Məhkəmə qərarları › İş №e-2-1(118)-2698/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2698/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2698/2023 08.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “cavabdeh tərəfindən “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı vergi qanunvericilik normalarını düzgün tətbiq etməyərək və özünəuyğun qaydada şərh edərək əsassız və qanunsuz olaraq cəmiyyətə qarşı kameral vergi yoxlaması açmış və nəticədə İİ rüb üzrə dövriyyəni süni şəkildə artaraq, əlavə vergi hesablamış və bilərəkdən vergi mükəlləyyətini sadələşdirilmiş vergi ödəyicisindən ƏDV-yə keçirmişdir. Belə ki, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı onlar tərəfindən şikayət göndərilmiş, lakin həmin şikayətə baxılma müddəti uzadılaraq, 06 dekabr 2022-ci il tarixli şikayətin təmin edilməməsi haqqıda qərar qəbul edilmişdir. 06 dekabr 2022-ci il tarixli **********605800 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan təkrar şikayət verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 04 saylı 09 fevral 2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmişdir.Həmin qərar ona 23 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisi Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin İİ rübü üzrə təqdim edilmiş sadələşmiş vergi bəyannaməsinin araşdırılması zamanı müvafiq dövr üzrə rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticələrindən az olduğu müəyyən edilmişdir. Belə ki, müvafiq dövr üzrə xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən dövriyyə mənləğinin 145439,48 manat olduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilmiş dövriyyə məbləği bəyannamədə tam olaraq əks etdirilmədiyi müəyyən edilmişdir (56493,04 manat). Həmçinin, vergi ödəyicisi tərəfindən 2400,0 manat daşınmaz əmlak üçün icarə haqqı ödənilməsinə baxmayaraq ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilsə də vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmamışdır. Gösətərilənləri nəzərə alaraq, 2022-ci ilin İİ rübü üzrə 1778,93 manat (145439,48-56493,04*2%) sadələşdirilmiş vergi və 336,0 manat (2400,0*14%) ÖMV hesablanmışdır. Beləliklə, cəmi hesablama məbləği 2114,93 (1778,93+336,0) manat təşkil etmişdir. Lakin, kameral hesablama aparıldıqdan sonra vergi ödəyicisinin dövriyyəsi 200,0 min manatdan artıq olduğu üçün (xx.xx.2022-ci il tarixdən limiti keçmişdir) xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və 2022-ci ilin sadələşdirilmiş vergi bəyannaməsində 3-cü ay üzrə (iyun ayı) hesablanmış vergi məbləği (958,94 manat) azaldılmışdır. Yekun olaraq, kameral vergi yoxlaması ilə hesablanmış məbləğ 1155,99 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı Nümayəndə barəsində 3 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Quba şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddia tələbi iki hissədən ibarətdir.Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib etdiyi “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində tətbiq etdiyi ƏDV qeydiyyatının ləğv edilməsi. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, vergi orqanının qəbul etdiyi qərarda qeyd edilən Kameral vergi yoxlaması zamanı 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin aprel ayı üzrə qeyd olunmuş 14348,0 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 47947.08 manat) müşahidələrin nəticəsindən 33599.08 manat, may ayı üzrə qeyd olunmuş 16616.21 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 49545.32 manat) müşahidələrin nəticəsindən 32929.11 manat, iyun ayı üzrə qeyd olunmuş 25528.83 manat rəsmiləşdirilmiş son xronometraj (dövriyyə manat) müşahidələrin nəticəsindən 22418.25 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki. Vergi Məcəlləsinin 37.5ci maddəsinə əsasən, Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəvıcısının bu Məcəllədə nəzərdə tutulmuş qaydada, fəaliyyətini dayandırdığı, xronometrajın keçrildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Bu maddənin imperativ xarakter daşımadığı açıq aydın görünür. Digər tərəfdən isə bu maddənin istifadəsi üçün vergi orqanı tərəfindən. Vergi Məcəlləsinin 50-1.1-ci maddəsində göstərilən hallar (3 hal qeyd edilib) baş verdikdə mümkündür. Bu hallar tam dəqiq göstərilmiş və bu halların heç biri cəmiyyətdə baş verməmişdir. Vergi Məcəlləsinin 3-cü maddəsində bu tam öz əksini tapmışdır. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadı cəhətdən əsaslandırılmalıdır. İş materiallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı fərdi sahibkarın dövriyyəsinin ardıcıl 12 ay üzrə (xx.xx.2022-ci il tarixdən) 200000,0 manatdan artıq olduğu müəyyən edilmiş və bununla bağlı vergi ödəyiciyə xx.xx.2022-ci il tarixli **********035400 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə təqdim etmədiyi üçün vergi orqanı fərdi sahibkarı öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün xx.xx.2022-ci il tarixdən qeydiyyata almışdır. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********482600 nömrəli “Aşkar edilmiş kənarlaşma haqqında” məktubla fərdi sahibkara müraciət olunaraq xronometraj metodu ilə aparılmış müşahidələrin nəticəsində fərdi sahibkarın dövriyyəsinin 2022-ci ilin iyun ayı üzrə 47947 manat, iyul ayı üzrə 49545,32 manat və avqust ayı üzrə 49545,32 manat olmasına baxmayaraq müvafiq dövrlər üzrə vergi orqanına ƏDV bəyannamələri təqdim edilməməsi barədə məlumat verilmiş, vergi ödəyicisi tərəfindən hər hansı dəqiqləşmiş ƏDV bəyannamələri təqdim edilmədiyi üçün qeyd olunan dövrlər üzrə ƏDV üzrə hesablama aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğundan onun barəsində ƏDV üzrə hesablama aparılması düzgün deyildir. Belə ki, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyıcilən istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yem fəaliyyətə başlayan vergi ödəvıcisı vergi uçotuna durmaq üciin ərizədə qeyd etdiyi metodu tətbiq edir. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən isə, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan səxslər- sadələşdirilmiş vergi odəyici olmaq hüququna malikdirlər. İddiaçı əvvəlcədən də sadələşdirilmiş vergi ödəyici hüququnu seçmiş və hal-hazırda da sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmalıdır. Çünki, dövriyyənin 200000 (iki yüz mini manatdan artıq olması, onu sadələşdirilmiş vergi ödəyicisi hüququndan məhrum etmir, yalnız vergi öhdəliyi 2%-dən 8%-ə dəyişir. Əgər iddiaçının bu metodu dəyişmək niyyəti olsaydı, bununla bağlı Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, imtina məktubu təqdim edərdi.Əslində vergi orqanı da bunu qəbul etmişdir. Belə ki, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci ıl tarixli **********603200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdıqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-cı. 67-cı və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2114,93 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-cı ıl tarixli **********284200 nömrəli qərar qəbul edilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2022-ci ilin 2-cı rübü iicün sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşmə aparılmış və qeyd olunan dövr üzrə 1155.99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-cı ıl tarixli **********670700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Bu onu göstərir ki. vergi orqanı da həmin dövrlərdə sadələşdirilmiş vergi ödəyicisi kimi qəbul edib, ödənişləri qəbul ediblər. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bitməz. “İnzibati icraat haqqında’’ Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı tərəfindən, cəmiyyətin özünün müdafiəsi iicün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış. yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin qeyd edilməsi ilə kifayətlənmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ei maddəyə əsaəsn qarşılıqlı etimad mərfumun anlayışı verilmişdir. Həmin anlayışa görə qarşılıq etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Eyni Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibatı praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibatı praktika davamlı olmalı və timumi xarakter daşımalıdır. Sözügedən Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə desək, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməzdir. Beləliklə vergi orqanı hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Belə olan halda cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməli və iddiaçının ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyi Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinə həvalə edilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Nümayəndə barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********284200 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və iddiaçı barəsində ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar