Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-32/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 64A, mənzil 33-də yaşayan) Cavabdehin nümayəndəsi X2 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 330236,1 manat vergi borcu və 116.118,07 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 330236,1 manat vergi borcu və 116.118,07 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 330236,1 manat vergi borcu və 116.118,07 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18.01.2016 tarixdən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İddiaçı müəssisə avtomobillər üçün hissələr, qovşaqların və ləvazimatların pərakəndə satışı ilə məşğul olur. Şirkətin hazırda 34 nəfər işçisi vardır. Cavabdeh vergi orqanı tərəfindən müəssisədə 09.07.2018-ci il tarixdə səyyar vergi yoxlaması başlanılmış və 10.01.20189-cu il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticəi olaraq 10.01.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və müəssisəyə 569.890.63 manat vergilərin azaldılması müəyyən olunmuş və 687.563.12 manat maliyyə sankisyası hesablanmışdır. İddiaçı həmin akta etiraz vermiş, idarə tərəfindən yeni səyyar vergi yoxlaması aparılmış və 16.04.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edilmiş, müəssisəyə 491709,88 manat veergi borcu hesablanmış və 240954,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin sonadan həmin akt iddiaçıya məlum olmayan səbəbdən ləğv edilərək yenidən yoxlama təyin edilmişdir. 15.07.2019-cu il tarixdə yeni akt tərtib edilmiş və həmin məbləğlər təkrarlanmışdır. İddiaçı tərəfindən həmin akta da etiraz edilmiş və idarə tərəfindən yenidən yoxlama aparılaraq 19.11.2019-cu il tarixli akt tərtib edilərək iddiaçıya 330.236,1 manat verginin azaldılması müəyyən edilmiş və 165.118,08 manat maliyyə saknsiyası hesablanmışdır. Lakin bu dəfə iddiaçıya həmin aktla tanış olub qanunvericilikdə nəzərdə tutulmuş müddət verilmədən 28.12.2019-cu il tarixdə 28.12.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktına baxılma haqqında protokol tərtib edilmiş və 29.12.2019-cu il tarixdə həmin akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən bir sıra prosessual qanunpozuntularına yol verilmişdir. Bundan başqa səyyar vergi yoxlaması aktının əsasını satılan malların bazar qiymətinin müəyyənləşdirilməsi üçün 02.07.2009-cu il tarixli ekspertizanın təyin edilməsi barədə qərar əsasında verilmiş ekspert rəyi təşkil edir. Müəssisə tərəfindən yoxlayıcıya bütün zəruri maliyyə sənədləri, o cümlədən malların dəyərini əks etdirən gömrük sənədləri təqdim olunduğu halda yoxlayıcı tərəfindən ekspertizanın təin olunmasında zərurətin nədən ibarət olduğu aydın deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və vəsatət verərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunması haqqında 27.06.2018-ci il tarixli tələbnamə verilmiş, lkin tələbnamədə göstərilən sənədlər səyyar vergi yoxlamasına tam halında tam təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən göstərilən yoxlama dövrü üzrə malların alış-satışı üzrə qaimələr və müqavilələr yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı satılmış malların bazar qiymətinin müəyyən edilməsi zərurəti ilə əlaqədar “Ekspertizanın təyin edilməsi haqqında” 02.07.2019-cu il tarixli qərar qəbul edilmiş və ekspert qarşısında 01.01.2017-ci il tarixdən 30.04.2018-ci il tarixədək olan dövrdə aylar üzrə satılmış malların bazar qiymətlərinin müəəyyənləşdirilməsi sualı qoyulmuşdur. Qərarda göstərilən dövr ərzində satılmış malların ilkin sənədləri ekspertə təqdim edilmədiyinən ekspert tərəfindən vergi ödəyicisinin təqdim etdiyi 4-ci hesab üzrə malların hərəkəti cədvəli, müxtəlif internet saytlarında olan məlumatlar və iddiaçının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən təsərrüfat subyektində satış qiymətləri barədə məlumatlar nəzərə alınaraq malların satış (bazar) qiymətləri müəyyən edilmişdir. Aparılmış ekspert araşdırmasından sonra iddiaçı tərəfindən ümumilikdə 326886,06 manat verginin azaldılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş : -2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilmiş 22.06.2018-ci il tarixli **********154171 nömrəli qərardan görünür ki, "xxxx" MMC üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi (yoxlama ilə əhatə olunan dövr yanvar 2017-aprel 2018) qərara alınmışdır. -2 saylı Ərazi Vergilər Departamentinin 27.06.2018-ci il tarixli **********154598 nömrəli tələbnaməsindən görünür ki, "xxxx" MMC–dən vergi-hesab fakturaları, depozit, kassa sənədləri, bank sənədləri, qaimə sənədləri, müqavilələr(kontraktlar), forma-2 (aktlar), nəzarət kitabçası və digər ilkin mühasibat sənədləri, səyyar (kameral) vergi tədbiri ilə əlaqədar digər zəruri sənədlər tələb edilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********162470 nömrəli 06.09.2018-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC üzrə 01.01.2017-ci ildən 01.04.2018-ci il tarixədək olan dövrlər üçün aylar üzrə satılmış malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. -**********165657 nömrəli 19.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC-də yanvar 2017-aprel 2018-ci illəri əhatə edən dövr üzrə səyyar vergi yoxlaması aktı keçirilmiş və müəssisənin 2017-ci ildə mənfəət vergisi üzrə 148382,48 manat, ƏDV üzrə 133544,20 manat, əmlak vergisi üzrə 677,80 manat, 2018-ci ildə ƏDV üzrə 44121,51 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 160 manat məbləğində vergilərin azaldılması müəyyən olunmuşdur. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 29.12.2029-cu il tarixli **********195602 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-yə mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi və müzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergiyə görə azaldılmaya yol veridiyinə görə 326886,06 manat əlavə vergi və 163443,04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - -Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinin 23 dekabr 2002-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC–nin direktoru E.Əliyevanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2954 saylı 15.07.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 148.382,48 manat məbləğində mənfəət vergisinin, 177.665,71 manat məbləğində ƏDV-nin, ümumilikdə 326.048,19 manat məbləğində vergilərin az hesablanması müəyyən olunmur. İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 9/8271 saylı 17.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində “Muxtaroğlu-VM “ MMC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 148.382,48 manat məbləğində məngfəət vergisinin ,177.665,71 manat məbləğində ƏDV-nin, ümumilikdə 326.048,19 manat məbləğində vergilərin az hesablanması müəyyən olunmur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh vergi orqanı iddiaçı müəssisənin rəhbərliyi tərəfindən göstərilən dövr üzrə qaimələr və müqavilələrin, həmçinin satılmış malların ilkin sənədlərinin təqdim olunmadığını əsas gətirərək ekspertiza təyin etmiş və ekspert qarşısında iddiaçı tərəfindən 01.01.2017-ci il tarixdən 30.04.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə satılmış mallartın bazar qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Ekspert tərəfindən vergi ödəyicisinə məxsus maöaza, yağlama sexində göstərilən məluimatlar nəzərə alınaraq sürtgü yağları, filtrlərin satışını həyata keçirən digər mağazalardan məlumatlar öyrənilməklə adları göstərilən malların orta bazar qiymətlərini müəyyənləşdirmiş və 05.07.2019-cu il tarixdə “Azərekspertiza” birliyindən ekspert rəyi alınmışdır. Ekspert rəyi əsasında malların bazar qiymətlərindən aşağı qiymətə rəsmiləşdirildiyi və bununla da ƏDV-nin 179231,70 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi 2017-ci il üzrə mənfəət vergisi üzrə 5.064.670,91 manat gəlir göstərmişdir. Ekspert rəyinə əsasən vergi pdəyicisinin malların bazar quymətlərindən aşağı məbləğdə rəsmiləşdirildiyi müəyyən edilmiş, nəticədə yoxlama ilə gəlirin 6.346.583,31 manat olduğu və 741.912,4 manat dövriyyənin azaldılması aşkar edilmişdir. Azaldılmış 741.912,4 manat dövriyyə fərqinə 148.382,48 manat mənfəət vergisi üzrə əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllığa əsasən həmin Məcəllənin 14.6.3.3-cü maddəsinin tətbiqi üçün ilk növbədə Vergi Məcəlləsinin 14.6.3.1 və 14.6.3.2-ci maddələri ilə nəzərdə tutulmuş qaydanın tətbiqi mümkünsüz olmalıdır. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş ardıcıllıq nəzərə alınmadan həmin Məcəllənin 14.6.3.3-cü maddəsi tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli qərarından da görünür ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Plenum qeyd olunan Qərarda izah etmişdir ki, ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsilə ekspertiza keçirilməsində iştirak etmək və ekspert rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X5 tərəfindən tərtib edilmiş 10.07.2019-cu il tarixli ekspert rəyindən görünür ki, aparılmış araşdırma zamanı "xxxx" MMC-nin 01.01.2017-ci il tarixdən 01.05.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə satılmış malların orta bazar satış qiyməti müəyyən edilmişdir. Araşdırmalar müxtəlif internet saytlarında göstərilən məlumatlar nəzərə alınmaqla və sürtkü yağları və filtrlərin satışını həyata keçirən mağazalardan malların satış qiyməti öyrənilməklə aparılmışdır. Qiymətləndirmə zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyinin baza məlumatlarına və material.az, ru.all-in.az, biznesinfo.az, elanlarim.com, birja-vdv.az və s.saytlara istinad edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Lakin vergi orqanının «Ekspertizanın təyin olunması haqqında» **********162470 saylı 06.09.2018-ci il tarixli qərarından görünür ki, ekspertiza təyin olunarkən ekspert qarşısında yoxlanılan dövrə aylar üzrə satılmış malların real bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı sual qoyulmuşdur. Yəni, ekspertiza təyin olunarkən bu barədə qərarda yoxlanılan dövr üçün aylar üzrə satılmış malların bazar qiymətinin topdansatış və ya pərakəndə satış üzrə müəyyən edilməli olması dəqiq olaraq göstərilməmişdir. Təyin olunan ekspertiza ilə bağlı verilmiş ekspert rəyində iddiaçı tərəfindən 2017-ci ilin yanvar ayından 2018-ci ilin aprel ayınadək olan dövrdə aylar üzrə satılmış malların real orta bazar qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan normaların məzmunundan da görünür ki, «topdansatış» və «pərakəndə satış» anlayışları bir-birindən təmamilə fərqlənir. Buna baxmayaraq vergi orqanı tərəfindən topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin idxal etdiyi malların satışı ilə bağlı bazar qiymətini müəyyən etmək üçün ekspert qarşısında sual qoyularkən bu qiymətin pərakəndə, yoxsa topdansatış üzrə qoyulması nəinki «Ekspertizanın təyin edilməsi haqqında» qərarda dəqiq olaraq göstərilməmiş, həmçinin ekspertin həmin qiyməti pərakəndə satış üzrə müəyyən etməsi belə səyyar vergi yoxlaması aktı tərtib olunarkən, onun nəticəsinə dair məsuliyyətə cəlb etmə qərarı qəbul olunarkən nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vergi orqanının 29.12.2019-cu il tarixli «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarı «Azərekspertiza» Birliyinin 10.07.2019-cu il tarixli rəyi əsasında qəbul edilmişdir ki, həmin qərarın da qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən inzibati orqanın üzərinə düşür. Digər tərəfdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, hazırki iş üzrə səyyar vergi yoxlaması dövrü üçün ekspert tərəfindən müqayisə edilən malların internet saytları və qeyri-müəyyən ünvanlarda yerləşən satış mağazaları üzrə aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur. Bu baxımdan Sumqayıt şəhərində fəaliyyət göstərən iddiaçı ilə müxtəlif yerlərdə (Bakı şəhəri və ya s.) fəaliyyət göstərən obyektlərin ünvanı (yerləşdiyi ərazi) eynilik təşkil etmir. Ekspert sürtkü yağları, filtrlər və s. bazar qiymətini müəyyən edərkən ədəbiyyat və informasiya mənbəyi kimi istinad etdiyi internet ünvanlarında (saytların) hansı məqalələrdən istifadə etdiyini, istinad olunan fiziki və hüquqi şəxslər barədə, onların şifahi formada verdiyi hansı məlumatları dəqiq göstərmədiyindən onun konkret hansı mənbədən istifadə etdiyi də məhkəməyə aydın deyildir. Bundan əlavə məhkəmə araşdırmaları müəyyən olunmuşdu ki, vergi orqanı tərəfindən iddiaçıda aparılan səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydaların pozulmasına da yol verilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, səyyar vergi yoxlaması zamanı malların qiymətinin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən «Ekspertizanın təyin edilməsi» haqqında 06.09.2018-ci il tarixli qərar qəbul edilsə də, bu zaman həmin qərarla bağlı müvafiq protokol tərtib edilməmiş, belə ki, həmin protokol məhkəməyə təqdim olunmamış, bunun nəticəsində vergi ödəyicisinin ekspertizanın təyin olunması ilə bağlı vergi qanunvericiliyində göstərilən hüquqlarının ona izah edilməsi təmin olunmamış və buna görə də Vergi Məcəlləsinin 44-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, vergi orqanı tərəfindən 29.12.2019-cu il tarixli **********195602 saylı qərar qəbul edilərkən əsas götürülmüş 10.07.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, hazırki işə baxılarkən iş üzrə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halına yol verilməsini təsdiq edə biləcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın 10 qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Hazırki işə baxılarkən təyin edilmiş məhkəmə-mühasibatlıq və əlavə məhkəməmühasibatlıq ekspertizalarının dəyəri olaraq 400,0 (200+200) manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SFİFT BİK CTREAZ22 olan X1, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarı ləğv edilsin və yoxlama nəticəsində hesablanmış 326886,06 manat vergi borcu və 163443,04 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Ekspertizaların keçirilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 400,0 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Kod 21005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SFİFT BİK CTREAZ22 olan X1, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-32/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-32/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver