Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-287/2025 19.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq 2023 cü ilin sentyabr oktyabr ayları üçün aylıq 541,96 manat pul məbləğində olan ümumilikdə 1083,92 manat pul məbləğinin və əvvəlki iddia ərizəsi üzrə 2022-ci ilin may, iyun, iyul, avqust ayları üzrə olmaqla ümumilikdə 1600 manat pul məbləğinin və cəm olaraqda 2683,92 manat pul məbləğinin cavabdehdən tutulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq müraciət etdiyim tarixdən yəni 2022-ci ilin iyul ayından 400 manat pul məbləğində ailəmə ünvanlı sosial yardımın təyin olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq 2023 cü ilin sentyabr oktyabr ayları üçün aylıq 541,96 manat pul məbləğində olan ümumilikdə 1083,92 manat pul məbləğinin və əvvəlki iddia ərizəsi üzrə 2022-ci ilin may, iyun, iyul, avqust ayları üzrə olmaqla ümumilikdə 1600 manat pul məbləğinin və cəm olaraqda 2683,92 manat pul məbləğinin cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi üçün 17 iyul 2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət etmişdir. Müraciətinə baxılaraq ünvanlı sosial yardımın təyin olunmasından əsassız olaraq imtina olunmuşdur. Həmin təşkilat ünvanlı sosial yardımın təyin olunmasından imtinanı onunla əsaslandırmışdır ki, ünvanlı sosial yardımın təyin olunması üçün müraciət ərizəsində göstərdiyi su istehlakına görə olan **********000 saylı abonent kodu ümumiyyətlə mövcud deyildir. Amma faktiki olaraq su istehlakına görə **********000 saylı abonent kodu 2016-cı ilin oktyabr tarixindən mövcuddur. Həmin abonent kodu vasitəsilə və 2022-ci ilin iyun ayında quraşdırılmış su sayğacı vasitəsilə sudan istifadə edir və hər aylıq sərf etdiyi suyun dəyərini ödəyir. İşin faktiki hallarından da görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım üçün müraciətinə əsassız olaraq imtina cavabı vermişdir. Bundan əlavə 26 iyul 2022-ci il tarixində ünvanlı sosial yardımın təyin olunması üçün etdiyi sonrakı müraciətinə yaşadığı mənzildə maddi məişət şəraitinin yoxlanılması üçün baxış keçirilməsinə şərait yaratmadığı əsas gətirilərək əsassız olaraq imtina cavabı verilmişdir. Amma faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri maddi məişət şəraitinin yoxlanılması üçün yaşadığı ünvana baxış keçirməmiş və həmin vaxtı ümumiyyətlə ünvanda olmamışlar. Ərizəni imzalayan şəxs haqqında məlumat: Əlavə olaraq bildirmək istəyirə ki, ailəsi 3-ü azyaşlı uşaq olmaqla 5 nəfərdən ibarətdir. Özü "xxxx" ASC-də işləməklə 600 manat məbləğində əmək haqqı alır. Yoldaşı 8 yaşına çatmayan 2 azyaşlı uşağa qulluq etdiyi üçün heç bir yerdə işləmir. Ailəsinin başqa bir yerdən əlavə qazancı da yoxdur. 2022-ci il üçün təyin olunmuş ehtiyac meyarının 200 manat məbləğində olduğunu nəzərə alsaq, qanunvericiliyə görə ailəsinə 400 manat məbləğində ünvanlı sosial yardım təyin olunmalıydı. Lakin ünvanlı sosial yardımı təyin olunması üçün etdiyi müraciətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyatı şəxsləri tərəfindən qərəzli yanaşılır və ümumiyyətlə əsassız olaraq müxtəlif bəhanələrlə imtina cavabları verilir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İcraatınızda İddiaçı “2022-ci ilin iyul ayından ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(118)-4074/2023 nömrəli inzibati iş vardır. Hesab edirlər ki, 2-1(118)-4074/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra ÜDSY) təyin edilməsi üçün xx.xx.2022-ci il tarixli **********255 nömrəli, xx.xx.2022ci il tarixli **********255 nömrəli və xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin müraciətlərə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və İddiaçı müxtəlif əsaslarla ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. (İmtina bildirişi iş materiallarına əlavə edilmişdir.) Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli **********994 nömrəli ərizə ilə yenidən ÜDSY təyin edilməsi ilə bağlı müraciət etmiş və ona həmin tarixli müraciəti əsasında ünvanlı sosial yardım təyin edilmişdir. Lakin bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2022-ci ilin iyul ayından təyinat aparılmasını xahiş etmişdir. Belə ki, iddiaçı ona təyinat aparılan 01 sentyabr 2022-ci il tarixdən əvvəlki 2 aylıq dövrün də ona ödənilməli olduğunu iddia etmişdir. İddiaçının təyinat aparılanadək əvvəlki müraciətləri üzrə imtinalar aşağıdakı əsaslarla olmuşdur: xx.xx.2022-ci il tarixli **********255 nömrəli müraciətdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən qeyd edilən subscribercode **********000 abonent kodu aşkarlanmamışdır. xx.xx.2022-ci il tarixli **********255 nömrəli müraciət üzrə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamışdır. xx.xx.2022-ci il tarixli **********994 nömrəli müraciətdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamışdır. İddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli VEMTAS tərəfindən verilən imtinadan əvvəlki tarixlərdə də müraciətləri olsa da, lakin həmin imtinaların , heç biri mübahisələndirilməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli müraciəti zamanı VEMTAS mərhələsini keçdikdən sonra maddi-məişət şəraitinin müayinəsini tam olaraq həyata keçirməyə imkan yaratmamışdır. Bunu tərtib olunmuş müayinə aktı və çəkilmiş videogörüntülərdə təsdiqləyir. Bundan başqa iddiaçının xx.xx.2023-cü il tarixdə daha bir müraciəti olmuşdur və bu müraciətə isə maddi-məişət şəraitinin müayinəsi zamanı ümümi istifadədə olan su sayğacının olması səbəbindən imtina verilmişdir. Lakin göründüyü kimi iddiaçı tərəfindən verilən bu imtinaların heç biri mübahisələndirilməmiş, yalnız xx.xx.2022-ci il tarixdə sayğac kodunun aşkarlanmaması səbəbindən verilən imtina mübahisələndirilmişdir. Buradan məlum olduğu kimi iddiaçı verilən imtinaların qanunauyğun olmasını və özünün müayinəyə şərait yaratmamasını bildiyi üçün yalnız maddi-məişət şəraitinin müayinəsi həyata keçirilməyən və VEMTAS tərəfindən verilən imtinanı mübahisələndirmişdir. İddiaçı tərəfindən mübahisələndirilən imtinaya gəldikdə isə bildirirlər ki,iİmtina elektron müraciət sistemi olan VEMTAS tərəfindən verilmişdir və bundan əvvəl verilən xx.xx.2022-ci il tarixdə daxil olan müraciətə ümumi istifadədə olan sayğacın aşkar edilməsi səbəbindən maddi-məişət şəraitinin müayinəsi zamanı verilən imtina hazırki mübahisələndirilən imtinanın doğruluğunu təsdiq edir. Belə ki, xx.xx.2023-cü il tarixdə daxil olan müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının atasına məxsus olan mənzil ilə birlikdə eyni su sayğacından istifadə etməsi aşkar edilərək imtina verilmişdir. Daha sonra hazırki mübahisələndirilən xx.xx.2023-cü il tarixli müraciətdə abonent kodunun VEMTAS tərəfindən aşkarlanmaması və iddiaçının özünündə iddia ərizəsində qeyd etdiyi kimi 2016-cı ildən mövcud olan abonent kodunu 2023-cü ilin iyun ayından sonra öz adına qeydiyyata alması hallan ilə təsdiq olunur ki, sonuncu dəfə iddiaçı ümumi istifadədə olan sayğacın aşkar edilməsindən sonra özünün adına sayğac qeydiyyata salmış, lakin VEMTAS tərəfindən mübahisələndirilən İmtina verilən zaman şəxsin adına qeydiyyata alınmış sayğac və abonent kodu hələ elektron sistemdə tam olaraq qeydiyyata alınmadığından aşkar edilməsi mümkün olmamış və imtina verilmişdir. Bildirirlər ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Bununla belə təmsilçi X2 tərəfindən ərizə bəyannamədə qeyd olunan su sayğacı abonent kodunun yoxlanılması zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçı tərəfindən ərizə bəyannamədə qeyd olunan abonent kodu aşkar edilməmişdir. Göründüyü kimi aşkar edilməyən abonent kodu barədə məlumatı təmsilçi Özü ərizə bəyannaməyə daxil etmiş və VEMTAS tərəfindən daxil edilən məlumatın doğruluğunun müəyyən edilməsi zamanı daxil edilən məlumat aşkar edilməmişdir. Onuda qeyd edək ki, təmsilçiyə VEMTAS tərəfindən imtina verilməməsi ona təyinat aparılması anlamına gəlmir. Belə ki, VEMTAS daxil edilən məlumatlarda heç bir uyğunsuzluq aşkar etməsə belə maddi-məişət şəraitinin müayinəsinin keçirilməsinə tapşırıq verir. Bundan başqa iddiaçının xx.xx.2022 və xx.xx.2022-cü il tarixlərdə daxil olan müraciətlərinə maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması səbəbindən imtina verilmişdir. Qeyd edirlət ki sözügedən imtinalar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı mübahisələndirdiyi imtinadan əvvəlki və sonrakı bütün digər müraciətlərində VEMTAS mərhələsindən keçmiş, lakin ikinci mərhələ olan maddi-məişət yoxlaması zamanı çəkilişə müdaxilə edərək yoxlanışa imkan verməmişdir. Bu hal xx.xx.2022-ci il tarixli imtinadan sonrakı iki müraciətdə də təkrarlanmışdır. Sonuncu müraciət üzrə vətəndaşa təyinat getsə də, məlumdur ki əvvəlki müraciətlərdə İddiaçı çəkilişə müdaxiləsinə şəxsi səbəbləri olmuş və o bu səbəbləri yalnız dördüncü müraciətində aradan qaldırmışdır. Buradan məlum olur ki, vətəndaşın VEMTAS mərhələsini keçməsi hələ onun ünvanlı sosial yardımın təyin olunma şərtlərinə uyğun gəlməsi demək deyil. İşin halları da bunu təsdiqləyir. Vətəndaş mübahisələndirdiyi müraciətdən əvvəl də ünvanlı sosial yardım üçün müraciət etmiş, VEMTAS mərhələsindən keçməsinə baxmayaraq ikinci mərhələdəmaddi məişət yoxlamasına dəfələrlə maneə yaratmışdır. Burdan da belə bir nəticəyə gəlmək mümkündür ki, Z.Laçmov yalnız VEMTAS mərhələsini mübahisələndirməklə, əvvəlki imtinalara toxunmamışdır. Səbəb isə həmin imtinaların bilavasitə iddiaçının öz müdaxiləsinə görə verilməsidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya İşçilərin sayı və ya ştatların ixtisar edilməsi İlə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hərbiraİİə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-cİ maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının İcrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən İmtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X3 və X5 (VEMTAS) yaradılmışdır. Qaydalann 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydaların 3.3-cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Qaydalanın 3.4-ü bəndinə əsasən bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi’’ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin İştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Qaydaların 3.4.2-ci yarımbəndinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.5-ci bəndinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. İşin hallarından göründüyü kimi iddiaçının ilkin müraciətində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən qeyd edilən subscribercode **********000 abonent kodu aşkarlanmamışdır. Digər müraciətlərdə isə VEMTAS tərəfindən imtina verilməmiş, lakin iddiaçı maddiməişət şəraitinin yoxlanılmasına şərait yaratmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmənin icraatında (bundan sonra - İnzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin cavabdehin etiraza əlavə ərizəsində qeyd edilmişdir ki, İddiaçı '2022-ci ilin may, iyun, iyul və avqust üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(118)-841/2024 nömrəli inzibati iş vardır. İcraatınızda olan 2-1(118)-841/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan likasının İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsini rəhbər tutaraq işə etiraza əlavəni təqdim edirlər. İddiaçı “2022-ci ilin iyul ayından etibarən ünvanlı dövlət sosial yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbi “2022-ci ilin may, iyun, iyul və avqust ayları üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Müvafiq dəqiqləşməyə uyğun olaraq bildiririlər ki, iddiaçı xx.xx.2022-ci il tarixli **********25501 nömrəli müraciəti üzrə xx.xx.2022-ci il tarixdə maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş və ümumi istifadəli sayğac aşkar edildiyindən daxil olan ə imtina cavabı verilmişdir. Qeyd olunan sayğacın ümumi istifadəli olması "xxxx" ASC-yə göndərilən cavab olaraq ünvanlanan xx.xx.2023-cü il tarixli 13-16/2-01/4/01-7/5/11623/2023 nömrəli cavab məktubu ilə təsdiqlənir. Belə ki, müvafiq cavab məktubunda İddiaçı ilə su təchizatından istifadəyə görə xx.xx.2016-cı il tarixdə 36909665 saylı müqavilə bağlanılmış, (abonent kodu: **********000) xx.xx.2022-ci il tarixdə İSS-20M markalı su sayğacı quraşdırılmışdır. Göründüyü kimi in daxil olduğu dövrdə iddiaçı atası ilə birgə eyni sayğacdan istifadə etmişdir. Bundan sonra xx.xx.2022-cü il tarixdə daxil olan müraciət zamanı maddi-məişət şəraiti edilərkən yenidən iddiaçının atasına məxsus olan mənzil ilə birlikdə eyni su sayğacından istifadə etməsi aşkar edilərək daxil olan müraciətə imtina cavabı verilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli **********255 nömrəli müraciətdə abonent VEMTAS tərəfindən aşkarlanmaması və iddiaçının özünündə iddia ərizəsində qeyd etdiyi kimi 2016-cı ildən mövcud olan abonent kodunu 2022-ci ilin iyun ayından sonra öz adına qeydiyyata alması halları ilə təsdiq olunur ki, sonuncu dəfə iddiaçı ümumi istifadədə olan sayğacın aşkar edilməsindən sonra özünün adına sayğac qeydiyyata salmış lakin VEMTAS tərəfindən mübahisələndirilən imtina verilən zaman şəxsin adına qediyyata alınmış sayğac və abonent kodu hələ elektron sistemdə tam olaraq qeydiyyata alınmadığından aşkar edilməsi mümkün olmamış və imtina verilmişdir. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdıraraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Bununla belə təmsilçi X2 tərəfindən ərizə bəyannamədə qeyd olunan sayğacı abonent kodunun yoxlanılması zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçı tərəfindən ərizə bəyannamədə qeyd olunan abonent kodu aşkar edilməmişdir. Göründüyü kimi aşkar edilməyən abonent kodu barədə məlumatı təmsilçi özü ərizə bəyannaməyə daxil etmiş və VEMTAS tərəfindən daxil edilən məlumatın doğruluğunun müəyyən edilməsi zamanı daxil edilən məlumat aşkar edilməmişdir. Təmsilçiyə VEMTAS tərəfindən imtina verilməməsi ona təyinat aparılması anlamına gəlmir. Belə ki, VEMTAS daxil edilən məlumatlarda heç bir uyğunsuzluq aşkar etməsə belə, maddi-məişət şəraitinin müayinəsinin keçirilməsinə tapşırıq verir.Bundan başqa iddiaçının xx.xx.2022 və xx.xx.2022-cü il tarixlərdə daxil olan müraciətlərinə maddiməişət şəraitinin müayinəsinə şərait yaradılmaması səbəbindən imtina verilmişdir. Qeyd edirlər ki sözügedən imtinalar iddiaçı tərəfindən ilkin iddia zamanı mübahisələndirilməmiş, xx.xx.2022-ci il tarixli müraciətə təyinat verildikdən sonra imtinalar mübahisə predmetinə əlavə edilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2022ci il tarixli və xx.xx.2022-cü il tarixli müraciətlərində VEMTAS mərhələsindən keçmiş, lakin ikinci mərhələ olan maddi-məişət yoxlaması zamanı çəkilişə müdaxilə edərək yoxlanışa imkan verməmişdir. Sonuncu müraciət üzrə vətəndaşa təyinat getsə də, müraciətlərdə İddiaçı çəkilişə müdaxilə etməsi şəxsi səbəblərdən olmuş səbəbləri yalnız dördüncü müraciətində aradan qaldırmışdır. Buradan məlum olur ki, vətəndaşın VEMTAS mərhələsini keçməsi hələ onun ünvanlı sosial yardımın təyin olunma şərtlərinə uyğun gəlməsi demək deyil. İşin halları da bunu təsdiqləyir. Əlavə olaraq onuda qeyd edək ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi- məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarla birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındki uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Eyni zamanda Ali Məhkəmənin mövqeyinə görə təmsilçi imtina aldıqdan sonra daxil etdiyi məlumatlarda və ya maddi-məişət şəraitinin müayinəsi zamanı aşkar edilmiş məlumatlarda dəyişiklik edirsə, bunun nəticəsində ona təyinat aparılması haqqında qərar qəbul edilirsə, belə olan halda inzibati orqan əvvəlki imtinalarında haqlı hesab edilməlidir. Buradan məlum olduğu kimi iddiaçı ümumi istifadəli sayğacı dəyişdikdən sonra eyni zamanda maddi-məişət şəraitinin müayinəsinə maneəsiz tam olaraq şərait yaratdıqdan sonra ona təyinat aparılmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: abonent kartı, ünvanlı sosial yardımın təyin edilməsindən imtina barədə bildirişlər və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən məcburetmə haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşın müraciəti təmin edilərək, ona xx.xx.2022-ci il tarixdə və 11.2023-cü il tarixdə ünvanlı sosial yardım təyin edilmişdir. Hazırda iddiaçı 2023-cü il üzrə sentyabr, oktyabr ayları üçün aylıq 541.96 manat məbləğində ümumilikdə 10863,92 manat pul məbləğinin və 2022-ci il üzrə may, iyun, iyul və avqust ayları üzrə ümumilikdə 1600 manat pul məbləğinin ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina əsaslı olmuşdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Qanunun 6.2-ci və 6.3-cü maddələrinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Məhkəmə iddiaçının tələbinin birinci hissəsinə 2023-cü il üzrə sentyabr, oktyabr ayları üçün aylıq 541.96 manat məbləğində ümumilikdə 10863,92 manat pul məbləğinin ödənilməsinə münasibətdə bildirir ki, qanunvericliyin tələbinə əsasən ünvanlı sosial yardım vətəndaşın bir müraciəti əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Məhkəmə həmçinin bildirir ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2903/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən “ünvanlı sosial yardımın təyin olunmasının müddətinin 2023-cü ilin sentyabr ayından hesablanmasına, 711,55 manat pul məbləğində olan sosial yardımın sentyabr, oktyabr ayları üçün ödənilməsinin, noyabr ayından verilən 541,96 manat pul məbləği ilə 711,55 manat pul məbləği arasındakı fərqin ödənilməsinin və cari ilin aprel ayından müddətin sonunadək faktiki sosial yardım məbləği olan 711,55 manat pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3- cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Fərmanın 2.4-cü bəndinə əsasən Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.1-ci bəninə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Qaydaların 2.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Qaydaların 3.7-ci bəndinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə çoxsaylı müraciətlər etmişdir. Cavabdeh orqan tərəfindən ilk üç müraciətinin təmin edilməsindən imtina edilsə də, sonuncu xx.xx.2022-ci il tarixli müraciəti təmin edilərək vətəndaşa həmin tarixli müraciət əsasında ünvanlı sosial yardım təyin edilmişdir. Lakin iddiaçı hesab edir ki, ona 2022-ci ilin iyul ayından etibarən ünvanlı sosial yardım təyin edilməli və 01 sentyabr 2022-ci il tarixdən əvvəlki 2 aylıq dövr üçün də sosial yardım ödənilməli idi. Cavabdeh orqan etirazda qeyd etdiyi imtinasının əsası olaraq, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti zamanı ərizə bəyənnamədəki göstərilən məlumatların düzgün qeyd edilməməsini, digər iki müraciəti (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli) üzrə isə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadığını bildirmişdir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciəti zamanı özünün təqdim etdiyi ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarla birbaşa olaraq imtina əsası kimi qeyd edilmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındaki uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Həmçinin vətəndaş imtina aldıqdan sonra daxil etdiyi məlumatlarda və ya maddi-məişət şəraitinin müayinəsi zamanı aşkar edilmiş məlumatlarda dəyişiklik edildikdən sonra ona təyinat aparılırsa, belə olan halda inzibati orqan əvvəlki imtinalarında haqlı hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məcəllənin 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq 2023 cü ilin sentyabr oktyabr ayları üçün aylıq 541,96 manat pul məbləğində olan ümumilikdə 1083,92 manat pul məbləğinin və əvvəlki iddia ərizəsi üzrə 2022-ci ilin may, iyun, iyul, avqust ayları üzrə olmaqla ümumilikdə 1600 manat pul məbləğinin və cəm olaraqda 2683,92 manat pul məbləğinin cavabdehdən tutulması” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq 2023 cü ilin sentyabr oktyabr ayları üçün aylıq 541,96 manat pul məbləğində olan ümumilikdə 1083,92 manat pul məbləğinin və əvvəlki iddia ərizəsi üzrə 2022-ci ilin may, iyun, iyul, avqust ayları üzrə olmaqla ümumilikdə 1600 manat pul məbləğinin və cəm olaraqda 2683,92 manat pul məbləğinin cavabdehdən tutulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva