Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3413/2022 30.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli **********1666000 nömrəli qərarının ləğv edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərara əsasən 1.000(bir min) manat məbləğində cərimə edilmişdirlər. Həmin qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli, **********166600 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Buna görə də sözügedən qərarların qanunsuz və əsassız olduğunu hesab etdiklərindəndən ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Belə ki, xx.xx.2022-ci il tarixində Şahdağ Milli Parkının Şamaxı bölməsinin Dədəgünəş meşəbəyliyi (Pirqulu-Dəmirçi şosesi) ərazisində yerləşən İddiaçı restoranına gəlmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X11 və X16 adlı əməkdaşları restoranda əyləşib mürəbbə ilə çay içdikdən sonra onlara xidmət göstərən ofisantı çağıraraq hesabı istəmişlər, ofisant isə hesabın 25 manat olduğunu bildirdikdən sonra həmin şəxslər çayın pulunu ödəyərək yemək üçün nə olduğunu soruşmuşlar, həmçinin ayaqyoluna gedib-qaydacaqlarını sonra yemək sifariş edəcəklərini bildirmişlər. Bundan sonra onlara xidmət göstərən ofisant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoymuş, lakin həmin vaxt kassir yerində olmadığından, eyni zamanda pulu qəbul etmədiyindən kassaya vuraraq kassa mədaxil orderini çek-qəbzin çıxarmamışdır. Ofisant pulu hesab qabının içində kassirin stolunun üzərinə qoyub getdikdən təxminən 1-2 dəqiqə sonra yuxarıda adları qeyd edilmiş Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları otağa daxil olaraq heç bir səlahiyyət və hüquqları olmadan kassa aparatına müdaxilə etmişlər, sonra isə tam əsassız və qanunsuz olaraq cərimə yazmışlar. Tərtib edilmiş akt və protokolla razılaşmadıqlarından, həmçinin yazılmış cərimənin əsassız və qanunsuz olduğunu hesab etdikləri üçün imza etməkdən imtina etmişdirlər. Qeyd edilənlər restoranın müşahidə kameraları vasitəsi ilə də qeydə alınmışdır və həmin video görüntüləri məhkəmə prossesində təqdim ediləcəkdir. Yuxarıda da qeyd edildiyi kimi Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X11 və X16 adlı əməkdaşları onlara xidmət göstərən ofisanta çay və mürəbbənin pulunu verdikdən sonra ofisantı aldadaraq yemək üçün nə olduğunu soruşmuşlar və ayaqyoluna gedib-qayıdacaqlarını sonra yemək sifariş edəcəklərini bildirmişlər. Eyni zamanda ofisant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoyan zaman kassir yerində olmadığından və pulu qəbul etmədiyindən kassaya vuraraq kassa mədaxil orderini çekqəbzini çıxarmamışdır. Göründüyü kimi Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ofisantı aldatdıqlarından, ofisantın həmin şəxslərin yemək də sifariş edəcəklərini, hesabı sonda təqdim edəcəyini düşündüyündən, həmçinin kassir yerində olmadığından pulu qəbul edib kassaya mədaxil etmədiyinə görə çek-qəbz çıxarılmamışdır. Belə ki, adından da göründüyü kimi kassa mədaxil çek-qəbzi pul kassaya mədaxil edildikdən sonra verilir. İndiki halda isə video görüntülərdən də göründüyü kimi kassir vergilər idarəsinin əməkdaşlarından sonra kassanın yanına gəlir, həmçinin vergi idarəsinin əməkdaşları kassaya qanunsuz müdaxilə edən zaman da onlardan alınmış pul hesab qabının içində stolun üzərində qalmış vəziyyətdə olur. Bundan başqa qeyd edilməlidir ki, İqtisadiyyat nazirliyi yanında Dövlət Vegi Xidməti Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********6807 nömrəli qərardan da göründüyü kimi xx.xx.2022-ci il tarixli qərara dəyişiklik edilərək vergi idarəsinin əməkdaşları X12 və X2 adları çıxarılaraq X11 və X10 adları əlavə edilmişdir. Bu isə özlüyündə Dövlət Vegi Xidmətinin 4 saylıƏrazi Vergilər İdarəsinin əməkdaşlarının qərəzli münasibətinin göstəricisidir. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixindən "xxxx" MMC-nin direktoru X3masına baxmayaraq (əmək müqaviləsi bildirişi əlavə edilir) yazılmış cərimə "xxxx" MMC-nin direktoru kimi X5 adına yazılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, xx.xx.2022-ci il tarixli **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərar qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1i ünvanında yerləşən İddiaçı adlı obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı əməkdaşlarının obyektə gəldiyini, müştəri kimi çay və mürəbbə içdikdən sonra ofisiantı çağıraraq 25 manat ödəniş etdiklərini, pulu verdikdən sonra yemək üçün nələrin olduğunu soruşub, ayaqyolundan qayıtdıqdan sonı şifariş verəcəklərini bildirdiklərini, pulu verdikdən sonra yemək yeyəcəklərini bildirmək stoldan durub ayaq yoluna getdiklərini, ofisiantın 25 manat pulu nəzarət-kassa aparatın olduğu stola qoyduğunu, lakin həmin vaxt kassir yerində olmadığı üçün 25 manat pulu stolun üzərində kassaya mədaxil olmadan qaldığını, 1-2 dəqiqə keçdikdən sonra vergi orqanı əməkdaşlarının kassaya yaxınlaşdığını və özlərinin qeyd olunan 25 manat məbləği kassaya mədaxil etdiklərini, vergi orqanı əməkdaşlarının yemək yeyəcəklərini deməklə ofisiantı aldatdıqlarını, buna görə və eyni zamanda kassir yerində olmadığı üçün pulu qəbul edib kassaya mədaxil etmədiyindən, həmçinin vergi orqanı əməkdaşları qısa müddətdə kassaya yaxınlaşaraq, kassirin gələrək kassaya pulu mədaxil etməsinə şərait yaratmadan qanunsuz cərimə yazdıqlarını bildirərək, əsassız tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamə göstəriciləriniı vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektinin faktiki iqtisadi göstəricilərinə uyğun gəlmədiyindən 4 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra - İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2884 nömrəli qərarına əsasən İddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2i ünvanda yerləşən "xxxx" adlı restoranda İdarənin əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:15-də həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı alınmış 1 (bir) çaynik çaya görə (mürəbbə ilə) 25 manat ödəniş olunduğu lakin ödəniş müqabilində nəzarətkassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi, uçotdan yayındırılmış məbləğin həmin tarixdə saat 11:30-da nəzarət-kassa aparatına 1 nömrəli çeklə bərpa edilərək, operativ vergi nəzarətinin nəticəsinin xx.xx.2022-c il tarixli DVX seriyalı 012022 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmişdir. Tərtib edilmiş akt idarənin xx.xx.2022-ci il tarixli **********221800 nömrəli məktubı (əlavə olunur) ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kim qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış ve elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 21:03-də oxunmuşdur. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. İddiaçının ünvanına barəsində qəbul ediləcək qərar üzrə yoxlama materiallarına xx/xx/2022-ci il tarixdə, saat 10:00-da 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında baxılacağı barədə xx.xx.2022-ci il tarixli **********221800 nömrəli bildiriş göndərilməsinə, həmin bildirişdən məlumatlı olmasına baxmayaraq vergi ödəyicisi materiallara baxılmasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılaraq, tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3545 nömrəli qərar (əlavə olunur) qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İdarənin xx.xx.2022-ci il tarixli **********497700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 11:02-də oxunmuşdur. İddiaçı "xxxx" MMC vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022ci il tarixdə inzibati qaydada şikayətlər verərək operativ vergi nəzarət tədbirinin nəticələri ilə razı olmadığını və əsassız tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətində inzibati şikayətlərə baxılaraq, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166600 saylı inzibati qərar qəbul edilmişdir. Həmin qərara əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3545 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. İddiaçının inzibati şikayətə baxılan zaman inzibati araşdırmaya təqdim etdiyi video görüntülərdən də göründüyü kimi ofisiant tərəfindən 25 manat pul nəzarət-kassa aparatının olduğu stola qoyulmuş, həmin vaxt kassir yerində olmadığı üçün 25 manat pul stolun üzərində kassaya mədaxil olmadan qalmışdır. Eyni zamanda, video görüntülərə baxan zaman iddiaçının iddia ərizəsində bildirdiyi kimi vergi orqanı əməkdaşlarının 1 dəqiqədən az müddətdə deyil, 4 dəqiqə sonra kassaya yaxınlaşdıqları, özlərini təqdim etdikləri, qeyd olunan 25 manat məbləği kassaya mədaxil etdikləri müşahidə edilmişdir. Bundan başqa, vergi orqanı əməkdaşları yemək yeyəcəklərini deməklə ofisiantı aldatmaları, pulu verdikdən sonra yemək üçün nələrin olduğunu soruşmaları, ayaqyolundan qayıtdıqdan sonra şifariş vercəkləri ilə bağlı Cəmiyyət tərəfindən inzibati araşdırmaya heç bir sübut təqdim edilməmiş və video görüntülərdə də bununla bağlı qeyd olmamışdır. Həmiçinin, inzibati araşdırma zamanı oda müəyyən olunmuşdur ki, 4 saylı ƏVİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7110 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1i ünvanda yerləşən "xxxx" adlı restoranda idarənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alınmış müştəri tərəfindən alınmış 1 ədəd samovar çayı 25 manat, 1 ədəd mürəbbə 7 manat, servis xidməti 5 manat olmaqla, ümumilikdə 37,0 manat pulun müqabilində çek verilmədiyi, həmin məbləğin 1 nömrəli çeklə nəzarət-kassa aparatına bərpa edildiyi, operativ vergi nəzarətinin nəticəsinin xx.xx.2021-ci il tarixli DVX seriyalı 002389 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, 4 tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7618 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi 2021-2022-ci illərdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı hər iki halda yayındırılmış məbləğlər 1 saylı çeklə nəzarət-kassa aparatına bərpa edilmişdir. Bu da ona dəlalət edir ki, Cəmiyyət tərəfindən nəzarət-kassa aparatı mütəmadi olaraq istifadə olunmur. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, İddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin direktorunun X4masına baxmayaraq (əmək müqaviləsi bildirişi əsasında) yoxlama materiallarında "xxxx" MMC-nin direktoru kimi X5 qeyd olmasına dair gətirdiyi dəlilinə münasibətdə qeyd edirlər ki, "xxxx" MMC-nin qeydiyyat məlumatlarında onun qanuni təmsilçilik funksiyasına malik X1r. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Göründüyü kimi müəssənin direktoru dəyişdikdə bu dəyişiklik mütləq şəkildə vergi orqanında dövlət qeydiyyatına alınmalıdır və işçinin əmək müqaviləsi bildirişində vəzifəsinin Direktor olması onun müəssənin qanuni təmsilçilik funksiyasına malik Direktor olması demək deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndələri X17, X16, X14 iştirak etmiş, iddia ərizəsinə etiraza uyğun izahat vermiş, iddianın ərdd edilməsini məhkəmədən xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərara əsasən 1.000(bir min) manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli **********1666000 nömrəli qərarının ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı əsasız olmuş, vergi qnunvericiliyinin və İnzibati İcraat haqqında Qanunun tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. . Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X24); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 109.8. Nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11- 6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəzarət-kassa aparatlarının istismarı qaydalarına əsasən: 1.3. NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.1. NKA-nın operatorları (bundan sonra – Operator); 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi); 1.3.3. Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs; 1.3.4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası (bundan sonra – Komissiya); 1.3.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik); 1.3.6. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik). 1.4. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.4.1. NKA – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan pul hesablaşmalarının qeydiyyatında istifadə edilən, hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi Nazirliyin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı və bu Qaydalarla müəyyən olunan meyarlara cavab verməli olan aşağıdakı avadanlıqlar: 1.4.1.1. proqram təminatlı nəzarət-kassa aparatları – hesablama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş avadanlıq; 1.4.1.2. proqram təminatlı portativ tipli nəzarət-kassa aparatları – hesablama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş, öz enerji mənbəyinə malik olan və müvəqqəti olaraq xarici enerji mənbəyi olmadan işləyə bilən elektron avadanlıq; 1.4.2. proqram kassası – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan əməliyyatlar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı və ya proqramaparat kompleksi; 1.4.3. nəzarət mexanizmi qurğusu – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmalar barədə məlumatların Nazirliyin informasiya sisteminə ötürülənə qədər toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini, İstifadəçi və NKA-nın autentifikasiyasını və bu prosedurların həyata keçirilməsinə nəzarəti təmin edən qurğu; 1.4.4. Nəzarət-kassa aparatları operatorlarının internet portalı (bundan sonra – portal) – bu Qaydaların tələblərinin icrası məqsədilə Nazirlik tərəfindən yaradılmış rəsmi internet səhifəsi (www.e-kassa.gov.az); 1.4.5. Operator – NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxs; 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən və inzibati orqanın sadaladığı əlaqəli digər normalar hazırkı iş üzrə vergi ödəyicisinin və inzibati orqanın hüquq və vəzifələrini müəyyən edir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan müvafiq yoxlamanı keçirməyə səlahiyyətli orqandır. Yoxlamanın keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş icazələri almış və operativ vergi yoxlamasını həyata keçirmiş və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulması halını müəyyən etmişdir. “İnzibati İcraat haqqında” Qanuna əsasən: Maddə 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati icraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Lakin məhkəmə hesab edir ki, vergi orqanı mübahisələndirilən inzibati aktın əsaslı olduğunu sübut edə bilməmişdir. Beləki iddiaçı qeyd edir ki, xx.xx.2022-ci il tarixində Şahdağ Milli Parkının Şamaxı bölməsinin Dədəgünəş meşəbəyliyi (Pirqulu-Dəmirçi şosesi) ərazisində yerləşən İddiaçı restoranına gəlmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X11 və X16 adlı əməkdaşları restoranda əyləşib mürəbbə ilə çay içdikdən sonra onlara xidmət göstərən ofisantı çağıraraq hesabı istəmişlər, ofisant isə hesabın 25 manat olduğunu bildirdikdən sonra həmin şəxslər çayın pulunu ödəyərək yemək üçün nə olduğunu soruşmuşlar, həmçinin ayaqyoluna gedib-qaydacaqlarını sonra yemək sifariş edəcəklərini bildirmişlər. Bundan sonra onlara xidmət göstərən ofisant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoymuş, lakin həmin vaxt kassir yerində olmadığından, eyni zamanda pulu qəbul etmədiyindən kassaya vuraraq kassa mədaxil orderini çek-qəbzin çıxarmamışdır. Ofisant pulu hesab qabının içində kassirin stolunun üzərinə qoyub getdikdən təxminən 1-2 dəqiqə sonra yuxarıda adları qeyd edilmiş Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları otağa daxil olaraq heç bir səlahiyyət və hüquqları olmadan kassa aparatına müdaxilə etmişlər, sonra isə tam əsassız və qanunsuz olaraq cərimə yazmışlar. Tərtib edilmiş akt və protokolla razılaşmadıqlarından, həmçinin yazılmış cərimənin əsassız və qanunsuz olduğunu hesab etdikləri üçün imza etməkdən imtina etmişdirlər. Qeyd edilənlər restoranın müşahidə kameraları vasitəsi ilə də qeydə alınmışdır və həmin video görüntüləri məhkəmə prossesində təqdim ediləcəkdir. Yuxarıda da qeyd edildiyi kimi Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X11 və X16 adlı əməkdaşları onlara xidmət göstərən ofisanta çay və mürəbbənin pulunu verdikdən sonra ofisantı aldadaraq yemək üçün nə olduğunu soruşmuşlar və ayaqyoluna gedib-qayıdacaqlarını sonra yemək sifariş edəcəklərini bildirmişlər. Eyni zamanda ofisant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoyan zaman kassir yerində olmadığından və pulu qəbul etmədiyindən kassaya vuraraq kassa mədaxil orderini çekqəbzini çıxarmamışdır. Göründüyü kimi Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ofisantı aldatdıqlarından, ofisantın həmin şəxslərin yemək də sifariş edəcəklərini, hesabı sonda təqdim edəcəyini düşündüyündən, həmçinin kassir yerində olmadığından pulu qəbul edib kassaya mədaxil etmədiyinə görə çek-qəbz çıxarılmamışdır. Belə ki, adından da göründüyü kimi kassa mədaxil çek-qəbzi pul kassaya mədaxil edildikdən sonra verilir. Cavabdeh isə qeyd edir ki, iddiaçının inzibati şikayətə baxılan zaman inzibati araşdırmaya təqdim etdiyi video görüntülərdən də göründüyü kimi ofisiant tərəfindən 25 manat pul nəzarət-kassa aparatının olduğu stola qoyulmuş, həmin vaxt kassir yerində olmadığı üçün 25 manat pul stolun üzərində kassaya mədaxil olmadan qalmışdır. Eyni zamanda, video görüntülərə baxan zaman İddiaçının iddia ərizəsində bildirdiyi kimi vergi orqanı əməkdaşlarının 1 dəqiqədən az müddətdə deyil, 4 dəqiqə sonra kassaya yaxınlaşdıqları, özlərini təqdim etdikləri, qeyd olunan 25 manat məbləği kassaya mədaxil etdikləri müşahidə edilmişdir. Bundan başqa, vergi orqanı əməkdaşları yemək yeyəcəklərini deməklə ofisiantı aldatmaları, pulu verdikdən sonra yemək üçün nələrin olduğunu soruşmaları, ayaqyolundan qayıtdıqdan sonra şifariş vercəkləri ilə bağlı Cəmiyyət tərəfindən inzibati araşdırmaya heç bir sübut təqdim edilməmiş və video görüntülərdə də bununla bağlı qeyd olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə özlərini müştəri kimi təqdim edən vergi işçiləri arasında mülki hüquq münasibətləri yaranmış, göstərilən xidmətin və təklif edilən malların müqabiləndə müəyyən pul vəsaiti tələb edilmişdir. Qeyd edilən mülki hüquq münasibətlərində fərqli müqavilə elementləri mövcud olmuşdur. Bu katerqoriyadan olan işlərdə mülki hüquq münasibətləri başa çatdıqdan sonra, vergi ödəyicisinin vergi qanunvericiliyindən irəli gələn öhdəlikləri yaranmış olur. Məhkəmə hesab edir ki, bu kimi hallarda Vergi qanunvericiliyindən irəli gələn öhdəliklərin yaranması üçün ilkin şərt, mülki hüquq münasibətlərindən irəli gələn, yəni müqavilə öhdəliklərindən irəli gələn münasibətlər baxımından mülki hüquq münasibətlərinin yekunlaşmalı olması, bundan sonra vergi öhdəliklərinin yaranma əsasları formalaşmalıdır. Mülki hüquq münasibətləri davam edən zaman, yəni müqavilə münasibətləri baxımından tərəflərin iradə ifadəsinin yekunlaşmadığı, müqavilənin bağlanmış hesab olunmadığı halda, vergi öhdəliklərindən yaranan vəzifələrdən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı qeyd edir ki, “----restoranda əyləşib mürəbbə ilə çay içdikdən sonra onlara xidmət göstərən ofisantı çağıraraq hesabı istəmişlər, ofisant isə hesabın 25 manat olduğunu bildirdikdən sonra həmin şəxslər çayın pulunu ödəyərək yemək üçün nə olduğunu soruşmuşlar, həmçinin ayaqyoluna gedib-qaydacaqlarını sonra yemək sifariş edəcəklərini bildirmişlər.-----.” Məhkəmə hesab edir ki, bu halda mülki hüquq münasibətləri yekunlaşmadığı üçün vergi qanunvericiliyindən irəli gələn öhdəliyin yaranma əsası mövcud olmur. Məhkəmə hesab edir ki, bu halda qeyd edilən əsaslar baxımından iddia əsaslı hesab edilməlidir. Cavabdeh inzibati orqan isə iddiaçı tərəfin dediklərini təkzib edir və qeyd edir ki, “Bundan başqa, vergi orqanı əməkdaşları yemək yeyəcəklərini deməklə ofisiantı aldatmaları, pulu verdikdən sonra yemək üçün nələrin olduğunu soruşmaları, ayaqyolundan qayıtdıqdan sonra şifariş vercəkləri ilə bağlı Cəmiyyət tərəfindən inzibati araşdırmaya heç bir sübut təqdim edilməmiş və video görüntülərdə də bununla bağlı qeyd olmamışdır.” Məhkəmə qeyd edir ki, vergi ödəyicisi ilə (konkret halda ofisiyant) müştəri(vergi işçiləri) arasında olan xidmət və alqı-satğı ilə bağlı tələb və təkliflərin nədən ibarət olmasını, bu münasibətlərin davam etməsini və ya yekunlaşmasını sübut edəcək əsaslar mövcud olmadığına görə, bu halın hansısa birinin olmasına əsaslı şübhələr yaranmış olur. Vergi qanunvericiliyi baxımındanda şübhə yaradacaq hallar vergi ödəyicisinin xeyrinə nəzərə alınmalıdır. Lakin məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mülki hüquq münasibətləri, yəni müvafiq müqavilə öhdəlikləri ilə bağlı hüquq münasibətləri başa çatmış hesab olunmuş olsa belə, vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərini pozması sübut olunmur. Beləki, vergi ödəyicisinin təqdim etdiyi videgörüntülərdəndə görsənir ki, ofisiant pul qutusunu kassanın yanına gətirir, lakin xəzinədar orda olmadığı üçün xəzinədar tərəfindən pulun qəbulu baş verməmiş olur və bu haldada məhkəmə hesab edir ki, kassaya mədaxildən söhbət gedə bilməz və vergi ödəyicisinin alınmış pulu qanunvericilikdə nəzərdə tutulmuş qaydada kassaya mədaxil etməmək iradəsinin olması və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması sübut olunmuş sayıla bilməz. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin yuxarıda qeyd edilən normativ tənzimləmələri və işin araşdırılmış hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir, ona görədə iddia əsaslı hesab edilməlidir. Cavabdeh inzibati orqanın vergi ödəyicisinə əvvəlki illərdə eyni əsaslarla maliyə sanksiyası tətbiq edilməsi, bununda vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatının mütəmadi olaraq istifadə olunmaması dəlilini məhkəmə əsaslı hesab etmir. Vergi ödəyicisidə onlara qarşı qərəzli davranıldığını, məcbur qalaraq indiki halda məhkəməyə müraciət etdiklərini bildirir. Məhkəmə qeyd edir ki, vergi orqanın qeyd etdiyi hallar məhkəmənin araşdırması olmamış, qeyd edilən halın olması vergi ödəyicisinin hazırkı iddiasının əsassız olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(118)-3413/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-3413/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver