Məhkəmə qərarları › İş №e-2-1(118)-3107/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-3107/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-3107/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə iddiaçılar İddiaçı və X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayonu Polis Şöbəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X3 (bundan sonra - “iddiaçılar”) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayonu Polis Şöbəsinə (bundan sonra - “cavabdeh”) qarşı “X5, X4 iddiaçıların mülkiyyətində və istifadələrində olan ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Qusar şəhəri, M.Vəliyev küçəsi, ev 86 18 avqust 2023-cü il tarixdən iddiaçıların mülkiyyətindədir. Bu fakt öz əksini 18 avqust 2023-cü il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda öz əksini tapmışdır. Lakin həmin əmlakın mülkiyyətçisi olmadığlarına baxmayaraq, bu günə kimi Azərbaycan Respublikası Konstisusiyası ilə qorunan mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər, yəni həmin əmlak üzrə sərbəst şəkildə sərəncam verərək nə sata, nə də ki bağışlaya bilmirlər, hətta onlara düşən paylarından belə. Bu öz təsdiqini Notariat ofisi 30 dekabr 2023-cü il tarixli, 50/9 saylı məktubunda tapmışdır, hardakı bildirilmişdir ki, qeydiyyatda olan şəxslərin razılığ ərizələri olmadığından notariat hərəkətinin aparılması imkan xaricindədir. Asan-Quba xidmətindən ******* saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda görünür ki, iddiaçıların olan evdə X5, X6 və digərləri qeydiyyatdadılar. Bu şəxslər qeydiyyatdan çıxmadığına görə bu günə kimi Konstitusiya ilə qorunan hüququndan və mülkiyyətindən istədiyləri formada istifadə edə, barəsində hər hansı bir sərəncam verə bilmirlər. X1, X6 uzun illərdi ki Russiya Respublikasının vətəndaşlarıdır, orada qeydiyyatdadılar və mübahisəli evdə heç vaxt yaşamayıblar. Həmin şəxslərin qeydiyyata düşməsinə iddiaçılar tərəfindən heç bir razılığ verilməmişdir. Bu öz əksini 50 AБ ******* saylı etibarnamədə və ********** saylı Russiya Respublikasının vətəndaşına məxsus olan pasportdan görünür. Yuxarıda göstərilən şəxslərin qeydiyyatdan çıxarılması barədə Qusar rayonu Polis Şöbəsinə müraciət olunub, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları xahiş edilmişdir. Lakin Polis İdarəsi 2 sentyabr 2023-cü il tarixli, 3/13- 93/2-13-161xx/xx/2023 saylı məktubu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının tələblərinə məhəl qoymadan, imtina etdilər və bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaç tərəf “elektron kabinet” vasitəsilə ərizə ilə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə və üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflər və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə, qərara aldı: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı və X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayonu Polis Şöbəsinə qarşı “X5, X4 iddiaçıların mülkiyyətində və istifadələrində olan ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar