Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-341/2024 28.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200, **********583600, **********585000, **********586700, **********587400, **********588100, **********590200 və xx.xx.2024-cü il tarixli, **********219000 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********583600, **********585000, **********586700, **********587400, **********588100, **********590200 nömrəli qərarların ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200, **********583600, **********585000, **********586700, **********587400, **********588100, **********590200 və xx.xx.2024-cü il tarixli, **********219000 nömrəli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200 nömrəli Qərara əsasən 2021-ci ilin noyabr ayına ƏDV üzrə 20 264.37 manat; xx.xx.2022-ci il tarixli **********583600 nömrəli qərara əsasən 2021-ci ilin dekabr ayına ƏDV üzrə 28263.94 manat; xx.xx.2022-ci il tarixli **********585000 nömrəli qərara əsasən 2022-ci ilin yanvar ayına ƏDV üzrə 20116.88 manat; xx.xx.2022-ci il tarixli **********586700 nömrəli qərara əsasən 2022-ci ilin fevral ayına ƏDV üzrə 27572.76 manat; xx.xx.2022-ci il tarixli **********587400 nömrəli qərara əsasən 2022-ci ilin mart ayına ƏDV üzrə 32865.80 manat; xx.xx.2022-ci il tarixli **********588100 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayına ƏDV üzrə 20670.26 manat; xx.xx.2022-ci il tarixli **********590200 nömrəli qərara əsasən 2022-ci ilin may ayına ƏDV üzrə 14905.67 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarlarda hesablama ilə bağlı hər hansı əsaslandırma həyata keçirilməmişdir. Yalnız vergi ödəyicisinin elektron kabinetinə daxil olmuş xx.xx.2022-ci il tarixli **********152300 nömrəli “Kameral vergi yoxlaması haqqında” məktubda qeyd edilmişdir ki, “fəaliyyətiniz üzrə xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əldə edilmiş uçot sənədləri əsasında xx.xx.2021-ci il tarixdən əvvəlki son 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarınızın həcmi 200000 manatdan çox olduğuna görə xx.xx.2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınma öhdəliyiniz yaranmışdır. Belə ki, xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri aralığında tərəfinizdən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir”. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********583600, **********85000, **********586700, **********587400; **********588100, **********590200 nömrəli qərarları qanunsuz və əsassız hesab edir: Cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində əldə edilmiş uçot (qara mühasibatlıq) sənədlərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçının real dövriyyəsi 1132683,5 manat olduğu halda, təqdim edilmiş vergi bəyannamələrində vergiyə cəlb edilən dövriyyə 126868,53 manat bəyan edilmişdir. Bu səbəbdən də cavabdeh vergi orqanı ilk öncə iddiaçını xx.xx.2021-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyat almış və daha sonra 2021-c ilin noyabr-dekabr və 2022-ci ilin yanvar-may ayları üzrə ƏDV hesablamışdır. Bununla bağlı cavabdeh vergi orqanın istinad etdiyi “qara mühasibatlıq” sənədləri iddiaçının real dövriyyəsini əks etdirmir və cavabdeh vergi orqanı operativ vergi nəzarəti tədbiri zamanı əldə etdiyi qara mühasibatlıq sənədlərində öz əksini tapmış əməliyyatların faktiki olaraq baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmadan, həmin məlumatları mötəbər mənbə qismində qiymətləndirmişdir. Halbuki, həmin cədvəllərdə olan məlumatlar faktiki olaraq baş tutmuş əməliyyatlar deyil və cavabdeh vergi orqanı həmin əməliyyatların faktiki olaraq baş tutmasına dair hər hansı sübutu (malların faktiki olaraq alınması və ya satılması, malların alındığı və ya satıldığı şəxslərin rekvizitləri və izahatları və s.) məhkəməyə təqdim edə bilməz. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsassız və qanunsuz olduğundan, ləğv edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vergi ödəyicisinin fəaliyyəti üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əldə edilmiş uçot sənədləri əsasında xx.xx.2021-ci il tarixdən əvvəlki son 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatların həcmi 200000 manatdan çox olduğuna görə xx.xx.2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaranmışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınması təmin edilmişdir. xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri aralığında vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin 3-cü rübü üçün 1740,9 manat sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləğinin, 2021-ci ilin noyabr ayı üzrə 20264,37 manat, 2021-ci ilin dekabr ayı üzrə 28263,94 manat əlavə dəyər vergisinin, 2021-ci il üzrə 4031,05 manat gəlir vergisinin, 2022-ci ilin yanvar ayı üzrə 20116,88 manat, 2022-ci ilin fevral ayı üzrə 27572,76 manat, 2022-ci ilin mart ayı üzrə 32865,8 manat, 2022-ci ilin aprel ayı üzrə 20670,26 manat və 2022-ci ilin may ayı üzrə 14905,67 manat əlavə dəyər vergisi hesablanmışdır. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli satış dövriyyəsi üzrə cədvəllərdə olan rəqəmlərin ona məxsus kompüterlərdən götürüldüyünü və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirdiyini bildirmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə vergi uçotuna, xx.xx.2021-ci il tarixdə ƏDV məqsədləri üçün məcburi qeydiyyata alındığı və əsas fəaliyyət növünün "sair ərzaq məhsullarının pərakəndə satışı” olduğu, Quba rayonu, Nügədi 1 ünvanında ümumi sahəsi 700,0 m2 olan təsərrüfat subyektinin (obyektinin) xx.xx.2021-ci il tarixdə uçota alındığı, VS43217S50875 zavod nömrəli, SUNMİ V1S markalı nəzarət kassa aparatının xx.xx.2022-ci il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri aralığında tərəfinizdən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması haqqında" xx.xx.2022-ci il tarixli **********152300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin noyabr ayı üzrə 20264,37 manat, dekabr ayı üzrə 28263,94 manat, 2022-ci ilin yanvar ayı üzrə 20116,88 manat, fevral ayı üzrə 27572,76 manat, mart ayı üzrə 32865,80 manat, aprel ayı üzrə 20670,26 manat və may ayı üzrə 14905,67 manat əlavə dəyər vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********590200, **********588100, **********587400, **********586700, **********585000 və **********583600 nömrəli qərarlar qəbul olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi sahibkarın fəaliyyət göstərdiyi ünvanında yerləşən, Quba rayonu 1 Nügədi ünvanında yerləşən, ümumi sahəsi 700,0 m2 olan “Mağaza“ adlı təsərrüfat subyektində (obyektində) (obyektin kodu: **********- 45001) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti tədbirlərin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********58855 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələri əsas tutularaq yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin əlavə araşdırılmasına zərurət yarandığından “Nəzarət kitabçasının”, şəxsiyyət vəsiqəsinin surətini, fəaliyyətini həyata keçirildiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədlərini, alkoqollu içkilərin və tütün məmulatının, eyni zamanda aksiz markası olmayan və ya saxta markalar ilə markalanmış alkoqollu içkilərin və tütün məmulatının alış mənbələrini və qiymətlərinin əks etdirən (təsdiq edən) sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətlərini, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatların, xidmət müqavilələrinin, digər zəruri sənədlərin və əşyaların götürülməsinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********8860 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunan Qərar əsasında fərdi sahibkara məxsus 1 (bir) ədəd yaddaş qurğusunda (flaşkart) olan məlumatların və 2021-2022-ci illər üzrə satış dövriyyəsi barədə cədvəl şəklində məlumatın götürülməsi həyata keçirilmiş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli DVX seriyalı 002723 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında’’ Protokol ilə rəsmiləşdirilmişdir. Götürülmüş sənədlərə əsasən fərdi sahibkarın xx.xx.2021-xx.xx.2022-ci il aralığındakı satış dövriyyəsi “real dövriyyə ədv daxil deyil” qeydi yazılaraq 1137483.52 manat göstərilmişdir. Fərdi sahibkar qeyd olunan dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. İddiaçı fəaliyyəti üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş OVN tədbiri zamanı əldə edilmiş uçot sənədlərinə əsasən xx.xx.2021-ci il tarixdə son 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatların həcminin 200000 manatdan artıq olduğu müəyyən edilmişdir. Beləliklə Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınması öhdəliyi yaranmışdır. Fərdi sahibkara 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməsi üçün xx.xx.2022-ci il tarixli **********152300 nömrəli məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən məktuba münasibət bildirilməmiş və nəticədə Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınması təmin edilmişdir. xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri aralığında vergi ödəyicisi tərəfindən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə, həmçinin vergi orqanında olan cədvəl məlumatlarına əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********445200 nömrəli xidməti məruzəsi əsasında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kameral vergi yoxlaması ilə 2021-ci ilin noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ƏDV bəyannamələri üzrə ümumilikdə 164 659,68 manat əlavə vergi məbləği hesablanmışdır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən yeni nəsil kassa aparatı vasitəsilə 2022-ci ilin fevral ayı ərzində pərakəndə satış həyata keçirilmədiyi, 2022-ci ilin mart ayı ərzində 287,54 manat, 2022-ci ilin aprel ayı ərzində 489,41 manat və 2022-ci ilin may ayı ərzində 618,26 manat pərakəndə satışın həyata keçirildiyi, nəzarət-kassa aparatına qeyd olunan dövrlər ərzində mədaxil olunan pul vəsaitlərinin ƏDV-dən azad olunan əməliyyatlarla bağlı mədaxil olunmuş pul vəsaitləri olduğu, araşdırılan dövr ərzində elektron qaimə- fakturalarına əsasən 169309,34 manat (ƏDV daxil) dəyərində müxtəlif çeşiddə malların alındığı, Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi (VÖEN: **********) tərəfindən fərdi sahibkara xx.xx.2022-ci il tarixli EBBV seriyalı, 188162 nömrəli “Açıq məkana reklam yayım haqqı” adı ilə elektron qaiməfakturasının təqdim edildiyi, araşdırılan dövr ərzində elektron qaimə-fakturalarına əsasən malların (işlərin, xidmətlərin) təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, elektron alış aktına əsasən malların alınıb-satılmadığı müəyyən edilmişdir. Fərdi sahibkarın fəaliyyət göstərdiyi təsərrüfat subyektində (obyektində) keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu aşkar edilmiş, bu səbəbdən fərdi sahibkara Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1 000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli **********0620 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və xx.xx.2022-ci il tarixli **********0620 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəuul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab- faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 4280,05 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022-ci il tarixli **********0985 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Vergi Məcəlləsinin 159.7-ci maddəsi ƏDV məqsədləri üçün qeydiyyatda olan şəxsin əldə etdiyi elektron vergi hesabfakturaları (01.01,2020-ci il tarixdən etibarən elektron qaimə- fakturalar) üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr edildiyi halda ƏDV-ni əvəzləşdirmək hüququnun olmadığı hallara münasibətdə tətbiq edilir. Eyni zamanda ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Bu səbəbdən vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınanadək əldə etdiyi, habelə ƏDV məqsədləri üçün qeydiyyatda olan zaman malların dəyərini nağd qaydada ödədiyi halda malların təqdim edilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir. Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir və şəxs tərəfindən sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə alınmış malların ƏDV ödəyicisi olduğu dövrdə təqdim edilməsi ƏDV tutulan əməliyyat hesab edilir və ümumi qaydada 18 faiz dərəcə ilə vergiyə cəlb edilir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq. 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Vergi Məcəlləsinin 159.7-ci maddəsi ƏDV məqsədləri üçün qeydiyyatda olan şəxsin əldə etdiyi elektron vergi hesab-fakturaları (xx.xx.2020-ci il tarixdən etibarən elektron qaimə-fakturalar) üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr edildiyi halda ƏDV-ni əvəzləşdirmək hüququnun olmadığı hallara münasibətdə tətbiq edilir. Eyni zamanda ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Bu səbəbdən vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınanadək əldə etdiyi, habelə ƏDV məqsədləri üçün qeydiyyatda olan zaman malların dəyərini nağd qaydada ödədiyi halda malların təqdim edilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200 saylı, **********583600 saylı, **********585000 saylı, **********586700 saylı, **********587400 saylı, **********588100 saylı, **********590200 saylı və xx.xx.2024cü il tarixli, **********219000 nömrəli qərarlar və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 3stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı barəsində 3 saylı Ərazi Vergilər İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********583600, **********585000, **********586700, **********587400, **********588100, **********590200 nömrəli qərarlardan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********58855 nömrəli Qəraradan görünür ki, qərara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı məxsus Quba rayonu 1 Nugədi ünvanında yerləşən obyektdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülmüşdür. Vergi orqanı qeyd olunan qara mühasibatlıq sənədlərinə əsasən Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınması öhdəliyinin yarandığını müəyyən etmiş və məcburi qaydada ƏDV qeydiyyatına alınmasını təmin etmişdir. Bundan başqa, vergi orqanı qeyd olunan qara mühasibatlıq sənədlərinə əsasən xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri aralığında vergi ödəyicisi tərəfindən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126,868.53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə, həmçinin vergi orqanında olan cədvəl məlumatlarına əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1,132,683.5 manat olması nəticəsində 1,005,814.97 manat kənarlaşma aşkar etmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması haqqında” xx.xx.2022-ci il tarixli **********152300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin noyabr ayı üzrə 20264,37 manat, dekabr ayı üzrə 28263,94 manat, 2022-ci ilin yanvar ayı üzrə 20116,88 manat, fevral ayı üzrə 27572,76 manat, mart ayı üzrə 32865,80 manat, aprel ayı üzrə 20670,26 manat, may ayı üzrə 14905,67 manat əlavə dəyər vergisi və 2022-ci il üzrə 21680,68 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********590200, **********588100, **********587400, **********586700, **********585000 və **********583600 nömrəli və xx.xx.2024-cü il tarixli **********219000 nömrəli qərarlar qəbul olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********581200, **********590200, **********588100, **********587400, **********586700, **********585000 və **********583600 nömrəli və xx.xx.2024-cü il tarixli **********219000 nömrəli qərarların ləğvinə yönəlmişdir. Nəzərə alınmalıdırki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması itəbvön) və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Hazırki işdə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə vergi nəzarətini kameral vergi yoxlaması qaydasında həyata keçirmiş və yoxlama zamanı vergilərin hesablanması məqsədilə mənbə qismində “qara mühasibatlıq” sənədlərinə istinad etmişdir. Belə ki, mübahisəyə dair iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli **********58855 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı məxsus Quba rayonu 1 Nugədi ünvanında yerləşən mağazada 11 nəfər vergi müfəttişinin iştirakı ilə Vergi Məcəlləsinin 50.1.9, 50.1.13, 50.1.3, 50.1.2 və 50.1.7-ci maddələrində nəzərdə tutulan 5 məsələni əhatə edən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və “Səndələrin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilərək iddiaçının obyektindən izahat, şəxsiyyət vəsiqəsinin surəti və elektron fayl (flaşkart) götürülmüşdür. Müəyyən edilir ki, nəzarət tədbirini həyata keçirən vergi orqanı iddiaçıya məxsus komputer avadanlığından məlumatları elektron yaddaş qurğusuna (atrakşalf) köçürmüşdür. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərinə əsasən əlavə vergi məbləği hesablamaqda haqlı olmamışdır. Belə ki, məhkəmə ilk növbədə bildirir ki, vergi orqanının bir təsərrüfat subyektində (obyektdə) 11 nəfər vergi müfəttişinin iştirakı ilə tədbir həyata keçirməsi, tədbir zamanı yoxlamanın predmetinə aid olmayan sənədlərin, o cümlədən komputerdən elektron faylların götürülməsi, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli Tələbnamədə sənədlərin və əşyaların vergi orqanına təqdim edilməsi üçün 1 iş günü müddəti müəyyən edilməsinə baxmayaraq, sənədlərin və əşyaların götürülməsi haqqında protokolun həmin gün tərtib edilməsi cavabdehin OVN tədbirini həyata keçirməkdə həqiqi məqsədinin komputer məlumatlarının götürülməsindən ibarət olduğunu təsdiq edir. Bundan başqa, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda iddiaçıya məxsus obyektdə yerləşən komputerdən elektron faylın (flaşkartın) götürüldüyü qeyd edilsə də, həmin elektron faylın və ya faylların komputerdən flaşkarta necə emal edildiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, komputerdən hər hansı elektron faylın emal edilməsi xüsusi bilik tələb edən sahədir və həmin proses mütəxəssisin iştirakı ilə həyata keçirilməli idi. Həmçinin məhkəmə qeyd edir ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda iddiaçıya məxsus obyektdən izahat, şəxsiyyət vəsiqəsi və elektron fayl (flaşkart) götürüldüyü qeyd edilsə də, cavadeh vergi orqanı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli protokolda öz əksini tapmamış əlavə 2 sənəd - xx.xx.2022-ci il tarixli 2021-2022-ci illər üzrə satış dövriyyəsi barədə 2 cədvəl təqdim edilmişdir. Bundan başqa, iddia ərizəsinə qarşı etiraza edilmiş təhvil-təslim barədə aktdan görünür ki, OVN zamanı götürülmüş dövriyyə sənədləri və fləşkart cavabdeh vergi orqanına xx.xx.2022-ci il tarixdə, yəni nəzarət tədbirindən 2 ay 24 gün sonra təhvil verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri çərçivəsində elektron faylın emalı mütəxəssis iştirakı ilə həyata keçirilmədiyindən, faylın komputerdən fləşkarta necə emal edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən və “Səndələrin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda vergilərin hesablanması zamanı istifadə edilən əsas mənbə - xx.xx.2022-ci il tarixli dövriyyə cədvəlləri barədə hər hansı qeyd olmadığından, istinad olunan “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün mötəbər sənəd və əlaqəli məlumat hesab edilə bilməz. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, həmin sənədlər vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən və iddiaçı tərəfindən imzalandığından mənbəyi bəllidir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi). Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın ,nişi) xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Bir sözlə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Həmçinin məhkəmə qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır itabiznİ“) icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir itabiznİ“) icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında malların faktiki olaraq satılıbsatılmadığını, pul vəsaitlərinin daxil olub-olmadığını müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi itabiznİ“) icraat haqqında” Qanunun 24-cü maddəsi). İddiaçı pərakəndə satışla məşğul olan vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alındığından, vergi orqanı onun aldığı malların miqdarını və həcmini, anbarında olan mal qalığını və digər məlumatları “qara mühasibatlıq” sənədləri kimi qəbul etdiyi kağızlardakı və elektron fayllardakı məlumatlarla təhlil edib onu digər məlumatlarla qarşılıqlı surətdə araşdıra bilərdi. Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real satış dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır. Beləliklə, cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real satış dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, sübutlar toplamadan və apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5507 saylı rəydən görünür ki, İddiaçı noyabr 2021-may-2022 hesabat dövrləri üzrə dövlət büdcəsinə ödəməli olduğu vergi məbləğinin və ƏDV-nin məqsədləri üçün qeydiyyat tarixinin müəyyən edilməsi mümkün olmamış və vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2021-ci ilin noyabr-dekabr, 2022-ci ilin yanvar-may ayları üzrə hesablanmış ümumilikdə 164,659.68 manat əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, göstərilən ekspert rəyindəki məlumatlarla razılaşmamaq üçün hər hansı əsas mövcud deyil. Bununla yanaşı, iddiaçının dövlət büdcəsinə ödəməli olduğu vergi məbləğinin müəyyən edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200 saylı, **********583600 saylı, **********585000 saylı, **********586700 saylı, **********587400 saylı, **********588100 saylı, **********590200 saylı və xx.xx.2024cü il tarixli, **********219000 nömrəli qərarlar ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200 saylı, **********583600 saylı, **********585000 saylı, **********586700 saylı, **********587400 saylı, **********588100 saylı, **********590200 saylı və xx.xx.2024cü il tarixli, **********219000 nömrəli qərarlar ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva