Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1925/2025 14.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 mart 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 0223086 nömrəli əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasının sahibi FHN-nin 31 may 2006-cı il tarixli, 049/Ş nömrəli əmrilə Azərbaycan Respublikası Cavabdeh sərəncamına qəbul edilmiş, 20 may 2024-cü il tarixli, 1210/Ş nömrəli əmri ilə “öz arzusu ilə” xidmətkeçməsinə xitam verilmişdir.
2. Azərbaycan Respublikasının Cavabdeh 29 may 2024-cü il tarixli, 3-18/2-N-1868/3- 42/2024 nömrəli və 3-18/2-N-42xx-xx/2024 nömrəli məktublarından görünür ki, Cavabdeh əmri ilə Nazirliyin X11 Xidmətinin Şimal regional X11 idarəsinin, X11 şöbəsinin sabiq böyük inspektor daxili xidmət mayoru İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikası Cavabdeh X11 Xidmətinin 2 dekabr 2020-ci il tarixli, 0190/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Şimal regional X11 idarəsinin X11 şöbəsinin böyük inspektoru, daxili xidmət mayor İddiaçı “Xəbərdarlıq” elan edilmişdir.
4. Azərbaycan Respublikası Cavabdeh X11 Xidmətinin 26 iyul 2021-ci il tarixli, 0063/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə Şimal regional X11 idarəsinin X11 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı “Xəbərdarlıq” elan edilmişdir.
5. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin 16 yanvar 2024-cü il tarixli, 2-2-02/04/2-001927/2024 nömrəli təqdimatından görünür ki, Qusar rayon sakinləri Vəkilov Zakim Balaca oğlu, X3, X1, Qusar rayon Hil kənd körpələr evinin müdiri X2, Qusar RMX-nın məntəqə müdiri X6 və rayon ərazisində fəaliyyət göstərən çox sayda digər dövlət müəssisə və iaşə obyektlərinin rəhbərlərinin Azərbaycan Respublikası Cavabdeh X11 Şimal X8 idarəsinin inspektoru İddiaçı barəsində müraciətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Toplanmış materiallardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh X11 Şimal X8 İdarəsinin inspektoru İddiaçı yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətlə əlaqədar vəzifəsindən irəli gələn öhdəliklərinin icrası zamanı Qusar rayon sakinləri Vəkilov Zakim Balaca oğlu, X3, X1 və digərləri ilə münasibətdə bir sıra qanunsuz tələblər etmiş, obyektlərdə qanunsuz yoxlamalar keçirmiş, onlardan müxtəlif məbləğlərdə maddi nemətlər tələb edərək almış, tələb etdiyi nemətləri almadıqda isə sahibkarları və dövlət müəssisələrinin rəhbərlərini əsassız olaraq cərimələmiş və qeyd olunan əməllər rayon ərazisində kütləvi narazılığa səbəb olmuşdur. Beləliklə, araşdırmanın nəticələri göstərmişdir ki, Azərbaycan Respublikası Cavabdeh X11 Şimal X8 İdarəsinin inspektoru İddiaçı yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət prosesində yol verdiyi qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təsirli tədbirlər görülməli və nəticələri barədə Azərbaycan Repsublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməlidir. Təqdimatda qeyd olunan cinayətin törədilməsinə şərait yarada bilən halların aradan qaldırılması üçün Azərbaycan Respublikası Cavabdeh X11 Şimal X8 İdarəsinin əməkdaşlarının iclasında müzakirə edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası CavabdehNazirliyi X11 Xidməti Şimal Regional X11 İdarəsinin iclasının 5 fevral 2024-cü il tarixli, 02 nömrəli protokolu.
7. Azərbaycan Respublikası Cavabdeh X11 Xidmətinin 9 fevral 2024-cü il tarixli, 0013/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Xidmətin Şimal regional X11 idarəsinin X11 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı “Töhmət” elan edilmişdir.
8. Azərbaycan Respublikası Cavabdeh 20 may 2024-cü il tarixli, 1210/ş nömrəli əmrindən görünür ki, Nazirliyin X11 Xidmətinin Şimal regional X11 idarəsinin X11 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Əsas İddiaçı təqriri olaraq qeyd edilmişdir.
9. 10 may 2024-cü il tarixli İddiaçı təqririndən görünür ki, Fövqəladə Hallar orqanlarında xidmət keçməyinə xitam verilməsi xahiş edilmişdir.
10. 30 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqıda” qərardad görünür ki, İddiaçı barəsində toplanmış material üzrə cinayət işinin başlanılması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
11. Qusar Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 3(029)-14/2025 nömrəli qərarından görünür ki, Qusar rayon Polis Şöbəsinin İTB-nin İddiaçı barəsində qəbul etdiyi 12 dekabr 2024-cü il tarixli, EPQ ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-nin İTB-yə göndərilmişdir.
12. “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
13. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20 may 2024-cü il tarixli, 1210/Ş saylı əmrinin ləğv edilməsi, İddiaçı Şimal Regional X11 İdarəsinin X11 şöbəsinin böyük inspektor vəzifəsinə xidmətkeçməyə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən yanğından mühafizə orqanlarında xidmət etmişdir. 2017-ci ilin fevral ayından Şimal Regional X11 İdarəsinin X11 şöbəsinin böyük inspektor vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı və nümunəvi işçi kimi göstərmiş və üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Xidməti iş fəaliyyəti zamanı yaranmış kritik vəziyyətlərdə həyatını təhlükə altına atıb insanların həyatını xilas edərək göstərdiyi fədakar və cəsarətli fəaliyyətinə görə X10 tərəfindən “Xidmətə görə” və “X5 nümunəvi əməkdaşı” döş nişanları, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir. Lakin onun fəaliyyətinə DYNX-nin Şimal Regional DYNİ-də idarənin rəhbərliyi tərəfindən qəsdən maneələr yaradılmışdır və ona qarşı bir çox təzyiq və haqsızlıqlar edilmişdir. İddiaçının məruz qaldığı haqsızlıqlar iddia ərizəsinə əlavə edilmiş FHN-nə ünvanlanmış məktublarda ətraflı şəkildə göstərilmişdir. İddiaçı məruz qaldığı təzyiq və haqsızlıqlarla bağlı Şimal Regional DYNİ-nin rəisinə FHN naziri Kəmaləddin Heydərovun qəbuluna getmək üçün 3 may 2024-cü il tarixli, X11 Xidmətinin rəisi general mayor Aqşin Kazımovun qəbuluna getmək üçün 9 may 2024-cü il tarixli təqrirlər ünvanlasa da, ona bu icazələr verilməmişdir. İddiaçının Şimal Regional DYNİ rəhbərliyinin qanunsuz fəaliyyətlərindən verdiyi şikayətlər nəticəsində rəhbərlik tərəfindən çağırılaraq işdən çıxma barədə ərizəyə imza etməsi tələb edilmiş və belə bir ərizə yazmadığı halda, onu xidməti fəaliyyətinə xələl gətirilməsi əsası ilə işdən azad ediləcəyi bildirilmişdir. İddiaçı məcburiyyət qarşısında və böyük təzyiq altından illərlə nümunəvi işçi olduğu halda, xidməti fəaliyyətinə xələl gəlməməsi üçün 10 may 2024-cü il tarixdə xidmətkeçmə fəaliyyətinə xitam verilməsi barədə ərizə yazmışdır. Lakin iddiaçı 10 may 2024-cü il tarixdə işdən çıxarılma barədə ərizəni yazdıqdan sonra 12 may 2024-cü il, 14 may 2024-cü il, 15 may 2024-cü il və 17 may 2024-cü il tarixdə cavabdehə teleqram və məktublar göndərərək, işdən çıxarılma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o işdən çıxmaq istəmir və işdən çıxarılma barədə ərizəsini təzyiq altında yazmışdır. İddiaçının qeyd edilən ərizələrinə baxmayaraq, FHN 20 may 2024cü il tarixli, 1210/Ş saylı əmri ilə iddiaçını Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə xidmətkeçməsinə xitam verilmişdir. İddiaçının öz arzusu ilə xidmətkeçmədən azad edilməsi barədə ərizələrinin etibarsız sayılması ilə bağlı müraciətlərinə FHN-nin 29 may 2024-cü il tarixli, 3-18/2-N-1868/3- 42/2024 və 3-18/2-N-42xx-xx/2024 saylı məktubları FHN tərəfindən heç bir araşdırma aparmayaraq, iddiaçıya sadəcə cavab vermişdir ki, o, öz xahişi ilə işdən azad edilmişdir. Hesab edilir ki, iddiaçının işdən azad edilməsi əsassız olduğundan, FHN-nin 20 may 2024-cü il tarixli, 1210/Ş saylı əmri ləğv edilməli və iddiaçı xidmətkeçməyə bərpa edilməklə, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçının teleqramlardan görünür ki, ona təzyiq altında, hədə-qorxu gələrək yazdırdıqları işdənçıxma ərizəsindən dərhal sonra 12 may 2024-cü il, 14may 2024-cü il, 15may 2024-cü il və 17 may 2024-cü il tarixədə iddiaçı cavabdehə 4 teleqram və məktub göndərərək işdən azad olunması barədə 10 may 2024-cü il tarixli ərizəsini təzyiq altında yazdığını, onu geri götürməsini, işə davam etməsini bildirmiş və bu teleqramlar, məktublar cavabdehə çatdırılmışdır. Lakin cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, onlar üzrə araşdırma aparmayaraq 20 may 2024-cü il tarixdə iddiaçının xidmətkeçməsinə öz xahişinə istinad edərək xitam vermişdir. Daha sonra cavabdehin iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 29 may 2024-cü il tarixli, 3- 18/2-N-1868/3-42/2024 və 3-18/2-N-42xx-xx/2024 saylı məktubları heç bir araşdırılma aparılmadan sadəcə olaraq iddiaçıya ona öz xahişi ilə işdən azad edildiyi bildirilmişdir. Cavabdeh əsassız olaraq iddiaçının işdən azad olunması barədə cavabdehə 10 may 2024cü il tarixli işdən çıxma barədə ərizəsinin geri götürülməsi barədə yazılı məktubları, teleqramları ilə bağlı hər hansı araşdırma aparmamış, iddiaçıya işlədiyi vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək məcəlləsinin 69.1, 69.5, 83.2-ci maddələrinə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 34, 35-ci maddələrinə istinad olunmuşdur.
16. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
18. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, tərəfindən təqdim edilən sənədlərə istinad etmiş, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 3, 33-cü maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda izahatında bildirilmişdir ki, iddiaçının işinə xitam verilməsi barədə verilmiş ərizəsi cavabdeh orqanın əməkdaşları tərəfindən göstərilmiş təzyiq altında yazıldığı üçün, onun nümunəvi işçi olduğunu, barəsində cinayət işinin başlanılmasının rədd edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini nəzərə alaraq, cavabdehin mübahisələndirilən əmri ləğv edilməli, iddiaçı işə bərpa olunmalıdır.
22. Məhkəmə iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, iddiaçıya heç bir təzyiq göstərilməmiş, ərizə onun öz arzusu ilə yazılmışdır. Həmin ərizə əsasında iddiaçının fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Qeyd etmişdir ki, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin təqdimatı əsasında müvafiq araşdırmalar aparılmış, nəticədə iddiaçıya töhmət elan edilməsi barədə əmr edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
23. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
27. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
28. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 3. Qanunun tətbiq sahəsi Bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. Maddə 33. Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; ...
29. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı 10 may 2024-cü il tarixli ərizə ilə Cavabdeh rəhbərliyinə öz arzusunu bildirərək xidmət keçməsinə xitam verilməsini xahiş etmiş, özünü sağlam hiss etdiyini və xüsusi həkim ekspert komissiyasından keçməsinə zərurət olmadığını bildirmişdir. Müraciəti nəzərə alınaraq, iddiaçının 1210/ş nömrəli 20 may 2024-cü il tarixli əmrə əsasən öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir.
30. İddiaçı ərizəsində xidmətinə xitam verilməsi arzusunda olmadığını göstərsə də, cavabdeh orqana ünvanlanmış və özü tərəfindən imzalanmış 10 may 2024-cü il tarixli təqririnə əsasən xidmətkeçməsinə xitam verilməsini xahiş etmişdir.
31. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində böyük təzyiq altında xidmətkeçməsinə xitam verilməsi ilə bağlı ərizəni yazdığını bildirməsinə baxmayaraq, buna dair sübutları iddia ərizəsinə əlavə etməmişdir.
32. Həmçinin, iş materiallarından müəyyən edilir ki, iddiaçı xidməti fəaliyyəti dövründə çoxsaylı nöqsanlara yol vermişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə iddiaçıya Nazirliyin X11 Xidmətinin 2 dekabr 2020-ci il tarixli, 0190/ş nömrəli və 26 iyul 2021-ci il tarixli 0063/ş nömrəli əmrləri ilə “xəbərdarlıq” elan edilmişdir.
33. Eyni zamanda, 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən cavabdeh orqana iddiaçı barəsində “Təqdimat” daxil olmuşdur. Daxil olmuş Təqdimatda iddiaçının yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətlə əlaqədar vəzifəsindən irəli gələn öhdəliklərinin icrası zamanı Qusar rayon sakinləri ilə münasibətdə bir sıra qanunsuz tələblər etdiyi, obyektlərdə qanunsuz yoxlamalar keçirtdiyi, onlardan müxtəlif məbləğlərdə maddi nemətlər tələb etdiyi, tələb etdiklərini almadıqda isə sahibkarları və dövlət müəssisələrini əsassız olaraq cərimələdiyi halların rayon ərazisində kütləvi narazılığa səbəb olduğu bildirilmişdir.
34. Qeyd edilən hallar cavabdeh orqan tərəfindən araşdırılmış və iddiaçıya xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Nazirliyin X11 Xidmətinin 9 fevral 2024-cü il tarixli, 0013/ş nömrəli əmri ilə “töhmət” verilmişdir.
35. Məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları ilə sözügedən əmrin verilməsinə əsas olan iddiaçının təqriri nəticəsində öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi müəyyən edilir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
36. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, iddiaçının “əmrin ləğvi” tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi digər hissəsində də təmin edilməməlidir.
37. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
38. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova