Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1997/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı ilə X7 arasında, Cavabdehndə 18 aprel 1995-ci il tarixində aparılmış nikah haqqında qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “İddiaçı ilə X7 arasında, Cavabdehndə 18 aprel 1995-ci il tarixində aparılmış nikah haqqında qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və reyestr baş idarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka krediti almaq üçün aidiyatı kredit təşkilatına müraciət etmişdir. Sənədləşmə aparılarkən iddiaçıya bildirilmişdir ki, bu əməliyyat üçün iddiaçı həyat yoldaşının razılıq ərizəsi lazımdır. İddiaçı onlara evli olmadığını bildirdikdə bununla bağlı arayış təqdim etməsi təklif olunmuşdur. Arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi X1 Reyestr Xidmətinin Cavabdehnə müraciət etmişdir. Cavabdehndən iddiaçının X7 ilə nikahda olmağı barədə arayış verilmişdir. Məlumat üçün əlavə edir ki, Əliyeva (Rəhimova) Lalə Əlsafa qızı ilə X7 arasında, Şabran qeydiyyat şöbəsində 18 aprel 1995-ci il tarixində qeydiyyatı aparılmış nikah, 17 oktyabr 1995-ci il tarixində Ukrayna Respublikasının Ədliyyə Nazirliyinin Kiyev X1 Dövlət Qeydiyyatı İdarəsi Şərq Regional İdarəsi Xarkov şəhər Administrasiyasının Qeydiyyat Xidmətində pozulmuşdur. Bunu təsdiq edən sənəd kimi onlara Seriya İВЛ №231060 saylı Şəhadətnamə verilmişdir. Nikaha xitam verildikdən sonra Rəhimova (nikahda olarkən Əliyeva) Lalə Əlsafa qızı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almış və orada soyadı “Rəhimova” kimi qeyd olunmuşdur. İddiaçı ilə nikahda göstərilən X7 1999-cu ilin iyul ayında Nurməmmədova (nikahdan sonra Əliyeva) Validə Mehrəli qızı (ŞV-AZE №15888921 FİN 2AZRRYZ) ilə nikah bağlamış və hal hazırda üç övladları ilə birlikdə bir ailə kimi yaşayırlar. X7 ilə Əliyeva (nikaha qədər Nurməmmədova) Validə Mehrəli qızının nikahları, əvvəlki nikaha xitam verilməsi barədə Şəhadətnamə təqdim edilməklə Cavabdehndə yeni nikah kimi qeydiyyata alınmışdır. Lakin eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixli arayışında X5 İddiaçı ilə nikahda olduğu göstərilmişdir. Bununla bağlı aidiyyatı üzrə vəkil sorğusu göndərilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi X1 Reyestr Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-16-5141/2024 saylı məktubu ilə sorğuya cavab verilmişdir. Xidmətin cavab məktubunda iddiaçının üzərinə icrası mümkün olmayan hərəkətləri etmək öhdəliyi qoyulmuşdur. Belə ki, hazırda Ukrayna Respublikasının Xarkov şəhəri müharibə vəziyyətindədir, iddiaçının bu şəhərlə 1995-ci ildən hər hansı bir əlaqəsi olmamışdır və bombalanan şəhərə gedərək oradan hansısa bir sənədi əldə etməsi qeyri-mümkündür. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasnda iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı nikah haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair iddiasına münasibət bildirilməsi və işin hazırlıq icraatı üzrə məhkəmə iclasında iştirak edilməsi barədə sərəncama baxılmışdır. Bildirilir ki, iddiaçının vəkili eləcə də notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil şöbəyə müraciət edərək İddiaçı nikahının pozulması haqqında şəhadətnamənin əldə edilməsinə köməklik göstərilməsini xahiş etmiş, müraciət Cavabdeh xx.xx.2024-cü il tarixli ,03-16-5/8-11-216/2024 nömrəli məktubu ilə cavablandırılmışdır. İddiaçı hazırki müraciətə əlavə edilmiş iddia ərizəsi nəzərdən keçirilərkən onun X7 ilə nikahının pozulmasına dair xx.xx.1995-ci ildə Ukrayna Respublikasının səlahiyyətli qurumları tərəfindən tərtib edilmiş akt qeydinin ləğv edilməsi tələbini irəli sürdüyü məlum olur. Qeyd edilir ki, İddiaçı və Ə.Əliyevin 18.04 1995-ci ildə Cavabdehndə bağlanmış nikahına Ukraynada məhkəmə qaydasında xitam verilmiş sonuncunun ərizəsi əsasında nikahın pozulmasının həmin dövlətin səlahiyyətli qurumları tərəfindən qeydə alınmışdır. Cavabdehnə daxil olmuş müraciətin araşdırılması zamanı İddiaçı nikahın pozulması haqqında məhkəmə qərarının olmadığı və onun hazıradək müvafiq şəhadətnaməni əldə etmədiyi məlum olmuşdur. Ə.Əliyev isə xx.xx.1999-cu ildə Cavabdehndə Nurməmmədova (Əliyeva) Validə Mehrəli qızı ilə yeni nikaha daxil olmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 179-cu maddəsinə əsasən ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınır. Qeyd edilir ki, Ukrayna Ailə Məcəlləsinin 115-ci maddəsi də məhkəmə qətnamə əsasında nikahın pozulması ilə bağlı oxşar müddəaları nəzərdə tutur. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın tələblərinə əsasən X1 ilkin qeydlərinin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir İnzibati Prosessual Məcəlləsinin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, İddiaçı və Ə.Əliyevin nikahının pozulması haqqında akt qeydinin qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməsi onun ləğvini istisna edir. Odur ki, İddiaçı nikahı haqqında akt qeydinin kserosurəti Sizə göndərilir və onun iddiasının əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: Seriya İВЛ №231060 saylı “Nikahın pozulması haqqında şəhadətnamə”; X1 Reyestri Xidmətinin 29 iyul 2024cü il tarixli məktubu və digər sənədlər aiddir.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçıları dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki işdə iddiaçı X7 ilə 18 aprel 1995-ci il tarixdə Cavabdehndə qeydiyyata alınmış “Nikah haqqında akt qeydi”nin ləğv edilməsini istəyir. İddiaçı həmin tələblə cavabdeh orqana da müraciət etmiş, cavabdehin 29 iyun 2024-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəlləninin 17.4-cü maddəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını bu Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən, habelə həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. 180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəliqərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı qaydası”nın 5.6-cı bəndinə əsasən ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh tərəfindən təqdim edilmiş 16 saylı, 18 aprel 1995-ci il tarixli “Nikah haqqında akt qeydi”ndən aydın olur ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah Cavabdeh tərəfindən qeydə alınmışdır. Lakin iş materiallarında olan Seriya İВЛ №231060 saylı “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”dən aydın olur ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah 17 oktyabr 1995-ci il tarixdə Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X6 tərəfindən ləğv edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X7 arasında nikah 18 aprel 1995-ci il tarixdə Cavabdeh tərəfindən qeydə alınsa da, məhkəmə qətnaməsi əsasında Ukrayna Respublikasında pozulmuş, bu barədə akt qeydi isə Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X6 tərəfindən qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbinə əsasən nikah haqqında akt qeydinin ləğv edilməsi yalnız məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və ya konsulluq idarəsində qeydiyyata alına bilər. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə X7 arasında bağlanmış 16 saylı, 18 aprel 1995-ci il tarixli “nikah haqqında akt qeydi” Ukrayna Respublikasında ləğv edildiyindən, hazırda iddiaçının tələbi əsasında “nikah haqqında akt qeydi”nin Cavabdeh tərəfindən ləğv edilməsi yolverilməzdir. Belə ki, iddiaçı Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X4 müraciət edərək (və ya soröu göndərərək) “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”ni əldə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “İddiaçı ilə X7 arasında, Cavabdehndə 18 aprel 1995-ci il tarixində aparılmış nikah haqqında qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “İddiaçı ilə X7 arasında, Cavabdehndə 18 aprel 1995-ci il tarixində aparılmış nikah haqqında qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva