğində ödənc verilməsinin hüquqi əsası mövcuddur. Bundan başqa nəzərə alınmalıdır ki, ondan asılı olmayan səbəblər istisna olmaqlacavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğlərin vaxtında ödənilməməsi sübutedildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası qanunvericiliyinin və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı əmək haqqının natamam verilməsi və bu halın tərxis olunduğu vaxtdan sonra da, ümumilikdə 4 (dörd) ildən çox davam etməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olduğundan cavabdehdən 30000 manat məbləğində mənəvi zərərin əvəzi kimi kompensasiya tutulması ağlabatandır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödədiyindən, həmin mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, vəkilə ödənilmiş 700 (yedd yüz) manat məbləğində xidmət haqqı və vəkilə verilmiş etibarnamə üçün ödənilmiş 17,25 manat pul vəsaiti də Cavabdeh Tibb Xidmətindən tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, Cavabdeh 1 dekabr 2022-ci il tarixli 1912/ş nömrəli əmrinə əsasən Nazirliyin Tibb Xidmətinin X1 şöbəsinin Təxirəsalınmaz bölməsinin feldşeri gizir İddiaçı yaşa görə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçının Cavabdehnə qarşı tələblərinə dair aşağıdakıları bildirirlər: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli 112 nömrəli Qərarının icrası məqsədilə, Cavabdeh tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə münasibətdə 2 aprel 2020ci il tarixli 033 nömrəli və 7 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrlər verilmiş və hər iki əmrdə iddiaçının adı qeyd edildiyindən ona aşağıda göstərilən məbləğlərdə ödənişlər həyata keçirilmişdir: 2020-ci ilin mart, aprel, may ayları üçün ştat üzrə 403.00 (dörd yüz üç) manat olan vəzifə maaşının 3 (üç) misli hər ay 1209.00 (bir min iki yüz doqquz) manat olmaqla cəmi 3627.00 (üç min altı yüz iyirmi yeddi) manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 108.81 (bir yüz səkkiz doqquz manat 81 qəpik) manat tutulmaqla 3518,19 (üç min beş yüz on səkkiz manat 19 qəpik) manat, 2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayları üçün vəzifə maaşının 3 (üç) misli hər ay 1209 (bir min iki yüz doqquz) manat olmaqla cəmi 4836.00 (dörd min səkkiz yüz otuz altı) manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 145.08 (bir yüz qırx beş manat 8 qəpik) manat və tibbi sığorta 2% 96.72 (doxsan altı manat 72 qəpik) manat tutulmaqla 4594,20 (dörd min beş yüz doxsan dörd manat 20 qəpik) manat COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə müddətli əlavə 27 dekabr 2022- ci tarixində Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən ödənilmişdir. 2023-cü ilin mart ayında İddiaçı kart hesabına köçürülmüş 2646.03 (iki min altı yüz qırx altı manat 3 qapik) manat pul vəsaitinin 142.78 (bir yüz qırx iki manat 78 qapik) manat mart ayı əmək haqqı ödənişi 2503.25 (iki min beş yüz üç manat 25 qapik) manat isə 403 (dörd yüz üç manat) vəzifə və 124 (bir yüz iyirmi dörd) manat rütbə maaşının 5 (beş) misli hesablanan və məcburi dövlət sosial siğorta haqqı 3% və tibbi siğorta 2% tutulan işdən çıxma müavinəti olmuşdur. Əməkhaqqı ilə bağlı məlumatlar: Vəzifə maaşı - 403 manat Rütbə maaşı - 126 manat Usta məharət dərəcəsi üçün - 100.75 manat Xidmət illərinə görə əlavə -158.10 manat Ərzaq pulu - 64 manat Cəmi 930,45 manat Müvafiq tutulmalar: faiz DSMF - 27.91 manat faiz İTS -17.13 manat Göründüyü kimi yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçi kimi iddiaçıya əməkhaqqlarına aylıq vəzifə maaşına 1 mart 2020-ci ildən 1 oktyabr 2020-ci il tarixlərədək müddət üçün əlavə ödənişlər tam ödənilmişdir (Əmrlərin sürəti elavə olunur). “Ezamiyyə xərcləri normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarının 1-ci hissəsinə əsasən 4 aprel 2024-cü il tarixədək Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı, Naxçıvan, Gəncə şəhərləri istisna olmaqla digər şəhərlərdə, rayon mərkəzlərində şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilmiş və ezamiyyə xərclərinin 1 günlük normasının 80% mehmanxana xercləri, 20% isə (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) təşkil etmişdir. İddiaçı 27 fevral 2020-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək Astara, Qusar, Bərdə şəhərlərinə və Fizuli rayonuna ezam edilmiş və ezam müddətində mehmanxana ilə təmin edildiyindən qərara uyğun olaraq ona ezamiyyə xərclərinin 1 günlük normasının 20% həcmində (13 manat) ezamiyyə xərcləri tam həcmdə ödənilmişdir. Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən İddiaçı əməkhaqqı ödənilib və ezamiyyə xərcləri qanunvericiliyin tələblərinə tam riayət olunmaqla həyata keçirildiyindən ona Cavabdeh tərəfindən heç bir mənəvi zərər vurulmamış və Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi iddiasının qaldırılması əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Tibb Xidmətinin X1 şöbəsinin Təxirəsalınmaz bölməsinin feldşeri vəzifəsində həqiqi xidmət keçmiş İddiaçı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli və ölkədaxili ezamiyyə haqlarının ödənilməsi Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 iyun 2018-ci il tarixli 269 saylı qərarına əsasən həyata keçirilmişdir. Bundan başqa İddiaçı növbədə qalması X1 şöbəsinin tərtib etdiyi aylıq növbətçilik cədvəlinə əsasən həyata keçirilmişdir. Qeyd: Cavabdeh hərbi qulluqçularına vəzifələrinin icrası zamanı əlavə olaraq əmək haqqı ödənilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli 112 nömrəli Qərarının icrası məqsədilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə münasibətdə verilmiş 2 aprel 2020-ci il tarixli 033 nömrəli və 7 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrlər, hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən ödənilməli olan 35061 manat məbləğində pul vəsaitinin, "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il, 14 nömrəli qərarına əsasən 4368 manat məbləğində ezamiyyə xərclərinin, 2280 saat iş vaxtından artıq vaxtda işə cəlb olunduğu müddətin ödənilməmiş əmək haqqını təşkil edən 14455,2 manat məbləğində pul vəsaitinin, hər gecikdirilmiş gün üçün (cəmi 278 gün) əmək haqqının (839.43 manat) 1 faizi məbləğində (8,39 manat), cəmi 2332,42 manat məbləğində pul vəsaitinin, 30000 manat mənəvi zərərin kompensasiyasının, vəkilə ödənilmiş 700 manat xidmət haqqının, vəkilə verilmiş etibarnamə üçün ödənilmiş 17,25 manat pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat xərcin və poçt göndərişlərinə görə sərf olunmuş 6,26 manat məbləğin, ümumilikdə 86982,88 manat məbləğin İddiaçı xeyrinə ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Cavabdeh 1 dekabr 2022-ci il tarixli 1912/ş nömrəli əmrinə əsasən Nazirliyin Tibb Xidmətinin X1 şöbəsinin Təxirəsalınmaz bölməsinin feldşeri gizir İddiaçı yaşa görə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli 112 nömrəli Qərarının icrası məqsədilə, Cavabdeh tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə münasibətdə 2 aprel 2020-ci il tarixli 033 nömrəli və 7 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrlər verilmiş və hər iki əmrdə iddiaçının adı qeyd edildiyindən ona aşağıda göstərilən məbləğlərdə ödənişlər həyata keçirilmişdir: 2020-ci ilin mart, aprel, may ayları üçün ştat üzrə 403.00 (dörd yüz üç) manat olan vəzifə maaşının 3 (üç) misli hər ay 1209.00 (bir min iki yüz doqquz) manat olmaqla cəmi 3627.00 (üç min altı yüz iyirmi yeddi) manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 108.81 (bir yüz səkkiz doqquz manat 81 qəpik) manat tutulmaqla 3518,19 (üç min beş yüz on səkkiz manat 19 qəpik) manat, 2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayları üçün vəzifə maaşının 3 (üç) misli hər ay 1209.00 (bir min iki yüz doqquz) manat olmaqla cəmi 4836.00 (dörd min səkkiz yüz otuz altı) manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 145.08 (bir yüz qırx beş manat 8 qəpik) manat və tibbi sığorta 2% 96.72 (doxsan altı manat 72 qəpik) manat tutulmaqla 4594,20 (dörd min beş yüz doxsan dörd manat 20 qəpik) manat COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə müddətli əlavə 27 dekabr 2022- ci tarixində Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən ödənilmişdir. 2023-cü ilin mart ayında İddiaçı kart hesabına köçürülmüş 2646.03 (iki min altı yüz qırx altı manat 3 qapik) manat pul vəsaitinin 142.78 (bir yüz qırx iki manat 78 qapik) manat mart ayı əmək haqqı ödənişi 2503.25 (iki min beş yüz üç manat 25 qapik) manat isə 403 (dörd yüz üç manat) vəzifə və 124 (bir yüz iyirmi dörd) manat rütbə maaşının 5 (beş) misli hesablanan və məcburi dövlət sosial siğorta haqqı 3% və tibbi siğorta 2% tutulan işdən çıxma müavinəti olmuşdur. Göründüyü kimi yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçi kimi iddiaçıya əməkhaqqlarına aylıq vəzifə maaşına 1 mart 2020-ci ildən 1 oktyabr 2020-ci il tarixlərədək müddət üçün əlavə ödənişlər tam ödənilmişdir. İddiaçı 27 fevral 2020-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək Astara, Qusar, Bərdə şəhərlərinə və Fizuli rayonuna ezam edilmiş və ezam müddətində mehmanxana ilə təmin edildiyindən qərara uyğun olaraq ona ezamiyyə xərclərinin 1 günlük normasının 20% həcmində (13 manat) ezamiyyə xərcləri tam həcmdə ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli 112 nömrəli Qərarına əsasən:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; “Ezamiyyə xərcləri normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarının 1-ci bəndinin 20 iyun 2018-ci il tarixdən 4 aprel 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı, Naxçıvan, Gəncə şəhərləri istisna olmaqla digər şəhərlərdə, rayon mərkəzlərində şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilmiş və ezamiyyə xərclərinin 1 günlük normasının 80% mehmanxana xercləri, 20% isə (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli 112 nömrəli Qərarının icrası məqsədilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə münasibətdə verilmiş 2 aprel 2020-ci il tarixli 033 nömrəli və 7 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrlər, hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçi kimi iddiaçıya əməkhaqqlarına aylıq vəzifə maaşına 1 mart 2020-ci ildən 1 oktyabr 2020-ci il tarixlərədək müddət üçün əlavə ödənişlər, eyni zamanda ezamiyyə xərcləri iddiaçıya tam ödənilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən ödənilməli olan 35061 manat məbləğində pul vəsaitinin, "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il, 14 nömrəli qərarına əsasən 4368 manat məbləğində ezamiyyə xərclərinin, 2280 saat iş vaxtından artıq vaxtda işə cəlb olunduğu müddətin ödənilməmiş əmək haqqını təşkil edən 14455,2 manat məbləğində pul vəsaitinin, hər gecikdirilmiş gün üçün (cəmi 278 gün) əmək haqqının (839.43 manat) 1 faizi məbləğində (8,39 manat), cəmi 2332,42 manat məbləğində pul vəsaitinin, 30000 manat mənəvi zərərin kompensasiyasının, vəkilə ödənilmiş 700 manat xidmət haqqının, vəkilə verilmiş etibarnamə üçün ödənilmiş 17,25 manat pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat xərcin və poçt göndərişlərinə görə sərf olunmuş 6,26 manat məbləğin, ümumilikdə 86982,88 manat məbləğin ödənilməsini tələb etsə də məhkəməyə iddiasının əsası kimi heç bir sənəd və sübut təqdim etməmiş, həmçinin tələb edilən ödənişlərin cavabdeh inzibati orqan tərəfindən ödənilməli olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən İddiaçı əməkhaqqı ödənilib və ezamiyyə xərcləri qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. 30000 manat mənəvi zərərin kompensasiyasının ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilmədiyindən, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova