Məhkəmə qərarları › İş №e-2-1(118)-2990/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2990/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2990/2024 26.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 noyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. НЗ seriyalı, ******* nömrəli “Hərbi bileti”ndən görünür ki, xx xxxxxx N974-cü il təvəllüdlü İddiaçı 2 iyul N992-ci il tarixdə N №-li hərbi hissəyə, N yanvar N993-cü il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N dekabr N994-cü il tarixdə “uzun müddət müalicədə olması” səbəbi ilə hərbi hissənin sırasından çıxarılmışdır.

2. N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli, 363 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 nömrəli fərmanına əsasən N nömrəli h/h-dən uzun müddət müalicədə olduqlarına görə sıravi İddiaçı Həzərətqulu oğlunun h/h-nin ş/h siyahısından çıxarılması, bütün növ təminatların dayandırılması, hərbi biletinin X4 etmə məntəqəsinə göndərilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 aprel 20N6-cı il tarixli, 379 nömrəli qərarından görünür ki, Dəvəçi RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun 9 oktyabr 2006-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 fevral N993-cü il tarixdə aldığı və 22 fevral N993-cü il tarixdən NN mart N993cü il tarixə kimi 25N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Başın təpə nahiyyəsinin qəlpə yaralanması və sol sağrının dəlib-keçən güllə yaralanması” (Azərbaycan Respublikası SHXÇDX-nin Siyəzən rayon bölməsinin 3 mart 20N6-cı il tarixli 52 nömrəli göndərişi, 3 mart 20N6-cı il tarixli 75 nömrəli arayışı, 25N nömrəli hərbi hissədən verilmiş NN mart N993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İnformasiya və Statistika İdarəsinin N5 mart 20N7-ci il tarixli, N37 nömrəli “Ambulator, stasionar xəstənin tibb kartasından çıxarış”dan görünür ki, İddiaçı 3N yanvar 20N7-ci il tarixdə stasionar üzrə daxil olmuş, 9 mart 20N7-ci il tarixdə çıxmışdır.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 yanvar 20N9-cu il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 03N7003AACCZ saylı göndərişi əsasında N7 oktyabr 20N7-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İddiaçı N3 mart 20N8-ci il tarixdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 noyabr 20N6-cı il tarixli 9/4 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş müraciətləri üzrə əlilliyin təkrar qiymətləndirilməsi barədə Təlimat”ın 2.2. bəndinə müvafiq olaraq Xidmətdə əyani müayinə edilmişdir. Müayinə zamanı xəstənin hazırkı vəziyyətinin müayinələrlə dəqiqləşdirilmədiyinə və yekun qərar verilməsi üçün xəstəliyin ağırlıq dərəcəsini təsdiq edən tibbi sənədlər təqdim edilmədiyinə görə ətraflı klinik, laborator-instrumental müayinəyə ehtiyac zərurəti yaranmışdır. Buna görə İddiaçı əlavə ixtisaslaşmış müalicə və müayinə qərarı verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 03N7003AACJ3 saylı göndərişi əsasında 6 iyun 20N8-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə imtina qərarı verilmişdir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin NN noyabr 20N6-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 2 fevral 2022-ci il tarixli, 4/2-607 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N iyul N992-ci il tarixli N05 nömrəli əmrilə (əsas: §-N, səh-4N, sıra-3; qeyd: əmrdə atasının adı “Həsənqulu” yazılmışdır) İddiaçı Həsənqulu oğlu tədris batalyonunun tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 nömrəli əmrilə (əsas: §-2, səh-6, sıra-6) İddiaçı tədris batalyonunun tərkibindən çıxarılaraq N5 avqust N992-ci il tarixdən alayın ehtiyat batalyonunun tərkibinə daxil edilmişdir. Uzun müddət müalicədə olduğuna görə sıravi Quliyev X3 Nazirinin 278 nömrəli fərmanına əsasən N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 363 nömrəli əmrilə (əsas: §-NN, səh-3N, sıra-68; qeyd: əmrdə atasının adı “Həzərətqulu” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti X4 etmə məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N5 dekabr 2023-cü il tarixli, 2/2-N2353 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 5 dekabr 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 22 sentyabr 2023-cü il tarixli, N337 nömrəli arayışına və 25N nömrəli hospitalın müalicədə olması barədə xəstəlik epikrizinə əsasən NN mart N993-cü il tarixdən (müalicədən) sonra xidmət yerinə qayıtması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 22 fevral 2024-cü il tarixli, 605 nömrəli və 3N may 2024-cü il tarixli, N626 nömrəli məktublarından görünür ki, N () nömrəli hərbi hissə komandirinin N iyul N992-ci il tarixli N05 nömrəli əmrində (əsas: §N, sıra-3, səh.- 4N; qeyd: əmrdə atasının adı “Həsənqulu” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) həqiqi hərbi xidmətə çağırılmış İddiaçı Həsənqulu oğlunun N iyul N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilməsi barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 nömrəli əmrilə (əsas: sıra-6, səh.-N2; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı N5 avqust N992-ci il tarixdən alayın ehtiyat batalyonuna verildiyi üçün tədris batalyonunun siyahısından çıxarılmışdır. Uzun müddət müalicədə olduğu üçün sıravi İddiaçı Həzərətqulu oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 sentyabr N994-cü il tarixli 278 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 363 nömrəli əmrilə (əsas: §NN, sıra-68, səh.-3N; qeyd: əmrdə atasının adı “Həzərətqulu” yazılmış, vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi bileti X4 etmə Məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır.

9. Ağdam Hərbi Prokurorluğunun 3N may 2024-cü il tarixli, 3-3-N70/2-0N93N5/2024 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin N0 iyun 2024-cü il tarixli, 3-N7-4/2-N6034/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 03N7003AACLX nömrəli göndərişi və müraciəti əsasında 3 oktyabr 2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti qoşma şəklində göndərilmişdir.

11. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 2 oktyabr 2024-cü il tarixli, 2803 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N993cü il, yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. 25N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və “Yaralıların və xəstələrin qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Ehtiyat batalyonunun döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilməmişdir. Qoşma ilə N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli, 363 nömrəli əmri (§2) göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

12. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin hallarına (§N-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci il tarixdə Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2. İyul N992-ci il tarixdən N yanvar N993-cü il tarixə qədər N saylı hərbi hissədə, N yanvar N993-cü il tarixdən etibarən N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Ağdam rayonun Şelli kəndində 22 fevral N993-cü il tarixdə yaralanmışdır. 22 fevral N993-cü il tarixdə döyüş zamanı aldığı yaralara görə müayinə və müalicə məqsədi ilə 25N saylı hərbi hospitala yerləşdirilmişdir. Bİr müddət həmin hospitalda müalicə almışdır. Sonra həmin hospitaldan evə buraxdılar. Lakin sol sarğı nahiyyəsindən aldığı güllə yarasına görə normal gəzə bilmədiyi üçün uzun müddət yardımçı əl ağacından istifadə edirdi. Həmçinin yaralanandan sonra aldığı travmaya görə psixi sağlamlığı da pozulmuş və bu günədək müalicə alır. Göründüyü kimi, hərbi xidmətdə olsa da və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Ağdam rayonun Şelli kəndində 22 fevral N993-cü il tarixdə yaralansa da, müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bu məqsədlə həyat cavabdehə müraciət edilərək, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən imtina verilmişdir.

14. İddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 33.N, 38.2-ci maddələrinə istinad olunmuşdur.

15. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

17. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin 22 sentyabr 2023-cü il tarixli arayışına və 25N nömrəli hospitalın müalicədə olması barədə xəstəlik epikrizinə əsasən iddiaçının NN mart N993-cü il tarixdən sonra xidmət yerinə qayıtması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir.

19. Etirazın maddi hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bəndinə, prosessual hüquqi əsası kimi İPM-in N4.3, 48.2-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdirlər.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 may 202N-ci il tarixli, 2-N(N02)-895/202N saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § N-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

26. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

27. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

30. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

31. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətdə olarkan, Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması, bir müddət hospitalda müalicə alınması, daha sonra evə göndərilməsini bildirmiş, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin icrasından imtina etmişdir.

32. Cavabdehin imtinasının və məhkəməyə təqdim edilmiş etirazın dəlili ondan ibarətdir ki, Mərkəzi Arxivin 22 sentyabr 2023-cü il tarixli arayışına və 25N nömrəli hospitalın müalicədə olması barədə xəstəlik epikrizinə əsasən iddiaçının NN mart N993-cü il tarixdən sonra xidmət yerinə qayıtması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir.

33. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in N2-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

34. İş materiallarına əlavə edilmiş arxiv arayışlardan müəyyən edilir ki, N () nömrəli hərbi hissə komandirinin N iyul N992-ci il tarixli N05 nömrəli əmrində həqiqi hərbi xidmətə çağırılmış iddiaçınınN iyul N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilməsi barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N02 nömrəli əmrilə N5 avqust N992-ci il tarixdən alayın ehtiyat batalyonuna verildiyi üçün tədris batalyonunun siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin sentyabrdekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 22 fevral N993-cü il tarixdə aldığı və 22 fevral N993-cü il tarixdən NN mart N993-cü il tarixə kimi 25N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Başın təpə nahiyyəsinin qəlpə yaralanması və sol sağrının dəlib-keçən güllə yaralanması”, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Uzun müddət müalicədə olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 sentyabr N994-cü il tarixli 278 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 363 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi bileti X4 etmə Məntəqəsinə göndərilmişdir.

35. Beləliklə müəyyən edilir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 fevral N993-cü il tarixdə yaralanmış, 22 fevral N993-cü il tarixdən NN mart N993-cü il tarixə kimi 25N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Yaralanması Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış müəyyən edilmişdir. Uzun müddət müalicə aldığı üçün N dekabr N994-cü il tarixli əmr ilə iddiaçı hərbi hissədən çıxarılmış, bütün növ təminatları dayandırılmışdır.

36. Bundan əlavə, məhkəmənin 22 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində ifadə vermiş ŞahidN ifadəsində bildirmişdir ki, iddiaçı ilə əsgər yoldaşı olmuş, birlikdə N nömrəli hərbi hissədə N99N-ci N992-ci illərdə qulluq etmiş, birlikdə də 22 fevral N992-ci ildə müharibədə yaralanmışdırlar. Onun ikinci qrup əlilliyi vardır. O, hospitala gələndən sonra hərbi hissəyə qayıtmamışdır.

37. Həmçinin, məhkəmənin 26 noyabr 2024-cü il tarixli iclasında şahid qismində iştirak edən Şahid2 ifadə verərək bildirmişdir ki, N992-ci ildə Ağdam yerli özünü müdafiə alayı, N N hərbi hissənin tərkibində təlim tədris taboru yaradılmışdır. İddiaçı ora gəmiş yeni əsgərlərdən olduğu üçün, N,5 ay təlim keçmişdir. N5 avqusta qədər təlim keçmiş, hərbi anddan sonra alayın tərkibindəki döyüş bölgəsində olan taborlara bölüşdürülmüşdürlər. İddiaçı N N hərbi hissənin 4-cü taboruna bölüşdürülmüş, Nadirov Əlşadın komandirliyi ilə Kötəl adlanan batalyona verilmişdir. İddiaçının olduğu post Ağdamın Şelli kəndində yerləşirmişdir. N nömrəli briqada formalaşmışdı. N993-cü ilin 22 fevralında ermənilərin hücumu olanda, Şabrandan bir çox nəfər yaralanmışdı ki, iddiaçı da onlardan biri idi. İddiaçının əvvəlcə Ağdam hospitalına daha sonra Ələtə gətirmişdilər. İddiaçı yaralanana qədər də bir çox döyüş əməliyyatlarında iştirak etmiş, N992-ci ildə Xocavənd istiqamətində ermənilər hücum edən zaman iddiaçı ermənilərlə döyüşmüşdür. Müalicədən sonra hərbiçilərin çoxuna məzuniyyət verilmişdir. Məzuniyyətlər yaralanmanın dərəcəsindən asılı idi. İddiaçı ağır xəsarət aldığı üçün uzun müddət müalicə almalı olmuşdur.

38. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlili məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

40. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N944-cü il yanvarın N-dən N95N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N94N - N945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

41. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı: N. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... N.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

42. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçının hərbi əməliyyatlar zamanı xəsarət almasına, həmin travma ilə əlaqədar uzun müddət müalicədə olunması üçün hərbi hissədən çıxarılması işin mübahisəsiz halı olduğundan iddia tələbi təmin edilməlidir.

43. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

44. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar