Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-194/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “ iddiaçıya 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE-01 seriyalı 278420 №-li Arayışı əsasında müddətsiz olaraq təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia qaldıraraq “ona xx.xx.2014-cü il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək iddiaçıya 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE-01 seriyalı 278420 №-li Arayışı əsasında müddətsiz olaraq təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 100 №-li Qərarından görünür ki, o döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Soltərəfli adheziv orta otit”dir. Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Daha sonra Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş vəxx.xx.2013-cü il tarixli Forma 88 tərtib edərək xx.xx.2014-cü il tarixinədək ikinci dərəcəli əlillik təyin etmişdir. Bundan sonra xx.xx.2014-cü ildə o təkrar müayinədən keçmiş və ona xx.xx.2014-cü ildən ömürlük ikinci dərəcəli əlillik təyin edilmişdir. Göndərişdən görünür ki, İddiaçı təyin edilmiş diaqnoz “İkitərəfli eşitmə sinirinin nevriti, ikitərəfli ağıreşitmə İİİ-İV dər”. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi şəxsə xx.xx.2014-cü il tarixli Forma 88 əsasında ömürlük 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona ömürlük müddətinə 2-ci dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat inzibati işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları il əvə təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüşü ilə əlavə sübutlar toplamağa borcludur; 28.1.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır; 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sulları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər; 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir; 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır; 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamşıdır. Göründüyü kimi, Xidmət tərəfindən iddiaçının hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Bundan başqa qeyd edir ki, hazırkı mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli 4 məqam vardır.
1. İnzibati icraat aparılıbmı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilibmi?
2. İnzibati icraat aparılan zaman vətəndaşın yəni maralı şəxsin iştirakı təmin edilibmi?
3. Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilibmi?
4. Hətta inzibati icraat aparılmış olsaydı belə yəni müvafiq sorğular verilmiş olsaydı belə əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi. Etibarsız hesab edilməsinə yox. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz oloduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki Diaqnozun mətni: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90- H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ...; Diaqnozun mətni: ikitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixli Forma 88 arayışı əsasında təyin olunmuş müddətsiz İİ dərəcə əlillik dərəcəsinin bərpa edilməsini tələb etsə də, hesab edirlər ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Göründüyü kimi, iddiaçıya müddətsiz İİ dərəcə əlillik dərəcəsi təyin edilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti olmalıdır, lakin iddiaçının altsistemdə olan sənədlərində cəmi 2 il əlillik müddəti vardır və iddiaçının xx.xx.2014-cü il tarixli göndərişi haqqında və ona müddətsiz əlillik dərəcəsi təyin edilməsi haqqında heç bir məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak etsə də, sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin etirazına yazılı mülahizəsində bildirmişdir ki, iddiaçıya 2011-ci ildə 1 illik müddətə 2012-ci ildə də 1 il müddətinə əlillik təyin olunmuşdur. Cavabdehin mövqeyindən belə aydın olur ki, iddiaçıya 2013-cü ildə 35 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik səbəbi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olan müddətsiz 2-ci dərəcəli əlilliyin təyin olunması barədə qərar onlarda mövcud deyildir. Bu əsasdan cavabdeh inzibati orqan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd olunan 2011-ci və 2012-ci il tarixli əlillik təyin olunmasını qəbul edir, lakin mülahizəyə əlavə etdiyi notarial qaydada təsdiq edilmiş AR ƏƏSMN 35 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən tərtib edilmiş SER TSE-01 278420 №-li, xx.xx.2013cü il tarixli Arayışdan görünür ki, həmin komissiya tərəfindən iddiaçının əlilliyi təkrar olaraq qiymətlədirilmiş və ona müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. Adıçəkilən arayış komissiyanın vəzifəli şəxsləri tərəfindən imzlanmış və komissiyanın möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən həmin arayış Dövlət Sosial Müdafiə orqanlarına təqdim edilməklə uzun müddət yəni 2021-ci ilə qədər əmək pensiyası almışdır. Hesab edirlər ki, iddiaçıya təqdim olunmuş əlillik barədə Arayışın cavabdeh inzibati orqana məxsus əlillik altsisteminə daxil edilməməsi iddiaçının təqsiri ola bilməz. İddiaçı inzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun etimad hüququnun qorunması prinsipindən irəli gələrək dövlət orqanı tərəfindən ona təqdim olunmuş ərizənin həqiqiliyinə inanaraq o arayışın verdiyi imtiyazlardan istifadə etmişdir. Bundan başqa cavabdehin etirazda istinad etdiyi normalar 2013-cü ildən sonra qüvvəyə minmiş qanunvericilik normalarıdır ki, bu da iddiaçıya tətbiq edilə bilməz.
Əsaslandırma hissəsi:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümükünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddia öndəliyin icrası iddisıdır, iddiaçı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas mövcud deyil. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı ona 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunmasını istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki Diaqnozun mətni: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90- H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ...; Diaqnozun mətni: ikitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixli Forma 88 arayışı əsasında təyin olunmuş müddətsiz İİ dərəcə əlillik dərəcəsinin bərpa edilməsini tələb etsə də, hesab edirlər ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Göründüyü kimi, iddiaçıya müddətsiz İİ dərəcə əlillik dərəcəsi təyin edilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti olmalıdır, lakin iddiaçının altsistemdə olan sənədlərində cəmi 2 il əlillik müddəti vardır və iddiaçının xx.xx.2014-cü il tarixli göndərişi haqqında və ona müddətsiz əlillik dərəcəsi təyin edilməsi haqqında heç bir məlumat yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 100 saylı Qərarı ilə Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçıh Xeyrullah oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 890.saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: «Soltərəfli adheziv orta otit» (Qubadlı RHK-nın xx.xx.2011-ci il tarixli 26 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli 56 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nm həkim mütəxəssisiotorinolarınqoloqun rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilik vəziyyəti xx.xx.2013-cü il tarixində dövlət tibb müəssisəsinin göndərişi əsasında əyani müayinə yolu ilə qiymətləndirilmiş və 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik altsistemində heç bir məlumat və göndəriş aşkarlanmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 15 may 2023-cü il tarixli, 3-17-1/2-106804/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı Xeyrulla oğluna əlilliyə görə əmək pensiyası üzrə xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixədək ümumilikdə 19028,36 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 3-17- 7/2-K-17529/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı Xeyrulla oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin pensiya altsisteminə əsasən əlilliyə görə aylıq əmək pensiyası almışdır-pensiya işinin nömrəsi 021191, təyinatın başlama tarixi xx.xx.2011-ci il, təyinatın bitmə tarixi xx.xx.2021-ci il. Həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş forma TSEK-2, SER TSE 01 № 278420 saylı arayışından göründüyü kimi İddiaçı Xeyrulla oğluna Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlil kimi müddətsiz əlillik təyin olunmuşdur. Cavabdeh orqan iddiaçının altsistemdə olan sənədlərində cəmi 2 il əlillik müddəti olduğunu və iddiaçının xx.xx.2014-cü il tarixli göndərişi haqqında və ona müddətsiz əlillik dərəcəsi təyin edilməsi haqqında heç bir məlumat olmadığını qeyd etsə də iş materiallarından və məhkəmə araşdırmasından göründüyü kimi iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş və ona xx.xx.2021-ci il tarixə kimi pensiya ödənişi həyata keçirilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya inzibati icraat çərçivəsində ikinci dərəcə əlillik təyin edilmiş olsa da, iddiaçının əlilliyi heç bir əyani müayinəyə cəlb edilmədən əlilliyin altsistemində etibarsız hesab edilmişdir. Bu isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 22.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər . 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Qeyd edilənlərdən göründüyü kimi Əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Lakin cavabdeh orqan hərhansı araşdırma aparmadan “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən: 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, cavabdeh orqan inzibati icraat çərçivəsində araşdırıma aparmalı, iddiaçının iştirakını təmin etməli, yalnız əyani müayinəyə cəlb etdikdən sonra müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin cavabdeh orqan inzibati icraat aparmadan iddiaçının əlilliyini ləğv etmişdir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq yeni inzibati icraat aparması istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE-01 seriyalı 278420 №-li Arayışı əsasında müddətsiz olaraq təyin edilmiş ikinci dərəcəli əlilliyi etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıya 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE-01 seriyalı 278420 №-li Arayışı əsasında müddətsiz olaraq təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev