Məhkəmə qərarları › İş №e-2-1(118)-2275/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2275/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2275/2023 21.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, 1983-cü ildə etibarən əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən müxtəlif müəssisələrdə və vəzifələrdə çalışmışdır. Lakin daha çox "xxxx" MMC-də çalışmışdır. Belə ki, "xxxx" MMCnin qəbul etdiyi 1289 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, o, həqiqətən də xx.xx.1994-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-də çalışır. İddiaçı həmin müəssisədə xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək 5-ci dərəcəli çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 5-ci dərəcəli çən yuyan, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 3-cü dərəcəli çən yuyan, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək hazır məhsul və tara üzrə anbar fəhləsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək həmin müəssisədə filtrasiya sahəsində fəhlə, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək süzücü-operator, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək üyütmə sahəsində fəhlə, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ekspeditor vəzifəsində çalışmışdır. İddiaçı hal-hazırda elə həmin müəssisədə üyütmə sahəsinin operatoru peşəsində əmək funksiyalarını zərərli və ağır əmək şəraitli iş yerində icra edir. Bütün bunları da iddiaçının ******* nömrəli əmək kitabçası və "xxxx" MMC-nin qəbul etdiyi 1289 nömrəli xx.xx.2022-ci il tarixli arayış da tam olaraq təsdiq edir. Beləliklə, iddiaçı illərdir, yəni xx.xx.1994-cü il tarixdən bu günə qədər "xxxx" MMC-də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarda, peşələrdə və vəzifələrdə zərərli və ağır şəraitli iş yerində çalışır. Belə ki, iddiaçının "xxxx" MMC-də xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək çalışdığı 5-ci dərəcəli çilingər vəzifəsi (peşəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 7.2-ci bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşə (vəzifəsinə) uyğun gəlir. Bu da ona bu vəzifədə işlədiyi dövr üçün güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bundan başqa iddiaçının həmin müəssisədə xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi 5-ci dərəcəli çən yuyan və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi 3-cü dərəcəli çən yuyan vəzifələri (peşələri) də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci bölməsinə əsasən siyahıda sadalanan “çənlərin, bakların və sisternlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar” peşə (vəzifəsinə) uyğun gəlir və bu peşə də ona bu vəzifədə işlədiyi dövr üçün güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bundan başqa iddiaçının həmin müəssisədə xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək çalışdığı hazır məhsul və tara üzrə anbar fəhləsi vəzifəsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək çalışdığı filtrasiya sahəsində fəhlə peşəsi, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək süzücü-operator vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 7.38-ci bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “süzmə aparatçılar” peşə (vəzifəsinə) uyğun gəlir. Bundan başqa iddiaçının həmin müəssisədə xx.xx.2009xx.xx.2012-ci il tarixlərində işlədiyi üyütmə sahəsində fəhlə və xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə işlədiyi ekspeditor vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 1.3-cü bölməsinə əsasən siyahıda sadalanan “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” vəzifəsinə uyğun gəlir və bu peşə də iddiaçıya bu vəzifədə işlədiyi dövr üçün güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bundan başqa iddiaçının hal-hazırda həmin müəssisədə çalışdığı üyütmə sahəsinin operatoru peşəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 3.9-cu bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” peşə (vəzifəsinə) uyğun gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) geologiya kəşfiyyat işləri (yerüstü) (1.3) bəndində ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya- geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər, metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) bişirmə, velsləmə bəndinin (7.2) fəhlələr (a) yarımbəndində təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, nadir metalların, kalsium, maqnezium və titanın metallurgiya və kimyametallurgiya üsulu ilə alınması bəndinin (7.38) fəhlələr yarımbəndində (a) süzmə aparatçıları vəzifələri, ümumi peşələr bölməsində (35) çənlərin, bakların və sistemlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı mərkəzi filiala təqdim etdiyi "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022ci il tarixli 1289 nömrəli arayışında xx.xx.1994-xx.xx.1994-cü il və xx.xx.1999-xx.xx.2009cu il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə çilingər, hazır məhsul və tara üzrə anbar fəhləsi, filtirasiya sahəsində fəhlə və süzücü operator, xx.xx.1994xx.xx.1996-cı il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində çən yuyan, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində isə sürücü-ekspeditor vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) və dağ-mədən işləri sahələrinə aid deyil. Bundan başqa iddiaçının işlədiyi çən yuyan vəzifəsi yuxarıda göstərilən çənlərin, bakların və sistemlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar vəzifəsinə uyğun deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajının olmadığı cavabdeh orqan tərəfindən müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: -iddiaçıya məxsus şəxsiyyət vəqisəqsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdddür. -iddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki,o, xx.xx.1983-xx.xx.1994-cü illərdə M.Əzizbəyov adına “Kimya sənayesi” istehsalat birliyində, xx.xx.1994-xx.xx.1996-cı və xx.xx.1997-xx.xx.1997-ci illərdə “Bakı pivə” birliyində, xx.xx.1999-cu ildən hazırki tarixədək "xxxx" (Carlsberq Azerbaijan MMC)-də işləyir. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. - “Carlsberq Azerbaijan MMC” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü ildən hal-hazıradək müəssisədə çalışır. İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək 5- ci dərəcəli çilingər vəzifəsində işləyirdi. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2ə yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 7.2 bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları’ peşə (vəzifəsinə) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək 5-ci dərəcəli çən yuyan, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək 3-cü dərəcəli çən yuyan vəzifələrində işləyirdi. Göstərilən peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının j5 bölməsinin əsasən siyahıda sadalanan "çənlərin, baklann və sistemlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar” peşə (vəzifəsinə) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. xx.xx.1999cu il tarixindən xx.xx.2006-cı il tarixinədək hazır məhsul və tara üzrə anbar fəhləsi \əzitəsində işləyirdi. xx.xx.2006-cı il tarixindən 01,09.2008-ci il tarixinədək filtrasiya sahəsində fəhlə kimi işləyirdi. 01,09.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək süzücü-operator vəzifəsində işləyirdi. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 7.38 bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan “süzmə aparatçıları” peşə ı vəzifəsinə ı güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.N.08.2009-xx.xx.2012 üyütmə sahəsində fəhlə kimi işləyirdi. xx.xx.2012-xx.xx.2013 sürücü- ekspeditor vəzifəsində işləyirdi. Göstərilən peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35 bölməsinin əsasən siyahıda sadalanan "ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıyageodeziya. geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” peşə (vəzifəsinə) güzəş:.: şərtlərlə pensiya təyin etmək hüququ verir.İddiaçı hal-hazırda üyütmə sahəsinin operatoru peşəsində əmək funksiyalarını zərərli və agır əmək şəraitli iş yerində icra edir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 3.9. bölməsinin a) bəndinə əsasən siyahıda sadalanan "doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” peşə (vəzifəsinə) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələbindən göründüyü kimi şəxsə 60 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajın və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verdiyi imtina cavabı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 12 il 6 ay xüsusi staja malik olmaması ilə bağlıdır. İddiaçı 12 il 6 ay xüsusi staja malik olmasını "xxxx" MMC-də çilingər, çən yuyan, fəhlə, süzücü-operator və sürücü-ekspeditor peşələrində işləməsi ilə əsaslandırır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı»ya uyğun olub-olmamasınım yoxlanılmasını zəruri hesab edir. Həmin uyğulaşmannın aparılması zamanı müəyyən edilir ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışda onun xx.xx.1997-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi çilingər peşəsi həmin Siyahıda 7.2-ci bölməsində yer almış “"təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” və xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi süzücü operator peşəsi 7.38-ci bölməsində yer alan “Süzmə aparatçıları” “Metallurgiya istahsalatı (əlvan metallar)” bölməsinə, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi üyütmə sahəsində fəhlə peşəsi isə “Ümumi bölmə”də (35) "ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya- geodeziya. geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” bölməsində nəzədə tutulmuşdur. İddiaçının hazırda işlədiyi süzücü operator peşəsi isə həmin Siyahəda “Metallurgiya istehsalı (qara metallar) ” bölməsində “doğrama-üyütmə-şeçidləmə mexanizmlərinin maşinistləri” kimi nəzərdə tutulmuşdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi çən yuyan peşəsi həmin Siyahıda “Ümumi” adlanan 35-ci bölməsində yer almış “çənlərin, bakların və sisternlərin içərisinin təmizlənməsi ilə məşğul olan böyük ustalar və ustalar” yarımbölməsinə daxildir ki, orada sadəcə çənlərin yuyulması deyil, usta və böyük usta kimi çənlərin təmizlənməsi peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özü izahatında işlədiyi "xxxx" MMC-nin pivə istehsalatı ilə məşğul olduğunu bildirmişdir. Onun işlədiyi peşələrin və ümumiyyətlə, işlədiyi müəssisənin metallurgiya sahəsinə hər hansı aidiyyətinin olmamasına baxmayaraq iş yerindən təqdim etdiyi arayışda peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələr kimi göstərilərkən “Metallurgiya” bölməsinə aid şifrə və kodlar göstərilmişdir. Halbuki, həmin Siyahıda bütün peşələr bölmələr üzrə dəqiq göstərilmişdir. İddiaçının işlədiyi peşələrin Siyahıda göstərilən peşələrin adları ilə üst-üstə düşməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vermir. Belə olan halda iddiaçının tələb olunan azı 12 il 6 ay xüsusi staja malik olmasına dair şərt yerinə yetirilməmiş olur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar