Məhkəmə qərarları › İş №e-2-1(118)-249/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-249/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-249/2025 14.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdənsağlamlığın ikinci dərəcə məhdudlaşdırılması halı olan 65-80% ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin ikinci dərəcə məhdudlaşdırılması halı olan 65-80% ilə müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasında imtina barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz 65-80% ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 xx.xx.1978-ci ildə doğulmuşdur. İddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçının təkrar əlillik müddəti bitdikdən sonra o, müxtəlif müalicələr almış və müayinələrdən keçdikdən sonra yenidən ona əlillik təyinatı aparılması üçün cavabdeh orqana xx.xx.2021-ci il tarixdə Forma 88 göndərilmiş və imtina verilmişdir. Daha sonra şəxs tərəfindən yenidən müayinə və müalicə aldıqdan sonra xx.xx.2022-ci ildə yenidən Forma 88 göndərilmişdir. Adıçəkilən Forma 88-dən iddiaçının əsas xəstəliyi T90.5 ağırlaşma F48, G40, G93.4, yanaşı xəstəliklər D50, K27, İ10, J34.2, K31, H35 qeyd olunmuşdur. Lakin cavabdeh orqan tərəfindən T00080279MLD nömrəli Forma 88 qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqini tapır. Odur ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızıdır.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarının 1.1, 6.1, 6.1.2, 6.7-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "2-ci dərəcə əlilliyin təyin edilməsi" tələbinə dair iş üzrə iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “Xəstəliklərin Beynəlxalq Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, xora xəstəliyi. 12 barmaq bağırsaq xorası tez-tez kəskinləşmələrlə, daimi ağrı sindromu, dispeptik əlamətlər qanaxmalarla; Meyar 2.2. İkinci dərəcə əlillik => digər: 2.2." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “Xəstəliklərin Beynəlxalq Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, xora xəstəliyi. 12 barmaq bağırsaq xorası tez-tez kəskinləşmələrlə, daimi ağrı sindromu, dispeptik əlamətlər qanaxmalarla; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə" səbəbi ilə bir İl müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəb: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, “Xəstəliklərin Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kəllə daxili təzyiq daimi baş ağrıları ilə. Qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar.İİ-li Anemiya. Onikibarmaq bağırsaq keçməməzliyi. Mədənin stenozu, soğanağın çapıq deformasiyası. Postkontuzion sindrom. Posfravnnatik ensefalopatiya. Dispepsiya. Həzm funksiyasının kəskin pozulması. Qabarıq astenonevrotik sindrom tez-tez baş verən vegetativ-damar krizləri ilə. Xoşxassəli kəllədaxili hipertenziya; Meyar 2.2 İkinci dərəcə əlillik => 2,2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçərpan veg..." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =:> T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya. Dispepsiyə, Həzm funksiyasının kəskin pozulması qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, İİ cili anemiya. Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolma tutmaları ilə. Onikibarmaq bağırsağın xorası, xora xəstəliyi. 12 barmaq bağırsaq soğanağının tez-tez qanaxma ilə residivləşən xroniki xorası daimi ağrı sindromu və dispeptik əlamətlərlə; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - səbəb: Əlavə, müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina edilmişdir. Sumqayıt 4 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Dəqiqləşdirilməmiş lokalizasiyalı peptik xora, xora xəstəliyi. 12 barmaq bağırsaq xora xəstəliyi; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina edilmişdir. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 16 may 2023-cü il tarixli, 3-17-4/3-3-2995/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAP8R nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********0). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 827 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qapalı kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "Sağtərəfli bronxoadenit Xroniki erozivafı qastrit kəskinləşmə mərhələsində. Xora xəstəliyi, onikibarmaa bağırsağın xorası. kəskinləşmə mərhələsində. Vegetativ damar distoniyası diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKBT-nm davamlı qalıq əlamətləri” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda əlillik təyinatına əsas verən patoloji əlamətlər müəyyən edilmir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı uzun müddətdir ki, tutmalarının olduğunu bildirsə də. İfadə etdiyi anamnestik məlumatlar və klinik əlamətlər məlumatlar epitutmalar üçün xarakterik olmamışdır. Əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologya izlənilməmiş, astenik əlamətlər, nevroloji status və intellektual mnestik funksiyaları yaşına uyğun, ətraflarda hərəkət sərbəst qeyd edilmişdir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, yaddaş pozğunluğu, əsəbilik, qicolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında hərbi xidməti zamanı dalaşdığını, bu səbəbdən ordu sıralarından təxlis olunduğunu bildirmiş, hazırda medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qebul etdiyini qeyd etmişdir. Vətəndaş anamnestik məlumatlarında epitutmanı izah edə bilməmiş, təqdim etdiyi EEQ müayinələrin nəticələrinin doğruluğuna ciddi şübhə yaranmışdır, (müəssisələr: General hospital, Hipokrat tibb mərkəzi, Şərq klinikası) Psixi statusunda vətəndaş tam adekvat, intellektual mnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuş, emosional labil izlənilmiş, ruhi xəstəlik əlamətləri müşahidə edilməmiş, psixi sənədlərində qeyd olunan diaqnozlar bir birilə ilə uygunsuz olmuş, həkim-ekspert tərəfindən təsdiqlənməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X12nin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Kəllə daxili travmanın nəticələn. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziva posttravmatik ensefalopatiya, tez-tez baş verən vegetativ damar krizleri, qicolma tutmaları İlə. Kəskin asteno nevrotik sindrom. Hipertoniva xəstəliyi İİİ mərhələ. Mədənin stenozu, soğanağın çapıq deformasiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 22184 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Üzvi mənşəli (travma) nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi. Davranış pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 10653 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi affektiv pozuntu, tez- tez bas verən depressiv əlamətlərlə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Qabarıq asteno-nevrotik sindrom" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Hippokrat Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Rezidualüzvi dəyişikliklər və diensefal strukturların disfunksiyası fonunda beyin neyronlarının epitipli labil paroksizmal vəziyyəti, funksional yüklənmə zamanı qıcolma hazırlığı əlamətləri-Posttravmatik ensefalopativa, generalizə olunmuş epitutmalar ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Şərq-Qərb Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ-fon azısında alfa ritm tezliyi saniyədə 7-8 hrs azalıbdır, amplituda 25-30 mkV yüksəlibdir. Bütün konveks boyu alın-gicgah-təpə paylarının üstünlüyü ilə betta-paroksizmal oyanıqlıq fonunda tək-tək dalğalar spavk və pik dalğalarla əvəzlənir. Alın-təpə paylarında reo dalğalar qeyd edilir. Baş-beyin diensefal və qabıqaltı strukturların disfunksiyası əlamətləri, kəllədaxili hipertenziya, vertebro bazilyar çatışmamazlıq, posttravmatik ensefalopatiya əlamətləri, beyin qabığının hipoksiyası, vegeto-damar paroksizmal oyanıglığı, verilən afferent qıcıqlara qarsı yüksək həssaslığı izlənilir. Epi qapı qıcıqlıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. X12nin xx.xx.2022-cİ il tarixli MRT müayinəsinin nəticəsi 'Periventrikulvar sahələrdə aterosklerotik ensefalopatiyaya uyğun işıqlanma sahələri izlənilir. Beyinin hər iki yarımkürəsində alıntəpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar təyin olunur. Sağ yan mədəciyin arxa buynuzu qonşuluğunda, ətrafında qlioz dəyişiklik olan 10*15 mm ölçüsündə malyasiya sahəsi izlənilir (keçirilmiş beyin qan dövranının pozğunluğunun qalıq əlaməti). Alın cibdə, etmoidal hücrələrdə, əsas cibdə və hər iki maksilvar sinusda kobud mukozal qalınlaşma qeyd edilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. General hospitalın xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsinin doğruluğuna şübhə yaranmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

10. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1995-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək hərbi xidmətdə olmuşdur.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 827 nömrəli Qərarından görünür ki, "Qapalı kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "Sağtərəfli bronxoadenit Xroniki erozivafı qastrit kəskinləşmə mərhələsində. Xora xəstəliyi, onikibarmaa bağırsağın xorası. kəskinləşmə mərhələsində. Vegetativ damar distoniyası diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 may 2023-cü il tarixli, 3-17-4/3-3-2995/2023 nömrəli Qərarından görünür ki, Sumqayıt şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAP8R nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********0). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.

13. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

14. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

15. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

16. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.

17. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.

18. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.

19. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətini Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı şəhər poliklinikasında tərtib edilmiş 0529003AAGTQ nömrəli Forma 088 göndərişindən görünür ki, o, “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapal kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, xoşxassəli kəllədaxil hipertenziya, kəllədaxili hipertenziya, dispepsiya, həzm funksiyasının kəskiı pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarma; bağırsaq soğanağmm çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya, dəqiqləşdirilməmiş ensefalopatiya posttravmatik ensefalopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, qabara asteno-nevrotik sindrom” diaqnozunda olan xəstəliklərə düçar olmuşdur. Qeyd edilən xəstəliklər xroniki olduğundan reabilitasiyasi yoxdur, kəskinləşərkən əlavə müalicəyə cəlb oluna bilər. Orqanizmin funksiyalarının neçə faizinin pozulması sualı əlilliyin təyininə aid olduğundan onlar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2024-cü il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı şəhər poliklinikasında tərtib edilmiş 0529003AAGTQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya, dispepsiya, həzm funksiyasının kəskin pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarmaq bağırsaq soğanağının çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya, dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, qabarıq asteno-nevrotik sindrom” diaqnozunda olan xəstəliklərə düçar olmuşdur. Həmin xəstəliklərdən həzm traktmm xəstəlikləri “Həzm funksiyasının kəskin pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarmaq bağırsaq soğanağmın çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya” istisna olmaqla digər xəstəliklərə Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik xəstəxanası Phş-nin verdiyi xx.xx.2023-cü il tarixli, 5115 nömrəli tibbi vərəqədə də tam şəkildə rast gəlinir. Həzm traktının xəstəlikləri isə bütün Forma 088də qeyd olunduğundan onları inkar etmək də olmaz. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofimksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları” nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı.

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2024-cü il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “Respublika Klinik Xəstəxanasına göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı ona "Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, simptomatik epilepsiya qıcolma tutmaları ilə, asteno-nevrotik hal, sağ temporal payda 32x26x13 mm ölçüdə kista” diaqnozu qoyulsa da, hazırda onda ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxsiyyət pozulmaları nəzərə alınmır) ilə nəticələnən ayda 2-3 kobud disforiya halları aşkar edilməmişdir. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal –hazırda İddiaçı xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həm xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim nevroloqun müayinəsindən keçirlər. Xəstəlik kəskinləşdiyi təqdirdə isə vəziyyətinin ağırlığından asılı olaraq ambulator-stasionar müalicəyə cəlb olunurlar.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2025-ci il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Respublika Klinik Xəstəxanası”na göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, simptomatik epiiepsiya qıcolma tutmaları ilə, asteno-nevrotik hal, sağ temporal payda 32x26x13 mm ölçüdə kista” diaqnozu qoyulmuşdur. O, 19.03-xx.xx.2025ci il tarixlərdə “X12’ndə “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətİəri-G93, S06.8, kəilədaxili hipertenziya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan, epileptik qıcoima tutmaları İlə (ayda 5 dəfə) G90, G93.2, sağ temporal payda 30x24x31mm kista, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom, hipertoniya xəstəliyi İİ-İİİ dərəcə, D33, F48.0, Î10” diaqnozu ilə müalicədə olmuşdur. Belə ki, həmin xəstəlik, yəni epiiepsiya, teztez təkrarlanan (ayda 5 dəfə) tutmalarla müşayiət olunmuş və EEQ müayinədə təsdiq olunmuşdur. Vətəndaş İddiaçı hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

24. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

25. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.

26. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

27. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

29. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

b) Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 1.8-ci bəndinə əsasən əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

33. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6-cı bəndinə əsasən orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.7 Epilepsiya – G40. Qiymətləndirmə: 6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - 65-80 faiz, 2 il.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

37. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

38. Belə ki, iddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək hərbi xidmətdə olmuşdur. xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə əlillik təyin edilməkdən imtina edilmişdir. Sonuncu dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2025-ci il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Respublika Klinik Xəstəxanası”na göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, simptomatik epiiepsiya qıcolma tutmaları ilə, asteno-nevrotik hal, sağ temporal payda 32x26x13 mm ölçüdə kista” diaqnozu qoyulmuşdur. O, 19.03-xx.xx.2025ci il tarixlərdə “X12’ndə “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətİəri-G93, S06.8, kəilədaxili hipertenziya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan, epileptik qıcoima tutmaları İlə (ayda 5 dəfə) G90, G93.2, sağ temporal payda 30x24x31mm kista, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom, hipertoniya xəstəliyi İİ-İİİ dərəcə, D33, F48.0, Î10” diaqnozu ilə müalicədə olmuşdur. Belə ki, həmin xəstəlik, yəni epiiepsiya, teztez təkrarlanan (ayda 5 dəfə) tutmalarla müşayiət olunmuş və EEQ müayinədə təsdiq olunmuşdur. Vətəndaş İddiaçı hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir.

40. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 6.7 Epilepsiya – G40. Qiymətləndirmə:6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır).

41. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar