Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-2198/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndələri X6 və X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəis müavini, X3 xx.xx.2021-ci il tarixli və 719 s/h əmrinin və X9 X4 Komandanının xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək, əvvəlki işi ilə bərpa olunmağı”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia qaldıraraq “Dövlət Sərhəd Xidmətinin rəis müavini, X3 xx.xx.2021-ci il tarixli və 719 s/h əmrinin və X9 X4 Komandanının xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək, əvvəlki işi ilə bərpa olunmağı”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. Hazırda Abşeron rayonunda yerləşən Nübar qəsəbəsində yaşayır. Orta təhsilini Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayon, Xanlıq 3 saylı tam orta məktəbdə başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur. Bundan sonra xx.xx.2013- cü il tarixdə № 2 saylı Bakı Baza Tibb Kollecinin müalicə iş fakültəsinə qəbul olub, xx.xx.2016-cı ildə həmin fakültədən məzun olmuşdur. Məzun olduqdan sonra bir müddət fərdi işlə məşğul olmuş, xx.xx.2018-ci il tarixdən isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin № N saylı hərbi hissəsində ferşel vəzifəsində işə başlamışdır. Hərbi hissə Qazax rayonunun Daş Salahlı kəndində yerləşirdi. Ailəli olduğuna və valideyininin xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edib, xidməti yerinin yaşadığı əraziyə yaxın bir regiona dəyişilməsi xahiş etmişdir. Həmin dövrdə o, Sərhəd Xidmətinin Sərhəd X5 Sərhəd Diviziyasında gizir rütbəsində, orta tibb mütəxəssisi - feldşer vəzifəsində daim işinin başında olmuş, İİ Qarabağ Müharibəsində ferşel vəzifəsində hərbi xidmətdə olmuş və vəzifə təlimatına uyğun olaraq işini icra etmişdir. Lakin, səbəbini bilmədiyi bir halda Dövlət Sərhəd Xidmətinin rəis müavini, X3 xx.xx.2021-ci il tarixli və 719 s/h əmri, X10 X4 Komnadanmın xx.xx.2021-ci il tarixli əmrinə əsasən “Hərbi vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 41,0.6-cı maddəsinə əsasən - xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Əmrin surətini hazırki vaxtadək onaə təqdim edilməmiş, işlədiyi dövrün son haqq-hesabı isə aparılmadan işindən uzaqlaşdırılmışdır. Hazırda peşəsi ilə bağlı işləmək üçün müraciət etdiyi bütün orqanlarda, xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxıldığına görə iş ilə təmin oluna bilmir. Halbuki işlədiyi dövrlərdə xidmətində heç bir qüsur olmamış, əksinə bir neçə dəfə xidmətinə görə təşəkkürnamə almışdır. “Hərbi vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən - xidmətə uyğunsuzluğumun nə ilə ifadə olunduğunu bilmək məqsədilə Dövlət Sərhəd Xidmətinin rəis müavini, X3 xx.xx.2021-ci il tarixli və 719 s/h əmri, X10 X4 Komnadanmın xx.xx.2021-ci il tarixli əmrinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə etdiyim müraciətlərə cavab olaraq hərbi qulluqçuya məxsus məffi hesab edilən məlumatların məhkəmənin müvafiq sorğusu əsasında alına bilinəcəyi vurğulanaraq əmrin surətinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, Dövlət Sərhəd Xidmətinin rəis müavini, X3 xx.xx.2021-ci il tarixli və 719 s/h əmri, X9 X4 Komnadanının xx.xx.2021-ci il tarixli əmri qanunun tələblərini pozulmaqla verilmişdir, əsassız olduğu üçün ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, Sabiq hərbi qulluqçu gizir İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2021 -ci il tarixli, 719 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Adıçəkilən əmrin verilməsi əsası qismində gizir İddiaçı xx.xx.2021-ci il tarixli, R-5365 №-li raportu və komandirin təqdimatı qeyd olunmuşdur. (əmr qoşmaya əlavə olunur) İşə əlavə olunmuş materiallardan görünür, gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N №-li hərbi hissədə xx.xx.2021-ci il tarixdə R-5365 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Cəbrayıl rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı yazdığı raportla əlaqədar 2 halda onunla söhbət aparılmışdır. xx.xx.2019-cu il tarixdə ilkin söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. Gizir İddiaçı söhbət zamanı tərxis olmaq istəyinin səbəbini anasının xəstə olması (deməsinə görə, ürək xəstəsidir), atasının neft şirkətində işləməsi ilə əlaqədar uzun müddət neft daşlarında ezamiyyətdə olması, həmçinin, qardaşının Ədliyyə Nazirliyinin penitensiar xidmətində işlədiyi üçün onun da uzun müddət növbələrdə olması və nəticədə anasına qulluq edən heç kimin olmaması ilə izah etmişdir. Söhbət zamanı gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri bir daha izah edilmişdir. Söhbətin sonunda gizir İddiaçı gənc olması nəzərə alınaraq, ona ehtiyata buraxılması xahişi ilə əlaqədar bir daha dərindən düşünməsi üçün vaxt verilmişdir. Qeyd olunan söhbətə dair arayışla gizir İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdə 2-ci söhbət zamanı gizir İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar xidməti uyğunsuzluğa görə yazdığı raportla əlaqədar onunla təkrar söhbət aparılmışdır. Gizir İddiaçı yenidən dinlənilmiş və ehtiyata buraxılmaq istəyində qaldığını qeyd edərək, təkidlə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı rəhbərlik qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Söhbət əsnasında gizir İddiaçı ehtiyata buraxılacağı təqdirdə təkrar xidmətə bərpa olunması barədə müraciət etməyəcəyini bildirmişdir. Söhbər zamanı gizir İddiaçı bir daha Qanunvericiliyin müddəaları izah edilmiş və bildirilmişdir ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılacaqdır. Söhbətin sonunda yuxarıda qeyd olunanlar və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı rəhbərlik qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan söhbətə dair arayışla gizir İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə olunmuş, DSX Sərhəd Qoşunları “Qazax” X8 komandirinin xx.xx.2021-ci il tarixli, 0247 №-li əmrindən çıxarışda, gizir İddiaçı xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün SHXÇDX-nın Cəbrayıl rayon şöbəsinə göndərilməsi qeyd olunmuşdur. Həmçinin qoşmaya əlavə edilmiş N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsini almış, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmuş və şəxsi işinin SHXÇDX-nın Cəbrayıl rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət edərək iddia müddətini 16 (on altı) ay müddətinə üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. Digər tərəfdən gizir İddiaçı ehtiyata buraxıldıqdan sonra şəxsi işi xx.xx.2021-ci il tarixdə SHXÇDX-nın Cəbrayıl rayon şöbəsinə göndərilmişdir. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 41ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) vo ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0r3-cü-maddəsində nəzərdə-tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Əsasnamə əmrin təqdim edilməsi yox, elan edilməsi təsbit olunmuşdur. Buna görə də, İddiaçı iddia ərizəsində mübahisələndirilən əmrlərin təqdim olunmasını tələb etməsi qanunvericiliyə münasibətdə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Beləliklə, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluqa görə) müvafiq olaraq könüllü qaydada raportla müraciət etmiş, həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. Ona görə də İddiaçı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair iddiası əsassızdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndələri X6 və X13 iştirak etmiş, etirazı müdafiə etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. İddiaçı Dövlət Sərhəd Xidmətinin rəis müavini, X3 xx.xx.2021-ci il tarixli və 719 s/h əmrinin və X9 X4 Komandanının xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək, əvvəlki işi ilə bərpa olunmağını istəyir. Göründüyü kimi iddiaçı X3 xx.xx.2021-ci il tarixli və 719 s/h əmrini və X9 X4 Komandanının xx.xx.2021-ci il tarixli əmrini mübahisələndirir. İddia mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Lakin hazırki iş üzrə iddiaçı qeyd edilən 6 aylıq müddəti də üzürlü səbəb olmadan buraxaraq məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, cavabdehin də qeyd etdiyi kimi İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsini almış, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmuş və şəxsi işinin SHXÇDXnın Cəbrayıl rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət edərək iddia müddətini 16 (on altı) ay müddətinə üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. Buna baxmayaraq o, sözügedən əmrlərin ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Məhkəmə hesab edir ki, bu qədər müddətdən sonra məhkəmədə iddia qaldırılması hüquqi müəyyənlik prinsipi ilə ziddiyət təşkil edir. Məhkəmə eyni zamanda iddiaçının ərizəsində qeyd etdiyi dəlilləridə əsaslı hesab etmir. İddiaçı ərizəsində qeyd edir ki, ailəli olduğuna və valideyininin xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edib, xidməti yerinin yaşadığı əraziyə yaxın bir regiona dəyişilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, işə əlavə olunmuş materiallardan görünür, gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N №-li hərbi hissədə xx.xx.2021-ci il tarixdə R-5365 nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edilən sənədləri məhkəməyə təqdim etmiş, həmin sənədlər ilə iddiaçının özününün ərizəsi nəzərə alınaraq xidməti uyğunsuzluğa görə tərxis olunması və onun lazımi qaydada məlumatlandırılması öz təsdiqini tapır. Ona görə də məhkəmə idiaçının dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(118)-2198/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-2198/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver