Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-2227/2022 28.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində konpensasiya olaraq ümumilikdə: 10.934,7 (on min doqquz yüz otuz dörd tam onda yeddi) manat pul vəsaiti; 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi; 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi; 5 ədəd cavan ana arı ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində konpensasiya olaraq ümumilikdə: 10.934,7 (on min doqquz yüz otuz dörd tam onda yeddi) manat pul vəsaiti; 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi; 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi; 5 ədəd cavan ana arı ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində konpensasiya olaraq ümumilikdə: 10.934,7 (on min doqquz yüz otuz dörd tam onda yeddi) manat pul vəsaiti, 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməlidir. Yaranmış problemin həlli istiqamətində 14 may 2022-ci il tarixində cavabdehə müraciət etmiş, DMA tərəfindən ona rəsmi cavab göndərilməyib, yalnız 03 iyun tarixində e-sosial elektron kabinetində yerləşdirilmiş məlumatdan aydın olur ki, təklifi cavabdeh tərəfindən qəbul edilməyib. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona kompensasiya ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş üzrə təqdim edilmiş iddia ərizəsi mülki qaydada baxılmalı olduğu üçün hazırkı iş üzrə iddia mümkün sayılmamalıdır. Bunu aşağıdakılarla əsaslandırırıq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən, Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Tərəflər arasındakı münasibətlərdə cavabdeh inzibati orqan qismində çıxış edərək publik hüquqdan çıxış etməmişdir. Belə ki, burada tərəflərarası yaranmış münasibətlər və onlardan doğan hüquqların mənbəyi məhz müvafiq müqavilədir.Yuxarıda qeyd edilən Qərarın 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Burada da tərəflərarası münasibətlərin sadə təhlili onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya aktivlərin verilməsi ilə bağlı münasibətlər bir növ əvəzsiz istifadə müqaviləsinin hüquqi təbiətinə uyğun gəlməkdədir. Hər nə qədər də mülki qanunvericiliyə əsasən əvəzsiz istifadə müqaviləsi üzrə kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürməsi məsələsi qeyd edilsə belə, müqavilə azadlığı prinsipi baxımından tərəflərin iradəsi çərçivəsində bunun əksi də qərarlaşdırıla bilər. Eyni mahiyyətli işlərlə bağlı yaranmış məhkəmə təcrübəsi də məhz hazırkı iş üzrə mübahisənin mülki qaydada baxılması istiqamətində formalaşmışdır. Ona görə də iddia tələbi mümkün sayılmaması barədə qərardad qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində kompensasiyanın onun xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.Tərəflər arasındakı münasibətlərdə cavabdeh inzibati orqan qismində çıxış edərək publik hüquqdan çıxış etməmişdir. Belə ki, burada tərəflərarası yaranmış münasibətlər və onlardan doğan hüquqların mənbəyi məhz müvafiq müqavilədir. Qeyd edilən Qərarın 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.Burada da tərəflərarası münasibətlərin sadə təhlili onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya aktivlərin verilməsi ilə bağlı münasibətlər bir növ əvəzsiz istifadə müqaviləsinin hüquqi təbiətinə uyğun gəlməkdədir. Hər nə qədər də mülki qanunvericiliyə əsasən əvəzsiz istifadə müqaviləsi üzrə kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürməsi məsələsi qeyd edilsə belə, müqavilə azadlığı prinsipi baxımından tərəflərin iradəsi çərçivəsində bunun əksi də qərarlaşdırıla bilər. Eyni mahiyyətli işlərlə bağlı yaranmış məhkəmə təcrübəsi də məhz hazırkı iş üzrə mübahisənin mülki qaydada baxılması istiqamətində formalaşmışdır. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır k, hazırkı iddia tələbi ilə bağlı onun cavabdeh təşkilatın yerləşdiyi yerin ümumi məhkəməsinə iddia ərizəsi vermək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində konpensasiya olaraq ümumilikdə-10.934,7 (on min doqquz yüz otuz dörd tam onda yeddi) manat pul vəsaiti; 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi; 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi; 5 ədəd cavan ana arı ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-2227/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-2227/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver