Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-260/2022 06.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri X6 və X1 iştirakı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********747300 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********747300 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-260/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ilə rədd edilmişdir. Məhkəmənin e-2-1(118)-260/2022 saylı, 11 mart 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-260/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzə 2 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, bildirmişdir ki, müraciətinin başlıca səbəbi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 21 Dekabr tarixli 556 nömrəli Qərarın tələblərinin düzgün icra olunmamasına etiraz edir. Belə ki, 556 nömrəli qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin. Həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin. X8 bölməsinin 4-cü bəndində qeyd olunur ki, Sahibkarların mikro, kiçik, orta və ya irisahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və ilərzində dəyişməz qalır". "Bütün bunlara baxmayaraq hazırda sahibkarlarla Dövlət Vergi Xidməti arasında mübahisələr davam edir. Belə ki, kateqoriyanı müəyyən edən qurum Dövlət Vergi Xidməti olmadığı halda, bu kateqoriyanı özü səhv müəyyən edir, meyarların ölçü göstəriciləri dəyişən sahibkarların növbəti ildən deyil həmin ildən kateqoriyasının dəyişdiyini bildirir və sahibkarlara xüsusən də mikro sahibkarlara güzəştlərdən yararlanmağa imkan vermir. Bu problemin həlli məqsədi ilə dəfələrlə Dövlət Vergi Xidmətinə şikayət olunmuşdur, hətta Dövlət Statistika komitəsindən sahibkarın hansı kateqoriya aid olmasına dair arayış alınıb vergilər nazirliyinə təqdim olunsa da Dövlət Vergi Xidməti bu arayışı nəzərə almır və sahibkarların hüquqlarını pozmağa davam edir". Bütün bunlara baxmayaraq hazırda 2 saylı ƏVBİ hansı əsasla Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əvəzinə hansı məqsədlə səhv qərar verdiyi iddiaçıya aydın deyildir. Belə ki, qərarda aydın şəkildə qeyd olunur ki, kateqoriyanı müəyyən edən qurum Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsidir. 2 saylı ƏVBİ meyarların ölçü göstəriciləri dəyişən sahibkarların növbəti ildən deyil həmin ildən kateqoriyasının dəyişdiyini bildirir və iddiaçıya mikro sahibkarlara müəyyən edilən güzəştlərdən yararlanmağına imkan vermir. Bu problemin həlli məqsədi ilə tərəfindən 2 saylı ƏVBİ yə şikayət olunmuş, hətta Dövlət Statistika komitəsindən sahibkarın hansı kateqoriya aid olmasına dair arayış (21 dekabr tarixli(**********03********) **********634800 nömrəli məktubla Fəaliyyət subyektinin bölgü meyarı) alınıb təqdim olunsa da 2 saylı ƏVBİ bu arayışı nəzərə almır və iddiaçının hüquqlarını pozmağa davam edir. Əlavə olaraq qeyd edir ki, bu uyğunsuzluğa görə hesablanmış KYB məbləği hazırda qüvvədədir. İddiaçını xx.xx.2021-ci il tarixində daxil olmuş xəbərdarlıq məktubunda yaranmış borcun alınmasına görə ölkədəngetmə hüququnun məhdudlaşdırılacağı ilə bağlı məhkəməyə müraciət olunacağı haqqında məktub göndərilmiş və məktubda xx.xx.2021 ci il tarixində 2 saylı ƏVBİ inzibati idarəsinə çağırılmışdır. Həmin gün iddiaçının gələ bilməyəcəyini notarial qaydada etibarnamə əsasında nümayəndənin növbəti gün gələ biləcəyi barədə telefonla məlumat vermişdir. Nümayəndə növbəti gün Bakı şəhərindən Sumqayıt şəhərinə 2 saylı ƏVBİ idarəsinə getmişdir. Nümayəndə ilə heç kim görüşməmişdir. Daxili telefon vasitəsi ilə “Kameral vergi yoxlamaları” şöbəsinin rəisi Əliyev Azərlə danışmışdır. İddiaçının nümayəndəsi uyğunsuzluğun aradan qaldırılması ilə bağlı gəldiyini, müvafiq sənədləri gətirdiyini, onları təqdim etmək istədiyini bildirmiş və onu qəbul etməsini xahiş etmişdir. Lakin şöbə rəisi əsassız olaraq nümayəndəni qəbul etməkdən imtina etmişdir. Nümayəndəni həmin gün nə şöbə rəisi nə də hər hansısa bir əməkdaş qəbul etməmişdir. Əgər qəbul olunmayacağdıqsa boş yerə onu və ya səlahiyyətli nümayəndəni uzun yol qət edib 2 Saylı ƏVBİ niyə görüşə çağırıb? Cənab Prezident tərəfindən dəfələrlə məmurların sahibkarlara qarşı münasibətlərində diqqətli olmağa,süründürməçiliyə şərait yaratmamağa, sahibkarların hüquqlarını pozmamağa çağırmışdır. Lakin görünən odur ki, cavabdeh inzibati orqan Prezidentimizin bu çağırışlarına və tapşırıqlarına məhəl qoymur. Problemin tez bir zamanda həll olunması üçün və iddiaçı kimi sahibkarların da gələcəkdə süründürməçiliklə qarşılaşmamasına görə müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. Qoşma sənəd olaraq AR Dövlət Statistika Komitəsinin xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayış də cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması barədə qərarın qəbul edilməsinə əsas – iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə cari gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra, cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlanmış və nəticədə xx.xx.2020-ci il tarixdə kameral qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi iddiaçı gəlir vergisi bəyannaməsində güzəştdən istifadə etməsidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. İddiaçı 2020-ci il üzrə vergiyə cəlb olunan gəliri 23,133.70 manat olmuş, VM-nin 102.1.30-cu maddəsinə əsasən həmin məbləğin 75 faizi - 17350.28 manat hissəsi vergidən azaddır. Nəticədə iddiaçının vergiyə cəlb olunan gəlir vergisi 1156.68 manat vergi öhdəliyi var. Lakin cavabdeh vergi orqanı tərəfindən VM-nin 102.1.30-cu maddəsini tətbiq etmədək gəlirə əsasən əsassız və qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət ünvanlayaraq, iddiaçının hansı sahibkarlıq subyektinə aid olması barədə məktub göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İddiaçı ünvanlanmış 01/3-314 saylı, 15 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında" 2018-cı il 21 dekabr tarixli, 566 nömrəli Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumata görə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Dövlət Statistika Komitəsinə daxil olmuş siyahıda fərdi sahibkar İddiaçı dair məlumat mövcud deyildir) xx.xx.2020-ci il vəziyyətinə fərdi sahibkar kimi (İddiaçı, VÖEN-**********) mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilirsiniz.” 2020-ci il Gəlir Vergisi bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********747300 saylı xx.xx.2021-ci il tarixli qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmiaddan məhrumetmə (elmiadın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadicəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud ou Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, qanunverici yuxarıda qeyd olunan normalarla vətəndaşı qanunazidd yaranmış vergi öhdəliklərinin tələb edilməsindən qorayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi ilə təminat altına almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-ci maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hörmətli məhkəmə, hesab edirəm ki, Vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbuledilməsinizəruriedən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hər hansı sübut bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbuletmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasənməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasənməhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, fərdi sahibkar İddiaçı (bundan sonra fərdi sahibkar) şikayətində 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 3 472,08 manat vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci il gəlir vergi bəyannaməsində təqdim edilən bəyannamənin 1223-cü "Ümumi Gəlirlər" sətrində göstərilən 221500 manat məbləğ 200000 manatdan yuxarı olduğundan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17350,28 manat güzəşt hüququndan mikro sahibkarlıq subyekti ola bilmədiyindən istifadə edilə bilməməsi və təqdim edilən bəyannamənin “Xammal və materiallar" (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri" (1226.10-cu), “Rabitə xərcləri" (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230- cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər" (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 198366,30 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (198356,20 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (0 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr)+1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən ( 198356,20 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (198356,20 manat) məbləğin müqayisəsi nəticəsində 10,10 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi üzrə elektron uyğuynsuzluqlar yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli **********919600 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (İtirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 3472,08 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********074400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17 350,28 manat güzəşt hüququ nəzərə alınmayaraq, Vergi Məcəlləsinin 37-cİ, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin üçün gəlir vergisi bəyannaməsi üzrə 3 472,08 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********747300 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən ona təqdim edilmiş xx.xx.2020-cİ il tarixli 01/3-314 saylı arayışa əsasən mikrosahibkarlıq subyektinə aid edildiyini əsas gətirərək, müvafiq güzəştdən istifadə etmək hüququnun olduğunu iddia etmişdir. Bununla bağlı bildirirlər ki, fərdi sahibkar tərəfindən xx.xx.2021-cil tarixdə 2020- ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsi sətrindən 221 500,00 manat məbləğində gəlir məbləğinin qeyd edildiyi, həmin dövr üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və məcburi dövlət sosial sığorta haqları bəyannamələrinə, əmək müqaviləsi bildirişləri barədə məlumatlara əsasən işçisinin olmadığı müəyyən edilmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlan"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il 556 nömrəli Qərarına əsasən işçilərin orta siyahı sayı 10 nəfərə qədər, illik gəliri isə 200000,0 manata qədər olan sahibkarlıq subyektləri mikro sahibkarlıq subyektlərinə aid edilmişdir. Qərara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir, həmçinin sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı" və “illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Buna əsasən vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş ''Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlan'’na əsasən mikro sahibkar işçilərin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 000,00 manat və ondan kiçik olan şəxslər müəyyən edilmişdir. Qərarın Qeydlər hissəsinin 2-ci bəndinə əsasən də sahibkarların mikro, kiçik, orta və ya İri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı" və “illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 17 yanvar 2022-ci il tarixli, 01/3-57 saylı cavab məktubunda bildirmişdir ki, sahibkarlıq subyektinin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, müvafiq olaraq işçilərin orta siyahı sayı və illik gəlir haqqında Dövlət Statistika Komitəsinə ötürülən məlumatlar əsasında, sözügedən Qərarla təsdiq edilmiş meyarlara uyğun olaraq müəyyən edilir və il ərzində dəyişməz qalır. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Məlumatlar arxivləşdirilərək Dövlət Statistika Komitəsinin məlumat bazasında saxlanılır və müvafiq Qərara uyğun olaraq hər növbəti il mayın 10-dan gec olmayaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülür. Eyni zamanda bildirirlər ki, İddiaçı (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumatlara görə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Dövlət Statistika Komitəsinə daxil olmuş siyahılarda fərdi sahibkar İddiaçı dair məlumat mövcud olmamışdır) fərdi sahibkar kimi xx.xx.2020-ci il vəziyyətinə mikro, xx.xx.2021-ci il vəziyyətinə isə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndələri X6 və X4 iştirak etmiş və bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 556 saylı qararı ilə il ərzində dövlət vergi xidməti tərəfindən fərdi sahibkar subyektlərinin gəlir məlumatları daxil olur. Növbəti ilin 20 aprel tarixindən gec olmayaraq təqdim edilir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən orta illik işçi sayı ilə bağlı məlumatlar hər növbəti ilin 20 aprel tarixindən gec olmayaraq təqdim edilir. Dövlət Statistika Komitəsi 10 may tarixindən gec olmayaraq sahibkarlıq subyektlərinin bölgüsü aparılır və müvafiq olaraq Ədliyyə Nazirliyinin sahibkarlıq subyektlərinin yoxlanması reyestrinə təqdim edilir. Cari dövrün məlumatı Statistika Komitəsində olmur. Komitə əvvəlki dövrün məlumatları əsasında bölgü aparır. Odur ki, vətəndaş müraciət edəndə ona xx.xx.2021-ci il üzrə sahibkarlıq subyektinə dair məlumat təqdim edilmişdir. Bəzən qeyd edilir ki, bölgü aparılmamışdır. Bu ƏƏSMN və DVX tərəfindən heç bir məlumat təqdim edilmədiyi halda Komitə tərəfindən bölgü aparmaq mümkün olmur. DVX və ƏƏSMN daxil olmuş məlumatları birləşdirib, xüsusi proqramla uzlaşdırıb AR NK qərarı əsasında meyar bölgüsünü müəyyənləşdirirlər. Əldə olunan nəticəni mayın 10-dan gec olmayaraq AR Ədliyyə Nazirliyinə təqdim edirlər. Hazırkı məlumat əvvəlki ilə aid məlumatdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Beləki cavabdeh inzibati orqan qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin uçot-baza məlumatına əsasən iddiaçı fərdi sahibkar kimi xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, ərizəsinə əsasən fəaliyyətinin “mərkəzi ofislərin fəaliyyətindən ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsinin 1223-cü "Ümumi Gəlirlər" sətrində göstərilən 221500,00 manat məbləğ 200000,00 manatdan yuxarı olduğundan mikro sahibkarlıq sübyekti ola bilmədiyindən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17 350,28 manat güzəşt hüququndan istifadə edə bilməyəcəyi müəyyən edilərək, vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanmışdır.Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********919600 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq əsaslı izahat və ya təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən gəlir vergisi bəyannaməsi üzrə 2020-ci ilin üçün 3 472,08 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********074400 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə kassa metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində 221 500,00 manat ümumi gəlirlər, 198366,30 manat ümumi gəlirdən çıxılan xərc göstərilərək, 23 133,70 manat vergiyə cəlb edilən gəlir üzrə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququndan istifadə edilərək 5 783,42 manat vergiyə cəlb edilməli olan gəlir bəyan edilmişdir.İddiaçı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən ona təqdim edilmiş xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayışa əsasən mikrosahibkarlıq subyektinə aid edildiyini əsas gətirərək, müvafiq güzəştdən istifadə etmək hüququnun olduğunu iddia etmişdir. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayışında fərdi sahibkarın xx.xx.2020-ci il vəziyyətinə mikrosahibkarlıq subyekti kateqoriyasına aid edildiyi qeyd edilmişdir.Həmçinin iddiaçı tərəfindən xx.xx.2021-cil tarixdə 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsi sətindən 221 500,00 manat məbləğində gəlir məbləğinin qeyd edildiyi, həmin dövr üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və məcburi dövlət sosial sığorta haqları bəyannamələrinə, əmək müqaviləsi bildirişləri barədə məlumatlara əsasən işçisinin olmadığı müəyyən edilmişdir.“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il 556 nömrəli Qərarına əsasən işçilərin orta siyahı sayı 10 nəfərə qədər, illik gəliri isə 200 000,0 manata qədər olan sahibkarlıq subyektləri mikro sahibkarlıq subyektlərinə aid edilmişdir.Qərara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir, həmçinin sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.Buna əsasən vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar işçilərin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 000,00 manat və ondan kiçik olan şəxslər müəyyən edilmişdir. Qərarın Qeydlər hissəsinin 2-ci bəndinə əsasən də sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Məhkəmə cavabdeh inzibati orqanın qeyd etdiklərini əsaslı, iddianı isə əsassız hesab edir. Beləki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsinin 1223-cü "Ümumi Gəlirlər" sətrində göstərilən 221500,00 manat məbləğ 200000,00 manatdan yuxarı olduğundan mikro sahibkarlıq sübyekti ola bilmədiyindən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17 350,28 manat güzəşt hüququndan istifadə edə bilməyəcəyi müəyyən edilərək, vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə qeyd edir ki, yaranmış mübahisənin mahiyyəti yoxlanılan dövrdə iddiaçının mikro vəya kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edilməsi ilə əlaqədar vergi ödəyicisinin müvafiq güzəştlərdən istifadə edib-etməməsi təşkil edir. İddiaçının iddiasının əsasını Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən ona təqdim edilmiş xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayışa əsasən mikrosahibkarlıq subyektinə aid edildiyi üçün müvafiq güzəştdən istifadə etmək hüququna malik olması təkil edir. Məhkəmə iddiaçının bu dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarlarına əsasən : Sahibkarlıq subyektlərinin İşçilərinin orta İllik gəliri (ig) ölçüsünə görə siyahı sayı (min manat) kateqoriyaları (nəfər) Mikro sahibkar 1 - 10 ig ≤ 200 Kiçik sahibkar 11 - 50 200 < ig ≤ 3 000 Orta sahibkar 51 - 250 3 000 < ig ≤ 30 000 İri sahibkar 251 və ondan 30 000 < ig yuxarı Qeydlər:
1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.
4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Habelə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarında qeyd edilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.
5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.
6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Göründüyü kimi vergi ödəyicisinin illik gəliri onun onun Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarlarını müəyyən edən əsas kimi müəyyən olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsinin 1223-cü "Ümumi Gəlirlər" sətrində göstərilən 221500,00 manat məbləğ 200000,00 manatdan yuxarı olduğundan cavabdeh inzibati orqanın uyğunsuzluq müəyyən edərək, əlavə vergi hesablaması əsaslı olmuşdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarına uyğun olaraq mikrosahibkar statusunun itirmişdir. O, mikrosahibkar statusunu itirdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş meyarlara uyğun olaraq kiçik sahibkar kimi hesabat verməli idi. Göründüyü kimi cavabdeh inzibati orqan qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev