Məhkəmə qərarları › İş №e-2-1(118)-1917/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1917/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1917/2022 14.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin cavabdeh Xaçmaz rayon Polis Şöbəsinə qarşı “Xaçmaz şəhəri,Ə.Haqverdiyev küçəsində yerləşən 11 saylı evdən X1, X12, X6, X3, X2 və X8 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri,Ə.Haqverdiyev küçəsində yerləşən 11 saylı ev İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin mülkiyyətindədir.İddia tələbi üzrə 3-cü şəxslər mənzilin köhnə sakinləridir. Belə ki, Xaçmaz rayon Məhkəməsinin qətanməsinə əsasən 3-cü şəxslərin kredit öhdəliyi üzrə yaranmış borcun alınması məqsədi ilə tələb mübahisə predmeti olan mənnzilə yönəldilmiş və 3-cü şəxslərin həmin mənzildən çıxarılması qət edilmişdir. 3-cü şəxslərin mənzildə hər hansı bir hüquqları yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Üçüncü şəxslər X4, X13, X9, X7, X5 və X11 məhkəmə icalsının vaxtı və yeri barədə əlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. Qanunun tələbləri baxımından məhkəmə iddia tələbinə 3-c şəxslərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Xaçmaz rayon Polis şöbsəinə 3-cü şəxslərin mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı iddiaçının 04 aprel 2022-ci il tarixli müraciəti, həmin müraciətin cavabdeh təşkilata çatması haqqında qəbzin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********84-10301 reyestr nömrəli çıxarışın surəti, Xaçmaz rayon Məhkəməsinin 2(067)-932/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, X1, X12, X6, X3, X2 və X8 mübahisə predmeti olan mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, mənzildə istifadə hüququları yoxdur. Belə ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-932/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə 3-cü şəxslərin mənzildən çıxarılması və borcun ipoteka predmeti olan mənzilə yönəldiməsi qət edilmişdir. Həmin qətanəmə icraaya yönəldilmişdir. Hal hazırda mübahisə predmeti olan mənzilin mülkiyyətçisi "xxxx" ASC-nin hüquqiq varisi İddiaçı Bank olmayan Kredit Təşkilatıdır və İddiaçı BOKT ASC özünün mülkiyyət hüquqlarından istifadə edərək öz iradə ifadəsini həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1, X12, X6, X3, X2 və X8 İddiaçı BOKT ASC mülkiyyətində olan Xaçmaz şəhəri,Ə.Haqverdiyev küçəsində yerləşən 11 saylı ev üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, X12, X6, X3, X2 və X8 İddiaçı BOKT ASC mülkiyyətində olan Xaçmaz şəhəri,Ə.Haqverdiyev küçəsində yerləşən 11 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsi Xaçmaz rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar