Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2451/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının İddiaçı 18 mart 2024-cü il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 18 mart 2024-cü il tarixdən təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhər 85 №-li texniki peşə məktəbinə daxil olmuşdur. 24 iyul 1982-ci il tarixdə sözügedən məktəbi bitirmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Cəbrayıl rayonu, Jdanov adına üzümçülük sovxozda çilingər, qarovulçu vəzifəsində çalışmışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəbrayıl rayonu, Dağ-Maşanlı mağazasında müdir-satıcı vəzifəsində işləmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayonu, Jdanov adına üzümçülük sovxozda fəhlə işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Sumqayıt Təsərrüfat Tikinti Sahəsində çilingər işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1993-ci ilədək “Kimyasənayetəmirtikintiquraşdırma” trestində çilingər vəzifəsində çalışmışdır. xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kompressorlar zavodunda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “DKT Meütal” MM-də ocaqçı işləmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan-Çexiya“ Alov-Metal-1” Birgə müəssisəsində əridici vəzifəsində çalışmışdır. xx.xx.2009-cu il tarixdən Metaləritmə sexində indeksion ocaqın təmirçisi işləmişdir. xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC, Sumqayıt Texnologiyalar Parkının Mis və Alüminium elektrotexniki çubuqlar zavodunun alüminium elektrotexniki çubuqlar sexində 3-cü dərəcəli operator əridici vəzifəsində çalışmışdır. xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC, Kabel zavodunun Mis və Alümunium elektrotexniki çubuqlar sexində Alümunium elektrotexniki çubuqlar sahəsində 3-cü dərəcəli əridici operator vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də ümumi istehsalat və Təchizat əməliyyatları departamentinin Kabel istehsalı bölməsinin Mis və Alüminium elektrotexniki çubuqlar sexində əridici operator vəzifəsində çalışmışdır. "xxxx" ASC-nin 01-PH/171 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-nin "xxxx"nın Mis və Alüminium elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində operator-əridici vəzifəsində işləməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci “Metallurgiya istehsalı” (Əlvan metallar) Fəslinin 7.18.1 “Əritmə istehsalı” bəndinə əsasən əridici peşə xüsusiyyətləri ilə eynidir və mənə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. Güzəştli pensiya üçün staj: 02 il, 02 ay, 03 gün təşkil edir. "xxxx" MMC-nin 24 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexində Alüminium elektrotexniki çubuqlar sahəsinin 3-cü dərəcəli əridici operator vəzifəsində işləməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci “Metallurgiya istehsalı” (Əlvan metallar) Fəslinin 7.18.1 “Əritmə istehsalı” bəndinin 7-ci sətrində müəyyən edilmiş “əridicilər” vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Güzəştli pensiya üçün staj: 07 il, 11 ay, 16 gün təşkil edir. "xxxx" MMC-nin 27 saylı, xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar istehsalı sexində 5-ci dərəcəli əridici operator vəzifəsində çalışmağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci “Metallurgiya istehsalı” (Əlvan metallar) Fəslinin 7.18.1 “Əritmə istehsalı” bəndində müəyyən edilmiş “əridici” peşəsinin xüsusiyyətləri ilə eynidir. Güzəştli pensiya üçün staj: 03 il, 03 ay, 13 gün təşkil edir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair tərəfimdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-G-172966/2024 saylı məktubu ilə ona imtina edilmişdir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır və İddiaçı xx.xx.2024-cü il tarixdən həmin pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh, inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-G- 172966/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasTnın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın Metallurgiya istehsalatı (əlvan metallar) (7) əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin (7.18) fəhlələr bəndində (a) əridicilər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2024-cü il tarixli **-PH-*** nömrəli arayışında xx.xx.2010-xx.xx.2012-ci il tarixlər arasındakı dövr ərzində "STP”nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində, "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli 24 nömrəli arayışında xx.xx.2012- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsində, STP Global Cable MMC-nin xx.xx.2024-cü il tarixli 27 nömrəli arayışında xx.xx.2020-ci il tarixindən bugünədək isə Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexində operator-əridici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, onun işlədiyi sahənin sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 4 iyun 2024 -cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş 10 avqust 1982-ci il tarixdə verilmiş diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhər 85 №-li texniki peşə məktəbinə daxil olmuşdur. 24 iyul 1982-ci il tarixdə sözügedən məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş NZ ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş ИТ-İ ******* əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Cəbrayıl rayonu, Jdanov adına üzümçülük sovxozda çilingər, qarovulçu vəzifəsində çalışmışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəbrayıl rayonu, Dağ-Maşanlı mağazasında müdir-satıcı vəzifəsində işləmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayonu, Jdanov adına üzümçülük sovxozda fəhlə işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Sumqayıt Təsərrüfat Tikinti Sahəsində çilingər işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1993-ci ilədək “Kimyasənayetəmirtikintiquraşdırma” trestində çilingər vəzifəsində çalışmışdır. xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kompressorlar zavodunda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “DKT Meütal” MM-də ocaqçı işləmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan-Çexiya“ Alov-Metal-1” Birgə müəssisəsində əridici vəzifəsində çalışmışdır. xx.xx.2009-cu il tarixdən Metaləritmə sexində indeksion ocaqın təmirçisi işləmişdir. xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC, Sumqayıt Texnologiyalar Parkının Mis və Alüminium elektrotexniki çubuqlar zavodunun alüminium elektrotexniki çubuqlar sexində 3-cü dərəcəli operator əridici vəzifəsində çalışmışdır. xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC, Kabel zavodunun Mis və Alümunium elektrotexniki çubuqlar sexində Alümunium elektrotexniki çubuqlar sahəsində 3-cü dərəcəli əridici operator vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də ümumi istehsalat və Təchizat əməliyyatları departamentinin Kabel istehsalı bölməsinin Mis və Alüminium elektrotexniki çubuqlar sexində əridici operator vəzifəsində çalışmışdır. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin 21 yanvar 2025-ci il tarixli, 01-PH/30 saylı məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.2010-cu ildə (əmr № 224/6-kş, xx.xx.2010-cu il) "xxxx"ASC-nin “STP”- nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexinə operatorəridici vəzifəsinə təyin edilib, xx.xx.2011-ci ildə (Əmr №-22/6-kş, xx.xx.2011-ci il) Vəzifə və dərəcəsi saxlanılmaqla Kabel zavodunun Mis və Alümin elektrotexniki çubuqlar sahəsinə keçirilib və xx.xx.2012-ci ildə (Əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. “STP”-nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində operator-əridici vəzifəsində işləməsinə görə əlavə əmək haqqına ödənilməşdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator-əridici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 7-ci “Metallurgiya istehsalı (Əlvan metallar)” Fəslinin 7.18.1. “Əritmə istehsalatı” bəndinə əsasən əridici peşə xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədəuyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li siyahısının, Vİİ “Metallurgiya istehsal” (əlvan metallr) Fəslinin “Metalın əridilməsi və elektrotermik üsulla alınması’ min a) Fəhlələr bəndidəki 1070500a- 16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 02 il, 02 ay, 03 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. STP Global Cable MMC-nin 24 yanvar 2025-ci il tarixli, 009İR/MX Saylı məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) həqiqətən "xxxx" MMC-nin Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexinin 5-ci dərəcəli əridici operatoru peşəsində xx.xx.2020 il tarixindən (əmr İRD-1-006 saylı) hal hazıradək çalışır. Əməkdaşa "xxxx" MMC-nin Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexində operator əridici vəzifəsində çalışdığına görə əlavə əmək haqqı ödənilir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator-əridici vəzifəsi Azərbaycan Respubllikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 7-ci fəslinin Metallurgiya istehsalatı (əlvan metallar) 7.18.1.Əritmə istehsalatı bəndində müəyyən edilmiş əridici peşəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin "1№-İi siyahısının, Vİİ " Metallurgiya istehsal" (əlvan metallar) Fəslinin "Metalın əridilməsi elektrotermik üsulla alınması"nın a) Fəhlələr bəndindəki 1070500a- 16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzıştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 4 il 1 ay 10 gün təşkil edir. "xxxx" MMC-nin 30 yanvar 2025-ci il tarixli, 15 saylı məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) həqiqətən, "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsinin 3-cü dərəcəli operator əridici peşəsinə xx.xx.2012-ci il tarixində (əmr 01-kş saylı) təyin edilib və xx.xx.2020-ci il tarixində (əmr 217-İRD/x saylı) A ərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) mək müqaviləsinə xitam verilib. Əməkdaşa "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsinin 3- cü dərəcəli operator əridici peşəsində çalışdığına görə əlavə əmək haqqı ödənilib. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator əridici vəzifəsi Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 7- ci Metallurgiya istehsalatı (əlvan metallar) fəslinin 7.18.1. Əritmə istehsalatı bəndinin 7- ci sətrində müəyyən edilmiş “əridicilər” vəzifəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin “1 №-li siyahısının, Vİİ “Metallurgiya istehsal” (əlvan metallar) Fəslinin “Metalın əridilməsi elektrotermik üsulla alınması”nın a) Fəhlələr bəndindəki 1070500a- 16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 18 mart 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, onun işlədiyi sahənin sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 4 iyun 2024 -cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin yaranması əsasını iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların işlədiyi sahənin metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid olmaması təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04 iyun 2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, yoxlama zamanı İddiaçı işlədiyi müəssisənin xx.xx.2012-ci ilədək Azenconun nəzdində elektrik naqillərinin istehsalı ilə məşğul olduğu, 2012-ci ildən sonra həmin müəssisənin Sumqayıt Texnologiyalar Parkı MMC kimi fəaliyyət göstərdiyi və elektrik kabellərinin istehsalı ilə məşğul olduğu, onun işlədiyi sahənin fəaliyyət istiqaməti sənayenin metalluriya sahəsinə aid olmadığı qeyd edilmişdir. Akt DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X2 şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin X3 rəisi Mirzə Mirzəyev tərəfindən imza edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin 21 yanvar 2025-ci il tarixli, 01-PH/30 saylı məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.2010-cu ildə (əmr № 224/6-kş, xx.xx.2010-cu il) "xxxx"ASC-nin “STP”- nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexinə operator-əridici vəzifəsinə təyin edilib, xx.xx.2011-ci ildə (Əmr №-22/6-kş, xx.xx.2011-ci il) Vəzifə və dərəcəsi saxlanılmaqla Kabel zavodunun Mis və Alümin elektrotexniki çubuqlar sahəsinə keçirilib və xx.xx.2012-ci ildə (Əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. “STP”-nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində operator-əridici vəzifəsində işləməsinə görə əlavə əmək haqqına ödənilməşdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator-əridici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 7-ci “Metallurgiya istehsalı (Əlvan metallar)” Fəslinin 7.18.1. “Əritmə istehsalatı” bəndinə əsasən əridici peşə xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədəuyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li siyahısının, Vİİ “Metallurgiya istehsal” (əlvan metallr) Fəslinin “Metalın əridilməsi və elektrotermik üsulla alınması’ min a) Fəhlələr bəndidəki 1070500a- 16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 02 il, 02 ay, 03 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. STP Global Cable MMC-nin 24 yanvar 2025-ci il tarixli, 009İR/MX Saylı məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) həqiqətən "xxxx" MMC-nin Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexinin 5-ci dərəcəli əridici operatoru peşəsində xx.xx.2020 il tarixindən (əmr İRD-1-006 saylı) hal hazıradək çalışır. Əməkdaşa "xxxx" MMC-nin Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexində operator əridici vəzifəsində çalışdığına görə əlavə əmək haqqı ödənilir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator-əridici vəzifəsi Azərbaycan Respubllikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 7-ci fəslinin Metallurgiya istehsalatı (əlvan metallar) 7.18.1.Əritmə istehsalatı bəndində müəyyən edilmiş əridici peşəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin "1№-İi siyahısının, Vİİ " Metallurgiya istehsal" (əlvan metallar) Fəslinin "Metalın əridilməsi elektrotermik üsulla alınması"nın a) Fəhlələr bəndindəki 1070500a- 16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzıştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 4 il 1 ay 10 gün təşkil edir. "xxxx" MMC-nin 30 yanvar 2025-ci il tarixli, 15 saylı məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) həqiqətən, "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsinin 3-cü dərəcəli operator əridici peşəsinə xx.xx.2012-ci il tarixində (əmr 01-kş saylı) təyin edilib və xx.xx.2020-ci il tarixində (əmr 217-İRD/x saylı) A ərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) mək müqaviləsinə xitam verilib. Əməkdaşa "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsinin 3- cü dərəcəli operator əridici peşəsində çalışdığına görə əlavə əmək haqqı ödənilib. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator əridici vəzifəsi Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci Metallurgiya istehsalatı (əlvan metallar) fəslinin 7.18.1. Əritmə istehsalatı bəndinin 7-ci sətrində müəyyən edilmiş “əridicilər” vəzifəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin “1 №-li siyahısının, Vİİ “Metallurgiya istehsal” (əlvan metallar) Fəslinin “Metalın əridilməsi elektrotermik üsulla alınması”nın a) Fəhlələr bəndindəki 1070500a-16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Cavabdeh tərəfindən təqdim edilmiş Aktın hansı sənədlər əsasında tərtib edilməsi qeyri-müəyyəndir, cavabdeh tərəfindən tərtib edilmiş Aktla bağlı heç bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş, həmçinin sözügedən Akt iş materialları və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təkzib edildiyinə görə məhkəmə hesab edir ki, qeyd edilən Akt iddianın əsassızlığının sübutu kimi qiymətləndirilə bilməz. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, iddiaçı hüququnun yarandığı 18 mart 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 18 mart 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №e-2-1(118)-2451/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2451/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver