Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-292/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndələri X7 və Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının X10 N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cu il tarixli əmri ləğv edilməklə onun xx.xx.2023-cu il tarixdə verdiyi Raport əsasında ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılması DSX-nin N saylı hərbi hissə komandirinə, həmin raport əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin isə bir vəzifə olaraq Azəbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının X10 N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cu il tarixli əmri ləğv edilməklə onun xx.xx.2023-cu il tarixdə verdiyi Raport əsasında ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılması DSX-nin N saylı hərbi hissə komandirinə, həmin raport əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin isə bir vəzifə olaraq Azəbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2003-ci il tarixindən AR Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət etməyə başlamışdır. 2003-cı ildən bugünədək müxtəlif vəzifələrdə və müxtəlif hərbi hissələrdə qüsursuz xidmət etmiş və hazırda polkovnik-leytenant hərbi rütbəsindədir. Təqvim üzrə bugünədək 20 il hərbi xidmət dövrü var. xx.xx.2019-cu il tarixli əmrlə DSX-nin N saylı hərbi hissənin sərhəd komendatlığının komendantı vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cu il tarixində öz arzusu ilə DSX sıralarından təxris olunmaq xahişi ilə Raport yazmışdır. Lakin həmin Raport üzrə iddiaçını ordu sıralarından təxris etmək əvəzinə DSX-nin xx.xx.2023-cu il tarixli əmri ilə iddiaçını X10 N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsinə təyin edilmişdir. Raportu əsasında təxris olunmadığı, xx.xx.2023-cü il tarixli əmrlə X10 N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsinə təyin edildiyisini X2 müavini – “Naxçıvan” X3 komandiri- polkovnik Bəhmən Babayevin adından imzalanmış xx.xx.2023cü il tarixli Təyinat barədə Əmr iddiaçıya təqdim edilərkən bilmişdir. Qeyd etdiyi xx.xx.2023-cü il tarixli təyinat Əmri xx.xx.2023-cü ildə iddiaçıya təqdim edilmişdir. Əmrin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə X10 N saylı hərbi hissəsinə getmiş və xx.xx.2023-cü il tarixdən X10 N saylı hərbi hissəsində xidmət edir. Hesab edir ki, ordu sıralarından təxris olunmağı əvəzinə onu qeyd edilən vəzifəyə təyin etmələri qanunsuz və əsassızıdır. İddiaçının qeyd etdiyi sonuncu vəzifəyə təyin edilməsi barədə xx.xx.2023-cu il tarixli Əmr ləğv edilməklə xx.xx.2023-cu il tarixli Raportu əsasında ordu sıralarından tərxis olunması bir vəzifə olaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri X7 və Nümayəndə yazılı etiraza uyğun izahata verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X11 öz izahatında 2023-cü ilin avqust ayının 18-i poçt vasitəsilə tərxis olunmağı barədə raport yazdıını, həkim komissiyasına göndərildiyini, imtina etdiyini, sənədləri Xudata gətirdikdən sonra tərxis olunduğunu, 8 ay sonra əmr verildiyini, mart ayının 5-i tərxis edildiyini, raportdan sonra heç bir təqdimat göndərilmədiyini bildirdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hal-hazırda N nömrəli hərbi hissəsində X6 rəisi vəzifəsində xidmət edən İddiaçı “DSX rəisinin xx.xx.2023-cü il tarixli əmrinin ləğv olunması və xx.xx.2023-cü il tarixli raport əsasında Hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair əmrin verilməsi” tələbi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədlərə əsasən bildirirlər ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli, 648 ş/h №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78- ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən eləcə də, hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün) müvafiq olaraq, “Naxçıvan” X3 2-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad olunmaqla 5-ci sərhəd dəstəsinə qərargah rəisinin müavini –X6 rəisi vəzifəsinə təyin edilmişdir. Yuxarıda adıçəkilən əmrin verilməsinin əsası Dövlət Sərhəd Xidməti rəisinin müavini- X2 xx.xx.2023-cü il tarixli, 30/k/1818m №-li raportu olmuşdur. (qoşmaya əlavə edilir.) Qoşmaya əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportun surətindən görünür ki, X8 komandirinin təqdimatları və vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə raportda adları qeyd olunan hərbi qulluqçuların xidmət yerlərinin dəyişdirilməsi zərurəti yarandığından polkovnik-leytenant İddiaçı “Naxçıvan” X3 2-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad olunmaqla 3-cü sərhəd dəstəsinin qərargah rəisinin müavini-X6 rəisi vəzifəsinə təyin olunması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İş materiallarında olan aprel 2023-cü il tarixli polkovnik-leytenant İddiaçı barəsində verilmiş Təqdimatdan görünür ki, polkovnik-leytenant İddiaçı “Naxçıvan” X4 xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən göstərmiş, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmışdır. Funksional vəzifələrini bilir və öhdəsindən layiqincə gəlir. Sərhəd bölmələrinin xidməti döyüş fəaliyyətini nəzarətdə saxlayır, öz təcrübəsini sərhəd bölmələrində xidmət edən zabitlərlə bölüşür, onlara yaxından əməli köməklik göstərir. Qeyd olunanlarla yanaşı polkovnik-leytenant İddiaçı uzun müddət “Naxçıvan” X4 xidmət etməsini nəzərə alaraq diviziya rəhbərliyi onun gələcək xidmətini Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrindən birində davam etdirməsi üçün yuxarı rəhbərlik qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab etmişdir. Hərbi nizamnamələrin və xidməti təlimatların tələblərini bilir, gündəlik xidmətini onların tələbləri əsasında qurur. Müstəqil fikir yürütmək və səbəst qərar qəbul etmək bacarığına malikdir. Komandir vərdişləri və təşkilatçılıq qabiliyyəti inkişaf edib. Səmimidir. Ona tutulan iradlardan düzgün nəticələr çıxarır. Kollektiv arasında nüfuza malikdir. Verilən əmr və tapşırıqların icrasına məsuliyyətlə yanaşır. Bilik və bacarıqlarını artırmaq üçün daima öz üzərində çalışır. Xidməti zərurətlə əlaqədar olaraq 2-ci sərhəd komendantlığının komendantı polkovnik-leytenant İddiaçı xidmət yerinin Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrindən birinə dəyişdirilməsi üçün təqdim olunmuşdur. Həmçinin polkovnik-leytenant İddiaçı barəsində müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, SQ “Naxçıvan” X8 2-ci SK-nın komendantı kimi xidmət etdiyi dövrdə 2-ci SK-nın sabiq hərbi qullquçuları, hal-hazırda SQ-in ehtiyatında olan baş leytenant Tural Hüseynovun, miçman Rəşad Həsənovun və digər hərbi qulluqçuların İran İslam Respublikası vətəndaşları ilə qeyri-xidməti əlaqələrinin mövcud olması və qanunsuz əməllərinin aşkar edilməsində polkovnik-leytenant İddiaçı xüsusi təşəbbüskarlıq nümayiş etdirmişdir. Habelə DSX-nin İstintaq və Təhqiqat İdarəsinin xidməti məktubuna DSX-nin X5 tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, polkovnik- leytenant İddiaçı uzun müddət “Naxçıvan” X4 xidmət etməsini nəzərə alaraq xidmət yerinin dəyişdirilməsi barədə Dövlət Sərhəd Xidməti rəisi qarşısında xx.xx.2023-cü il tarixli 30/k/1818m (məxfi) №-li raportla vəsatət qaldırılmışdır. Polkovnik-leytenant İddiaçı xidmət yerinin dəyişdiriləcəyi barədə məlumatı olduqdan sonra Silahlı Qüvvələrin ehtiyatına buraxılmaqla bağlı xx.xx.2023-cü il tarixdə raportla müraciət etmişdir. Həmçinin polkovnik-leytenant İddiaçı təyin olunduğu vəzifə (qərargah rəisinin müavini - peşəkar hazırlıqbölməsinin rəisi) barəbər vəzifədir. Bu hal Dövlət Sərhəd Xidməti rəsinin xx.xx.2023-cü il tarixli, 648 ş/h №-li əmri ilə təsdiq olunur. Buna görə də iddiaçının iddia ərizəsində cavabdeh orqanın onu heç bir əsas olmadan aşağı vəzifəyə təyin etməsi ilə bağlı qeyd etdiyi məsələ də əsassızdır və heç bir həqiqəti əks etdirmir. Yuxarıda qeyd olunanlardan da görünür ki, iddiaçı aşağı vəzifəyə yox, bərabər vəzifəyə təyin olunmuşdur. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə'nm (bundan sonra - Əsasnamə) 77-ci maddəsinə görə, hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: ştatda “kapitan” hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar; ştatda “mayor” hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar; ştatda “polkovnik” hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. Hərbi təhsil müəssisələrini bitirmiş məzunların vəzifələrə və hərbi qulluqçuların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında vəzifələrə təyin edilməsi hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aiddir. Hərbi qulluqçuların ali zabitlərin tutmalı olduqları hərbi vəzifələrə təyin edilməsi və xidmət yerinin dəyişilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 78-ci maddəsinə görə, hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Həmin Əsasnamənin 79-cu maddəsinə əsasən hərbi qulluqçuların xidmət üzrə irəli çəkilməsi onların mənəvi və işgüzar keyfiyyətlərə, həvalə edilmiş sahələrdə əldə etdikləri nəticələrə və yuxarıda duran vəzifə üzrə vəzifələri icra edərkən göstərdiyi qabiliyyətə uyğun olaraq və mürəkkəb xidmət şəraitində vəzifələrin yerinə yetirilməsi nəzərə alınmaqla həyata keçirilir. İstnad olunan normalardan görünür ki, hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi üçün:
1. xidmət üzrə yerdəyişmə üçün hüquq ancaq Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanı, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlara verilir; 2.hərbi qulluqçuların ali zabitlərin tutmalı olduqları hərbi vəzifələrə təyin edilməsi və xidmət yerinin dəyişilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir;
3. hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Qeyd edirlər ki, hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi, habelə hərbi qulluqçuların xidmət üzrə irəli çəkilməsinə dair səlahiyyəti inzibati orqanın diskresion səlahiyyətidir. Diskresion səlahiyyət isə, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə isə qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPM-in 74.1-ci maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, İPM-in 74-cü maddəsi məhkəmə tərəfindən inzibati aktların qanuniliyinin yoxlanılmasını inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, xüsusilə mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirib-yetirmədiyinin yoxlanılması ilə məhdudlaşdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək göstərilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipi uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verməlidir. Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun olmalıdır. Zərurilik meyarına əsasən inzibati orqan tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha az məhdudlaşdırıcı qanunvericilik vasitələrinin olmadığı yerdə, qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün ən yumşaq, zəruri olmalıdırlar. Yararlılıq meyarı qarşıya qoyulmuş məqsədlərə qeyri-mütənasib olan hər hansı həddən artıq inzibati tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur. Yəni inzibati orqan hansı formada olmasından asılı olmayaq şəxsin hüquqlarına müdaxilə edərkən bu müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin fundamental hüquqlarının qorunması tələbləri arasında “ədalətli tarazlığa” nail olmalı, istifadə olunmuş vasitələrlə qarşıya qoyulmuş məqsəd arasında mütənasibliyin səbəbli əlaqəsi olmalıdır. İşin hallarından görünür ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli, 648 ş/h №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən eləcə də, hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün) müvafiq olaraq, “Naxçıvan” X3 2-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad olunmaqla 5-ci sərhəd dəstəsinə qərargah rəisinin müavini- X6 rəisi vəzifəsinə təyin edilmişdir. Belə ki, iddiaçının işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq, hərbi qulluqçu kimi ondan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün xidmət yerinin dəyişdirilməsi tədbiri inzibati orqanın qüddüyü qanuni məqsədə mütənasib olmuşdur. Həmçinin iddiaçının xidmətdə özünü doqrultmasının qiymətləndirilməsi və barəsində təqdimat verilməsi inzibati orqanın qiymətləndirilməsindən asılıdır və hazırkı halda bu diskresion səlahiyyətdən qanunsuz istifadə edilməsi, diskresion səlahiyyətin aşılması, diskresion səlahiyyətdən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsi müəyyən edilmir. Göstərilənlərə əsasən yuxarıda da qeyd edildiyi kimi polkovnik-leytenant İddiaçı “Naxçıvan” X4 xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən göstərmiş, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmışdır. Funksional vəzifələrini bilmiş və öhdəsindən layiqincə gəlmişdir. Həmçinin polkovnikleytenant İddiaçı uzun müddət “Naxçıvan" X4 xidmət etməsini nəzərə alaraq xidmət yerinin dəyişdirilməsi barədə Dövlət Sərhəd Xidməti rəisi qarşısında vəsatət qaldırılmış və bununla bağlı tədbirlər görüldüyü mərhələdə iddiaçı xidmət yerinin dəyişdiriləcəyi barədə məlumatı olduqdan sonra Silahlı Qüvvələrin ehtiyatına buraxılmaqla bağlı xx.xx.2023-cü il tarixdə raportla müraciət etmişdir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddəsinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1.inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2.inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluquna görə doğru hesab etdiyi diskresion qərarı özü gəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47, 73 və 74-cü maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq, iddianın təmin edilməməsini Məhkəmədən xahiş edirlər. Cavabdehin yazılı etiraza əlavə ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hal-hazırda N nömrəli hərbi hissəsində X6 rəisi vəzifəsində xidmət edən İddiaçı “DSX rəisinin xx.xx.2023-cü il tarixli əmrinin ləğv olunması və xx.xx.2023-cü il tarixli raport əsasında Hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair əmrin verilməsi" tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli, 648 ş/h №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b" bəndinə (bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən eləcə də, hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün) müvafiq olaraq, “Naxçıvan” X3 2-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad olunmaqla 5-ci sərhəd dəstəsinə qərargah rəisinin müavini-X6 rəisi vəzifəsinə təyin edilmişdir. İlk öncə digər nüanslara keçməzdən əvvəl Məhkəmənin nəzərinə çatdırırlar ki, mübahisələndirilən iş üzrə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır və ona görə də hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olduğu hərbi intizam onların yüksək şüurluluquna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmasına dair öhəliklər götürməsinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Bildirirlər ki, hazırda DSX-nin N №-li hərbi hissəsində xidmət edən İddiaçı iddiası aşağıda qeyd olunanlara əsasən əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2537/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Apellyasiya instansiyası məhkəməsi iddiaçının ikinci tələbi, yəni onun XX.XX.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edilərək ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli tərxis raportu mövcud olsa da, həmin vaxt iddiaçı barəsində intizam icraatı başlanılmış və bu barədə iddiaçı məlumatlı olmuşdur. İddiaçının bu barədə məlumatlı olması tərtib edilmiş aktlardan (iş vərəqi 191-193) və iddiaçının özünün şikayət məzmunlu ərizələrindən müəyyən olunur. ( ) İddiaçının sonradan həqiqi hərbi xidmətdən (öz arzusu ilə) ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması artıq başlanılmış intizam icraatının dayandırılması və ya həmin icraatın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilməməsi üçün əsas deyildir. Bütün bu qeyd edilənlər onu deməyə imkan verir ki, xidməti uyğunsuzluqla ehtiyata buraxılması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə raport yazılaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırıldıqdan sonra iddiaçı xx.xx.2021-ci ildə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında hərbi hissə komandirinə müraciət etmiş, lakin onun sənədləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması üçün təqdim olunduğundan onun müraciəti mahiyyəti üzrə icra olunmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarında iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) ehtiyata buraxılmağı barədə xx.xx.2021-ci il tarixli raportu olsa da, iddiaçı həmin tarixdə onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə artıq başlanılmış intizam icraatının gedişatından məlumatlı olmuşdur. Bu da ona dəlalət edir ki, iddiaçının hüquqi marağı onun öz arzusu ilə ehtiyata buraxılması deyil, onun barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyqun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə artıq başlanılmış icraatın dayandırılmasından ibarətdir. İddiaçının ikinci tələbi, yəni onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi birinci tələbin (ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.09.2021-ci il tarixli, 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə əsassız olduğundan iddia qalan hissədə təmin edilə bilməz. Digər oxşar iş kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-302/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur kı, “iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raport yazması nə onun intizam qaydasında cəzalandırılmasına mane olan bir hal kiminə də ki, həmin anda onun ehtiyata buraxılması halı kimi qiymətləndirilə bilməz.” Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ordu quruculuğunun uğurla həyata keçirildiyi, işğal altında olan torpaqların işğaldan azad olunduğu, hərbi nizam-intizamın möhkəmləndiyi bir vaxtda iddiaçı və hal-hazırda xidmət edən hərbi qulluqçu İddiaçı onun barəsində verilmiş qanuni əmrin əsassız olaraq dəyişdirilməsinə dair iddia qaldırması təəssüf doğurur. Bundan başqa, belə halların digər hərbi qulluqçular arasında mənfi presedentin yaranmasına zəmin yaratmış olduğu nəzərdən qaçılmamalıdır.
3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: SX № ******* saylı hərbi biletin surəti; 67 nömrəli, 22 iyun 2023-cü il tarixli təyinat; İddiaçı “Hərbi xidmətlərə görə medalı”; 29 may 2023-cü il tarixli poçt qəbzi və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı (o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin Qanunun 40-cı maddəsinə əsasən: 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41-ci maddəsinə əsasən: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Qanunun 42-ci maddəsinə əsasən: 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: 42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda; 42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; 42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə; 42.0.4. bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə; 42.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə. İş materiallarına əlavə edilmiş xx xxxx 1982-ci il təvəllüdlü İddiaçı məxsus DSX №0013232 saylı hərbi biletin surətindən aydın olur ki, iddiaçı 08 may 2019-cu il tarixli, 494 ş/h nömrəli əmrə əsasən 2001 h/h sərhəd komendantlığının komendantı təyin edilmişdir. İddiaçı 26 may 2023–cü il tarixdə Dövlət Sərhəd Xidmətinin ordu sıralarından tərxis olunması barədə raport yazaraq, tərxis olunmağı xahiş etmişdir. Lakin 14 iyun 2023-cü il tarixli, 648 ş/h saylı əmrə əsasən polkovnik-leytenant İddiaçı Heybət oğlu “Naxçıvan” əlahiddə sərhəd divizasiyasının 2-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad edilərək 5-ci sərhəd dəstəsinə qərargah rəisinin müavini-X6 rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı hal-hazırda sonuncu vəzifəsinə təyin edilməsi barədə əmrdən öncə təqdim etdiyi 26 may 2023-cü il tarixli raporta əsasən əvvəlki vəzifəsindən ehiyata buraxılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının “Naxçıvan” əlahiddə sərhəd divizasiyasının 2-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad edilərək 5-ci sərhəd dəstəsinə qərargah rəisinin müavini-X6 rəisi vəzifəsinə təyin edilməsi barədə təqdimat onun hazırki vəzifəsindən ehtiyata bıraxılması barədə raportundan daha öncə - aprel 2023-cü il tarixdə yazılmışdır. Cavabdehin təqdim etdiyi sənədlərdən isə müəyyən edilir ki, iddiaçı yuxarı komandanlığa raport təqdim etdiyi tarixdən sonra yeni vəzifəyə təyin edilmiş və həmin vəzifənin icrasına başlamışdır. Məhkəmə eyni zamanda bildirir ki, məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, xidmət yeri dəyişdirildikdən sonra xidmət keçdiyi “Xudat” Sərhəd dəstəsinin N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsindən hal-hazırda öz arzusu ilə ehtiyata buraxılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı halda iddiaçı öz raportu (öz arzusu) ilə “Xudat” Sərhəd dəstəsinin N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsindən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığından onun “Naxçıvan” əlahiddə sərhəd divizasiyasının 2-ci sərhəd komendantlığının komendantı vəzifəsindən ehtiyata buraxılması barədə raportuna əsasən təqdimat verilməsi də mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən tərxis olunub ehtiyata buraxılması ilə bağlı tələbində haqlı olduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının X10 N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cu il tarixli əmri ləğv edilməklə onun xx.xx.2023-cu il tarixdə verdiyi Raport əsasında ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılması DSX-nin N saylı hərbi hissə komandirinə, həmin raport əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin isə bir vəzifə olaraq Azəbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının X10 N saylı hərbi hissəsinə X6 rəisi vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cu il tarixli əmri ləğv edilməklə onun xx.xx.2023-cu il tarixdə verdiyi Raport əsasında ordu sıralarından təxris olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılması DSX-nin N saylı hərbi hissə komandirinə, həmin raport əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təxris olunub ehtiyata buraxılması barədə əmrin verilməsinin isə bir vəzifə olaraq Azəbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva