Məhkəmə qərarları › İş №e-2-1(118)-1951/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1951/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1951/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz ızının katibliyi, İddiaçı X4 (fərdi sahibkar, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi M9, mənzil 3-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə İddiaçı X4 cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1(bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6.147,78 manat məbləğin ona geri qaytarılması, vergi orqanı tərəfindən ondan gəlir vergisi bəyannaməsinin tələb ediməsinin dayandırılması və 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli **********040400 nömrəli qərarın, vergi borcunun ödənilməsinə dair 24.09.2021-ci il tarixli **********4 nömrəli bildirişin və həmin sənədlərə əsasən hesablanmış 4.584,24 manat məbləğində vergi borcunun ləğv ediməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanənda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X7 cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1(bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6.147,78 manat məbləğin ona geri qaytarılması, vergi orqanı tərəfindən ondan gəlir vergisi bəyannaməsinin tələb ediməsinin dayandırılması və 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli **********040400 nömrəli qərarın, vergi borcunun ödənilməsinə dair 24.09.2021-ci il tarixli **********4 nömrəli bildirişin və həmin sənədlərə əsasən hesablanmış 4.584,24 manat məbləğində vergi borcunun ləğv ediməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19.06.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyatdan keçmişdir. “İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr’ fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti dövründə işçi cəlb etməmiş və gəlirlərinin həcmi istənilən 12 aylıq dövr ərzində 200.000 manatdan az olduğu üçün Vergi məcəlləsinin 218.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir.Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2017-ci ilin 1 aprel tarixindən etibarən malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin östərilməsindən əldə edilən vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 (iki) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş vergidən əlavə, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 (bır) faiz dərəcəsi ilə sadələşdirilmiş vergi avtomatik olaraq, bank hesablarımdan tutulmuşdur. İndiyədək həmin vergi növü üzrə hesabından tutulmuş məbləğ 6.147,78 manat təşkil edir. Bununla Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı qanunsuz olaraq hesabından tutulan bu vergilərin qaytarılması üçün 23.12.2020 tarixində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələr” ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etsə də, idarə 28.12.2020-ci il tarixdə şəxsi kabinetimə imtina cavabı göndərmişdir. Üstəlik, bütün vergiləri ödədiyi halda, 24.09.2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsi şəxsi kabinetinə və elektron poçt ünvanına 4.584,24 manat məbləğində vergi borcunun ödənilməsinə dair bildiriş göndərmişdir. Eyni zamanda, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 23.09.2021-ci il tarixli Qərarı əlavə etmişdir. Qərarda 2020-ci il hesabat dövrü üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqının məbləği 2.649,48 manat məbləğində göstərilmişdir. Hesablama ona təqdim edilməmişdir. Qərarda gəlir vergisi bəyannaməsinini təqdim etmədiyi üçün əlaqəli məlumatlara əsasən gəlir vergisinin hesablandığı bildirilir. Bundan əvvəl qeyd olunan məsələ ilə bağlı 2 saylı Ərazi Vergilər Baş İdarəsi iiə bir neçə dəfə yazışmaları olmuşdur. O, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci macdəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququmdan istifadə etdiyini bildirsə də, vergi orqanı əməkdaşları həmin Məcəllənin 218.5-ci maddəsini göstərərək, onun bu hüququnu birtərəfli qaydada məhdudlaşdırmağa çalışımışlar. Hər dəfə onların hərəkətlərinin qanınsuz olduğunu gösərək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyə davam etmiş və idarə bunu qəbul etmişdir. Lakin son yazışmada istədikləri yazılı izahatı təqdim etməmiş və 2 saylı Ərazi Vergilər Baş İdarəsi vergi borcu hesablamışdır. İddiaçının illik dövriyyəsinin həcmi 200.000 manatdan az olduğu üçün Məcəllənin 218.1-ci maddəsi ona sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verir, 218.5-ci maddə isə bu hüququ inkar edir. Bu maddələrin heç birində digərinə istinad mövcud deyildir. Bu halda, həmin məcəllənin 3.11-ci maddəsinə uyğun olaraq, Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisirin xeyrinə şərh edilməlidir. Məhkəmə iclasında iddiaçı A.Çərkəzov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izah etdi ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsinə, 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsinə, 135,00 manat sosial sığorta haqqı xərcinin olmasına baxmayaraq 2020-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir.Vergi Məcəlləsinin 37.1-ci və 37.3-cü maddələrinin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən 02.08.2021-ci il tarixli **********476900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün mikro sahibkarlıq subyekti nəzərə alınmaqla analoji qaydada 2020-ci il üzrə 2649,48 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23.09.2021-ci il tarixli **********040400 nömrəli Qərarı göndərilmişdir. İddia ərizəsində qeyd olunan pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 (bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6147,78 manat məbləğin ona geri qaytarılması’’ tələbi ilə bağlı izah etdi ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.12-ci maddəsinə əsasən hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Bununla bağlı cavabdeh vergi orqanı tərəfindən iddiaçıya hər hansı vergi məbləği hesablanmamışdır. Bundan başqa vergi borcunun ödənilməsinə dair 24.09.2021-ci il tarixli, **********4 nömrəli bildiriş ayrıca inzibati akt hesab edilmədiyindən onun ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İş materiallarına əlavə edilmiş : - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 02.08.2021-ci il tarixli məktubdan görünür ki,A.Çərkəzovdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin 5 gün müddətində təqdim edilməsi tələb olunmuşdur. -“Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********040400 saylı 23.09.2021-ci il tarixli qərarından görünür ki, X5 2649.48 manat əlavə vergi borcu hesablanmışdır. -Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişdən görünür ki, X2 24.09.2021-ci il tarixə vergilər üzrə 3971.30 manat, faizlər üzrə 613.21 manat borcunun, ümumilikdə 4584.24 manat borcunun olması bildirilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin A.Çərkəzova ünvanlanmış məktubudan görünür ki, 23.12.2020-ci il tarixli **********625200, **********62380, **********606500, **********624500, **********613100, **********5895C, **********616200, **********620700, **********621400, **********6221C **********619300, **********609600, **********582600, **********578100 saylı cari ödənişin geri qaytarılması haqqında ərizələriniz aşağıdakı səbəblərdən icra edilməmişdir: 1)Müraciətdə qeyd edilən cəmi məbləğ şəxsi hesab vərəqəsinin 28.12.2020-ci tarixli vəziyyətinə aşkar edilməmişdir; 2) 01 yanvar 2017-ci il tarixdən qüvvəyə minən Azərbayc Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanununun 1.58.4-cü maddəsinə əsasən “Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır” məzmununda Vergi Məcəlləsinə 220.12-ci maddə əlavə edilmiş və həmin maddə hazırda qüvvədədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65ci maddəsinə uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmə hesdab edir ki, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi gəlir müəyyən edilməmiş, cavabdehin mübahisəli qərarı ilə hesablanmı vergi borcunu təsdiq edən hər hansı sübut, habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya əlavə vergi məbləği hesablanmasına dair cavabdehin 23.09.2021-ci il tarixli **********040400 saylı qərarı qanunsuz hesab edilərək ləğv edilməli və həmin qərar əsasında hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.12-ci maddəsinə əsasən hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı tərəfindən iddiaçıya pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə əlavə vergi borcu hesablaması, həmçinin cavabdehin iddiaçıdan ƏDV ödəyicisi kimi gəlir vegisi bəyannaməsinin tələb edilməsi öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin bildirişin ləğv edilməsinə dair hissəsinin mümkün sayılmaması barədə ayrıca qərardad çıxarılmışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarı ləğv edilsin və iddiaçı X5 hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar